“xocaliya ədaləT”


həyata  keçirilən  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyası



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə9/16
tarix06.09.2017
ölçüsü0,94 Mb.
#29157
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

həyata  keçirilən  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyası  çərçivəsində  irəli  sürülən  qətnamədə  Xocalı 
faciəsi  “Erməni  silahlı  qüvvələri  tərəfindən  dinc  əhalinin  kütləvi  qətliamı”  və  “insanlığa  qarĢı  cinayət”  kimi 
qiymətləndirilib.   Qətnamədə “Xocalıya ədalət”  kampaniyasına tam  dəstək  ifadə  olunub, quruma üzv  olan  51 
dövlətin  parlamenti  bu  faciəni  insanlığa  qarĢı  cinayət  kimi  tanımağa  və  kampaniyaya  həm  milli,  həm  də 
beynəlxalq  səviyyələrdə  dəstək  verməyə  çağırılıb.  Qətnamə  beynəlxalq  təĢkilatlar  tərəfindən  Xocalı  faciəsini 
insanlığa  qarĢı  cinayət  kimi  tanıyan  ilk  sənəddir.  Bu  isə  Xocalı  faciəsinin  erməni  millətçiləri  tərəfindən 
Azərbaycan  xalqına  qarĢı  aparılan  soyqırım  siyasətinin  tərkib  hissəsi  kimi  beynəlxalq  səviyyədə  tanınması  və 
cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ kimi qiymətləndirilir. Əlavə bir 
təklif olaraq qeyd edək ki, vaxtilə Xocalı faciəsinin canlı Ģahidləri olmuĢ xarici jurnalistlərin, fotoreportyorların, 
beynəlxalq  təĢkilat  nümayəndələrinin  bu  gün  tapılması,  onların  Xocalı  soyqırımını  dünyada  tanıtmaqla  bağlı 
Ģəbəkəsinin yaradılmasına da ciddi ehtiyac var. Bu, çox ciddi effekt verə bilər. Belə ki, həmin insanlar nüfuzlu 
beynəlxalq KĠV-lərin, təĢkilatların nümayəndələridir. Onların dünya, xüsusilə Qərb ictimaiyyətinə çıxıĢ və təsir 
imkanlarını  nəzərə  almaq  lazımdır.  Eləcə  də  onlar  hadisələrin  canlı  Ģahidləri  olduqları,  erməni  vəhĢiliklərini 
əyani  gördükləri  üçün  bu  məsələdə  töhfə  verməkdən  imtina  etməzlər.  Yetər  ki,  onlarla  əməli  iĢ  aparılsın, 
bununla bağlı ciddi plan və layihələr həyata keçirilsin. Daha aydınlıq hasil etmək üçün o vaxt hadisələri təsvir 
etmiĢ,  dünya  mətbuatında  geniĢ  iĢıqlandırmıĢ  “Krua  l'Eveneman”  jurnalı  (Paris),  “The  Sunday  Times”  qəzeti 
(London), “The Times” qəzeti (London), “Ġzvestiya” (Moskva), “Financial Times” qəzeti (London), “Le Mond” 
qəzeti (Paris), R. Patrik, Ġngiltərənin “Fant men nyus” teleĢirkətinin jurnalisti, Livanlı kinooperator, Rusiyanın 
“Memorial”  hüquq-müdafiə  mərkəzi,  “Newsweek”  jurnalı  (ABġ),  “Reuters”  agentliyinin  fotoqrafı  Frederix 
Lenqeyn, “Channel 4 News” televiziyası (Böyük Britaniya), “Boston Sunday Globe” qəzeti (ABġ), “The Age, 
Melbourne” qəzeti (Avstraliya), “The Washington Post” qəzeti (ABġ), “The Washington Times” qəzeti (ABġ), 
“The Ġndependent” (London), “Nie” qəzeti, (Bolqarıstan), Violetta Parvanova və “BBC Morning News”, Xocalı 
faciəsinin  Ģahidi  olan  və  sonra  Livanın  paytaxtı  Beyrutda  məskunlaĢan  erməni  jurnalist  Daud  Kheyriyanın 
adlarını qeyd edirik. Eləcə də onların vasitəçiliyindən yararlanıb digər beynəlxalq diplomatların soyqırımla bağlı 
Ģəbəkəsini yaratmaq, lobbiçiliyini təmin etmək olar. Ġctimai təĢkilatlarımız və diasporumuz bu məqama diqqət 
yetirməlidirlər.  Cəmiyyətimizdə  yeni  nəsillərin  soyqırımla  bağlı  düzgün  və  dolğun  məlumatlandırılması  üçün 
xüsusi strategiya formalaĢdırılmalıdır. Belə ki, ən yeni tarixlə bağlı dərsliklərdə, kitablarda Xocalı soyqırımına 
aid  korrekt  və  maarifləndirici  məlumatlar  əksini  tapmalıdır.  KĠV-lər,  xüsusilə  telekanallar  bu  mövzuda  ciddi 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
61 
 
materiallar hazırlamalı, müzakirələr təĢkil etməlidirlər. Eləcə də Xocalı soyqırımı Ģəhidlərinin xatirəsinin xalqın 
dini-mənəvi və milli Ģüurunda möhkəmlənməsi üçün ildönümləri ərəfəsində xüsusi rituallar formalaĢdırmaq və 
həyata  keçirmək  məqsədəuyğun  olardı.  ġəhidlik  ən  yüksək  zirvələrdən  sayılır  və  Xocalı  Ģəhidlərinin  bu 
məqamının  cəmiyyətə  dərindən  aĢılanması  üçün  ilahiyyatçıların  da  bu  məsələdə  müzakirələrə  qoĢulması  iĢin 
xeyrinə  olardı.  Unutmaq  lazım  deyil  ki,  bu  məsələdə  yalnız  cəmiyyətin  ciddi  daxili  hazırlığından  sonra 
beynəlxalq  arenada  Xocalı  soyqırımını  lazım  olduğu  kimi  təqdim  edə,  cinayətkarların  cəzalandırılmasına, 
qərəzkarların ifĢasına və haqqımızın əldə edilməsinə nail ola bilərik.  
 
Ġlkin AĞAYEV  
 
Yazı Mətbuat ġurası və Xocalı Soyqırımını Tanıtma Ġctimai Birliyinin birgə keçirdiyi “Qarabağ mövzusu 
və Xocalı soyqırımı mediada” müsabiqəsinə təqdim etmək üçündür.  
 
“Palitra”.-2010.-5 fevral.-N.14.-S.7. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
62 
 
Avropa Gənclər Forumunun Bakı toplantısında  
Xocalı soyqırımı gündəmə gətirilə bilər 
 
MÜSAHĠBĠMĠZ  GƏNCLƏR  TƏġKĠLATLARI  MĠLLĠ  ġURASININ  (GTMġ)  SƏDRĠ,  MĠLLƏT  VƏKĠLĠ 
FUAD MURADOVDUR 
 
– Fuad  müəllim,  qarĢıdan Xocalı soyqırımının 18-ci ildönümü gəlir. Bu  faciənin  beynəlxalq  aləmə 
çatdırılması  istiqamətində  GTMġ  olaraq  hansı  iĢləri,  tədbirləri  həyata  keçirirsiniz  və  ya  keçirməyi 
nəzərdə tutursunuz?  
–  Əvvəla,  Xocalı  soyqırımı  20-ci  əsrdə  törədilmiĢ  ən  böyük  qanlı  faciələrdən  biridir  və  belə  demək 
mümkünsə,  birincisidir.  Bu  faciə  nəinki  azərbaycanlılara,  azəri  türklərinə,  bütövlükdə  bəĢəriyyətə  qarĢı  erməni 
vandalları  tərəfindən  törədilmiĢ  qətliam,  soyqırımı  aktıdır.  Qeyd  edim  ki,  bu  soyqırımı  törədərkən  də  erməni 
vandalları düĢünürdülər ki, bununla azərbaycanlıların, azəri türklərinin gözünü qorxudacaq, onların döyüĢ ruhunu, 
əzmini sındıracaqlar. Bunu hətta bu vandalizmi törətmiĢ insanlardan biri – Ermənistanın keçmiĢ prezidenti Robert 
Köçəryan da dəfələrlə ən yüksək tribunalardan utanmadan, çəkinmədən səsləndirib... Sizin də qeyd etdiyiniz kimi, 
artıq  bu  qanlı  faciədən  18  il  ötür  və  bu  müddət  ərzində  bu  qətliamın  beynəlxalq  aləmə,  dünya  ictimaiyyətinə 
çatdırılması istiqamətində Azərbaycan dövləti, rəhbərliyi, o cümlədən qeyri-hökumət təĢkilatları tərəfindən xeyli 
iĢlər  görülüb,  addımlar  atılıb  və  atılmaqdadır.  Odur  ki,  ətrafında  xeyli  sayda  gəncləri  və  gənclər  qurumlarını 
birləĢdirən  GTMġ  olaraq  biz  də  bu  istiqamətdə  əlimizdən  gələni  əsirgəməməyə  çalıĢırıq.  Məhz  bu  məqsədlə 
Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində bir sıra aksiyaları reallaĢdırmağı nəzərdə tuturuq və demək olar ki, 
bunlardan da bəzisinə start vermiĢik...  
– Konkret olaraq nəyə?  
– Təxminən bir həftə – on gün olar ki, bir sıra beynəlxalq təĢkilatlara, xüsusi olaraq gənclər qurumlarına, 
onların  Avropadakı  nümayəndəliklərinə,  üzvü  olduğumuz  Avropa  Gənclər  Forumuna  (AGF)  Xocalı  soyqırımı 
haqqında həm rəngli Ģəkilləri, fotoları, həm faciə ilə bağlı geniĢ məlumatları, həm də dünya kütləvi informasiya 
vasitələrində  bu  soyqırım  aktına  həsr  olunmuĢ  yazıların  baĢlıqlarını  –  təxminən  10  səhifəlik  materialı  – 
göndərməyə baĢlamıĢıq. Onu da qeyd edim ki, Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən bir sıra 
iĢlər, eyni zamanda Leyla xanım Əliyevanın baĢlatdığı “Xocalıya ədalət” kampaniyası həyata keçirilir. Sevindirici 
haldır  ki,  bu  iĢlərə,  konkret  olaraq  məlum  kampaniyaya  qoĢulanların  sayı  günü-gündən  artmaqdadır.  Ələlxüsus 
beynəlxalq  təĢkilatlar  bu  kampaniyaya  qoĢulmaqda,  ona  yaxından  dəstək  verməkdədirlər.  Bunları  deməkdə 
məqsədim  odur  ki,  kimliyindən,  hansı  mövqedə  olmasından,  hansı  siyasi  mənsubiyyəti  daĢımasından  asılı 
olmayaraq  hər  bir  kəs,  hər  bir  azərbaycanlı,  azəri  türkü  Xocalı  soyqırımının,  Xocalı  həqiqətlərinin  beynəlxalq 
aləmə,  dünya  ictimaiyyətinə  çatdırılması  istiqamətində  bacardığını  əsirgəməməlidir.  Xüsusilə  də,  ermənilərin, 
erməni tərəfinin Ermənistan-Azərbaycan münaqiĢəsinin tənzimlənməsi istiqamətində aparılan danıĢıqlar prosesini 
pozmaq,  bu  münaqiĢənin  həllini  uzatmaq  istiqamətində  son  dövrlər  “fəallıq”  göstərmələri  fonunda  bizdən  bu 
yöndə daha böyük səylə çalıĢmaq, təcavüzkarla təcavüzə məruz qalanın kim olduğunu, konkret olaraq Xocalıda 
hansı  vəhĢiliklərin  baĢ  verdiyini  anlatmaq  tələb  olunur.  Sual  oluna  bilər  ki,  biz  nəyə  görə  baĢlatdığımız  bu 
kampaniyanı məhz beynəlxalq gənclər təĢkilatları, – ən əsası AGF çərçivəsində reallaĢdırmaq istəyirik. Ona görə 
ki, bu çox nüfuzlu bir təĢkilatdır. Bu təĢkilatın nüfuzlu Avropa təĢkilatları, Avropa ġurası, Avropa Birliyi, Avropa 
Parlamenti ilə sıx və qarĢılıqlı əlaqələri var. Bu baxımdan inanıram ki, Avropa Birliyinin gənclər qolu olan AGF 
bizim bu kampaniyamıza, tədbirimizə dəstək verəcək, bizim səsimizi eĢidəcək və bununla biz istər Xocalı, istərsə 
də  bütövlükdə  Qarabağ  həqiqətlərinin  dünya,  Avropa  ictimaiyyətinə  daha  müfəssəl  çatdırılmasına  nail  ola 
biləcəyik. Bu yerdə onu da nəzərinizə çatdırım ki, bu ilin oktyabr ayında AGF-nin ĠĢçi Qrupunun Bakıda tədbiri 
keçiriləcək. Və bu toplantıda da bir daha bu məsələ gündəmə gətiriləcək.  
– Yeri gəlmiĢkən, baĢlatdığınız kampaniyaya ötən müddət ərzində qoĢulanların sayı nə qədərdir?  
–  Qeyd  edim  ki,  təxminən  ayın  5-dən  baĢlatdığımız  bu  kampaniyaya  qoĢulanlar  xeyli  saydadır.  Nəzərə 
alsaq ki, GTMġ-yə daxil olan xeyli sayda gənclər təĢkilatları və onların xeyli sayda üzvləri var, artıq mənzərə 
kifayət  qədər  aydın  görünür.  Eyni  zamanda,  bizi  daha  çox  düĢündürən  Xocalıyla  bağlı  məlumatları 
göndərdiyimiz  ünvanlardır.  Biz  təxminən  44  beynəlxalq  gənclər  təĢkilatına,  o  cümlədən  Avropada  fəaliyyət 
göstərən  27  Milli  ġuraya  və  Avropa  Birliyi  ilə  əlaqəli  olan,  onlarla  iĢləyən  qeyri-hökumət  təĢkilatlarına  bu 
məlumatları göndərməyə baĢlamıĢıq və göndərməkdə də davam edəcəyik. Onu da bildirim ki, təĢkilatımızda bir 
qrup gənc məhz bu iĢlərlə məĢğuldur.  
Kamil HƏMZƏOĞLU  
“525-ci qəzet”.-2010.-16 fevral.-N.29.-S.5. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
63 
 
Fransada Xocalı faciəsinin ildönümü ilə bağlı  
geniĢ tədbirlər planı həyata keçiriləcək 
 
Leyla Əliyevanın təĢəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyasının təqdimatı olacaq 
 
Fevral  ayının  25-də  Azərbaycanın  Fransadakı  səfirliyi  ölkəmizin  YUNESKO  yanındakı  daimi 
nümayəndəliyi  ilə  birlikdə  xalqımızın  qan  yaddaĢına  çevrilmiĢ  Xocalı  faciəsi  ilə  əlaqədar  tədbir  keçirəcək. 
Tədbirdə  Heydər  Əliyev  Fondunun  Rusiya  Federasiyasındakı  təmsilçisi  Leyla  Əliyevanın  təĢəbbüsü  ilə 
"Xocalıya  Ədalət"  kampaniyasının  təqdimatı  olacaq.  Fransa  ictimaiyyəti  nümayəndələrinin,  Azərbaycan 
diasporu üzvlərinin, bu ölkədə yaĢayan azərbaycanlıların, burada təhsil alan tələbələrimizin və digər qonaqların 
iĢtirak  edəcəyi  mərasimdə  soyqırımdan  bəhs  edən  qəzetlərin  materiallarından  və  fotolardan  ibarət  sərgi  təĢkil 
ediləcək. Tədbir iĢtirakçıları faciə ilə bağlı xüsusi hazırlanmıĢ müraciətə imza atacaqlar. Bu müraciət dünyanın 
müxtəlif ölkələrinə, senat və assambleyalarına, ictimai təĢkilatlarına və mətbu orqanlarına göndəriləcək. 
Fevral  ayının  26-da  Azərbaycanın  Avropa  ġurası  yanında  daimi  nümayəndəliyi  tərəfindən  Azərbaycan 
diasporu, yerli və xarici təĢkilatlar, eləcə də, akkreditə olunmuĢ diplomatik korpus nümayəndələrinin iĢtirakı ilə 
Avropa  Parlamentlər  Assosiasiyasının  binasında  Xocalı  faciəsinə  həsr  olunmuĢ  anma  mərasimi  keçiriləcək. 
Tədbir  iĢtirakçılarına  insanlıq  tarixində  ən  dəhĢətli  cinayətlərdən  biri  olan  Xocalı  faciəsinin  əsil  mahiyyəti, 
dövlətimizin bu istiqamətdə ardıcıl Ģəkildə həyata keçirdiyi tədbirlər, ermənilərin xalqımıza qarĢı törətdiyi terror 
aktları barədə məlumat veriləcək. 
Soyqırımla  bağlı  məlumatın  yerli  kütləvi  informasiya  vasitələrində  yerləĢdirilməsi,  Strasburq 
Universitetində  Xocalı  faciəsinə  dair  Heydər  Əliyev  Fondu  tərəfindən  təqdim  edilmiĢ  materiallar  əsasında 
sərginin  və  dəyirmi  masanın  təĢkil  edilməsi  də  nəzərdə  tutulub.  Daimi  nümayəndəlik  faciə  haqqında  tutarlı 
materialları  özündə  əks  etdirən  press-reliz  hazırlayaraq,  Avropa  ġurasının  katibliyi,  üzv  ölkələrin  daimi 
nümayəndəlikləri, eləcə də, Strasburqda fəaliyyət göstərən konsulluqlar arasında yayacaq. Strasburqda fəaliyyət 
göstərən "Azərbaycan Evi"nin təĢəbbüsü ilə fevral ayının isə 21-də yerli radioda fransız dilində Xocalı faciəsinə 
həsr olunmuĢ iki saatlıq veriliĢ səsləndiriləcək. 
Fevralın  25-də  faciə  ilə  bağlı  konfrans  keçiriləcək.  Həmçinin,  "Azərbaycan  Evi"  Azərbaycanla  Mədəni 
Əlaqələr və Azərbaycan Kultur cəmiyyətləri, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası ilə birlikdə fevral 
ayının 27-də Strasburqun Kleber meydanında mitinq təĢkil edəcək. 
Fransada  fəaliyyət  göstərən  Azərbaycan-Fransa  Gənclik  Assosasiyası  "Ġrəli"  gənclər  təĢkilatının  dəstəyi 
sayəsində  bu  ölkədə  təhsil  alan  tələbələr,  burada  yaĢayan  azərbaycanlılar  Xocalı  soyqırımı  ilə  bağlı  Parisdə 
yürüĢ-nümayiĢ  keçirəcəklər.  Bir  qrup  tələbə  isə  Ermənistanın  Fransadakı  səfirliyi  qarĢısında  etiraz  aksiyası 
keçirməyi nəzərdə tutub. 
 
Kübra ƏLĠYARLI  
 
“Səs”.-2010.-18 fevral.-N.30.-S.3. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
64 
 
Ġslam Konfransı TəĢkilatının Gənclər Forumu Xocalı faciəsi ilə bağlı  
dünyanın bir sıra ölkələrində geniĢmiqyaslı aksiyalar keçirəcəkdir 
 
Xocalı  faciəsinin  18-ci  ildönümü  ilə  bağlı  Ġslam  Konfransı  TəĢkilatının  (ĠKT)  Gənclər  Forumu 
“Xocalıya  ədalət”  kampaniyası  çərçivəsində  dünyanın  bir  sıra  ölkələrində  geniĢmiqyaslı  aksiyalar 
keçirəcəkdir.  Bu  barədə  ĠKT  Gənclər  Forumunun  baĢ  katibi  ElĢad  Ġsgəndərov  fevralın  19-da  keçirilən 
mətbuat konfransında bildirmiĢdir.  
E.  Ġsgəndərov  qeyd  etmiĢdir  ki,  fevralın  23-dən  martın  1-dək  dünyanın  30-a  yaxın  ölkəsində  keçiriləcək 
tədbirlərin  əsas  məqsədi  beynəlxalq  ictimaiyyətin  diqqətini  dünya  liderlərinə  yönələcək  petisiya  kampaniyasına 
cəlb  etməkdir.  Faciənin  ildönümü  ərəfəsində  kampaniyanın  saytında  (www.justiceforkhojaly.org) 
http://www.justiceforkhojaly.org)  xüsusi  petisiya  hazırlanmıĢdır.  Bu  saytdan  əlaqələndiriləcək  imzatoplama 
aksiyası ABġ Prezidenti və Konqresinə, Avropa Ġttifaqına və Avropa Parlamentinə, Avropa ġurasının baĢ katibi və 
Parlament  Assambleyasına  yönələcəkdir.  Dünyanın  istənilən  dövlətinin  vətəndaĢı  ölkəsinin  daxil  olduğu 
beynəlxalq  quruma  və  ölkə  rəhbərliyinə  ərizə  ilə  müraciət  edərək  onları  Xocalıda  baĢ  vermiĢ  kütləvi  qırğını 
insanlığa  qarĢı  cinayət  kimi  tanımağa  və  bu  faciəni  törədənlərin  cinayət  məsuliyyətinə  cəlb  edilməsinə  dəstək 
verməyə çağıra bilər. Ġmzatoplama kampaniyası bir il ərzində davam etdiriləcək və ilin sonunda fəallar tərəfindən 
sözügedən qurumların rəhbərlərinə təqdim ediləcəkdir. Eyni zamanda internet vasitəsilə atılan hər bir imza onlayn 
rejimdə ünvanına çatdırılacaqdır. 
Ümumiyyətlə, “Xocalıya ədalət” kampaniyasına dəstək məqsədi ilə indiyə qədər onun saytında 126 min 
imza toplanmıĢdır.  
VurğulanmıĢdır  ki,  Ġslam  Konfransı  TəĢkilatının  ƏməkdaĢlıq  və  Dialoq  uğrunda  Gənclər  Forumunun 
mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  irəli  sürdüyü  “Xocalıya  ədalət” 
beynəlxalq  kampaniyasının  əsas  məqsədi  Xocalı  qətliamının  insanlığa  qarĢı  törədilmiĢ  ən  böyük  cinayət  kimi 
beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.  
E. Ġsgəndərov bildirmiĢdir ki, Xocalı faciəsini anmaq məqsədi ilə dünyanın bir sıra Ģəhərlərində aksiyalar 
keçiriləcəkdir.  O  cümlədən,  Amsterdam,  Paris,  Berlin,  Brüssel  Ģəhərlərində  azərbaycanlı  qaçqın  və  məcburi 
köçkünləri xatırlatmaq məqsədi ilə çadırlar qurulacaqdır.  
Fevralın  26-da  Moskvada  “Xocalıya  ədalət  kampaniyası  –  1  illik  fəaliyyətin  yekunları”  adlı  tədbir 
keçiriləcəkdir.  Kampaniya  çərçivəsində  ABġ-ın  tanınmıĢ  rep  ifaçısı  Toni  Bləkmən  və  “Dəyirman”  qrupunun 
birlikdə çəkdikləri “Xocalıya ədalət”  klipinin təqdimatı olacaqdır. Mahnı Xocalı  qətliamı  haqqında həqiqətləri 
özündə  əks  etdirməklə  dünya  ictimaiyyətini  bu  faciəyə  qiymət  verməyə  və  Azərbaycanın  haqq  səsinə  dəstək 
olmağa çağırır. Klip aksiyalar zamanı çadırlarda quraĢdırılacaq iri monitorlar vasitəsilə nümayiĢ olunacaqdır.  
Mexikoda isə Xocalı faciəsi Meksika Milli Avtonom Universitetində silsilə tədbirlərlə anılacaqdır.  
Londonda  parlament  binasının  qarĢısında  üzərində  Xocalı  faciəsinin  qurbanlarının  adlarının  həkk 
olunduğu  613  Ģar  havaya  buraxılacaqdır.  Bundan  əlavə,  fevralın  26-da  gün  ərzində  Temza  çayında  üzərində 
“Xocalıya ədalət” sözləri yazılmıĢ gəmi üzəcəkdir.  
Fevralın 25-də Türkiyə Böyük Millət Məclisində “Qarabağ: suallar və faktlar” kitabının, martın 1-də isə 
Moskvada  rusiyalı  yazıçı-publisist,  Rusiya  Təbii  Elmlər  Akademiyasının  akademiki,  professor  Yuri 
Pompeyevin “Qarabağ gündəliyi” kitabının təqdimatı keçiriləcəkdir.  
Ümumiyyətlə,  Xocalı  faciəsi  ilə  bağlı  həqiqətlər  kampaniyanın  25  ölkədə  fəaliyyət  göstərən  milli 
əlaqələndiriciləri  vasitəsilə  təbliğ  olunacaqdır.  Tədbirlər  zamanı  kampaniyanın  milli  əlaqələndiricilərinin  və 
könüllülərin bir il ərzində fəaliyyətlərinə də qiymət veriləcəkdir.  
Qeyd  edək  ki,  bu  il  yanvarın  31-də  Ġslam  Konfransı  TəĢkilatına  üzv  dövlətlərin  Parlament  Birliyi 
Konfransının  Uqandanın paytaxtı Kampala Ģəhərində  təĢkil  edilən 6-cı sessiyasında ĠKT GF-nin təĢəbbüsü  ilə 
həyata  keçirilən  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyası  çərçivəsində  irəli  sürülən  qətnamədə  faciəyə 
“Erməni  silahlı  qüvvələri  tərəfindən  dinc  əhalinin  kütləvi  qətliamı”  və  “insanlığa  qarĢı  cinayət”  kimi  qiymət 
verilmiĢdir.  
“Xocalıya ədalət” kampaniyasının saytı ispan, alman və türk dillərinə tərcümə edilmiĢdir. 
Xatırladaq  ki,  Ġslam  Konfransı  TəĢkilatının  ƏməkdaĢlıq  və  Dialoq  uğrunda  Gənclər  Forumunun 
mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın təĢəbbüsü ilə irəli sürülən “Xocalıya 
ədalət”  kampaniyasına  2009-cu  ilin  fevralında  start  verilmiĢdir.  Kampaniyanın  məqsədi  beynəlxalq 
ictimaiyyətin  Xocalı  faciəsi  ilə  bağlı  məlumatlandırılması,  faciəyə  beynəlxalq  aləmdə  mənəvi-siyasi  qiymət 
verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.   
 
 
Xalq qəzeti”.-2010.-20 fevral.-N 40.-S.3.
  

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
65 
 
“Xocalıya ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriləcək 
 
ELġAD ĠSKƏNDƏROV: “MƏQSƏDĠMĠZ BEYNƏLXALQ ALƏMDƏ XOCALI FACĠƏSĠNƏ 
MƏNƏVĠ-SĠYASĠ QĠYMƏT VERĠLMƏSĠNĠ TƏMĠN ETMƏKDĠR” 
 
Dünən  Ġslam  Konfransı  TəĢkilatı  Gənclər  Forumunun  (ĠKT  GF)  BaĢ  Katibi  ElĢad  Ġskəndərov  Xocalıya 
Ədalət Kampaniyasının 1 ilinin nəticələrinə və qarĢıda duran vəzifələrə həsr olunmuĢ mətbuat konfransı keçirib. 
BaĢ katib ilk öncə “Xocalıya Ədalət” kampaniyasının yaranma zərurəti və əsas məqsədi barədə məlumat verib. 
Bildirib  ki,  2009-cu  ilin  fevralından  start  götürən  “Xocalıya  Ədalət”  kampaniyası  Ġslam  Konfransı  TəĢkilatı 
Gənclər Forumunun (ĠKGF) Mədəniyyətlərarası Dialoq üzrə BaĢ Koordinatoru Leyla Əliyevanın təĢəbbüsü ilə 
irəli  sürülüb.  Onun  sözlərinə  görə,  kampaniyanın  baĢlıca  məqsədi  beynəlxalq  ictimaiyyətin  Xocalı  faciəsi  ilə 
bağlı  məlumatlandırılmasını,  faciəyə  beynəlxalq  aləmdə  mənəvi-siyasi  qiymət  verilməsini  və  beynəlxalq 
səviyyədə anılmasını təmin etməkdir.  
Ötən bir il ərzində kampaniya çərçivəsində görülən iĢlərdən söhbət açan E. Ġskəndərov bildirib ki, 2009-
cu il ərzində əsas fəaliyyət Xocalı faciəsinin beynəlxalq təĢkilatlar tərəfindən tanınmasına yönəlib: “31 yanvar 
2010-cu  il  tarixində  Ġslam  Konfransı  TəĢkilatına  (ĠKT)  üzv  dövlətlərin  Parlament  Assambleyası  Konfransının 
Uqandanın paytaxtı Kampala Ģəhərində təĢkil edilən 6-cı sessiyasında ĠKT GF-nin təĢəbbüsü ilə həyata keçirilən 
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə “Erməni silahlı 
qüvvələri  tərəfindən  dinc  əhalinin  kütləvi  qətliamı”  və  “insanlığa  qarĢı  cinayət”  kimi  qiymət  verilib.  Hesab 
edirəm ki, bu kompaniya çərçivəsində əldə edilən böyük uğurlardan biridir. Sənəddə adıçəkilən termin Xocalı 
faciəsinin  erməni  millətçiləri  tərəfindən  Azərbaycan  xalqına  qarĢı  aparılan  soyqırım  siyasətinin  tərkib  hissəsi 
kimi  beynəlxalq  səviyyədə  tanınması  və  bu  cinayəti  törədənlərin  hüquqi  məsuliyyətə  cəlb  edilməsi  üçün 
keyfiyyətcə yeni mərhələ açacaqdır. Ötən ilin sonunda Rusiyanın tanınmıĢ yazıçısı, professor Yuri Pompeyevin 
müəllifi  olduğu  və  “Kanonpyus”  nəĢriyyatı  tərəfindən  nəĢr  edilən  “Qarabağ  gündəliyi”  kitabı  Rusiyada 
yayımlanmasına  baĢlanmıĢdır.  Bu  kitab  müəllifin  münaqiĢə  ilə  bağlı  siyasilərlə  apardığı  intervyulardan  ibarət 
olmaqla,  eyni  zamanda  müxtəlif  sənədlər  əsasında  problemin  tarixi-publisistik  janrda  təhlilini  də  özündə  əks 
etdirir.  2009-cu  ildə  Azərbaycanın  tanınmıĢ  mütəxəssislərinin  müəlliflik  etdiyi  “Qarabağ:  suallar  və  faktlar” 
kitabı türk dilinə tərcümə edilib. Türkiyənin tanınmıĢ tarixçisi Yusuf Hallacoğlunun ön söz yazdığı bu kitab da 
münaqiĢənin tarixi, geosiyasi, mədəni və hüquqi aspektlərini sual-cavab Ģəklində özündə ehtiva edir. Bunlardan 
baĢqa,  yola  saldığımız  ildən  etibarən  baĢlanan  və  məĢhur  Amerika  rep  müğənnisi  Toni  Bləkmən  və 
Azərbaycanın “Dəyirman” qrupunun iĢtirakı ilə gerçəkləĢdirilən “Xocalıya ədalət” adlı rep-musiqinin klipi üzrə 
iĢlər  də  sona  yetirilmiĢdir.  Bu  mahnı  Xocalı  qətliamı  haqqında  həqiqətləri  özündə  əks  etdirməklə,  dünya 
ictimaiyyətini bu faciəyə qiymət verməyə, bununla da Azərbaycanın haqq səsinə dəstək verməyə çağırır. Yekun 
olaraq, ötən il 10 dekabr Beynəlxalq Ġnsan Haqları günündə BMT-nin mənzil qərargahının yerləĢdiyi Cenevrədə 
beynəlxalq  konfrans  keçirilib.  Eyni  zamanda  kampaniyanın  saytı  Ġspan,  Alman  və  Türk  dillərinə  tərcümə 
edilib”. 
ElĢad  Ġskəndərov  kampaniyanın  əsas  fəaliyyət  mexanizmlərindən  birinin  də  vebsayt  olduğunu  diqqətə 
çatdırıb.  Qeyd  edib  ki,  kampaniya  çərçivəsində  əsas  beynəlxalq  əlaqələndirici  vasitə  kimi 
www.justiceforkhojaly.org  saytının  imkanlarından  geniĢ  istifadə  olunub.  BaĢ  katibin  söylədiyinə  görə, 
kampaniyaya  internet  saytında  130  minə  yaxın  insan  dəstək  verərək,  aksiyanın  müxtəlif  səviyyədə  həyata 
keçirilməsində iĢtirak edib: “Vebsayt vasitəsilə dünya ictimaiyyətinə, ilk növbədə BMT-nin BaĢ Katibi Ban Ki 
Muna,  ABġ  prezidenti  Barak  Obamaya,  Avropa  Parlamenti,  Avropa  ġurası  Parlament  Assambleyası  və  digər 
qurumlara ünvanlanan “Dünya liderlərinə petisiya”  da böyük  əhəmiyyət  kəsb  edir. Belə  ki, petisiya vasitəsilə 
dünyanın  istənilən  ölkəsinin  vətəndaĢı  adıçəkilən  qurumlara  və  dünya  liderlərinə  müraciət  edərək,  onları 
Xocalıda  baĢ  vermiĢ  kütləvi  qırğını  insanlığa  qarĢı  cinayət  kimi  tanımağa,  bu  faciəni  törədənlərin  cinayət 
məsuliyyətinə cəlb edilməsinə dəstək verməyə çağıra bilər. Ona görə də dünyanın müxtəlif ölkələrində liderlərə 
ünvanlanan petisiya kampaniyası ilə bağlı məlumatlandırıcı tədbirlərin həyata keçirilməsini planlaĢdırmıĢıq”. 
BaĢ  katib  bu  ilin  23  fevral-1  mart  tarixlərində  dünyanın  30-a  yaxın  ölkəsində  “Xocalıya  ədalət” 
kampaniyası  çərçivəsində  bir  sıra  tədbirlərin  həyata  keçiriləcəyini  də  bildirib.  Deyib  ki,  Xocalıda  baĢ  vermiĢ 
kütləvi  qırğının  insanlığa  qarĢı  cinayət  kimi  tanınması  üçün  1  il  ərzində  imzatoplama  kampaniyası  davam 
etdiriləcək  və  ilin  sonunda  kampaniyanın  fəalları  tərəfindən  sözügedən  beynəlxalq  qurumların  rəhbərlərinə 
təqdim  ediləcək:  “Ġmzatoplama  kampaniyasına  beynəlxalq  səviyyədə  geniĢ  ictimai  marağın  yaradılması, 
həmçinin imza atanların dairələrinin geniĢləndirilməsi məqsədilə müxtəlif təbliğat xarakterli aksiyaların həyata 
keçirilməsi  nəzərdə  tutulub.  Bu  aksiyalara  gələn  həftə  Xocalı  soyqırımının  18-ci  ildönümü  münasibətilə 
keçiriləcək  anım  tədbirlərində  baĢlanılacaq.  Fevralın  24-də  613  Xocalı  qurbanının  adı  yazılmıĢ  Ģarlar  Böyük 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
66 
 
Britaniya Parlamenti qarĢısında göyə buraxılacaq. Ayın 26-da Moskvada “Xocalıya Ədalət Kampaniyası-1 illik 
fəaliyyətin yekunları” adlı tədbir baĢ tutacaq və tədbirdə “Xocalıya ədalət” rep layihəsinin təqdimatı keçiriləcək. 
Həmin tarixdə Berlində Xocalı faciəsi  ilə bağlı  konfrans olacaq. Yenə fevralın 26-da Meksika Milli  Avtonom 
Universitetində  kampaniyanın  foto  sərgisi  keçiriləcək,  həmçinin  kampaniyanın  vebsaytının  Ġspan  dilindəki 
versiyasının  və  “Xocalıya  ədalət”  klipinin  təqdimatı  olacaq.  Vyana,  Amsterdam,  Paris,  Cakarta  və  dünyanın 
baĢqa  tanınmıĢ  Ģəhərlərində  də  bu  tipli  aksiyalar  keçiriləcək.  Bunlarla  yanaĢı,  25  fevral  tarixində  Ankarada, 
Böyük Millət Məclisinin binasında “Qarabağ: suallar və  faktlar” kitabının, 1  mart tarixində  isə Moskvada rus 
yazıçısı Yuri Pompeyevin “Qarabağ gündəliyi” kitabının təqdimat mərasimi keçiriləcəkdir”. 
 
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin