çərçivəsində təĢkil edilmiĢdir.
Aksiyalar ərəfəsində “Xocalıya ədalət” beynəlxalq məlumat və təĢviqat kampaniyasının Kolumbiya üzrə
milli əlaqələndiricisi Xulian Riqo Mendezin təĢkilatçılığı ilə yerli könüllülər tərəfindən Ģəhərin mərkəzi
küçələrində divarlara posterlər yapıĢdırılmıĢ və küçələrdə kampaniya haqqında məlumat bukletləri
paylanmıĢdır.
Ġki min beĢ yüzdən çox gəncin iĢtirak etdiyi festivalda “Ədalətsizliyə qarĢı min Ģəxs” devizi altında
insanlıq əleyhinə törədilən Xocalı qətliamını və faciənin qurbanlarına qarĢı törədilmiĢ qeyri-insani davranıĢları
pisləyən bəyannaməyə imzatoplama kampaniyası həyata keçirilmiĢdir.
Aksiyanın sonuncu günü Kartahena Universitetində tələbələrlə görüĢlər keçirilmiĢ, qarĢıdan gələn 10
dekabr - Beynəlxalq Ġnsan Hüquqları Günü ilə bağlı Xocalı qətliamı haqqında “dəyirmi masa”lar və
diskussiyalar təĢkil edilmiĢ və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün oxĢar sülhməramlı aksiyaların
davam etdirilməsi planlaĢdırılmıĢdır.
“Xocalıya ədalət” kampaniyasına dəstək tədbirləri Ġsveçrənin Cenevrə, Almaniyanın Berlin,
Hollandiyanın Haaqa Ģəhərlərində Beynəlxalq Ġnsan Hüquqları Günü ilə əlaqədar keçiriləcək konfranslarla
davam edəcəkdir.
Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq məlumat və təĢviqat kampaniyası Ġslam Konfransı TəĢkilatına
üzv olan Dialoq və ƏməkdaĢlıq uğrunda Ġslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə
baĢ əlaqələndiricisi Leyla Əliyevanın təĢəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilmiĢdir. Kampaniyanın əsas
məqsədi 1992-ci il fevralın 26-da Xocalı Ģəhərində insanlığa qarĢı törədilmiĢ cinayətin dünya ictimaiyyətinə
çatdırılması, faciəyə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə nail olmaqdır.
AzərTAc
“Xalq qəzeti”.-2009.-9 dekabr.-N 273-S.5.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
45
BMT-nin Millətlər Sarayında Xocalı faciəsi müzakirə olunub
Ermənistanın BMT-nin Cenevrə ofisindəki nümayəndəliyi tədbirin iĢini poza bilməyib
Dialoq və ƏməkdaĢlıq uğrunda Ġslam Konfransı Gənclər Forumunun (DƏ-ĠKGF) təĢəbbüsü ilə Ġnsan
Haqları Günü - dekabrın 10-da BMT-nin Cenevrə ofisinin Millətlər Sarayında silahlı münaqiĢələr zamanı insan
hüquqlarının kütləvi pozulması problemlərinə həsr olunmuĢ beynəlxalq konfrans keçirilib. Forumdan APA-ya
verilən məlumata görə, konfrans bir saat gec baĢlayıb. Buna səbəb Ermənistanın BMT-nin Cenevrə ofisindəki
daimi nümayəndəliyinin tədbirin iĢini pozmaq cəhdləri olub. Onlar konfransın formatının guya BMT-nin
qaydalarına zidd olduğu arqumentini səsləndiriblər. TəĢkilatçıların verdiyi izahatdan sonra mötəbər qonaqların
konfransda iĢtirakı da nəzərə alınmaqla tədbir planlaĢdırıldığı kimi BMT-nin Millətlər Sarayında öz iĢinə
baĢlayıb.
DƏ-ĠKGF baĢ katibi ElĢad Ġsgəndərov məruzəsində Ruanda və Serebrenitsa (Bosniya) faciələri ilə
yanaĢı, Xocalı qətliamının da Ġslam Konfransı TəĢkilatının (ĠKT) sənədlərində tanındığını deyib və bu məsələ
ilə bağlı mədəniyyətlərarası dialoq çərçivəsində ĠKT və Avropa strukturlarının əməkdaĢlığının vacibliyini
vurğulayıb.
"Xocalıya ədalət" kampaniyasının Litvadan olan koordinatoru Yeva Lukosevite Qarabağ müharibəsinin
qanlı səhifəsi olan bu faciə haqqında kampaniya fəallarının hazırladığı multimedia təqdimatı ilə çıxıĢ edib.
Ermənistan nümayəndələri bir neçə dəfə konfransı pozmağa cəhd ediblər. Ermənistanın BMT-dəki
nümayəndəliyində çalıĢan diplomat V. Gevorqyan Ermənistan ordusunun bu kütləvi qətldə iĢtirakını inkar edib.
E. Ġsgəndərov isə cavab olaraq Ermənistan rəsmilərinin hələ də beynəlxalq ictimaiyyəti aldatmaqda davam
etdiyini söyləyib: "Ermənistanda bu cinayətdə öz liderlərinin hansı rol oynadıqlarını yaxĢı bilirlər. Məhz o
zaman Dağlıq Qarabağdakı erməni silahlı qüvvələrinin komandirlərindən olan, indi sizin ölkəyə baĢçılıq edən
prezident Böyük Britaniyadan olan jurnalist Tomas De Vaala müsahibəsində etiraf etmiĢdi ki, Xocalıda erməni
silahlılarının əsas məqsədi azərbaycanlılarda dinc əhalinin öldürülməsinin yolverilməzliyi ilə bağlı formalaĢmıĢ
"stereotipi" məhv etmək olub". Forumun baĢ katibi çıxıĢında adı çəkilən kitabdan iqtibas gətirib.
Azərbaycanın BMT-nin Cenevrədə yerləĢən qərargahındakı daimi nümayəndəliyinin rəhbəri Elçin
Əmirbəyov isə erməni diplomatlarını BMT-də insan hüquqları ilə bağlı müzakirə olunan məsələləri
siyasiləĢdirməyə cəhd göstərməkdə ittiham edib: "Erməni diplomatiyasının qeyri-hökumət təĢkilatlarının
təĢəbbüslərinə mane olmaq, bu tipli tədbirləri pozmaq praktikasına tez-tez rast gəlinir. Bu konfransda
Ermənistan nümayəndəsinin çıxıĢı müxtəlif ölkələrdən olan iĢtirakçıların Xocalı qırğını qurbanlarının
hüquqlarının bərpa olunmasının zəruriliyi ilə bağlı söylədikləri mülahizələrlə tam uyğunsuzluq təĢkil edir. Lakin
onlar "Xocalıya ədalət" kampaniyası təĢkilatçılarının irəli sürdüyü əsaslandırılmıĢ arqumentlərlə rastlaĢdılar.
Son illər Azərbaycanın aktiv xarici siyasətinin nəticələrindən olan bu kampaniya öncədən perspektivsiz mövqe
seçən rəsmi Ġrəvanı narahat etməkdədir".
Konfransın sonunda qəbul edilmiĢ xüsusi məruzə BMT-nin Nyu-York və Cenevrədəki ofislərinə, o
cümlədən digər beynəlxalq təĢkilatlara göndəriləcək.
“Kaspi”.-2009.-12-14 dekabr.-N.222.-S.1.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
46
Berlində Xocalı qətliamı mövzusunda keçirilən konfrans baĢa çatıb
Berlində Beynəlxalq Ġnsan Hüquqları gününə həsr olunmuĢ "UnudulmuĢ qurbanlar - Qafqazda yəhudilər
və azərbaycanlılar" mövzusunda keçirilən 3 günlük konfrans baĢa çatıb. Bu barədə APA-ya Dialoq və
ƏməkdaĢlıq uğrunda Ġslam Konfransı Gənclər Forumunun Media Departamentindən bildirilib. Tədbirin əsas
təĢkilatçısı, "Xocalıya Ədalət" beynəlxalq kampaniyasının Almaniya üzrə koordinatoru, Almaniya
Azərbaycanlıları Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-Ġsmayılovanın verdiyi məlumata
əsasən, konfrans Xocalı qətliamına və azərbaycanlılara qarĢı 1918-ci ildə Qubada erməni daĢnakları tərəfindən
törədilmiĢ soyqırımına həsr edilib. Tədbir 100-dən artıq qonağın iĢtirakı ilə Alman-Azərbaycan
Münasibətlərinin ĠnkiĢafı Mərkəzində keçirilib. Tədbir zamanı Avropa Parlamentinin üzvü Eduard Lintner
Azərbaycana qarĢı yeridilən iĢğalçı siyasəti tənqid edib, Avropanın Dağlıq Qarabağ məsələsinin həllində daha
fəal iĢtirakının labüd olduğunu bildirib.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz ġahbazov Azərbaycanda ermənilər tərəfindən tarixən (Quba,
ġamaxı və s.) və yaxın keçmiĢdə (Xocalı və s.) törədilən cinayətlər haqqında məlumat verib.
Konafransda Potsdam Universitetinin professoru Dr. Vilfrid Furman, Avropa Azərbaycan Cəmiyyətinin
direktoru ġahin Namati-Nasab da çıxıĢ ediblər. Avroqafqaz Cəmiyyətinin sədri, Bonn və Berlin
Universitetlərinin professoru xanım Dr. Eva Maria Aux "Azərbaycan yəhudiləri-unudulmuĢ icma" mövzusunda
məruzə edərək, yəhudilərin Azərbaycanda tarixən məskunlaĢması və indiyə qədər milli azlıq kimi tam əmin-
amanlıqda yaĢamalarını tarixi faktlarla əsaslandırıb.
Tədbirin bədii hissəsi zamanı mərhum professor RövĢən Mustafayevin sonuncu - "Ölüm marĢları"
kitabının təqdimatı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Ġnsan Hüquqları Ġnstitutunun direktoru
Aytən Mustafayeva həmin kitabın yeni - alman dilində olan nüsxəsini təqdim edib.
AAKM-nin icraçı direktoru Samira Patzer-Ġsmayılova Xocalı qətliamının dünya ictimaiyyəti tərəfindən
hüquqi-siyasi cəhətdən tanınmasına çağıraraq, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının labüd
olduğunu qeyd edib.
Tədbirdə Ġslam Konfransı Gənclər Forumunun baĢ koordinatoru Leyla Əliyevanın təĢəbbüsü ilə həyata
keçirilən "Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyasının alman dilində təqdimatı Fariz Qasımlı
tərəfindən edilib.
Qeyd edək ki, "Xocalıya Ədalət" beynəlxalq məlumat və təĢviqat kampaniyası ĠKT-yə üzv qurum olan
Dialoq və ƏməkdaĢlıq uğrunda Ġslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baĢ
koordinatoru Leyla Əliyevanın təĢəbbüsü ilə 8 may 2008-ci ildə elan edilib.
“Kaspi”.-2009.-15 dekabr.-N.223.-S.4.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
47
Xocalı qətliamı Ġsveçdə yaradılmıĢ “Beynəlxalq Müharibə
Qurbanları Memorialı” layihəsinə daxil edilmiĢdir
Ġslam Konfransı TəĢkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi
Leyla Əliyevanın təĢəbbüsü ilə elan edilmiĢ “Xocalıya ədalət” kampaniyasının səyi ilə Xocalı qətliamının
adı Ġsveçdə yaradılmıĢ və virtual aləmdə geniĢ vüsət almıĢ mükəmməl “Beynəlxalq Müharibə Qurbanları
Memorialı” arxiv layihəsinə daxil edilmiĢdir.
Layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı
qüvvələri tərəfindən Xocalı Ģəhərində xüsusi amansızlıqla öldürülən qurbanların siyahısı yerləĢdirilmiĢ, faciə
saytın istifadəçilərinə XX əsrin ən dəhĢətli qətliamı kimi təqdim edilmiĢdir (http://war-memorial.net/Victims-of-
the-Khojali-Massacre-1.224 http://war-memorial.net/Victims-of- the-Khojali-Massacre-1.224).
Saytda istifadə edilmiĢ ədəbiyyat və resurslar içərisində “Xocalıya ədalət” kampaniyasının rəsmi internet
saytından (www.justiceforkhojaly.org http://www.justiceforkhojaly.org) istifadə edilmiĢ və sayt kampaniyanın
rəsmi saytına yönləndirilmiĢdir. Xocalı qətliamının adı Əlcəzair, Srebrenitsa, Darfur, Madaqaskar, Nigeriya,
Ruanda, Vyetnam və baĢqa yerlərdə törədilmiĢ soyqırımları və qətliamlarla bir sırada çəkilmiĢdir.
“Beynəlxalq Müharibə Qurbanları Memorialı” layihəsi II Dünya müharibəsindən sonra dünyada baĢ
vermiĢ müharibələr, soyqırımları və qətliamların qurbanları olmuĢ insanların siyahısını ehtiva edir, Ģəkillər və
faktlarla birlikdə hadisələrin xülasəsini əks etdirir. XX əsrin ikinci yarısından bu günədək soyqırımı və
qətliamlarda həlak olmuĢ insanların siyahıyaalma prosesində insan hüquqları ilə məĢğul olan institutlar, alimlər,
beynəlxaq və qeyri-hökumət təĢkilatları, bu sahə ilə məĢğul olan araĢdırmaçılar iĢtirak edirlər. Layihə
çərçivəsində dünyanın müxtəlif ölkələrində məlumatlandırma üçün sərgilər, seminarlar həyata keçirilir və
məqalələr çap edilir.
Faciələrlə bağlı qurbanların xatirəsini əbədiləĢdirmək üçün Stokholm Ģəhərində özündə universitet,
muzey, kitabxana, arxiv, xatirə parkları və baĢqa komponentləri birləĢdirən “Memorial” kompleksinin tikilməsi
planlaĢdırılır. “Xocalıya ədalət” kampaniyası kompleksdə Xocalı soyqırımı bölməsinin açılması ilə bağlı
təkliflərini layihənin təĢkilatçılarına təqdim etmiĢdir.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində fevralın 26-da dünyanın 30-dan artıq ölkəsində sərgilərin,
konfransların və dinc aksiyaların təĢkili planlaĢdırılır. Xocalıda törədilmiĢ insanlığa qarĢı cinayətin dünya
ictimaiyyətinə çatdırılması, bu faciəyə hüquqi-siyasi və mənəvi qiymətin verilməsi üçün səmərəli təĢviqat
davam etdirilir.
“Xalq qəzeti”.-2010.-12 yanvar.-N 7.-S.2.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
48
Küveytdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində
tədbir keçirilmiĢdir
Bakı, 18 fevral (AzərTAc). Ġslam Konfransı TəĢkilatının Gənclər Forumundan bildirmiĢlər ki, Küveytin
ən böyük gənclər təĢkilatlarından biri olan LoYAC-ın ofisində “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının
təqdimatı keçirilmiĢdir.
Tədbirdə iĢtirak edən gənclər təĢkilatlarının nümayəndələrinə və qonaqlara Xocalı faciəsi haqqında
məlumat verilmiĢ, kampaniyanın internet səhifəsi (www.justiceforkhojaly.org) və “Xocalı uĢaqların gözü ilə”
adlı fotosərgi nümayiĢ etdirilmiĢdir.
Xocalı qətliamına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsi üçün dünya liderlərinə
ünvanlanan Petisiya iĢtirakçılara təqdim edilmiĢ və imzalar toplanmıĢdır.
Təqdimatda iĢtirak edən Azərbaycanın Küveytdəki səfiri ġahin Abdullayev gənclərə Xocalı faciəsi
haqqında həqiqətlərin Küveyt ictimaiyyətinə çatdırılması üçün göstərdikləri təĢəbbüsə və fəaliyyətə görə
təĢəkkür etmiĢdir.
AzərTAc
18 yanvar 2010-cu il
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
49
Heydər Əliyev Fondu Xocalı soyqırımının ildönümü ilə
əlaqədar tədbirlər planlaĢdırır
Layihələr il ərzində davam edəcək
Heydər Əliyev Fondu Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar tədbirlər planlaĢdırır. Bu barədə
qəzetimizə açıqlamasında millət vəkili Qənirə PaĢayeva məlumat verib. O bildirib ki, fondun prezidenti, millət
vəkili Mehriban Əliyevanın təĢəbbüsü ilə Xocalı soyqırımının tanıdılması, dünyaya çatdırılması istiqamətində
çox böyük layihələr var. Bu layihələr bu il ərzində də davam edəcək. Q. PaĢayeva bildirib ki, fondun Rusiyadakı
nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın uzun müddətdən bəri baĢlatdığı "Xocalıya ədalət!" kampaniyası da
davam edir. Dünyada bu kampaniyaya qoĢulan insanların sayı günü-gündən çoxalır. Bu istiqamətdə görülən
iĢlər bundan sonra da davam edəcək.
Q. PaĢayeva bildirib ki, Heydər Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə,
beynəlxalq aləmə çatdırılması istiqamətində həddindən artıq böyük iĢlər görüb. Millət vəkilinin sözlərinə görə,
ümumiyyətlə, Xocalı soyqırımının, Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində sözügedən fondun
rəhbəri, millət vəkili Mehriban Əliyevanın təĢəbbüsü ilə çox böyük iĢlər həyata keçirilib: "Ġndiyə qədər
Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlərin, sərgilərin keçirilməsi, filmlərin
nümayiĢ olunması və sair bu qəbildəndir. Fond tərəfindən Xocalı soyqırımına dair müxtəlif dillərdə filmlər
hazırlanıb. Həmçinin Xocalı soyqırımı ilə bağlı foto-sərgilərin təqdimatı dünyanın onlarla ölkəsində düzənlənib.
Bununla yanaĢı, "Xocalı uĢaqların gözü ilə" rəsm sərgisi və sair böyük tədbirlər təĢkil olunub. Bunlar hamısı
Fondun və ələlxüsus Mehriban xanımın Xocalı soyqırımının tanıdılması istiqamətində çox böyük xidmətləridir:
"Bizim hər birimiz harada yaĢamağından asılı olmayaraq, bu kampaniyalara dəstək verməliyik. Hərənin gücü
nəyə çatırsa, Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının baĢına gətirilən bütün müsibətlərin təbliğ
edilməsi, erməni yalanlarının qarĢısının alınması istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. Burada hər
kəsin üzərinə düĢən bir məsuliyyət payı var. Hamı o məsuliyyəti baĢa düĢməlidir. Heç kəs gözləməməlidir ki,
bunu kimsə baĢqaları etməlidir".
Onu da qeyd edək ki, Xocalı soyqırımının növbəti ildönümü yaxınlaĢan ərəfədə hər zaman bu məsələ -
sözügedən faciənin soyqırımı aktı kimi Türkiyə Böyük Millət Məclisində (TBMM) tanınması məsələsi gündəmə
gəlir. Görəsən, nəhayət, TBMM Xocalı qətliamını soyqırımı kimi tanıya bilərmi?
Q. PaĢayevanın qeyd etdiyinə görə, Xocalı soyqırımının ildönümlərində bir neçə dəfə Türkiyədə, TBMM-
də olub. Burada bir neçə millət vəkili Xocalı soyqırımı ilə bağlı çıxıĢlar edir, bu qətliamın baiskarlarının,
günahkarlarının pislənməsi, məsuliyyətə cəlb olunması tələbləri irəli sürülür. Bununla belə, hər bir Azərbaycan
vətəndaĢının, hamımızın arzusu odur ki, TBMM-də Xocalı soyqırımı ilə bağlı geniĢ dinləmələr təĢkil olunsun və
bu dinləmələrin yekun olaraq Xocalı qətliamının soyqırımı aktı kimi tanınması ilə bağlı sənəd qəbul edilsin:
"Bilirsiniz, bir atalar məsəlində deyildiyi kimi, uman yerdən küsərlər. Türkiyə bizim ən yaxın dostumuz, qardaĢ
dövlətimizdir. Biz iki dövlət, bir millətik. Eyni zamanda, onu da qeyd edim ki, Türkiyə xalqı və dövləti daim
Qarabağ məsələsində Azərbaycanın yanındadır. Bununla belə, hamının könlündə olan istək budur ki, Türkiyə
parlamenti də Xocalı faciəsini soyqırımı aktı kimi tanısın".
Millət vəkili əlavə edib ki, Xocalı faciəsinin soyqırımı aktı kimi TBMM tərəfindən indiyənədək
tanınmamasının müəyyən səbəbləri var: "Türkiyəli dostlarımızla, siyasətçilərlə bu yöndə söhbətlər apararkən
onlar bildirirlər ki, bu məsələ onların da ürəyindən keçir. Onlar vurğulayırlar ki, biz də istəyirik elə günü sabah
Xocalı faciəsini müzakirə edək və onu soyqırımı kimi tanıyaq. Ancaq onlar Türkiyənin dünyanın müəyyən
reallıqları ilə üz-üzə qaldığını qeyd edərək, TBMM-in Xocalı faciəsini rəsmən soyqırımı aktı kimi tanımasına
çətinlik çəkdiyini dilə gətirirlər. Hesab edirəm ki, burada Türkiyə dövlətini də, parlamentini də, türkiyəli
dostlarımızı da baĢa düĢmək olar. Ancaq biz istərdik ki, Türkiyə Xocalı faciəsini soyqırımı kimi tanıyan ilk
dövlət olsun".
Millət vəkili onu da bildirib ki, bu məsələdə təkcə Türkiyə ilə kifayətlənmək olmaz. Azərbaycan Xocalı
soyqırımının tanınmasını təkcə Türkiyədən ummamalıdır. Bunun üçün dünyanın ən müxtəlif ölkələrində iĢ
aparmalıdır. Bu iĢdə diplomatik korpuslarımızla, səfirliklərimizlə yanaĢı, həmin ölkələrdəki diaspor
təĢkilatlarımızın, əlaqələndirici rolunu oynayan dövlət qurumlarının üzərinə çox böyük iĢlər düĢür. Millət vəkili
bildirib ki, hazırda xaricdəki Azərbaycan diaspor təĢkilatlarının vəziyyəti heç də arzuolunan səviyyədə deyil:
"Onların özlərində də bir sıra problemlər var. Yəni diaspor təĢkilatlarımızın özündə də milli məsələlərə
sahiblənmək prosesi hələ yeni-yeni baĢlamaqdadır. Əgər xaricdəki diaspor təĢkilatlarımız milli məsələlərə
tezliklə sahiblənsə, eyni zamanda, fəaliyyətimizi geniĢləndirməyə, iĢlərimizi sürətləndirməyə nail ola bilsək,
onda təbii ki, Xocalı qətliamının soyqırımı aktı kimi tanınmasına nail ola bilərik. Onu da qeyd edim ki, bu iĢləri
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
50
həyata keçirmək üçün xeyli vaxt tələb olunur. Bunlara bir-iki ilin içində nail olmaq qeyri-mümkündür.
Ermənilər də öz uydurma soyqırımlarını tanıtmaq üçün uzun illərdən bəri fəaliyyət göstəriblər və bu fitnəkar
əməllərini bu gün də davam etdirməkdədirlər. Yəni Xocalı qətliamının soyqırımı kimi tanınması bir-iki günün
məsələsi deyil. Bunun üçün hələ çox çalıĢmalıyıq, əlimizdən gələnləri və gəlməyənləri əsirgəməməliyik".
Ġlham QULĠYEV
“Kaspi”.-2010.-19 yanvar.-N.10.-S.4.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
51
"Xocalıya ədalət"
Amerikanın populyar rep ustası belə adda mahnı yazıb
"Xocalıya ədalət" beynəlxalq məlumat və təbliğat kampaniyası çərçivəsində "Xocalıya ədalət" adlı rep
üslubunda mahnı yazılıb. APA-nın məlumatına görə, bununla bağlı mahnının müəllifləri mətbuat konfransı
keçiriblər. Kampaniyanın koordinatoru ElĢad Ġsgəndərov bildirib ki, rep üslublu mahnının müəllifi, rep ifaçısı
Toni Bləkməndir, aranjiman isə Qordon Vilyamsa məxsusdur. Mahnı T. Bləkmən və Azərbaycanın "Dəyirman"
rep qrupu tərəfindən ifa edilir.
Qeyd olunub ki, mahnı Xocalı soyqırımı haqqında həqiqətləri özündə əks etdirməklə dünya
ictimaiyyətini bu faciəyə qiymət və Azərbaycanın haqq səsinə dəstək verməyə çağırır. Mahnıda müasir rep
ritmləri ilə yanaĢı muğam və balaban musiqisindən də istifadə edilib. E. Ġsgəndərov bildirib ki, hazırda
mahnının klipi çəkilir. Klipin çəkiliĢləri studiya Ģəraitində, həmçinin ġəhidlər Xiyabanı və məcburi köçkün
Ģəhərciklərində aparılacaq. Mahnı və klipin təqdimatı fevral ayının sonuna planlaĢdırılıb. E. Ġsgəndərov klipin
dünyanın bir sıra ölkələrində yayılacağını da qeyd edib.
Toni Bləkmən mətbuat konfransında bildirib ki, o Xocalı barədə əvvəllər də eĢidib, amma detallı
məlumatları olmayıb: "Bu barədə mən ötən ilin noyabrında Bakıya səfər edəndə daha dərindən maraqlandım.
Musiqi ilə hansısa mesajları çatdırmaq daha asandır və mən bu faciəni dünyaya çatdırmaq iĢini məmnuniyyətlə
edirəm. Mən yaxĢı bir iĢ gördüyümə əminəm".
T. Bləkmən Xocalı faciəsi ilə yaxından tanıĢ olanda Ģok keçirdiyini də qeyd edib: "Afrikada belə
hadisələrin olduğunu bilirdim, amma bu regionda birinci dəfə idi belə hadisə ilə qarĢılaĢırdım".
Qordon Vilyam isə bildirib ki, Xocalı faciəsinin mahiyyətini dünyaya çatdırmaq vacib məsələdir.
Mətbuat konfransının sonunda tədbir iĢtirakçıları "Xocalıya ədalət" kampaniyası çərçivəsində ABġ
prezidenti və Konqresinə ünvanlanmıĢ, Xocalı faciəsinin insanlığa qarĢı cinayət kimi tanınmasını tələb edən
müraciətə imza atıblar.
Qeyd edək ki, "Xocalıya ədalət" kampaniyası 2008-ci ilin mayında Ġslam Konfransı TəĢkilatı Gənclər
Forumunun Mədəniyyətlərarası dialoq üzrə baĢ koordinatoru Leyla Əliyevanın təĢəbbüsü ilə elan edilib.
Kampaniya ötən ilin fevral ayında dünyanın 20-dən artıq ölkəsinin paytaxtında təqdim edilib və il ərzində
davam edib.
“ġərq”.-2010.-19 yanvar.-N.10.-S.7.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
52
Dostları ilə paylaş: |