Pekində “Xocalıya ədalət” kampaniyasının və onun
internet saytının təqdimatı olmuĢdur
Bakı, 26 fevral (AzərTAc). Fevralın 26-da Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin
nəzdində fəaliyyət göstərən “ġuĢa” Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 17-ci ildönümünə həsr olunmuĢ
tədbir keçirilmiĢdir.
Mərasimdə Pekində akkreditə olunmuĢ diplomatik korpusun, o cümlədən Türkiyə, Gürcüstan
səfirliklərinin yüksək səviyyəli diplomatları, soydaĢlarımız və burada təhsil alan azərbaycanlı tələbələr iĢtirak
etmiĢlər.
Səfir YaĢar Əliyev Xocalı faciəsinin tarixindən, onun baĢvermə səbəblərindən, eləcə də ermənilərin
törətdikləri vəhĢiliklərdən söhbət açmıĢdır.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiĢ, Heydər Əliyev Fondunun Xocalı faciəsinə
dair hazırladığı film nümayiĢ etdirilmiĢdir. Film disklərə köçürülərək mərasim iĢtirakçılarına paylanmıĢdır.
Tədbirdə Dialoq və ƏməkdaĢlıq uğrunda Ġslam Konfransı Gənclər Forumunun (DƏ-ĠKGF)
mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın təĢəbbüsü ilə elan edilmiĢ “Xocalıya
ədalət” (“Justice for Khojaly”) kampaniyasının və onun internet saytının təqdimatı da olmuĢdur.
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində səfirlik tərəfindən hazırlanmıĢ mətbuat
məlumatları, habelə, Azərbaycana qarĢı törədilmiĢ terror aktları haqqında materiallar Pekində fəaliyyət göstərən
diplomatik missiyalara, beynəlxalq təĢkilatların nümayəndəliklərinə, Çinin elmi-tədqiqat institutlarına və
kitabxanalarına təqdim olunmuĢdur.
AzərTAc
26 fevral 2009-cu il
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
22
Heydər Əliyev Fondu Xocalı faciəsini dünyaya XX əsrin
ən qanlı soyqırımlarından biri kimi tanıdıb
Leyla Əliyevanın təĢəbbüsü ilə Xocalı faciəsinin anım günü islam ölkələrində humanitar
fəlakətlər qurbanlarının xatirəsi günü kimi qeyd olunur
Ötən əsrin ən ağır faciəsi, qəddarlığı, amansızlığı ilə Naqasaki, Xirosima, Xatın soyqırımları ilə bir
sırada dayanan Xocalı qətliamı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsinin ən dəhĢətli səhifəsidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı Ģəhərini zəbt etmiĢ erməni təcavüzkarları 613 dinc sakini, o
cümlədən 106 qadını, 63 uĢağı və 70 ahıl insanı amansızlıqla, 56 nəfəri xüsusi qəddarlıq və iĢgəncə ilə qətlə
yetirdilər. 1275 nəfərin əsir götürülməsi ilə nəticələnən azğın erməni hərbçilərinin amansız insan "ovu" 150
günahsız insanın itkin düĢməsi, 76-sı azyaĢlı uĢaq olmaqla 487 nəfərin ömürlük Ģikəst olması ilə nəticələndi.
Amansız qətllərlə dünya tarixində silinməz izlər buraxan Xocalı soyqırımı əslində, erməni təcavüzkarlarının
yalnız Azərbaycan xalqına deyil, bəĢəriyyətə qarĢı ən ağır cinayəti, insanlığa yönəldilmiĢ qəddarlıq təcəssümü
idi. BəĢər tarixinin ən böyük faciələrindən biri olan bu soyqırımından 17 il ötməsinə baxmayaraq, bu faciənin
ildönümü hər il daha geniĢ miqyasda qeyd olunur, humanitar fəlakət qurbanlarının xatirəsi əziz tutulur.
Soyqırımı qurbanlarını daim yad edən, Ģəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev
1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında"
fərman imzaladı. Ulu öndər qətliamı kəskin Ģəkildə pisləyərək bunu bəĢəriyyətə qarĢı ən ağır cinayət adlandırdı.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv
qiymət verilməsi istiqamətində atılan addımları ulu öndərin adını daĢıyan Heydər Əliyev Fondu davam etdirir.
Bu istiqamətdə görülən iĢlərdə təĢkilatın fəaliyyəti özünəməxsus yer tutur. Məhz fondun gərgin əməyi
nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri
haqqında daha dolğun məlumatlandırılıb. Bir sıra dövlətlər, beynəlxalq təĢkilatlar, eyni zamanda, nüfuzlu
qurumlar bəĢəriyyətə qarĢı yönəldilmiĢ bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin Ģəkildə pisləyir.
Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniĢ miqyasda təĢkil etdiyi və faciənin həqiqətlərinin
yayılmasına yönəldilmiĢ anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfindən Ġslam Konfransı
TəĢkilatının (ĠKT) ƏməkdaĢlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində davam edir. ĠKT-nin Gənclər
Forumunun və Ġslam, Təhsil, Elm və Mədəniyyət TəĢkilatının (ĠSESKO) təĢkilatçılığı ilə ötən il keçirilmiĢ
toplantıda Rusiya Federasiyası nümayəndəliyinin bu istiqamətdə daha səmərəli fəaliyyəti xüsusilə seçildi. Ġslam
ölkələri birliyinin üzvləri olan dövlətlər Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, onun rəhbəri Leyla
Əliyevanın təĢəbbüsünü dəstəkləyərək 26 fevral - Xocalı soyqırımı gününün ĠKT ölkələrində humanitar
fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul ediblər. Bu ildən
baĢlayaraq 26 fevral hər il islam ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi geniĢ
miqyasda qeyd olunacaq, Xocalı həqiqətlərinə dair fotoĢəkillər, filmlər əks etdiriləcək və qətliamın
qurbanlarının anım mərasimləri keçirilərək soyqırımı kəskin Ģəkildə pisləyən Ģüarlar səsləndiriləcəkdir.
ƏməkdaĢlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baĢ
əlaqələndiricisi Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniĢ miqyasda qeyd olunması təĢəbbüsü bir
sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənib.
ĠKT-nin humanitar faciələr üzrə ekspertləri XX əsrdə müsəlman xalqlarına, o cümlədən
soydaĢlarımıza qarĢı törədilən soyqırımı aktlarını geniĢ müzakirə edərək Xocalı soyqırımını hüquqi normalara
qarĢı ən ağır cinayət hadisəsi kimi qiymətləndiriblər. ƏməkdaĢlıq və Dialoq Uğrunda Gənclər Forumunun
mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın qətliama
obyektiv qiymət verilməsi təĢəbbüsləri dünyanın sülhpərvər qüvvələri, demokratik ölkələri tərəfindən birmənalı
dəstəklənib.
Azərbaycan və Türkiyə mədəniyyət nazirlikləri nümayəndələrinin, deputatların, islam ölkələri gənclər
təĢkilatları təmsilçilərinin və diplomatlarının iĢtirakı ilə keçirilmiĢ toplantıda gənclər forumunun
mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın təĢəbbüsü ilə
baĢlanmıĢ "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası çərçivəsində keçirilən müzakirələr soyqırımı
haqda dolğun təsəvvür formalaĢdırdı. Ermənilərin xalqımıza qarĢı törətdikləri vəhĢiliklərdən bəhs olunduğu
müzakirələrdə respublikamızda və digər ölkələrdə dinc əhalinin, günahsız insanların vəhĢicəsinə qətlə
yetirilməsinə dair sənədlər, filmlər və fotoĢəkillərin bütün dünyada daha geniĢ yayılması vacibliyi diqqət
mərkəzində oldu.
Ġslam ölkələrində vahid soyqırımı qurbanları gününün təsis edilməsi təklifi də müsəlmanlara qarĢı
qətliamların dünyaya bəyan edilməsi istiqamətində mühüm addımlardan biridir. Təklif ĠKT rəhbərliyinə təqdim
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
23
olunub. Beynəlxalq təĢkilatın ƏməkdaĢlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və
sivilizasiyalararası dialoq üzrə birinci baĢ əlaqələndiricisinin təĢəbbüsü ilə baĢlanmıĢ kampaniya artıq müsəlman
dövlətlərinin böyük marağına səbəb olub. Elə bunun nəticəsi olaraq Xocalı qətliamının islam ölkələrində
dərsliklərə daxil edilməsi haqda yeni təkliflər irəli sürülərək bir sıra ölkələr tərəfindən dəstəklənib. Bu isə öz
növbəsində uĢaqların hələ orta məktəb illərindən qətliam barədə məlumatlandırılmasına və nəticədə gələcək
nəsillərin ermənilərin etnik təmizləmə, iĢğalçılıq siyasətinin əsl mahiyyətini aydın Ģəkildə dərk etməsinə səbəb
olacaqdır.
Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin
qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır. Artıq bir sıra
dövlətlər 1992-ci ilin 25-26 fevralında soydaĢlarımıza qarĢı törədilmiĢ etnik təmizləmə cinayətinin əsl
mahiyyətini anlayır, qətliama siyasi qiymət verilməsinin bəĢəri borc olduğunu baĢa düĢürlər. Ġslam Konfransı
TəĢkilatının ƏməkdaĢlıq və Dialoq Uğrunda Gənclər Forumu və ĠSESKO-nun təĢkilatçılığı ilə keçirilmiĢ ĠKT
ekspertlərinin iclasında qəbul olunan yekun sənəd bu məsələdə xüsusi əhəmiyyət kəsb edir. Sənəddə Xocalı
soyqırımının Avropa, Asiya və Afrika ölkələri regional parlamentlərarası assambleyasının dialoqu zamanı
bəĢəriyyətə qarĢı kütləvi qətliam kimi tanınması barədə məsələnin qaldırılması əks olunub.
Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən iĢlər artıq daha ciddi
nəticələr verməkdədir. Həyata keçirilən tədbirlərin səmərəsi kimi islam ölkələrinin ali təhsil və elm nazirlərinin
IV konfransı və Ġslam Konfransı Gənclər Forumu Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması
istiqamətində yeni təĢəbbüslə çıxıĢ edib. Erməni təcavüzkarlarının soydaĢlarımıza qarĢı qətliamları haqqında
məlumatların ĠKT-yə üzv ölkələrin ali təhsil məktəblərinin dərsliklərinə salınması məsələsi gündəmdədir. Ġslam
Konfransı TəĢkilatının ƏməkdaĢlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və
sivilizasiyalararası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət -
Qarabağa azadlıq" beynəlxalq kampaniyası üzv ölkələrdə 2009-2012-ci illərdə prioritet Ģəkildə həyata
keçirilməsinin vacibliyini özündə ehtiva edir.
Xocalı faciəsinin müsəlman dövlətlərinin ali təhsil məktəblərin dərsliklərinə salınması və qətliama aid
həqiqətlərin daha geniĢ miqyasda yayılması təklifləri islam ölkələrinin ali təhsil və elm nazirlərinin dördüncü
konfransının yekun qətnaməsinə daxil edilib. Bu sənəd də ermənilərin Xocalıda törətdikəri qətliamlar haqqında
əsl faktların ĠKT-yə üzv ölkələrin ali təhsil müəssisələrinin dərsliklərində əks olunmasını dəstəkləyir və
"Xocalıya ədalət - Qarabağa azadlıq" beynəlxalq kampaniyasının bu ildən baĢlayaraq bir neçə il ərzində davamlı
və geniĢ miqyasda keçirilməsi zəruriliyini əks etdirir. Kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi
ilə bağlı real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayiĢlər, o cümlədən aparıcı
beynəlxalq təĢkilatların nümayəndələri ilə görüĢlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur.
Faciənin soyqırımı kimi tanıdılması, bəĢəriyyətə qarĢı bu ən ağır cinayətə siyasi qiymət verilməsi,
soyqırımı həqiqətlərinin ĠKT ölkələrində yayılması haqqında siyasi qərar, Gənclər Forumunun təĢəbbüsü və
Azərbaycan Respublikası Xarici ĠĢlər Nazirliyinin dəstəyi ilə ĠKT-yə üzv ölkələrin xarici iĢlər nazirlərinin 35-ci
sessiyasında və beynəlxalq təĢkilata üzv ölkələrin 11-ci zirvə görüĢündə qəbul edilən qətnamələrdə əksini tapıb.
Ġslam ölkələrinin ali təhsil və elm nazirlərinin "Elmdə gənc alimlərin gücü ilə dəyiĢikliklərə nail
olunması" konfransının qətnaməsində beynəlxalq hüquq normalarına uyğun olaraq hər hansı dövlətin təcavüzkar
siyasət yürütməsinin yolverilməz olduğu əks etdirilib. Sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqiĢəsi ilə bağlı bənd də öz əksini tapıb. Ġslam Konfransı TəĢkilatının Gənclər Forumu təhsil nazirlərinin
konfransında quruma üzv ölkələrin dərs kitablarına Xocalı faciəsi haqqında fəslin daxil edilməsi təĢəbbüsünü
irəli sürüb.
Soyqırımın 17-ci ildönümü ərəfəsində bir sıra ölkələrdə keçiriləcək anım tədbirləri əvvəlki illərlə
müqayisədə daha geniĢ miqyasda təĢkil olunacaq. 26 fevral yalnız Azərbaycanda deyil, digər müsəlman
ölkələrində də humanitar fəlakətlər qurbanlarının xatirəsinin anma günü kimi tarixə düĢdü. Bu isə faciənin
soyqırımı kimi tanıdılmasına yönəldilmiĢ addımların nəticəsiz qalmadığını sübut edir.
Anar RASĠMOĞLU.
“Azərbaycan”.-2009.-26 fevral.-N 45.-S.4.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
24
Moskvada xatirə gecəsi keçirilmiĢdir
Azərbaycanın Rusiyadakı Səfirliyində Xocalı faciəsinin 17-ci ildönümü qeyd edilmiĢdir. “Xocalı:
iddia müddəti bitmir” xatirə gecəsi Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin köməyi ilə səfirlik
tərəfindən təĢkil edilmiĢdi. Tədbirdə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla
Əliyeva, Milli Məclisin deputatı Dünyamin Xəlilov, Türkiyə, Ġraq, Özbəkistan, Tacikistan, Mali, Sudan,
Qırğızıstan səfirləri, Qazaxıstan, Misir, Fələstin səfirliklərinin əməkdaĢları, habelə Rusiya elmi ictimaiyyətinin,
Azərbaycan diasporunun və gənclərin nümayəndələri, politoloqlar, mətbuat iĢçiləri iĢtirak edirdilər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu gecəni açaraq, keçən əsrin ən dəhĢətli
cinayətlərindən biri haqqında söhbət açmıĢ, Xocalıda azərbaycanlıların soyqırımını dünyamiqyaslı böyük faciə
adlandırmıĢdır. Diplomat təəssüflə vurğulamıĢdır ki, bu gün dünyada yeni-yeni münaqiĢələr baĢ verir və
beynəlxalq birlik öz diqqətini onlara yönəltməli olur. Lakin həlak olanların xatirəsi naminə biz əlimizdən gələni
etməliyik ki, Xocalı faciəsindən mümkün qədər çox adam xəbər tutsun və onu unutmasın. Biz elə etməliyik ki,
Azərbaycan xalqının dərdini və ağrısını bütün dünyada etiraf etsinlər.
Səfir Xocalı faciəsi haqqında fevralın 26-da “Nezavisimaya qazeta”da dərc edilmiĢ obyektiv
məqalənin müəllifi, rusiyalı jurnalist və politoloq Aleksandr Karavayevə təĢəkkürünü bildirmiĢdir. O demiĢdir:
“17 ildə ilk dəfədir Rusiyanın ”Nezavisimaya qazeta” nəĢrində bu barədə Aleksandr Karavayevin çox düzgün və
gərəkli məqaləsi dərc edilmiĢdir. Rusiya, rus xalqı və Rusiyada yaĢayan xalqlar tarixi bilməli, nələr baĢ
verdiyini və indi nələr baĢ verməsi haqqında bütün həqiqəti bilməlidir”.
Səfir Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri, Ġslam Konfransı TəĢkilatının
Gənclər Forumunun baĢ əlaqələndiricisi Leyla Əliyevanın təĢəbbüsünü xüsusi vurğulayaraq demiĢdir ki, bu
qurumun gənclər qanadı Xocalı faciəsi və Ermənistan – Azərbaycan münaqiĢəsi haqqında həqiqəti dünya
ictimaiyyətinə çatdırmaq üçün eyni vaxtda dünyanın bir neçə iri ölkəsində aksiyalar keçirir. Bu, bir daha təsdiq
edir ki, böyüməkdə olan nəsil Azərbaycanı bütün dünyada tanıdacaq və Azərbaycan xalqımızın üzləĢdiyi
faciələrin unudulmasına imkan verməyəcəkdir.
Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva öz çıxıĢında bildirmiĢdir
ki, artıq 17 ildir Azərbaycan xalqı Xocalı faciəsi qurbanlarının iĢıqlı xatirəsini bütün dünyada ehtiramla yad
edir. L. Əliyeva demiĢdir: “Bu faciə Azərbaycan tarixinə ən dəhĢətli və qara səhifələrdən biri kimi həmiĢəlik
yazılmıĢdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni iĢğalçıları Azərbaycanın Xocalı Ģəhərini
tutmuĢdur. Nəticədə, Ģəhərin 613 nəfər dinc sakini, o cümlədən 106 qadın, 70 ahıl yaĢlı insan, 63 uĢaq
amansızcasına öldürülmüĢ, 155 nəfər itkin düĢmüĢdür. Bu qəddarlığın, bu vəhĢiliyin səbəbi nə idi?” L. Əliyeva
həmin suala özü cavab verərək vurğulamıĢdır ki, bu, qəsdən törədilmiĢ aksiya, Azərbaycan xalqına qarĢı əsl
soyqırım, kütləvi vahimələndirmə aksiyası idi.
L. Əliyeva daha sonra demiĢdir: “Lakin zaman göstərdi ki, Azərbaycan xalqının əzmi qırılmamıĢdır və
heç vaxt qırıla bilməz. DəhĢətlisi odur ki, belə bir faciə XX əsrin axırlarında törədilmiĢ və indiyə qədər
beynəlxalq birlik tərəfindən bu fakta siyasi-hüquqi və ən baĢlıcası, mənəvi qiymət verilməmiĢdir. Biz xalqımızın
məruz qaldığı qəddarlığa və haqsızlığa qarĢı etiraz səsini ucaltmıĢ bütün insanlara, o cümlədən rusiyalılara
minnətdarıq. Azərbaycan torpaqları 20 ildən çoxdur ki, iĢğal altındadır, ölkədə 1 milyon qaçqın və məcburi
köçkün var. Azərbaycan hökuməti bu insanlara çox böyük diqqət yetirir. Çətinliklərə baxmayaraq,
Azərbaycanda bir dənə də çadır Ģəhərciyi qalmamıĢdır, bütün qaçqın-köçkünlər üçün normal həyat Ģəraiti təmin
edilmiĢdir”.
L. Əliyeva sözünə davam edərək bildirmiĢdir ki, Heydər Əliyev Fondu bu problemə çox böyük diqqət
yetirir, hər il bu mövzuda kitablar çap edilir, filmlər çəkilir, fotosərgilər və digər aksiyalar təĢkil edilir. Bu gün
Fondumuz dünyanın 50 ölkəsində Xocalı faciəsinin ildönümünə həsr edilmiĢ tədbirlər keçirir. Bu tədbirlərə
alimlər, tarixçilər, kulturoloqlar, gənclər və kütləvi informasiya vasitələri cəlb olunur. Ġslam Konfransı
TəĢkilatının Mədəni Dialoq üzrə Gənclər Forumunun baĢ əlaqələndiricisi kimi mən 2008-ci il mayın 8-də
“Xocalıya ədalət” aksiyası keçirilməsi təĢəbbüsünü irəli sürmüĢəm. Bu aksiyanın məqsədi faciə haqqında
məlumatı beynəlxalq birliyə çatdırmaqdır. Bu gün dünyanın bir sıra ölkələrində “Xocalıya ədalət” veb-saytının
təqdimat mərasimləri keçirilir. Bu saytda faciə haqqında mötəbər məlumatlar tapmaq mümkündür”.
Leyla Əliyeva bu kədərli gündə xatirə gecəsinə gələrək, bizi dəstəkləyənlərin hər birinə
minnətdarlığını bildirmiĢdir. O, faciənin Ģahidləri, gecənin keçirildiyi salonda olan Zaur Əliyevə və Anar
Yusubova xüsusi təĢəkkür etmiĢdir. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri çıxıĢının
sonunda demiĢdir: “Doğma Ģəhərində bu faciə baĢ verəndə onlar lap uĢaq idilər. Mən əminəm ki, Ermənistan –
Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi tezliklə ədalətli yolla həll ediləcək, Azərbaycanın ərazi bütövlüyü
bərpa olunacaq və bu insanlar öz evlərinə, öz doğma torpaqlarına qayıda biləcəklər”.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
25
Tədbirdə çıxıĢ edən Milli Məclisin deputatı Dünyamin Xəlilov bu hadisəni böyük faciə adlandırmıĢdır.
O, ermənilərin Azərbaycan torpaqlarına iddia etmələri, 200 il müddətində onların Azərbaycan və türk xalqlarına
qarĢı törətdiyi vəhĢiliklər haqqında arxiv sənədlərini təqdim etmiĢdir. Deputat bildirmiĢdir ki, Azərbaycan
parlamenti Xocalı ilə bağlı qanun layihəsi hazırlayır.
Xatirə gecəsində Heydər Əliyev Fondunun köməyi ilə çəkilmiĢ, günahsız qurbanların iĢıqlı xatirəsinə
həsr olunmuĢ sənədli film nümayiĢ etdirilmiĢdir. Səfirliyin foyesində fotosərgi təĢkil edilmiĢ, Xocalı
hadisələrinə dair müxtəlif nəĢrlər, “ĠRS-Naslediye” jurnalının nüsxələri paylanmıĢdır. Jurnalın bu nömrəsində o
qanlı qırğını törətmiĢ hərbi canilərin adları ilk dəfə dərc edilmiĢdir.
Axırda Xocalı qurbanlarının xatirəsinə ehsan verilmiĢdir.
Asya HACIZADƏ.
AzərTAc-ın xüsusi müxbiri
Moskva
“Xalq qəzeti”.-2009.-27 fevral.-N 46.-S.2.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
26
Dünya azərbaycanlıları Xocalı soyqırımı barədə həqiqətləri
xarici ölkələrdə fəal yayırlar
Heydər Əliyev Fondunun bu yönümdəki fəaliyyəti və tövsiyələri Dünya Azərbaycanlıları
Konqresinin əsas istinad mənbəyidir
Ermənilərin onilliklər boyu Azərbaycan xalqına qarĢı həyata keçirdiyi etnik təmizləmə siyasətinin
növbəti mərhələsi olan Xocalı soyqırımından 17 il ötür. 1992-ci il fevralın 26-da bütün dünya Xocalı Ģəhərində
dəhĢətli bir vəhĢiliyin Ģahidi oldu. ġəhərdən çıxmağa çalıĢan mülki əhali məhz azərbaycanlı olduğu üçün erməni
hərbi birləĢmələri tərəfindən soyqırımına məruz qaldı. Sovet ordusunun 366-cı hərbi alayın köməyindən
yararlanan ermənilər körpələrə, əlsiz-ayaqsız qocalara, qadınlara belə aman vermədilər. ġəhərin özü isə yerlə
yeksan edildi.
Bu gün hər birimizin qarĢısında duran əsas vəzifələrdən biri insanlığa qarĢı ən böyük cinayətlərdən
olan Xocalı faciəsi ilə bağlı əsl həqiqətləri dünyaya çatdırmaq, dinc azərbaycanlılara qarĢı soyqırımı törədən
Ermənistanın bütün dünya miqyasında ifĢa edilməsinə nail olmaq, Azərbaycan dövlətinin bu məqsədlə həyata
keçirdiyi fəaliyyətə dəstək verməkdir. Çünki ideoloji təbliğatın mühüm əhəmiyyət kəsb etdiyi müasir zamanda
əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması böyük əhəmiyyət kəsb edir.
Bunları nəzərə alan Heydər Əliyev Fondu Ermənistanın Azərbaycana qarĢı hərbi təcavüzü,
azərbaycanlıların məruz qaldığı soyqırımı cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını
ümdə məqsəd kimi öz fəaliyyətinin prioritet istiqaməti elan edib. Cəmi 5 ilə yaxındır ki, fəaliyyət göstərməsinə
baxmayaraq, Heydər Əliyev Fondu ölkəmizin üzləĢdiyi ədalətsizliklə bağlı həqiqətlərin dünyaya çatdırılmasında
xeyli iĢ görüb. Fondun bu məqsədlə apardığı davamlı iĢ 2005-ci ildə "Azərbaycan" internet portalının
yaradılması ilə baĢlayıb. Portalda faktlarla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsinin əsl
mahiyyəti, Ermənistanın iĢğal etdiyi Azərbaycan ərazilərində dinc əhaliyə qarĢı törətdiyi azğınlıq, ölkəmizin
tarixini əks etdirən memarlıq abidələrinə qarĢı vandalizm aktları barədə məlumatlar yerləĢdirilmiĢdir.
"Azərbaycan" portalında Xocalı soyqırımı ayrıca bölmə kimi təqdim olunur. Burada 1992-ci ilin fevralında
erməni iĢğalçılarının Xocalıda törətdiyi soyqırımı haqqında geniĢ məlumatla yanaĢı, qanlı faciəni əks etdirən
fotoĢəkillər də yerləĢdirilib.
Heydər Əliyev Fondunun 2006-cı ildə hazırladığı "Qarabağ həqiqətləri" bukletlər toplusu da
Ermənistanın Azərbaycana təcavüzü barədə obyektiv məlumatları daha geniĢ auditoriyaya çatdırmaq üçün
həyata keçirilən davamlı fəaliyyətin tərkib hissəsidir. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın təĢəbbüsü ilə hazırlanan bukletlər toplusu gerçəkləĢdirilən layihələr sırasında xüsusi
əhəmiyyətə malikdir. Qarabağın tarixi, münaqiĢənin baĢlanması, erməni təcavüzünün nəticələri, erməni terror
təĢkilatlarının Azərbaycana qarĢı cinayətkar fəaliyyəti haqqında ətraflı informasiya almağa imkan verən topluda
Xocalı soyqırımı haqqında həqiqətlər yer alıb. Topludakı bukletlərdən biri "Xocalı soyqırımı" adlanır. Toplu
müxtəlif dillərdə çap olunaraq xarici ölkələrdə yayılıb.
Heydər Əliyev Fondunun bu silsilədən olan digər nəĢrləri - "Azərbaycanın qarĢılaĢdığı müharibə:
mədəni irsin hədəfə alınması" və "Pirlər və müharibələr" kitabları Qarabağ müharibəsinin faciələrindən, tarixi-
maddi abidələrimizin, müqəddəs dini yerlərimizin dağıdılmasından bəhs edir.
Heydər Əliyev Fondu Xocalı faciəsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması
istiqamətindəki fəaliyyətinə öz xətti ilə xarici ölkələrdə anma mərasimlərinin, elmi-praktik konfransların
keçirilməsini də daxil edib. Ötən illərdə olduğu kimi, Xocalı faciəsinin 17-ci ildönümündə də xarici ölkələrdə
ziyalıların, elm adamlarının, tanınmıĢ insanların iĢtirakı ilə belə tədbirlər keçirilir.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı ölkəmizin hüdudlarından kənarda
görülən iĢlər sırasında Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin həyata keçirdiyi tədbirlər də diqqəti
cəlb edir. Hələ ötən il fevralın 27-də fondun Rusiya nümayəndəliyi tərəfindən Moskvada keçirilmiĢ "Xocalı. 16
il sonra" mövzusunda elmi-praktik konfrans Xocalı soyqırımının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması
yönündə keçirilən əhəmiyyətli tədbirlərdən biri olmuĢdur.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, Ġslam Konfransı TəĢkilatının ƏməkdaĢlıq
və Dialoq uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə birinci baĢ
əlaqələndiricisi Leyla Əliyevanın təĢəbbüsü ilə ötən il "Xocalıya ədalət" kampaniyasına start verilmiĢdir. 2008-
ci ilin mayında Ġstanbulda Ġslam Konfransı TəĢkilatının ƏməkdaĢlıq və Dialoq uğrunda Gənclər Forumu və
ĠSESKO-nun təĢkilatçılığı ilə keçirilmiĢ ĠKT ekspertlərinin ikigünlük iclasında bu kampaniya ĠKT ekspertləri
tərəfindən dəstəklənmiĢ və 26 fevral - Xocalı soyqırımı gününün ĠKT ölkələrində humanitar fəlakətlər
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
27
qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olunmuĢdur. Ġslam Konfransı
TəĢkilatının üzvü olan ölkələrin xarici iĢlər nazirlərinin ötən ilin iyununda Uqandada keçirilmiĢ konfransında
Leyla Əliyevanın təĢəbbüsü təsdiq edilmiĢdir.
"Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində fevralın 22-də Hollandiyanın Haaqa Ģəhərində
"Ana Vətən" Avropa Azərbaycanlı Qadınları Birliyi azərbaycanlı tələbələrin iĢtirakı ilə anma mərasimi və yürüĢ
təĢkil etmiĢdir. Bu tədbirlər zamanı "Xocalıya ədalət" beynəlxalq kampaniyasının www.justiceforkhojaly.org
ünvanlı internet saytının təqdimatı olmuĢdur.
Xocalı faciəsinin ildönümündə dünyanın bir çox Ģəhərlərində yaĢayan azərbaycanlıların diaspor
təĢkilatları tərəfindən piketlər, mitinqlər keçirilir, anma mərasimləri təĢkil olunur. Dünya Azərbaycanlıları
Konqresi də bu istiqamətdə üzərinə düĢən mənəvi borcunu layiqincə yerinə yetirir. Ulu öndər Heydər Əliyevin
və onun siyasi kursunun davamçısı cənab Ġlham Əliyevin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması yönündə tövsiyələri DAK-ın keçirdiyi bu silsilədən olan bütün tədbirlərinin əsas qayəsini təĢkil
edir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və ĠSESKO-nun xoĢməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin və Xocalı soyqırımının mahiyyətinin dünyaya
çatdırılması yönündə təĢəbbüslərini də DAK özü üçün örnək sayır. DAK-ın təĢkilatçılığı ilə bu il və ötən illərdə
Xocalı soyqırımı ilə bağlı keçirilən anma mərasimlərində Heydər Əliyev Fondunun hazırladığı "Xocalı
soyqırımı" filmi nümayiĢ etdirilmiĢdir. Mərasimə dəvət olunanlar ermənilərin Xocalıda törətdikləri vəhĢilikləri
əks etdirən foto-Ģəkillərin ekspozisiyası və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəĢrlərində yer alan Xocalı
faciəsindən bəhs edən materiallarla tanıĢ olmuĢlar. "Qarabağ həqiqətləri" toplusunun da geniĢ ictimaiyyət
arasında yayımı təĢkil edilmiĢdir.
Ġctimai rəyi formalaĢdırmağa yönələn bu kimi bütün tədbirlər Xocalı soyqırımı haqqında beynəlxalq
ictimaiyyətin daha obyektiv və dürüst informasiya almasına imkan yaradır. DAK bu cür tədbirlərin mütəmadi
olaraq keçirilməsini diqqət mərkəzində saxlayır.
Dostları ilə paylaş: |