həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı
faciəsi “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarĢı cinayət” kimi
qiymətləndirilib. Qətnamədə “Xocalıya ədalət” kampaniyasına tam dəstək ifadə olunub, quruma üzv olan 51
dövlətin parlamenti bu faciəni insanlığa qarĢı cinayət kimi tanımağa və kampaniyaya həm milli, həm də
beynəlxalq səviyyələrdə dəstək verməyə çağırılıb. Qətnamə beynəlxalq təĢkilatlar tərəfindən Xocalı faciəsini
insanlığa qarĢı cinayət kimi tanıyan ilk sənəddir. Bu isə Xocalı faciəsinin erməni millətçiləri tərəfindən
Azərbaycan xalqına qarĢı aparılan soyqırım siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması və
cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ kimi qiymətləndirilir. Əlavə bir
təklif olaraq qeyd edək ki, vaxtilə Xocalı faciəsinin canlı Ģahidləri olmuĢ xarici jurnalistlərin, fotoreportyorların,
beynəlxalq təĢkilat nümayəndələrinin bu gün tapılması, onların Xocalı soyqırımını dünyada tanıtmaqla bağlı
Ģəbəkəsinin yaradılmasına da ciddi ehtiyac var. Bu, çox ciddi effekt verə bilər. Belə ki, həmin insanlar nüfuzlu
beynəlxalq KĠV-lərin, təĢkilatların nümayəndələridir. Onların dünya, xüsusilə Qərb ictimaiyyətinə çıxıĢ və təsir
imkanlarını nəzərə almaq lazımdır. Eləcə də onlar hadisələrin canlı Ģahidləri olduqları, erməni vəhĢiliklərini
əyani gördükləri üçün bu məsələdə töhfə verməkdən imtina etməzlər. Yetər ki, onlarla əməli iĢ aparılsın,
bununla bağlı ciddi plan və layihələr həyata keçirilsin. Daha aydınlıq hasil etmək üçün o vaxt hadisələri təsvir
etmiĢ, dünya mətbuatında geniĢ iĢıqlandırmıĢ “Krua l'Eveneman” jurnalı (Paris), “The Sunday Times” qəzeti
(London), “The Times” qəzeti (London), “Ġzvestiya” (Moskva), “Financial Times” qəzeti (London), “Le Mond”
qəzeti (Paris), R. Patrik, Ġngiltərənin “Fant men nyus” teleĢirkətinin jurnalisti, Livanlı kinooperator, Rusiyanın
“Memorial” hüquq-müdafiə mərkəzi, “Newsweek” jurnalı (ABġ), “Reuters” agentliyinin fotoqrafı Frederix
Lenqeyn, “Channel 4 News” televiziyası (Böyük Britaniya), “Boston Sunday Globe” qəzeti (ABġ), “The Age,
Melbourne” qəzeti (Avstraliya), “The Washington Post” qəzeti (ABġ), “The Washington Times” qəzeti (ABġ),
“The Ġndependent” (London), “Nie” qəzeti, (Bolqarıstan), Violetta Parvanova və “BBC Morning News”, Xocalı
faciəsinin Ģahidi olan və sonra Livanın paytaxtı Beyrutda məskunlaĢan erməni jurnalist Daud Kheyriyanın
adlarını qeyd edirik. Eləcə də onların vasitəçiliyindən yararlanıb digər beynəlxalq diplomatların soyqırımla bağlı
Ģəbəkəsini yaratmaq, lobbiçiliyini təmin etmək olar. Ġctimai təĢkilatlarımız və diasporumuz bu məqama diqqət
yetirməlidirlər. Cəmiyyətimizdə yeni nəsillərin soyqırımla bağlı düzgün və dolğun məlumatlandırılması üçün
xüsusi strategiya formalaĢdırılmalıdır. Belə ki, ən yeni tarixlə bağlı dərsliklərdə, kitablarda Xocalı soyqırımına
aid korrekt və maarifləndirici məlumatlar əksini tapmalıdır. KĠV-lər, xüsusilə telekanallar bu mövzuda ciddi
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
61
materiallar hazırlamalı, müzakirələr təĢkil etməlidirlər. Eləcə də Xocalı soyqırımı Ģəhidlərinin xatirəsinin xalqın
dini-mənəvi və milli Ģüurunda möhkəmlənməsi üçün ildönümləri ərəfəsində xüsusi rituallar formalaĢdırmaq və
həyata keçirmək məqsədəuyğun olardı. ġəhidlik ən yüksək zirvələrdən sayılır və Xocalı Ģəhidlərinin bu
məqamının cəmiyyətə dərindən aĢılanması üçün ilahiyyatçıların da bu məsələdə müzakirələrə qoĢulması iĢin
xeyrinə olardı. Unutmaq lazım deyil ki, bu məsələdə yalnız cəmiyyətin ciddi daxili hazırlığından sonra
beynəlxalq arenada Xocalı soyqırımını lazım olduğu kimi təqdim edə, cinayətkarların cəzalandırılmasına,
qərəzkarların ifĢasına və haqqımızın əldə edilməsinə nail ola bilərik.
Ġlkin AĞAYEV
Yazı Mətbuat ġurası və Xocalı Soyqırımını Tanıtma Ġctimai Birliyinin birgə keçirdiyi “Qarabağ mövzusu
və Xocalı soyqırımı mediada” müsabiqəsinə təqdim etmək üçündür.
“Palitra”.-2010.-5 fevral.-N.14.-S.7.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
62
Avropa Gənclər Forumunun Bakı toplantısında
Xocalı soyqırımı gündəmə gətirilə bilər
MÜSAHĠBĠMĠZ GƏNCLƏR TƏġKĠLATLARI MĠLLĠ ġURASININ (GTMġ) SƏDRĠ, MĠLLƏT VƏKĠLĠ
FUAD MURADOVDUR
– Fuad müəllim, qarĢıdan Xocalı soyqırımının 18-ci ildönümü gəlir. Bu faciənin beynəlxalq aləmə
çatdırılması istiqamətində GTMġ olaraq hansı iĢləri, tədbirləri həyata keçirirsiniz və ya keçirməyi
nəzərdə tutursunuz?
– Əvvəla, Xocalı soyqırımı 20-ci əsrdə törədilmiĢ ən böyük qanlı faciələrdən biridir və belə demək
mümkünsə, birincisidir. Bu faciə nəinki azərbaycanlılara, azəri türklərinə, bütövlükdə bəĢəriyyətə qarĢı erməni
vandalları tərəfindən törədilmiĢ qətliam, soyqırımı aktıdır. Qeyd edim ki, bu soyqırımı törədərkən də erməni
vandalları düĢünürdülər ki, bununla azərbaycanlıların, azəri türklərinin gözünü qorxudacaq, onların döyüĢ ruhunu,
əzmini sındıracaqlar. Bunu hətta bu vandalizmi törətmiĢ insanlardan biri – Ermənistanın keçmiĢ prezidenti Robert
Köçəryan da dəfələrlə ən yüksək tribunalardan utanmadan, çəkinmədən səsləndirib... Sizin də qeyd etdiyiniz kimi,
artıq bu qanlı faciədən 18 il ötür və bu müddət ərzində bu qətliamın beynəlxalq aləmə, dünya ictimaiyyətinə
çatdırılması istiqamətində Azərbaycan dövləti, rəhbərliyi, o cümlədən qeyri-hökumət təĢkilatları tərəfindən xeyli
iĢlər görülüb, addımlar atılıb və atılmaqdadır. Odur ki, ətrafında xeyli sayda gəncləri və gənclər qurumlarını
birləĢdirən GTMġ olaraq biz də bu istiqamətdə əlimizdən gələni əsirgəməməyə çalıĢırıq. Məhz bu məqsədlə
Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində bir sıra aksiyaları reallaĢdırmağı nəzərdə tuturuq və demək olar ki,
bunlardan da bəzisinə start vermiĢik...
– Konkret olaraq nəyə?
– Təxminən bir həftə – on gün olar ki, bir sıra beynəlxalq təĢkilatlara, xüsusi olaraq gənclər qurumlarına,
onların Avropadakı nümayəndəliklərinə, üzvü olduğumuz Avropa Gənclər Forumuna (AGF) Xocalı soyqırımı
haqqında həm rəngli Ģəkilləri, fotoları, həm faciə ilə bağlı geniĢ məlumatları, həm də dünya kütləvi informasiya
vasitələrində bu soyqırım aktına həsr olunmuĢ yazıların baĢlıqlarını – təxminən 10 səhifəlik materialı –
göndərməyə baĢlamıĢıq. Onu da qeyd edim ki, Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən bir sıra
iĢlər, eyni zamanda Leyla xanım Əliyevanın baĢlatdığı “Xocalıya ədalət” kampaniyası həyata keçirilir. Sevindirici
haldır ki, bu iĢlərə, konkret olaraq məlum kampaniyaya qoĢulanların sayı günü-gündən artmaqdadır. Ələlxüsus
beynəlxalq təĢkilatlar bu kampaniyaya qoĢulmaqda, ona yaxından dəstək verməkdədirlər. Bunları deməkdə
məqsədim odur ki, kimliyindən, hansı mövqedə olmasından, hansı siyasi mənsubiyyəti daĢımasından asılı
olmayaraq hər bir kəs, hər bir azərbaycanlı, azəri türkü Xocalı soyqırımının, Xocalı həqiqətlərinin beynəlxalq
aləmə, dünya ictimaiyyətinə çatdırılması istiqamətində bacardığını əsirgəməməlidir. Xüsusilə də, ermənilərin,
erməni tərəfinin Ermənistan-Azərbaycan münaqiĢəsinin tənzimlənməsi istiqamətində aparılan danıĢıqlar prosesini
pozmaq, bu münaqiĢənin həllini uzatmaq istiqamətində son dövrlər “fəallıq” göstərmələri fonunda bizdən bu
yöndə daha böyük səylə çalıĢmaq, təcavüzkarla təcavüzə məruz qalanın kim olduğunu, konkret olaraq Xocalıda
hansı vəhĢiliklərin baĢ verdiyini anlatmaq tələb olunur. Sual oluna bilər ki, biz nəyə görə baĢlatdığımız bu
kampaniyanı məhz beynəlxalq gənclər təĢkilatları, – ən əsası AGF çərçivəsində reallaĢdırmaq istəyirik. Ona görə
ki, bu çox nüfuzlu bir təĢkilatdır. Bu təĢkilatın nüfuzlu Avropa təĢkilatları, Avropa ġurası, Avropa Birliyi, Avropa
Parlamenti ilə sıx və qarĢılıqlı əlaqələri var. Bu baxımdan inanıram ki, Avropa Birliyinin gənclər qolu olan AGF
bizim bu kampaniyamıza, tədbirimizə dəstək verəcək, bizim səsimizi eĢidəcək və bununla biz istər Xocalı, istərsə
də bütövlükdə Qarabağ həqiqətlərinin dünya, Avropa ictimaiyyətinə daha müfəssəl çatdırılmasına nail ola
biləcəyik. Bu yerdə onu da nəzərinizə çatdırım ki, bu ilin oktyabr ayında AGF-nin ĠĢçi Qrupunun Bakıda tədbiri
keçiriləcək. Və bu toplantıda da bir daha bu məsələ gündəmə gətiriləcək.
– Yeri gəlmiĢkən, baĢlatdığınız kampaniyaya ötən müddət ərzində qoĢulanların sayı nə qədərdir?
– Qeyd edim ki, təxminən ayın 5-dən baĢlatdığımız bu kampaniyaya qoĢulanlar xeyli saydadır. Nəzərə
alsaq ki, GTMġ-yə daxil olan xeyli sayda gənclər təĢkilatları və onların xeyli sayda üzvləri var, artıq mənzərə
kifayət qədər aydın görünür. Eyni zamanda, bizi daha çox düĢündürən Xocalıyla bağlı məlumatları
göndərdiyimiz ünvanlardır. Biz təxminən 44 beynəlxalq gənclər təĢkilatına, o cümlədən Avropada fəaliyyət
göstərən 27 Milli ġuraya və Avropa Birliyi ilə əlaqəli olan, onlarla iĢləyən qeyri-hökumət təĢkilatlarına bu
məlumatları göndərməyə baĢlamıĢıq və göndərməkdə də davam edəcəyik. Onu da bildirim ki, təĢkilatımızda bir
qrup gənc məhz bu iĢlərlə məĢğuldur.
Kamil HƏMZƏOĞLU
“525-ci qəzet”.-2010.-16 fevral.-N.29.-S.5.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
63
Fransada Xocalı faciəsinin ildönümü ilə bağlı
geniĢ tədbirlər planı həyata keçiriləcək
Leyla Əliyevanın təĢəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyasının təqdimatı olacaq
Fevral ayının 25-də Azərbaycanın Fransadakı səfirliyi ölkəmizin YUNESKO yanındakı daimi
nümayəndəliyi ilə birlikdə xalqımızın qan yaddaĢına çevrilmiĢ Xocalı faciəsi ilə əlaqədar tədbir keçirəcək.
Tədbirdə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı təmsilçisi Leyla Əliyevanın təĢəbbüsü ilə
"Xocalıya Ədalət" kampaniyasının təqdimatı olacaq. Fransa ictimaiyyəti nümayəndələrinin, Azərbaycan
diasporu üzvlərinin, bu ölkədə yaĢayan azərbaycanlıların, burada təhsil alan tələbələrimizin və digər qonaqların
iĢtirak edəcəyi mərasimdə soyqırımdan bəhs edən qəzetlərin materiallarından və fotolardan ibarət sərgi təĢkil
ediləcək. Tədbir iĢtirakçıları faciə ilə bağlı xüsusi hazırlanmıĢ müraciətə imza atacaqlar. Bu müraciət dünyanın
müxtəlif ölkələrinə, senat və assambleyalarına, ictimai təĢkilatlarına və mətbu orqanlarına göndəriləcək.
Fevral ayının 26-da Azərbaycanın Avropa ġurası yanında daimi nümayəndəliyi tərəfindən Azərbaycan
diasporu, yerli və xarici təĢkilatlar, eləcə də, akkreditə olunmuĢ diplomatik korpus nümayəndələrinin iĢtirakı ilə
Avropa Parlamentlər Assosiasiyasının binasında Xocalı faciəsinə həsr olunmuĢ anma mərasimi keçiriləcək.
Tədbir iĢtirakçılarına insanlıq tarixində ən dəhĢətli cinayətlərdən biri olan Xocalı faciəsinin əsil mahiyyəti,
dövlətimizin bu istiqamətdə ardıcıl Ģəkildə həyata keçirdiyi tədbirlər, ermənilərin xalqımıza qarĢı törətdiyi terror
aktları barədə məlumat veriləcək.
Soyqırımla bağlı məlumatın yerli kütləvi informasiya vasitələrində yerləĢdirilməsi, Strasburq
Universitetində Xocalı faciəsinə dair Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiĢ materiallar əsasında
sərginin və dəyirmi masanın təĢkil edilməsi də nəzərdə tutulub. Daimi nümayəndəlik faciə haqqında tutarlı
materialları özündə əks etdirən press-reliz hazırlayaraq, Avropa ġurasının katibliyi, üzv ölkələrin daimi
nümayəndəlikləri, eləcə də, Strasburqda fəaliyyət göstərən konsulluqlar arasında yayacaq. Strasburqda fəaliyyət
göstərən "Azərbaycan Evi"nin təĢəbbüsü ilə fevral ayının isə 21-də yerli radioda fransız dilində Xocalı faciəsinə
həsr olunmuĢ iki saatlıq veriliĢ səsləndiriləcək.
Fevralın 25-də faciə ilə bağlı konfrans keçiriləcək. Həmçinin, "Azərbaycan Evi" Azərbaycanla Mədəni
Əlaqələr və Azərbaycan Kultur cəmiyyətləri, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası ilə birlikdə fevral
ayının 27-də Strasburqun Kleber meydanında mitinq təĢkil edəcək.
Fransada fəaliyyət göstərən Azərbaycan-Fransa Gənclik Assosasiyası "Ġrəli" gənclər təĢkilatının dəstəyi
sayəsində bu ölkədə təhsil alan tələbələr, burada yaĢayan azərbaycanlılar Xocalı soyqırımı ilə bağlı Parisdə
yürüĢ-nümayiĢ keçirəcəklər. Bir qrup tələbə isə Ermənistanın Fransadakı səfirliyi qarĢısında etiraz aksiyası
keçirməyi nəzərdə tutub.
Kübra ƏLĠYARLI
“Səs”.-2010.-18 fevral.-N.30.-S.3.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
64
Ġslam Konfransı TəĢkilatının Gənclər Forumu Xocalı faciəsi ilə bağlı
dünyanın bir sıra ölkələrində geniĢmiqyaslı aksiyalar keçirəcəkdir
Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Ġslam Konfransı TəĢkilatının (ĠKT) Gənclər Forumu
“Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın bir sıra ölkələrində geniĢmiqyaslı aksiyalar
keçirəcəkdir. Bu barədə ĠKT Gənclər Forumunun baĢ katibi ElĢad Ġsgəndərov fevralın 19-da keçirilən
mətbuat konfransında bildirmiĢdir.
E. Ġsgəndərov qeyd etmiĢdir ki, fevralın 23-dən martın 1-dək dünyanın 30-a yaxın ölkəsində keçiriləcək
tədbirlərin əsas məqsədi beynəlxalq ictimaiyyətin diqqətini dünya liderlərinə yönələcək petisiya kampaniyasına
cəlb etməkdir. Faciənin ildönümü ərəfəsində kampaniyanın saytında (www.justiceforkhojaly.org)
http://www.justiceforkhojaly.org) xüsusi petisiya hazırlanmıĢdır. Bu saytdan əlaqələndiriləcək imzatoplama
aksiyası ABġ Prezidenti və Konqresinə, Avropa Ġttifaqına və Avropa Parlamentinə, Avropa ġurasının baĢ katibi və
Parlament Assambleyasına yönələcəkdir. Dünyanın istənilən dövlətinin vətəndaĢı ölkəsinin daxil olduğu
beynəlxalq quruma və ölkə rəhbərliyinə ərizə ilə müraciət edərək onları Xocalıda baĢ vermiĢ kütləvi qırğını
insanlığa qarĢı cinayət kimi tanımağa və bu faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə dəstək
verməyə çağıra bilər. Ġmzatoplama kampaniyası bir il ərzində davam etdiriləcək və ilin sonunda fəallar tərəfindən
sözügedən qurumların rəhbərlərinə təqdim ediləcəkdir. Eyni zamanda internet vasitəsilə atılan hər bir imza onlayn
rejimdə ünvanına çatdırılacaqdır.
Ümumiyyətlə, “Xocalıya ədalət” kampaniyasına dəstək məqsədi ilə indiyə qədər onun saytında 126 min
imza toplanmıĢdır.
VurğulanmıĢdır ki, Ġslam Konfransı TəĢkilatının ƏməkdaĢlıq və Dialoq uğrunda Gənclər Forumunun
mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın irəli sürdüyü “Xocalıya ədalət”
beynəlxalq kampaniyasının əsas məqsədi Xocalı qətliamının insanlığa qarĢı törədilmiĢ ən böyük cinayət kimi
beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.
E. Ġsgəndərov bildirmiĢdir ki, Xocalı faciəsini anmaq məqsədi ilə dünyanın bir sıra Ģəhərlərində aksiyalar
keçiriləcəkdir. O cümlədən, Amsterdam, Paris, Berlin, Brüssel Ģəhərlərində azərbaycanlı qaçqın və məcburi
köçkünləri xatırlatmaq məqsədi ilə çadırlar qurulacaqdır.
Fevralın 26-da Moskvada “Xocalıya ədalət kampaniyası – 1 illik fəaliyyətin yekunları” adlı tədbir
keçiriləcəkdir. Kampaniya çərçivəsində ABġ-ın tanınmıĢ rep ifaçısı Toni Bləkmən və “Dəyirman” qrupunun
birlikdə çəkdikləri “Xocalıya ədalət” klipinin təqdimatı olacaqdır. Mahnı Xocalı qətliamı haqqında həqiqətləri
özündə əks etdirməklə dünya ictimaiyyətini bu faciəyə qiymət verməyə və Azərbaycanın haqq səsinə dəstək
olmağa çağırır. Klip aksiyalar zamanı çadırlarda quraĢdırılacaq iri monitorlar vasitəsilə nümayiĢ olunacaqdır.
Mexikoda isə Xocalı faciəsi Meksika Milli Avtonom Universitetində silsilə tədbirlərlə anılacaqdır.
Londonda parlament binasının qarĢısında üzərində Xocalı faciəsinin qurbanlarının adlarının həkk
olunduğu 613 Ģar havaya buraxılacaqdır. Bundan əlavə, fevralın 26-da gün ərzində Temza çayında üzərində
“Xocalıya ədalət” sözləri yazılmıĢ gəmi üzəcəkdir.
Fevralın 25-də Türkiyə Böyük Millət Məclisində “Qarabağ: suallar və faktlar” kitabının, martın 1-də isə
Moskvada rusiyalı yazıçı-publisist, Rusiya Təbii Elmlər Akademiyasının akademiki, professor Yuri
Pompeyevin “Qarabağ gündəliyi” kitabının təqdimatı keçiriləcəkdir.
Ümumiyyətlə, Xocalı faciəsi ilə bağlı həqiqətlər kampaniyanın 25 ölkədə fəaliyyət göstərən milli
əlaqələndiriciləri vasitəsilə təbliğ olunacaqdır. Tədbirlər zamanı kampaniyanın milli əlaqələndiricilərinin və
könüllülərin bir il ərzində fəaliyyətlərinə də qiymət veriləcəkdir.
Qeyd edək ki, bu il yanvarın 31-də Ġslam Konfransı TəĢkilatına üzv dövlətlərin Parlament Birliyi
Konfransının Uqandanın paytaxtı Kampala Ģəhərində təĢkil edilən 6-cı sessiyasında ĠKT GF-nin təĢəbbüsü ilə
həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə faciəyə
“Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarĢı cinayət” kimi qiymət
verilmiĢdir.
“Xocalıya ədalət” kampaniyasının saytı ispan, alman və türk dillərinə tərcümə edilmiĢdir.
Xatırladaq ki, Ġslam Konfransı TəĢkilatının ƏməkdaĢlıq və Dialoq uğrunda Gənclər Forumunun
mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın təĢəbbüsü ilə irəli sürülən “Xocalıya
ədalət” kampaniyasına 2009-cu ilin fevralında start verilmiĢdir. Kampaniyanın məqsədi beynəlxalq
ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət
verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.
“Xalq qəzeti”.-2010.-20 fevral.-N 40.-S.3.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
65
“Xocalıya ədalət” kampaniyası çərçivəsində silsilə tədbirlər keçiriləcək
ELġAD ĠSKƏNDƏROV: “MƏQSƏDĠMĠZ BEYNƏLXALQ ALƏMDƏ XOCALI FACĠƏSĠNƏ
MƏNƏVĠ-SĠYASĠ QĠYMƏT VERĠLMƏSĠNĠ TƏMĠN ETMƏKDĠR”
Dünən Ġslam Konfransı TəĢkilatı Gənclər Forumunun (ĠKT GF) BaĢ Katibi ElĢad Ġskəndərov Xocalıya
Ədalət Kampaniyasının 1 ilinin nəticələrinə və qarĢıda duran vəzifələrə həsr olunmuĢ mətbuat konfransı keçirib.
BaĢ katib ilk öncə “Xocalıya Ədalət” kampaniyasının yaranma zərurəti və əsas məqsədi barədə məlumat verib.
Bildirib ki, 2009-cu ilin fevralından start götürən “Xocalıya Ədalət” kampaniyası Ġslam Konfransı TəĢkilatı
Gənclər Forumunun (ĠKGF) Mədəniyyətlərarası Dialoq üzrə BaĢ Koordinatoru Leyla Əliyevanın təĢəbbüsü ilə
irəli sürülüb. Onun sözlərinə görə, kampaniyanın baĢlıca məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə
bağlı məlumatlandırılmasını, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsini və beynəlxalq
səviyyədə anılmasını təmin etməkdir.
Ötən bir il ərzində kampaniya çərçivəsində görülən iĢlərdən söhbət açan E. Ġskəndərov bildirib ki, 2009-
cu il ərzində əsas fəaliyyət Xocalı faciəsinin beynəlxalq təĢkilatlar tərəfindən tanınmasına yönəlib: “31 yanvar
2010-cu il tarixində Ġslam Konfransı TəĢkilatına (ĠKT) üzv dövlətlərin Parlament Assambleyası Konfransının
Uqandanın paytaxtı Kampala Ģəhərində təĢkil edilən 6-cı sessiyasında ĠKT GF-nin təĢəbbüsü ilə həyata keçirilən
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən qətnamədə Xocalı faciəsinə “Erməni silahlı
qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarĢı cinayət” kimi qiymət verilib. Hesab
edirəm ki, bu kompaniya çərçivəsində əldə edilən böyük uğurlardan biridir. Sənəddə adıçəkilən termin Xocalı
faciəsinin erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarĢı aparılan soyqırım siyasətinin tərkib hissəsi
kimi beynəlxalq səviyyədə tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün
keyfiyyətcə yeni mərhələ açacaqdır. Ötən ilin sonunda Rusiyanın tanınmıĢ yazıçısı, professor Yuri Pompeyevin
müəllifi olduğu və “Kanonpyus” nəĢriyyatı tərəfindən nəĢr edilən “Qarabağ gündəliyi” kitabı Rusiyada
yayımlanmasına baĢlanmıĢdır. Bu kitab müəllifin münaqiĢə ilə bağlı siyasilərlə apardığı intervyulardan ibarət
olmaqla, eyni zamanda müxtəlif sənədlər əsasında problemin tarixi-publisistik janrda təhlilini də özündə əks
etdirir. 2009-cu ildə Azərbaycanın tanınmıĢ mütəxəssislərinin müəlliflik etdiyi “Qarabağ: suallar və faktlar”
kitabı türk dilinə tərcümə edilib. Türkiyənin tanınmıĢ tarixçisi Yusuf Hallacoğlunun ön söz yazdığı bu kitab da
münaqiĢənin tarixi, geosiyasi, mədəni və hüquqi aspektlərini sual-cavab Ģəklində özündə ehtiva edir. Bunlardan
baĢqa, yola saldığımız ildən etibarən baĢlanan və məĢhur Amerika rep müğənnisi Toni Bləkmən və
Azərbaycanın “Dəyirman” qrupunun iĢtirakı ilə gerçəkləĢdirilən “Xocalıya ədalət” adlı rep-musiqinin klipi üzrə
iĢlər də sona yetirilmiĢdir. Bu mahnı Xocalı qətliamı haqqında həqiqətləri özündə əks etdirməklə, dünya
ictimaiyyətini bu faciəyə qiymət verməyə, bununla da Azərbaycanın haqq səsinə dəstək verməyə çağırır. Yekun
olaraq, ötən il 10 dekabr Beynəlxalq Ġnsan Haqları günündə BMT-nin mənzil qərargahının yerləĢdiyi Cenevrədə
beynəlxalq konfrans keçirilib. Eyni zamanda kampaniyanın saytı Ġspan, Alman və Türk dillərinə tərcümə
edilib”.
ElĢad Ġskəndərov kampaniyanın əsas fəaliyyət mexanizmlərindən birinin də vebsayt olduğunu diqqətə
çatdırıb. Qeyd edib ki, kampaniya çərçivəsində əsas beynəlxalq əlaqələndirici vasitə kimi
www.justiceforkhojaly.org saytının imkanlarından geniĢ istifadə olunub. BaĢ katibin söylədiyinə görə,
kampaniyaya internet saytında 130 minə yaxın insan dəstək verərək, aksiyanın müxtəlif səviyyədə həyata
keçirilməsində iĢtirak edib: “Vebsayt vasitəsilə dünya ictimaiyyətinə, ilk növbədə BMT-nin BaĢ Katibi Ban Ki
Muna, ABġ prezidenti Barak Obamaya, Avropa Parlamenti, Avropa ġurası Parlament Assambleyası və digər
qurumlara ünvanlanan “Dünya liderlərinə petisiya” da böyük əhəmiyyət kəsb edir. Belə ki, petisiya vasitəsilə
dünyanın istənilən ölkəsinin vətəndaĢı adıçəkilən qurumlara və dünya liderlərinə müraciət edərək, onları
Xocalıda baĢ vermiĢ kütləvi qırğını insanlığa qarĢı cinayət kimi tanımağa, bu faciəni törədənlərin cinayət
məsuliyyətinə cəlb edilməsinə dəstək verməyə çağıra bilər. Ona görə də dünyanın müxtəlif ölkələrində liderlərə
ünvanlanan petisiya kampaniyası ilə bağlı məlumatlandırıcı tədbirlərin həyata keçirilməsini planlaĢdırmıĢıq”.
BaĢ katib bu ilin 23 fevral-1 mart tarixlərində dünyanın 30-a yaxın ölkəsində “Xocalıya ədalət”
kampaniyası çərçivəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini də bildirib. Deyib ki, Xocalıda baĢ vermiĢ
kütləvi qırğının insanlığa qarĢı cinayət kimi tanınması üçün 1 il ərzində imzatoplama kampaniyası davam
etdiriləcək və ilin sonunda kampaniyanın fəalları tərəfindən sözügedən beynəlxalq qurumların rəhbərlərinə
təqdim ediləcək: “Ġmzatoplama kampaniyasına beynəlxalq səviyyədə geniĢ ictimai marağın yaradılması,
həmçinin imza atanların dairələrinin geniĢləndirilməsi məqsədilə müxtəlif təbliğat xarakterli aksiyaların həyata
keçirilməsi nəzərdə tutulub. Bu aksiyalara gələn həftə Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə
keçiriləcək anım tədbirlərində baĢlanılacaq. Fevralın 24-də 613 Xocalı qurbanının adı yazılmıĢ Ģarlar Böyük
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
66
Britaniya Parlamenti qarĢısında göyə buraxılacaq. Ayın 26-da Moskvada “Xocalıya Ədalət Kampaniyası-1 illik
fəaliyyətin yekunları” adlı tədbir baĢ tutacaq və tədbirdə “Xocalıya ədalət” rep layihəsinin təqdimatı keçiriləcək.
Həmin tarixdə Berlində Xocalı faciəsi ilə bağlı konfrans olacaq. Yenə fevralın 26-da Meksika Milli Avtonom
Universitetində kampaniyanın foto sərgisi keçiriləcək, həmçinin kampaniyanın vebsaytının Ġspan dilindəki
versiyasının və “Xocalıya ədalət” klipinin təqdimatı olacaq. Vyana, Amsterdam, Paris, Cakarta və dünyanın
baĢqa tanınmıĢ Ģəhərlərində də bu tipli aksiyalar keçiriləcək. Bunlarla yanaĢı, 25 fevral tarixində Ankarada,
Böyük Millət Məclisinin binasında “Qarabağ: suallar və faktlar” kitabının, 1 mart tarixində isə Moskvada rus
yazıçısı Yuri Pompeyevin “Qarabağ gündəliyi” kitabının təqdimat mərasimi keçiriləcəkdir”.
Dostları ilə paylaş: |