Mus.V.6. Şagird başqaları ilə əməkdaşlıq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
tapşırığın həllində başqaları ilə birlikdə işləyə bilirsə;
-
lazım gəldikdə kömək istəyir və başqalarına kömək edə bilirsə;
-
iş funksiyalarını və vəzifələri bölə bilirsə.
İstiqamət: kommunikasiya və şərh
Mus.V.7. Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
dinlənilmiş əsərlərin parçalarını tanıyırsa;
-
öz təəssüratını sözlə, şəkillə verə bilirsə;
-
ifaçıların tərkibini xarakterizə edirsə;
-
dinləmə zamanı tanış musiqi formalarını tanıya bilirsə;
-
vokal və instrumental tembrləri fərqləndirirsə;
-
konkret musiqi fraqmentini metr, alət, səs tembrləri, ahənglərə (major, minor) əsasən xarakterizə edirsə;
-
söhbət zamanı öyrəndiyi terminlərdən istifadə edə bilirsə.
Dostları ilə paylaş: |