Mus.V.8. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
sinfin tamaşasında, karnavalında iştirak edə bilirsə;
-
məktəbin hesabat konsertinə gedir və iştirak edə bilirsə;
-
axşamlara-görüşlərə gedirsə: bəstəkarlarla, ifaçılarla;
-
sinif yoldaşları ilə birlikdə ictimai konsertdə, tamaşada iştirak edirsə;
-
sənətkarların ev-muzeylərinə ekskursiyalara gedirsə;
-
viktorinada iştirak edir və onu aparırsa;
-
auditoriya qarşısında ifaçı, müəllif və ya konferansye rolunda çıxış edirsə.
Mus.V.9. Şagird mədəni tədbirlərdə iştirak edərkən əxlaq normalarına riayət edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
-
konsertin, kino-filmin gedişinə mane olmursa;
-
əvvəlcədən razılaşdırılmış qaydalara müvafiq olaraq tamaşa başa çatdıqdan sonra öz münasibətini ifadə edə bilirsə;
-
sərgidə, muzeydə əvvəlcədən razılaşdırılmış qaydalara əsasən davranırsa;
-
müzakirə zamanı başqasına öz fikrini ifadə etməyə imkan verirsə;
-
fərqli mövqeyə münasibətdə tolerantdırsa.
Mus.V.10. Şagird başa düşür və büruzə verir ki, musiqi /incəsənət mədəniyyətin özünü əksetdirmə vasitəsidir.
Nəticə göz önündədir, əgər şagird:
-
hər hansı bir tarixi mərhələdə həmin incəsənət dövrünün əsərləri ilə tanış olmaqla hansı informasiyanı əldə etdiyi barədə söhbət edirsə;
-
bu və ya digər xalqın mədəniyyəti barədə onun musiqisi ilə tanışlıqdan sonra söhbət edə bilirsə;
-
müxtəlif mədəniyyətlərin fərqləndirici əlamətləri, səciyyəvi xüsusiyyətləri barədə söhbət edirsə;
-
üsluba əsasən gürcü musiqisinin tanış olmayan nümunələrini tanıya bilirsə.
Dostları ilə paylaş: |