AzərTAc
17 may 2008-ci il
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
6
Xocalı faciəsi soyqırımı aktıdır.
Ġslam Konfransı TəĢkilatı Leyla Əliyevanın təĢəbbüsünü təsdiq etmiĢdir
Ġslam Konfransı TəĢkilatının üzvü olan ölkələrin xarici iĢlər nazirlərinin Kampalada (Uqanda) baĢa
çatmıĢ konfransında ĠKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baĢ əlaqələndiricisi Leyla
Əliyevanın "Xocalıya ədalət: Qarabağa azadlıq" təĢəbbüsü təsdiq edilmiĢdir.
ĠKT-nin dialoq və əməkdaĢlıq uğrunda Gənclər Forumunun (ĠKT GF) katibliyindən bildirmiĢlər ki, bu
barədə ĠKT xarici iĢlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul edilmiĢdir.
Qətnamənin bu kampaniyaya həsr edilmiĢ xüsusi paraqrafının layihəsi bu ilin may ayında Azərbaycan XĠN
nümayəndə heyəti tərəfindən ĠKT GF-in ənənəvi qətnaməsinə daxil edilmiĢ və Ciddədə ĠKT-nin ekspertlərinin
iclasında dəstəklənmiĢdir. Qətnamənin xarici iĢlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində
müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradır.
Qətnaməyə görə, ĠKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının Xatirə günü təsis edilir.
Qətnamədə Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq edilməklə yanaĢı, XX əsrdə müsəlman ölkələri
xalqlarının məruz qaldığı humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün
informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur.
Qətnamədə 2009-2010-cu illərdə keçiriləcək Xatirə günü çərçivəsində öncül tədbir kimi, Leyla
Əliyevanın "Xocalıya ədalət: Qarabağa azadlıq" təĢəbbüsü təsdiq edilmiĢdir. Qətnamədə ĠKT üzvü olan
ölkələrdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən iĢğal edilməsi barədə dəqiq məlumatın yayılması,
eləcə də kampaniyanın tezisinin imici barədə rəylərin yerləĢdirilməsi üçün informasiya veb-portalı yaradılması
nəzərdə tutulur. Kampaniyanın əsas tezisini açıqlayan ən yaxĢı fotomaterialları əsasında fotosərgi təĢkil
ediləcəkdir. Həmin fotosərgini beynəlxalq təĢkilatların qərargahlarında təqdim etmək planlaĢdırılır. Mətbuat
üçün brifinqdə çıxıĢ edən Leyla Əliyeva onun təĢəbbüsünün nüfuzlu beynəlxalq təĢkilat tərəfindən
bəyənilməsini razılıq hissi ilə qeyd etmiĢdir. L.Əliyeva demiĢdir: "Bu sənədin qəbul edilməsi Azərbaycan
torpaqlarının iĢğalı faktının beynəlxalq birlik tərəfindən getdikcə daha çox dərk olunmasını və təcavüzkarın
mənəvi-siyasi baxımdan daha da təcrid edilməsini əks etdirir. Qətnamə Dağlıq Qarabağ münaqiĢəsi haqqında
həqiqəti ĠKT üzvü olan ölkələrdə və mədəniyyətlərarası dialoq vasitəsilə qlobal səviyyədə gənc nəslə çatdırmaq
üçün imkan yaradır. Qətnamə bu təĢəbbüsün həyata keçirilməsində foruma geniĢ səlahiyyətlər verir. Bir sözlə,
qarĢıda görüləsi iĢlər çoxdur".
Kampaniya çərçivəsində aparıcı beynəlxalq təĢkilatların parlament birlikləri tərəfindən Xocalı faciəsinin
kütləvi qırğın kimi tanınmasına nail olmaq nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, ĠKT xarici iĢlər nazirlərinin bundan əvvəl, 2007-ci ilin may ayında
Ġslamabadda keçirilmiĢ sessiyasında ĠKT Gənclər Forumunun təĢəbbüsü ilə Xocalı faciəsinə siyasi qiymət
verilmiĢdir.
ĠKT-nin Gənclər Forumu ĠKT-nin affilyasiya edilmiĢ təĢkilatı statusuna malik olan beynəlxalq
qurumdur. Forum 2004-cü ilin dekabr ayında yaradılmıĢdır. Onun mənzil-qərargahı Ġstanbulda yerləĢir.
AzərTAc
“Azərbaycan”.- 22 iyul 2008-ci il
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
7
Xocalı qətliamı haqqında həqiqətlər ĠKT ölkələrində yayımlanacaq
Oktyabrın 6-8-də Bakıda keçirilmiĢ Ġslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransında
Ġslam Konfransı Gənclər Forumu (ĠKGF) Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması istiqamətində yeni
təĢəbbüslə çıxıĢ etmiĢdir.
Xocalı qırğını haqqında məlumatların Ġslam Konfransı TəĢkilatına üzv ölkələrin ali təhsil məktəblərinin
dərsliklərinə salınması haqqında təklif irəli sürmüĢdür.
ĠKGF-nin Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə birinci baĢ əlaqələndiricisi Leyla xanım
Əliyevanın irəli sürdüyü "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqqında ətraflı məlumat verilmiĢ, bu
kampaniyanın üzv ölkələrdə 2009-2012-ci illərdə prioritet Ģəkildə həyata keçirilməsinin vacibliyi bildirilmiĢ,
hər iki təklifin konfransın qətnaməsində əks olunmasını irəli sürülmüĢdür.
Hər iki təklif oktyabrın 8-də iĢini bitirən Ġslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının
yekun qətnaməsinə daxil edilmiĢdir.
Qətnamə ermənilərin Xocalı (1992) və Vanda (1915) törətdikləri qətliamlar haqqında həqiqətlərin ĠKT-
yə üzv ölkələrin ali təhsil müəssisələrinin dərsliklərində əks olunmasını dəstəkləyir və "Xocalıya ədalət"
beynəlxalq kampaniyasını 2009-2012-ci illərdə üzv ölkələrdə prioritet kimi qəbul edir.
Kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film sərgiləri,
internet, beynəlxalq konfranslar və nümayiĢlər, o cümlədən aparıcı beynəlxalq təĢkilatların nümayəndələri ilə
görüĢlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, Xocalı faciəsinin soyqırımı kimi tanınması və bununla bağlı həqiqətlərin ĠKT
ölkələrində yayılması haqqında siyasi qərar, ĠKGF-nin təĢəbbüsü və Azərbaycan Respublikası Xarici ĠĢlər
Nazirliyinin dəstəyi ilə ĠKT-yə üzv ölkələrin xarici iĢlər nazirlərinin 35-ci sessiyasında və ĠKT ölkələrinin 11-ci
zirvə görüĢündə qəbul edilən qətnamələrdə öz əksini tapmıĢdır.
“Azərbaycan”.-2008.-9 oktyabr.-N 224.-S.4.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
8
Xocalı soyqırımının 17-ci ildönümü Ər-Riyadda qeyd olunacaqdır
Bakı, 18 fevral (AzərTAc). Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi tərəfindən Xocalı
soyqırımının 17-ci ildönümü ilə əlaqədar təĢkil ediləcək anma mərasimi və Ġslam Konfransı Gənclər Forumunun
Mədəniyyətlərarası Dialoq üzrə əlaqələndiricisi Leyla xanım Əliyevanın təĢəbbüsü ilə irəli sürülən “Xocalıya
ədalət” beynəlxalq kampaniyasının təqdimatına hazırlıq iĢləri baĢa çatmaq üzrədir.
Ər-Riyad Ģəhərinin aparıcı konfrans zallarının birində Xocalı faciəsini əks etdirən kitab və
materiallardan ibarət guĢənin yaradılması, Xocalı soyqırımı və erməni terroru haqqında filmlərin nümayiĢi,
müvafiq çıxıĢların və diskussiyaların təĢkili nəzərdə tutulmuĢdur. Eyni zamanda, “Xocalı uĢaqların gözü ilə”
rəsm sərgisinin keçirilməsi planlaĢdırılır.
Tədbirlərdə Ġslam Konfransı TəĢkilatına üzv dövlətlərin, Səudiyyə Ərəbistanı Krallığının dövlət və
hökumət üzvlərinin, eləcə də Ər-Riyaddakı xarici ölkələrin, beynəlxalq təĢkilatların, Azərbaycan və türk diaspor
təĢkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iĢtirakı gözlənilir.
AzərTAc
18 fevral 2009-cu il
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
9
Xocalı soyqırımı ilə bağlı Avropanın üç dilində
iki sayt açılmıĢdır
Berlin, 21 fevral (AzərTAc). Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi (AAƏM) Xocalı
faciəsinin ildönümü ərəfəsində Almaniyada iki yeni internet saytı təqdim etmiĢdir. Saytların yaradılmasından
məqsəd erməni hərbi dəstələrinin Azərbaycanın Xocalı Ģəhərinin dinc əhalisinə - qocalara, qadınlara və uĢaqlara
qarĢı törətdiyi dəhĢətli cinayətlər barədə dünya ictimaiyyətinə məlumat verməkdir.
Məlum olduğu kimi, Ġslam Konfransı TəĢkilatının Gənclər Forumunun mədəniyyətlərin dialoqu üzrə
baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın təĢəbbüsü ilə 2009-cu ildə “Xocalıya ədalət, Qarabağa Azadlıq”
adlı geniĢ kampaniyaya start verilmiĢdir. Ġngilis dilində “Justice for Khojaly” (Xocalıya ədalət
http://www.justiceforkhojaly.org/) saytının açılması kampaniyanın qabaqcıl Azərbaycan gənclərinin Ermənistan
silahlı qüvvələrinin bu qanlı cinayətinin beynəlxalq aləmdə pislənməsinə dair səylərinin informasiya təminatı ilə
bağlı hissəsidır.
AAƏM-nın icraçı direktoru Samirə Patser-Ġsmayılova Almaniyadakı Azərbaycan diasporunun
nümayəndələrinə ünvanladığı müraciətdə həmvətənlərini həmin kampaniyaya, habelə bu dəhĢətli cinayətin
beynəlxalq aləmdə pislənməsi və təqsirkarların mühakimə edilməsi çağırıĢına səs verməyə çağırmıĢdır.
Müraciətdə iki dildə - alman və fransız dillərində http://chodschali.de/ saytının açılması barədə də məlumat
verilir.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin
21 fevral 2009-cu il
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
10
“Xocalıya ədalət” kampaniyasının və onun internet saytının
dünyanın 20-dək Ģəhərində təqdimatı keçiriləcəkdir
Bakı, 23 fevral (AzərTAc). Bakıda “Xocalıya ədalət” beynəlxalq kampaniyasının və onun
“www.justiceforkhojaly.arg” internet saytının təqdimatına həsr olunmuĢ mətbuat konfransı keçirilmiĢdir.
Ġslam Konfransı TəĢkilati Gənclər Forumunun (ĠKGF) baĢ katibi ElĢad Ġsgəndərov Heydər Əliyev Fondunun
Rusiya Federasiyasındakı nümayəndəliyinin baĢçısı, ĠKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baĢ
əlaqələndiricisi Leyla xanım Əliyevanın irəli sürdüyü “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında
ətraflı
məlumat vermiĢ, bu kampaniyanın
2009-2012-ci
illəri
əhatə etdiyini bildirmiĢdir.
BaĢ katib demiĢdir ki, bu il dekabrın 10-da kampaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı toplanmıĢ
imzalar, Ģəkillər, siyasi-hüquqi baxımdan tanınması ilə bağlı müraciətlər BMT-nin Ġnsan Hüquqları ġurasına
təqdim olunacaqdır.
E.Ġsgəndərov onu da bildirmiĢdir ki, internet saytında Xocalı faciəsi ilə bağlı qətnaməyə 112 təĢkilat
və 850 Ģəxs imza atmıĢdır. Sayt istifadəçilərinin kampaniyaya qoĢulmaq imkanı olan Ģəxslər kampaniyanın
iĢtirakçısına çevrilə, ona maliyyə dəstəyi göstərə bilərlər.
2008-ci ildə Bakıda keçirilmiĢ Ġslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransında ĠKGF
Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması istiqamətində yeni təĢəbbüslə çıxıĢ etmiĢdir. Konfransda
Xocalı soyqırımı haqqında məlumatların Ġslam Konfransı TəĢkilatına üzv olan ölkələrin ali təhsil məktəblərinin
dərsliklərinə salınması haqqında təklif irəli sürülmüĢ və bu təklifin reallığa çevirilməsi istiqamətində ciddi iĢlər
aparılır.
E.Ġsgəndərov vurğulamıĢdır ki, “www.justiceforkhojaly.arg” internet saytı “Xocalıya ədalət”
kampaniyasının virtual aləmdə yayılması və bu qəbildən olan silsilə tədbirlərin sistemləĢdirilməsi məqsədi ilə
yaradılmıĢdır. Onun rəsmi açılıĢı fevralın 26-da həyata keçiriləcəkdir. Kampaniya 17 il bundan öncə Xocalı
Ģəhərində törədilmiĢ insanlığa qarĢı cinayətin dünya ictimaiyyətinə çatdırılması iĢində fəaliyyət göstərəcəkdir.
Kampaniyanın və onun internet saytının dünyanın müxtəlif Ģəhərlərində - VaĢinqton, Ġstanbul, Moskva, Berlin,
Buxarest, Ər-Riyad, Ġsgəndəriyyə, Kuala-Lumpur, Nyu-York, Kiyev, Vyana, Brüssel, Riqa, VarĢava, London,
Haaqa, Ottava və Los-Ancelesdə təqdimatı keçiriləcəkdir. Bu tədbirlərdə Heydər Əliyev Fondunun hazırladığı
“Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhĢilikləri əks etdirən fotoĢəkillər və müxtəlif
illərdə xarici ölkələrin nüfuzlu nəĢrlərində Xocalı faciəsi haqqında dərc edilmiĢ materiallar, Heydər Əliyev
Fondunun ümumtəhsil məktəbləri və uĢaq evlərində keçirdiyi “Xocalı uĢaqların gözü ilə” mövzusunda rəsm
müsabiqəsinin seçmə iĢlərindən ibarət ekspozisiyalar nümayiĢ olunacaqdır.
BildirilmiĢdir ki, ingilis dilində fəaliyyət göstərən “Xocalıya ədalət” kampaniyasına həsr edilmiĢ
saytın yaxın vaxtlarda fransız, ərəb və rus dillərində də hazırlanması nəzərdə tutulur.
Sonda jurnalistləri maraqlandıran suallara cavab verilmiĢdir.
AzərTAc
23 fevral 2009-cu il
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
11
Azərbaycan səfirliyi Xocalı faciəsinin ildönümü ilə bağlı Misirdə və
Liviya Cəmahiriyyəsində keçiriləcək tədbirlərin Planını hazırlamıĢdır
Bakı, 24 fevral (AzərTAc). Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi Ġslam Konfransı
TəĢkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın
təĢəbbüsü ilə elan edilmiĢ “Xocalıya ədalət” Beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondunun
dəstəyi ilə Misirdə və eyni zamanda akkreditə olunduğu Liviya Cəmahiriyyəsində keçiriləcək tədbirlərin planını
hazırlamıĢdır.
Səfirlikdən bildirmiĢlər ki, tədbirlərdə Azərbaycan icmasının, “Vətən” tələbə təĢkilatının,
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, habelə Misir-Azərbaycan
Parlamentlərarası dostluq qrupu üzvlərinin iĢtirakı nəzərdə tutulmuĢdur.
Fevralın 26-da Misirin ən qabaqcıl xəbər televiziya kanalı olan və bir neçə dildə yayımlanan “Nile
Akhbar” kanalında Azərbaycanın Misirdəki səfiri Faiq Bağırovun müsahibəsi və Xocalı hadisələrindən bəhs
edən “Məhv edilmiĢ Ģəhər” filmi ərəb dilində nümayiĢ etdiriləcəkdir.
Bundan baĢqa, Heydər Əliyev Fondu tərəfindən faciə ilə bağlı hazırlanmıĢ təbliğat materialları,
səfirliyin xüsusi xəbər bülleteni, Misirdə fəaliyyət göstərən “Vətən” tələbə təĢkilatı tərəfindən ərəb dilində nəĢr
edilən “Azərbaycan” qəzetinin faciəyə həsr olunmuĢ xüsusi sayı, “Xocalıya ədalət” kampaniyası və
kampaniyanın internet səhifəsi haqqında məlumatlar Misir və Liviyanın Xarici ĠĢlər nazirliklərinə,
parlamentlərinə, Ərəb Dövlətləri Liqasına, bu ölkələrdə fəaliyyət göstərən hökumət və qeyri-hökumət
təĢkilatlarına, ictimai-mədəni və təhsil müəssisələrinə, kitabxanalara, diplomatik nümayəndəliklərə, beynəlxalq
və regional təĢkilatların ofislərinə göndərilmiĢdir.
Eyni zamanda, Ġsgəndəriyyə Ģəhərində keçirilən VII Beynəlxalq kitab sərgisi çərçivəsində fevralın
25-də faciənin ildönümü ilə bağlı geniĢ ictimai aksiyanın, o cümlədən imzatoplama kampaniyasının keçirilməsi,
Xocalı haqqında filmin nümayiĢi, “Azərbaycan” qəzetinin xüsusi sayının, faciə ilə bağlı kitabların, disklərin,
broĢürlərin sərgi iĢtirakçılarına paylanması nəzərdə tutulmuĢdur.
Fevralın 26-da səfirlikdə Misirin aparıcı mətbuat və ictimaiyyət nümayəndələrinin iĢtirakı ilə Xocalı
faciəsinin ildönümü ilə bağlı mətbuat konfransının və “Xocalıya ədalət” kampaniyasının internet səhifəsinin
təqdimatının keçirilməsi, imzatoplama kampaniyasının davam etdirilməsi və faciədən bəhs edən təbliğat
materiallarının iĢtirakçılara paylanması planlaĢdırılmıĢdır.
AzərTAc
24 fevral 2009-cu il
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
12
Haaqada “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının
internet saytı təqdim olunmuĢdur
Haaqa, 24 fevral (AzərTAc). Azərbaycanın Niderland Krallığındakı səfirliyindən bildirmiĢlər ki,
Ġslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım
Əliyevanın təĢəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq
kampaniyası çərçivəsində fevralın 22-də Hollandiyanın Haaqa Ģəhərində “Ana Vətən” Avropa Azərbaycanlı
Qadınları Birliyi azərbaycanlı tələbələrin iĢtirakı ilə anma mərasimi və yürüĢ təĢkil etmiĢdir. Bu tədbirlər
zamanı “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının www.justiceforkhojaly.org ünvanlı internet saytının
təqdimatı olmuĢdur.
Anma mərasimindən əvvəl internet saytının ünvanını və mahiyyətini əks etdirən xüsusi maykalar
geyinmiĢ, səhifəyə və ümumiyyətlə Xocalı faciəsinə aid plakatlar nümayiĢ etdirən gənclər bir sıra beynəlxalq
məhkəmələrin, Beynəlxalq Hüquq Akademiyasının və beynəlxalq hüquq üzrə ixtisaslaĢmıĢ digər mərkəzlərin
yerləĢdiyi Sülh Sarayının qarĢısında toplantı keçirmiĢlər. Sonra tədbir iĢtirakçıları mövzu ilə bağlı plakatları və
Heydər Əliyev Fondu tərəfindən hazırlanmıĢ fotoĢəkilləri nümayiĢ etdirərək Xocalı faciəsinə həsr olunan və
Avropada ilk dəfə quraĢdırılmıĢ abidə istiqamətində matəm yürüĢünə baĢlamıĢlar.
Abidənin önündə təĢkil olunmuĢ mərasim zamanı çıxıĢ edən “Ana Vətən” Avropa Azərbaycanlı
Qadınları Birliyinin rəhbəri GülĢən Kazımova, “Azərbaycanın Holland Dostları” cəmiyyətinin icraçı direktoru
xanım Marion van der Vext və Niderlandda fəaliyyət göstərən Rusiya Həmvətənlərin Əlaqələndirmə ġurasının
icraçı direktoru Qriqori Pasternak Xocalı soyqırımı haqqında danıĢmıĢ, faciəni törədənlərin cəzalandırılmasını
tələb etmiĢ, belə bir qətliamın bir daha təkrarlanmaması ilə bağlı beynəlxalq tədbirlərin görülməsinin vacibliyini
vurğulamıĢlar. BildirilmiĢdir ki, bu məqsədlərə nail olunmasına və faciə haqqında həqiqətlərin dünya
ictimaiyyətinə daha qətiyyətli Ģəkildə çatdırılmasına Leyla xanım Əliyevanın təĢəbbüsü və Heydər Əliyev
Fondunun dəstəyi ilə həyata keçirilən beynəlxalq kampaniya və yaradılmıĢ internet səhifəsi yeni, mahiyyətcə
daha güclü təkan verəcəkdir.
Qeyd etmək lazımdır ki, Qərbi Avropada internet səhifələrinin təqdimatlarının əksər hallarda qapalı
tədbir kimi deyil, məhz kütləvi aksiya Ģəklində geniĢ ictimaiyyət qarĢısında keçirilməsi öz səmərəliliyinə görə
çox populyardır. Xocalı faciəsinə həsr olunmuĢ internet səhifəsinin bu formatda təqdim edilməsi holland
ictimaiyyəti və yerli KĠV nümayəndələrinin böyük marağına səbəb olmuĢ, zəruri məlumatların geniĢ kütlələrə
çatdırılmasına Ģərait yaratmıĢdır.
Tədbirdə Niderlandda təhsil alan azərbaycanlılarla yanaĢı, Azərbaycan diasporunun və
“Azərbaycanın Holland Dostları” təĢkilatının fəalları, yerli KĠV təmsilçiləri iĢtirak etmiĢlər.
AzərTAc
24 fevral 2009-cu il
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
13
Britaniyanın Hərb Muzeyində Xocalı soyqırımı ilə əlaqədar
anma mərasimi keçirilmiĢdir
London, 25 fevral (AzərTAc). Fevralın 24-də Böyük Britaniyanın tanınmıĢ tədqiqat mərkəzlərindən
sayılan Ġmperiya Hərb Muzeyində Xocalı soyqırımı qurbanlarının anma mərasimi və “Xocalıya Ədalət”
beynəlxalq məlumatlandırma kampaniyasının təqdimat mərasimi keçirilmiĢdir.
Tədbirdə Britaniya Parlamentinin üzvü Mayk Henkok, dövlət qurumlarının, o cümlədən xarici iĢlər
nazirliyinin rəsmiləri, Londonda akkreditə olunmuĢ səfirliklərin nümayəndələri, Qafqaz regionu üzrə
ixtisaslaĢmıĢ tədqiqat mərkəzlərinin təmsilçiləri, jurnalistlər, Azərbaycan və türk icmalarının üzvləri iĢtirak
etmiĢlər.
Tədbiri giriĢ sözü ilə açan səfir Fəxrəddin Qurbanov Xocalı faciəsinin xalqımızın tarixində qanlı
səhifələrdən biri olduğunu vurğulamıĢ, faciə qurbanlarının yalnız azərbaycanlı olduqları üçün kütləvi qətlə
məruz qaldıqlarını qeyd etmiĢdir. O, eyni zamanda faciəyə indiyə qədər beynəlxalq ictimaiyyət və əlaqədar
beynəlxalq təĢkilatlar tərəfindən müvafiq qiymət verilmədiyinin təəssüf doğuran hal olduğunu diqqətə
çatdırmıĢdır.
Daha sonra çıxıĢ edən Cənubi Qafqaz üzrə tanınmıĢ tədqiqatçı professor Tamara Draqadze faciənin
miqyasından təfsilatlı Ģəkildə bəhs etmiĢ, bu addımı sadəcə Azərbaycan xalqına qarĢı deyil, bütövlükdə
bəĢəriyyətə və bəĢəri dəyərlərə qarĢı törədilmiĢ cinayət kimi dəyərləndirmiĢdir. Xanım Draqadze hadisələrin baĢ
verdiyi ərəfədə regionda olduğunu və faciənin əsl miqyası ilə çox yaxından tanıĢ olduğunu diqqətə çatdırmıĢdır.
O, eyni zamanda vurğulamıĢdır ki, bir sıra cəhdlərə baxmayaraq, faciəyə indiyədək beynəlxalq ictimaiyyət və
təĢkilatlar tərəfindən həqiqi qiymət verilməmiĢdir. Bu istiqamətdə Azərbaycan hökumətinin apardığı
məlumatlandırma kampaniyasını yüksək qiymətləndirilməlidir.
ÇıxıĢların ardınca Heydər Əliyev Fondu tərəfindən göndərilmiĢ video materiallardan hazırlanmıĢ və
Xocalı faciəsini özündə əks etdirən video klip nümayiĢ etdirilmiĢdir.
Tədbir çərçivəsində Ġslam Konfransı TəĢkilatının Gənclər Forumu və qurumun Mədəniyyətlərarası
Dialoq üzrə baĢ əlaqələndiricisi xanım Leyla Əliyevanın təĢəbbüsü ilə baĢlanmıĢ “Xocalıya Ədalət” beynəlxalq
kampaniyasının və kampaniyanın internet səhifəsinin təqdimat mərasimi keçirilmiĢdir. Beynəlxalq
kampaniyanın Böyük Britaniya üzrə əlaqələndiricisi olan “Odlar Yurdu” cəmiyyətinin icraiyyə komitəsinin
üzvü xanım Britt Montimer çıxıĢ etmiĢ və sözügedən kampaniya haqqında, kampaniya çərçivəsində hazırlanmıĢ
internet səhifəsi və kampaniyaya qatılmaq Ģərtləri ilə bağlı ətraflı məlumat vermiĢ, geniĢ ekranda isə
kampaniyanın internet səhifəsinin görüntüləri verilmiĢdir.
Tədbirin gediĢində Xocalı faciəsi və Qarabağ müharibəsindən bəhs edən kitab və broĢürlər paylanmıĢ,
o cümlədən “Xocalı uĢaqların gözü ilə” adlı rəsm sərgisi nümayiĢ etdirilmiĢdir.
Dostları ilə paylaş: |