“xocaliya ədaləT”


Azərbaycanın bütün sahələrdə dinamik  inkiĢafına, ölkəmizdə vətəndaĢ cəmiyyəti quruculuğu prosesinin



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə11/16
tarix06.09.2017
ölçüsü0,94 Mb.
#29157
1   ...   8   9   10   11   12   13   14   15   16

Azərbaycanın bütün sahələrdə dinamik  inkiĢafına, ölkəmizdə vətəndaĢ cəmiyyəti quruculuğu prosesinin 
sürətləndirilməsinə layiqli töhfə verir. Heydər Əliyev Fondu həyata keçirdiyi uğurlu layihələrlə ölkəmizin 
dünya  miqyasındakı  nüfuzunun  artmasında  mühüm  xidmətlərə  malikdir.  Milli  maraqların  təminatı, 
müasirləĢmə,  respublikamız  haqda  həqiqətlərin  yayılması,  ölkəmizin  xarici  aləmə  olduğu  kimi  təqdim 
edilməsi və digər müqəddəs missiyaları müvəffəqiyyətlə həyata keçirən fondun bütün təĢəbbüsləri uğurlu 
nəticələr verir. 
 
Heydər  Əliyev  Fondunun  prezidenti,  YUNESKO  və  ĠSESKO-nun  xoĢməramlı  səfiri,  Milli  Məclisin 
deputatı  Mehriban  xanım  Əliyevanın  təĢəbbüsü  ilə  ölkəmizdə  həyata  keçirilən  bütün  proqramlar,  layihələr 
müasir  dövrün  ehtiyac  və  tələbləri,  milli  xüsusiyyətlərilə  uyğunlaĢaraq  ölkəmizin  tərəqqisinə  təkan  verir. 
Fondun  fəaliyyəti  yalnız  bununla  yekunlaĢmayaraq  Azərbaycan  haqqında  əsl  həqiqətlərin  beynəlxalq  aləmə 
çatdırılması, bu istiqamətdə təbliğat və təĢviqatın aparılması ilə Ģaxələnir.  
 
Azərbaycan həqiqətlərinin carçısı 
 
Tarixdə  analoqu  olmayan,  ötən  əsrin  sonunda  dünyanın  gözü  qarĢısında  baĢ  vermiĢ  Xocalı  soyqırımı 
yalnız soydaĢlarımıza deyil, bütövlükdə bəĢəriyyətə qarĢı törədilmiĢ cinayət idi. Bu qətliamların müəllifləri isə 
özlərini dünyaya "əzabkeĢ" kimi təqdim edən erməni millətçiləridir. Amansız qətllərlə dünya tarixində silinməz 
izlər  buraxan  bu  faciə  əslində,  erməni  təcavüzkarlarının  yalnız  Azərbaycan  xalqına  deyil,  dünya  miqyasında 
insanlığa yönəldilmiĢ  qəddarlığı idi. Xalqımızın yaddaĢına əbədi həkk  olunmuĢ tarixin ən böyük faciələrindən 
biri olan Xocalı soyqırımı hər il daha geniĢ miqyasda qeyd olunur, humanitar fəlakət qurbanlarının xatirəsi əziz 
tutulur.  
Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  problemi,  ərazilərimizin  erməni  silahlı  birləĢmələri  tərəfindən 
iĢğalı,  bu  münaqiĢə  nəticəsində  doğma  yurdlarından  didərgin  düĢmüĢ  yüz  minlərlə  soydaĢımızın  üzləĢdikləri 
çətinliklər  daim  Heydər  Əliyev  Fondunun  diqqət  mərkəzindədir.  Fond  Xocalı  həqiqətlərinin  dünyaya 
çatdırılması,  qətliama  obyektiv  qiymət  verilməsi  istiqamətində  atılan  addımları  uğurla  davam  etdirir. 
Tədbirlərdə  Heydər  Əliyev  Fondunun  hazırladığı  "Xocalı  soyqırımı"  filmi,  ermənilərin  Xocalıda  törətdikləri 
vəhĢilikləri əks etdirən fotoĢəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəĢrlərində faciə haqqında dərc 
edilmiĢ  materiallar,  habelə  fonlun  ümumtəhsil  məktəbləri  və  uĢaq  evlərində  keçirdiyi  "Xocalı  uĢaqların  gözü 
ilə"  mövzusunda  rəsm  müsabiqəsindən  ibarət  ekspozisiyalar  nümayiĢ  etdirilir.  Faciənin  bütün  detallarını  əks 
etdirən  faktların beynəlxalq aləmə çatdırılması  istiqamətində  görülən iĢlərdə təĢkilatın fəaliyyəti  özünəməxsus 
yer tutur. Fondun dəstəyi  və təĢkilatçılığı  ilə  məktəblilər arasında  keçirilmiĢ  "Xocalı uĢaqların  gözü  ilə" rəsm 
müsabiqəsi, fotoĢəkillərin, əl iĢlərinin dünyanın bir sıra qabaqcıl ölkələrində təĢkil olunmuĢ sərgisi beynəlxalq 
ictimaiyyətdə XX əsrin ən böyük faciəsi haqqında dolğun təsəvvürlər formalaĢdırıb.  
Məhz Heydər Əliyev Fondunun gərgin əməyinin nəticəsi olaraq indi dünya ölkələri əvvəlki illərdən fərqli 
olaraq  erməni  qəsbkarlarının  insanlığa  sığmayan  qətlləri  haqqında  daha  dolğun  məlumatlandırılıb.  Dünyanın 
nüfuzlu  beynəlxalq  təĢkilatları,  aparıcı  dövlətləri  bəĢəriyyətə  qarĢı  yönəldilmiĢ  bu  cinayətin  əsl  mahiyyətini 
getdikcə daha çox anlayır, qətliamı kəskin Ģəkildə pisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanıyırlar.  
 
Soyqırımının tanıdılması istiqamətində sistemli fəaliyyət 
 
Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqiĢəsinin əsl səbəbkarları haqqında dünya  birliyində aydın 
təsəvvürün formalaĢdırılmasında Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri 
Leyla  xanım  Əliyevanın  xüsusi  xidmətləri  var.  Ġslam  Konfransı  TəĢkilatının  (ĠKT)  Dialoq  və  ƏməkdaĢlıq 
uğrunda Ġslam Konfransı Gənclər Forumunun  mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım 
Əliyeva  Xocalı  soyqırımı  haqda  faktların  dünyaya  çatdırılması  istiqamətində  sistemli  və  ardıcıl  fəaliyyət 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
76 
 
göstərərək  erməni  silahlı  birləĢmələrinin  ölkəmizin  ərazisində  həyata  keçirdikləri  soyqırımı  siyasətinə  dair 
faktları beynəlxalq birliyə təqdim edir.  
ĠKT-nin Dialoq və ƏməkdaĢlıq uğrunda Gənclər Forumunun Dağlıq Qarabağ münaqiĢəsinin, Azərbaycan 
həqiqətlərinin,  Ermənistanın  iĢğalçılıq  siyasətinin  dünyaya  çatdırılması  istiqamətində  apardığı  mühüm  iĢ  öz 
səmərəsini verməkdədir. Gənclər forumu hələ 2007-ci ilin payızında Bakıda "Gənclər sivilizasiyaların alyansına 
tərəfdardır"  təĢəbbüsü  çərçivəsində  təsis  olunmuĢ  "Sivilizasiyaların  alyansı"  Beynəlxalq  Gənclər  Hərəkatına 
müraciət  edərək,  bu  qurumdan  əməkdaĢlıq  etdiyi  beynəlxalq  təĢkilatlar  vasitəsilə  Ermənistanın  yürütdüyü 
siyasəti dünya birliyinə çatdırmağı tələb etmiĢdir.  
Dialoq  və  ƏməkdaĢlıq  uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun  (DƏĠKGF)  mədəniyyətlərarası 
dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  təĢəbbüsü  ilə  2008-ci  ilin  mayın  8-də  elan  olunmuĢ 
"Xocalıya  ədalət"  beynəlxalq  məlumat  və  təĢviqat  kampaniyası  çərçivəsində  ilk  tədbir  Ġstanbulun  "Taksim" 
metrostansiyasının  sərgi  salonunda  Xocalı  ilə  bağlı  uĢaqların  çəkdiyi  Ģəkillərdən  və  kampaniyaya  qoĢulmuĢ 
xarici  ölkə  gənclərinin  fotoĢəkillərindən  ibarət  sərginin  açılıĢı  oldu.  Kampaniya  çərçivəsində  yalnız  Türkiyə 
deyil,  Avropanın  baĢqa  Ģəhərlərində  də  sərgilər  təĢkil  olundu.  Ġstanbulda  ĠKT-nin  ƏməkdaĢlıq  və  Dialoq 
uğrunda  Gənclər  Forumu  və  ĠSESKO-nun  təĢkilatçılığı  ilə  2008-ci  ilin  mayın  17-də  keçirilmiĢ  ĠKĞT 
ekspertlərinin  ikigünlük  iclasında  kampaniya  ekspertlər  tərəfindən  bəyənildi  və  26  fevral  -  Xocalı  soyqırımı 
gününün  bu  beynəlxalq  təĢkilata  üzv  ölkələrdə  humanitar  fəlakətlər  qurbanlarının  xatirəsini  anma  günü  kimi 
qeyd olunması haqda mühüm qərar qəbul olundu.  
2008-ci  ilin  iyununda  ĠKT-nin  üzvü  olan  dövlətlərin  xarici  iĢlər  nazirlərinin  Uqandadakı  konfransında 
ĠKT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın "Xocalıya 
ədalət  -  Qarabağa  azadlıq"  təĢəbbüsü  təsdiq  olundu.  Xarici  iĢlər  nazirlərinin  konfransının  35-ci  sessiyasında 
qəbul  olunan  xüsusi  qətnamə  dünyanın  57  ölkəsində  müvafiq  kampaniyanın  həyata  keçirilməsi  üçün  siyasi-
hüquqi  baza  yaradılmasını  təmin  etdi.  Leyla  xanım  Əliyeva  bu  təĢəbbüsünün  nüfuzlu  beynəlxalq  təĢkilat 
tərəfindən  bəyənilməsini  yüksək  qiymətləndirərək  dünya  birliyinin  Ermənistan,  onun  iĢğalçılıq  siyasəti 
haqqında  əsl  həqiqətləri  anladığını  qeyd  etdi:  "Bu  sənədin  qəbul  edilməsi  Azərbaycan  torpaqlarının  iĢğal 
faktının  beynəlxalq  birlik  tərəfindən  getdikcə  daha  çox  dərk  olunmasını  və  təcavüzkarın  mənəvi-siyasi 
baxımdan  daha  da  təcrid  olunmasını  əks  etdirir.  Qətnamə  Dağlıq  Qarabağ  münaqiĢəsi  haqqında  həqiqəti  ĠKT 
üzvü  olan  ölkələrə  və  mədəniyyətlərarası dialoq  vasitəsilə  qlobal səviyyədə  gənc nəslə çatdırmaq üçün  imkan 
yaradır".  
Bu beynəlxalq kampaniyanın dünya miqyasında daha geniĢ təbliği üçün informasiya-kommunikasiyaları 
sistemlərindən  də  geniĢ  istifadə  edilir.  Kampaniyanın  virtual  aləmdə  yayılması  və  bu  qəbildən  olan  silsilə 
tədbirlərin sistemləĢdirilməsi məqsədilə yaradılan internet saytı Xocalı faciəsinin əsl günahkarlarının, xalqımıza 
qarĢı soyqırımı haqqında faktların dünya ölkələrinə daha geniĢ çatdırılmasına imkan yaradır. Artıq proqram və 
onun  internet  saytı  dünyanın  müxtəlif  Ģəhərlərində  -  VaĢinqton,  Ġstanbul,  Berlin,  Buxarest,  Kiyev,  Vyana, 
Brüssel,  Pekin,  VarĢava  və  digər  ölkələrdə  Xocalı  soyqırımı  haqqında  dolğun  məlumatları  beynəlxalq 
ictimaiyyətə çatdırır.  
 
Xocalı faciəsinə beynəlxalq maraq artır  
 
Ġslam  ölkələrində  vahid  soyqırımı  qurbanları  gününün  təsis  edilməsi  təklifi  də  müsəlmanlara  qarĢı 
qətliamların  yayılması  istiqamətində  ən  mühüm  addımlardan  biridir.  ĠKT-nin  ƏməkdaĢlıq  və  Dialoq  uğrunda 
Gənclər Forumunun  mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisinin təĢəbbüsü ilə baĢlanmıĢ  kampaniya 
artıq  müsəlman  dövlətlərinin  böyük  marağına  səbəb  olub.  Elə  bunun  nəticəsi  olaraq  Xocalı  qətliamının  islam 
ölkələrində  dərsliklərə  daxil  edilməsi  haqda  yeni  təkliflər  irəli  sürülüb  və  bu,  bir  sıra  dövlətlər  tərəfindən 
dəstəklənib. Bu, uĢaqların hələ orta məktəb illərindən qətliam barədə məlumatlandırılmasına və nəticədə gələcək 
nəsillərin ermənilərin etnik təmizləmə, iĢğalçılıq siyasətinin əsl mahiyyətini aydın Ģəkildə dərk etməsinə səbəb 
olacaq.  
Xocalı  faciəsinin  dünya  dövlətləri  tərəfindən  soyqırımı  kimi  tanınması,  qətliama  ayrı-ayrı  ölkələrin 
qanunverici  orqanları  tərəfindən  obyektiv  qiymət  verilməsi  tarixi  zərurət  olaraq  qalmaqdadır.  Artıq  bir  sıra 
dövlətlər 1992-ci ilin 25-26 fevralında soydaĢlarımıza qarĢı etnik təmizləmə cinayətinin əsl mahiyyətini anlayır, 
qətliama  siyasi  qiymət  verilməsinin  bəĢəri  borc  olduğunu  baĢa  düĢürlər.  Heydər  Əliyev  Fondunun  Rusiya 
Federasiyasındakı nümayəndəliyinin təĢəbbüsü ilə hazırlanmıĢ Xocalı soyqırımı sərgisinin nümayiĢ etdirilməsi 
qətliamın dünya ölkələri tərəfindən kəskin pislənilməsinə səbəb olub.  
Soyqırımının tanıdılması və qətliama siyasi qiymətin verilməsi istiqamətində görülən iĢlər artıq daha ciddi 
nəticələr verməkdədir. Həyata keçirilən tədbirlərin səmərəsi kimi islam ölkələrinin ali təhsil və elm nazirlərinin 
dördüncü konfransı Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması istiqamətində təĢəbbüslə çıxıĢ edib.  

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
77 
 
Heydər  Əliyev  Fondunun  Rusiya  Federasiyasındakı  nümayəndəliyinin  rəhbəri  Leyla  xanım  Əliyevanın 
Xocalı faciəsi haqqında dünya ölkələrində dolğun təsəvvürlərin formalaĢdırılması istiqamətindəki səylərinin və 
bununla bağlı fəaliyyətinin müsbət nəticələri göz qabağındadır. Soyqırımı faktlarının müsəlman dövlətlərinin ali 
təhsil məktəblərinin dərsliklərinə salınması və qətliama aid həqiqətlərin daha geniĢ miqyasda yayılması təklifləri 
islam ölkələrinin ali təhsil və elm nazirlərinin dördüncü konfransının yekun qətnaməsinə daxil edilib. Bu sənəd 
də  ermənilərin  Xocalıda  törətdikləri  qətliamlar  haqqında  əsl  faktların  ĠKT-yə  üzv  ölkələrin  ali  təhsil 
müəssisələrinin  dərsliklərində  əks  olunmasını  dəstəkləyir  və  "Xocalıya  ədalət"  beynəlxalq  kampaniyasının  bu 
ildən  baĢlayaraq  bir  neçə  il  ərzində  davamlı  və  geniĢ  miqyasda  keçirilməsi  zəruriliyini  əks  etdirir.  ĠKT-nin 
ƏməkdaĢlıq  və Dialoq uğrunda Gənclər Forumunun  mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə  baĢ 
əlaqələndiricisinin irəli sürdüyü "Xocalıya ədalət" beynəlxalq kampaniyası təĢkilata üzv ölkələrdə 2009-2012-ci 
illərdə prioritet Ģəkildə həyata keçirilməsinin vacibliyini özündə ehtiva edir.  
 
Soyqırımının tanıdılması istiqamətində iĢ uğurla davam etdirilir  
 
"Xocalıya ədalət" beynəlxalq kampaniyası dünyanın müxtəlif ölkələrində faciə ilə bağlı real faktların foto 
və  film  sərgiləri,  internet,  beynəlxalq  konfranslar  və  nümayiĢlər,  o  cümlədən  aparıcı  beynəlxalq  təĢkilatların 
nümayəndələri ilə görüĢlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur.  
Faciənin  soyqırımı  kimi  tanıdılması,  bəĢəriyyətə  qarĢı  yönəldilmiĢ  bu  ən  ağır  cinayətə  siyasi  qiymət 
verilməsi,  soyqırımı  həqiqətlərinin  ĠKT  ölkələrində  yayılması  haqqında  siyasi  qərar,  Gənclər  Forumunun 
təĢəbbüsü  və  Azərbaycan  Respublikası  Xarici  ĠĢlər  Nazirliyinin  dəstəyi  ilə  ĠKT-yə  üzv  ölkələrin  xarici  iĢlər 
nazirlərinin  35-ci  sessiyasında  və  beynəlxalq  təĢkilata  üzv  ölkələrin  11-ci  zirvə  görüĢündə  qəbul  edilən 
qətnamələrdə də əksini tapıb. 
Xocalı soyqırımının 18-ci  ildönümü ərəfəsində bir sıra ölkələrdə keçirilən anım tədbirləri əvvəlki  illərlə 
müqayisədə indi daha geniĢ miqyasda təĢkil olunub. BəĢəriyyətə və insanlığa qarĢı törədilmiĢ ən ağır cinayətin 
baĢ  verdiyi  26  fevral  günü  yalnız  Azərbaycanda  deyil,  digər  müsəlman  ölkələrində  də  humanitar  fəlakətlər 
qurbanlarının xatirəsinin anım günü kimi tarixə düĢdü. Bu isə faciənin soyqırımı kimi tanıdılmasına yönəldilmiĢ 
addımların nəticəsiz qalmadığını sübut edir. 
Görülən  məqsədyönlü  və  səmərəli  iĢ  nəticəsində  "Xocalıya  ədalət"  beynəlxalq  kampaniyasının  miqyası 
hər il  durmadan  geniĢlənir, bu istiqamətdə aparılan fəaliyyət  müsbət  nəticələr verir. Heydər Əliyev Fondunun 
Rusiya  Federasiyasındakı  nümayəndəliyinin  rəhbəri  Leyla  xanım  Əliyev  bununla  bağlı  demiĢdir:  "Xocalıya 
ədalət"  kampaniyası  bütün  dünyada  insanları  müharibəyə,  ədalətsizliyə  qarĢı  çıxmağa  səsləyir.  Birgə  belə 
təĢəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh Ģəraitində yaĢada bilərik".  
Beynəlxalq  kampaniya  indi  dünya  səviyyəsində  25  ölkədə  uğurla  həyata  keçirilir.  Əsas  məqsədi  Xocalı 
Ģəhərində  insanlığa  qarĢı  törədilmiĢ  cinayətin  dünya  ictimaiyyətinə  çatdırılmasına,  faciəyə  hüquqi-siyasi  və 
mənəvi  qiymətin  verilməsinə  nail  olmaqdan  ibarət  olan  kampaniyaya  hazırda  dünyanın  125  təĢkilatı,  eləcə  də 
125  mindən  çox  insan  qoĢulub.  Soyqırımının  tanıdılması  prosesinin  sürətlənməsi,  bu  kampaniyaya  getdikcə 
daha  çox  insanın  qoĢulması  Heydər  Əliyev  Fondunun  Azərbaycanın  haqq  səsinin  ucaldılması  yönümündəki 
səmərəli  fəaliyyətinə  bariz  nümunədir.  Ġndi  dünya  birliyi  Xocalı  Ģəhərində  insanlığa  qarĢı  törədilmiĢ  ən  ağır 
cinayətin günahkarlarını pisləyir.  
2010-cu ilin 31 yanvarında dünyanın 56 dövlətinin təmsil olunduğu ĠKT-nin Parlament Assambleyasının 
VI  sessiyasında  Xocalı  faciəsi  bir  daha  insanlığa  qarĢı  cinayət  kimi  qiymətləndirildi.  Zaman  keçdikcə  Xocalı 
faciəsini  insanlığa  qarĢı  cinayət  kimi  qiymətləndirən  aparıcı  müsəlman  dövlətlərinin  təmsil  olunduğu  nüfuzlu 
beynəlxalq təĢkilatın - ĠKT-nin bu addımını digər beynəlxalq qurumlar da təkrarlayacaq və məhz o zaman tarixi 
cinayətin  müəllifləri  olan  erməni  cəlladları  layiqli  cəzalarını  alacaqlar.  Artıq  iĢğalçı  erməni  silahlı 
birləĢmələrinin  soydaĢlarımıza  qarĢı  ağır  cinayətləri  öz  həqiqi  qiymətini  alır.  Dünyanın  bir  sıra  dövlətlərində 
anım  mərasimlərinin  təĢkili,  Xocalı  soyqırımı  cinayətkarlarının  əməllərinin  pislənilməsi,  beynəlxalq 
ictimaiyyətin  bu  məsələyə  daim  artan  diqqəti,  Türkiyə  Böyük  Millət  Məclisində  faciə  ilə  bağlı  dinləmələrin 
keçirilməsi bunun ilk əlamətləridir. Azərbaycanın ümummilli maraqlarının təminatçısı, ümummilli liderin bəĢəri 
ideyalarının  daĢıyıcısı  olan  Heydər  Əliyev  Fondunun  ölkəmiz  barədə  əsl  həqiqətlərin  dünya  birliyinə 
çatdırılması missiyası uğurla davam etdirilir. Bütün bunların nəticəsidir ki, dünya birliyi Xocalıda erməni silahlı 
birləĢmələri  tərəfindən  törədilmiĢ  tarixi  cinayəti  kəskin  Ģəkildə  pisləyir,  qətliamın  günahkarlarını  daim 
lənətləyir.  
Anar RASĠMOĞLU 
 
 
Azərbaycan”.-2010.-26 fevral.-N 45.-S.5. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
78 
 
“Xocalıya ədalət" beynəlxalq kampaniyası uğurla davam edir 
 
Azərbaycanın  Səudiyyə  Ərəbistanı  Krallığındakı  səfirliyi  Xocalı  soyqırımının  18-ci  ildönümü  və  Ġslam 
Konfransı TəĢkilatı (ĠKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım 
Əliyevanın təĢəbbüsü ilə reallaĢdırılan "Xocalıya ədalət" beynəlxalq kampaniyası ilə bağlı tədbir keçirilib.  
Tədbir  Azərbaycan  Respublikasının  dövlət  himninin  səsləndirilməsi  ilə  baĢlanmıĢ,  Xocalı  soyqırımı 
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
"Riyadh Palace" konfrans mərkəzində Xocalı faciəsindən bəhs edən kitablardan, foto-video materiallardan 
ibarət guĢə yaradılmıĢ, "Xocalı uĢaqların gözü ilə" rəsm sərgisi təĢkil olunmuĢdur. "Xocalıya ədalət" beynəlxalq 
kampaniyası  çərçivəsində  Azərbaycanda  və  dünya  ölkələrində  ĠKT  Gənclər  Forumu  tərəfindən  keçirilmiĢ 
tədbirlərin fotosərgisi nümayiĢ etdirilib.  
Mərasim  iĢtirakçılarına  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi,  xüsusilə  də,  Xocalı 
soyqırımını  əks  etdirən  disk,  kitab  və  materiallar,  Xocalı  soyqırımı  ilə  əlaqədar  səfirliyin  mətbuat  açıqcası, 
"Xocalıya ədalət" beynəlxalq kampaniyasına dair materiallar paylanıb.  
Tədbirdə  Ər-Riyad Ģəhərində  yerləĢən xarici  dövlətlərin  və beynəlxalq təĢkilatların nümayəndəliklərinin 
baĢçıları  və  əməkdaĢları,  krallığın  dövlət  və  ictimai  qurumlarının,  kütləvi  informasiya  vasitələrinin 
nümayəndələri, Azərbaycan və türk icmalarının nümayəndələri iĢtirak edib.  
Səfir  Tofiq  Abdullayev  çıxıĢında  erməni  millətçiləri  tərəfindən  xalqımıza  qarĢı  aparılmıĢ  soyqırımı 
siyasətinin tərkib hissəsi kimi Xocalıda günahsız əhalinin xüsusi amansızlıqla qətlə yetirilməsindən geniĢ söhbət 
açmıĢ,  həmin  faciə  zamanı  qətlə  yetirilmiĢ,  itkin  düĢmüĢ  və  girov  götürülmüĢ  insanlar  haqqında  faktları 
söyləmiĢdir.  
Səfir  bu  cinayətin  erməni  millətçiləri  və  onların  himayədarları  tərəfindən  planlı  Ģəkildə  həyata 
keçirildiyini  vurğulayaraq,  indiyədək  dünya  ictimaiyyəti  tərəfindən  ermənilərin  bu  dəhĢətli  əməllərinə 
bəĢəriyyətə qarĢı cinayət kimi hüquqi-siyasi qiymət verilmədiyini təəssüflə qeyd edib. Sonra Xocalı soyqırımını 
əks etdirən "Məhv edilmiĢ Ģəhər" adlı filmi ərəb dilində nümayiĢ etdirilib.  
Azərbaycan-Səudiyyə  Ərəbistanı  Dostluq  Cəmiyyətinin  həmsədri  Ġzzət  Müfti  çıxıĢ  edərək,  filmdəki 
dəhĢətli  səhnələrin  terrorun  din  və  milliyyətinin  olmadığını  bir  daha  sübuta  yetirdiyini,  erməni  millətçiləri 
tərəfindən törədilmiĢ Xocalı soyqırımının təkcə azərbaycanlılara qarĢı deyil, bütövlükdə, insanlığa qarĢı vəhĢilik 
olduğunu  söyləyib.  Ġ.Müfti  islam  dünyası  tərəfindən  Azərbaycanın  haqq  səsinin  dəstəklənməsi  məqsədi  ilə 
beynəlxalq  təĢkilatların  qəbul  etdikləri  qətnamələrin  yerinə  yetirilməsi  üçün  erməni  millətçilərinə  təzyiqlər 
edilməsinin  vacibliyini  vurğulamıĢ  və  Ermənistan  rəhbərliyinin  bu  məsələdə  birbaĢa  məsuliyyət  daĢıdığını 
deyib.  
Sonra səfirliyin birinci katibi T.Qafarov Xocalı soyqırımının törədilməsinə dair siyasi qərarın Ermənistan 
rəhbərliyi  tərəfindən  qəbul  edilməsi  haqqında  faktların  mövcudluğunu  vurğulamıĢ,  bu  faciəni  törədənlərin  bir 
qisminin  müəyyənləĢdirilməsi  və  onların  beynəlxalq  mühakiməyə  cəlb  olunması  məqsədi  ilə  axtarıĢın  elan 
edildiyini  söyləyib.  T.Qafarov  "Xocalıya  ədalət"  beynəlxalq  kampaniyası  çərçivəsində  2008-2009-cu  illərdə 
dünya ölkələrində  keçirilmiĢ tədbirlər haqqında  məlumat vermiĢ, bu kampaniyaya dair internet saytı  ilə tədbir 
iĢtirakçılarını  tanıĢ  edib.  2010-cu  ildə  də  dünya  dövlətlərinin  liderlərinə  və  beynəlxalq  təĢkilatlara  müraciət 
ünvanlandığını  vurğulamıĢ,  ictimai  qurumlarının  nümayəndələrini,  sadə  vətəndaĢları  bu  təĢəbbüsə  qoĢulmağa 
çağırıb. ĠĢtirakçıların əksəriyyəti müraciətə həmrəylik nümayiĢ etdirərək, adıçəkilən sənədi imzalayıblar.  
Tədbir çərçivəsində "Dəyirman" qrupu və Toni Bləkmənnin "Xocalıya ədalət" klipi nümayiĢ etdirilib. 
 
ZÜMRÜD 
 
“Səs”.- 2010.- 26 fevral.- N 36.- S.2 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
79 
 
Xocalıya ədalət!!! 
 
TBMM sədri: "Xocalı faciəsini dünya ictimaiyyəti tanımalıdır" 
 
Ankara  Ģəhərində  Türkiyə  Böyük  Millət  Məclisinin  (TBMM)  Mədəniyyət  Mərkəzinin  binasında 
"Xocalıya  Ədalət"  kampaniyası  çərçivəsində  Ġslam  Konfransı  Gənclər  Forumunun  (ĠKGF)  təĢəbbüsü  ilə 
Türkiyədə nəĢr etdirilən "Qarabağ: suallar və faktlar" kitabının təqdimat mərasimi keçirilib.  
Bu  barədə  APA-ya  ĠKGF-nin  Media  Departamentindən  bildirilib.  Məlumata  görə,  Ermənistan-
Azərbaycan  Dağlıq  Qarabağ  probleminin  tarixi,  geosiyasi,  hüquqi  və  mədəni  aspektlərini  özündə  əks  etdirən 
kitabı Azərbaycanın tanınmıĢ alimləri və ekspertləri yazılıb. 
Ankarada "Xocalıya Ədalət"  
ĠKGF-  nin  Türkiyə  deputatlarıyla  birgə  təĢkil  etdiyi  bu  tədbirdə  TBMM-in  sədri  Mehmet  Əli  ġahin 
danıĢıb. Mehmet Əi ġahin çıxıĢında Xocalı faciəsinin dünyada tanınmasının vacibliyini xüsusilə vurğulayıb. O, 
ĠKGF Mədəniyyətlərarası Dialoq üzrə BaĢ Koordinatoru Leyla Əliyevanın təĢəbbüsüylə irəli sürülən "Xocalıya 
ədalət" beynəlxalq kampaniyanın fəaliyyətini yüksək qiymətləndirərək, Xocalı qırğınının dünya ictimaiyyətinə 
çatdırılması  üçün  xarici  ölkələrdə  Türkiyə  və  Azərbaycan  icmalarının  birgə  səylərinin  gücləndirilməsinin 
vacibliyini diqqətə çatdırıb. 
"Qarabağ: suallar və faktlar" kitabının təqdimat mərasimində Türkiyə parlamentinin deputatları Cünyed 
Yüksəl,  Azərbaycan-Türkiyə  Parlamentlərarası  Dostluq  Qrupunun  sədri  Mustafa  Kabakçı,  qondarma  erməni 
soyqırımı üzrə tarixçi professor Yusif Halacoğlu, Azərbaycanın Türkiyədəki səfiri Zakir HəĢimov çıxıĢ ediblər. 
Türkiyəli  deputatlar  öz  çıxıĢlarında  kitabın  ölkə  ictimaiyyətinin  Qarabağ  münaqiĢəsi  haqqında  ətraflı  və 
obyektiv məlumat ala biləcəklərinə ümid etdiklərini bildiriblər.  
Tədbirin sonunda mart ayının 2-sinə qədər davam edəcək kampaniyanın 1 illik fəaliyyətini əks etdirən 
"Xocalıya ədalət" fotosərgisinin açılıĢı olub. Tədbir Türkiyənin aparıcı KĠV-ləri iĢıqlandırıb. 
Qeyd edək ki, ĠKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə BaĢ Koordinatoru Leyla Əliyevanın təĢəbbüsü 
ilə  irəli sürülən  "Xocalıya Ədalət"  kampaniyasına 2009-cu ilin fevralında start verilib  və  hazırda 30-dan artıq 
ölkədə  yüzlərlə  könüllünun  iĢtirakı  ilə  uğurla  davam  etdirilməkdədir.  Kampaniyanın  məqsədi  beynəlxalq 
ictimaiyyətin  Xocalı  faciəsi  ilə  bağlı  məlumatlandırılması,  faciəyə  beynəlxalq  aləmdə  mənəvi-siyasi  qiymət 
verilməsi  və  beynəlxalq  səviyyədə  anılmasını  təmin  etməkdir.  Kampaniyanın  beynəlxalq  əlaqələndirilməsi 
www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır. 
Londonda "Xocalıya Ədalət"  
"Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Avropa-Azərbaycan Cəmiyyətinin təĢkilatçılığı 
ilə  London  Ģəhərində,  Temza  çayında  üzən  "Silver  Sturgeon"  gəmisində  Böyük  Britaniyanın  ictimai-siyasi 
xadimlərinin, parlamentar və diplomatların iĢtirakı ilə Xocalı qətliamının 18-ci ildönümünə həsr edilmiĢ tədbir 
keçirilib.  ĠKT  Gənclər  Forumundan  APA-ya  verilən  məlumata  görə,  innovativ  xarakter  daĢıyan  tədbir  zamanı 
Temza çayı üzərində Xocalı faciəsi zamanı həlak olmuĢ 613 nəfərin adları yazılmıĢ Ģarlar havaya buraxılıb və 
eyni sayda qərənfillər çaya atılıb.  
Tədbir zamanı amerikalı rep musiqiçisi Toni Blekmen və Azərbaycanın tanınmıĢ rep qrupu "Dəyirman" 
tərəfindən  ifa  edilmiĢ  "Xocalıya  Ədalət"  adlı  rep  üslubundakı  mahnının  təqdimatı  keçirilib.  Sonda  iĢtirakçılar 
Böyük Britaniyanın baĢ nazirinə ünvanlanmıĢ petisiyaya imza atıblar. Petisiya Xocalı qətliamını insanlığa qarĢı 
cinayət kimi tanımağa və günahkarların hüquqi məsuliyyətə cəlb edilməsi üçün səyləri gücləndirməyə çağırır.  
Böyük  Britaniya  baĢ  nazirinin  katibliyi  petisiyanı  aldığını  rəsmən  təsdiqləyib.  Bu  ilin  sonuna  qədər 
Britaniya  vətəndaĢlarından  kampaniyanın  saytı  (www.  justiceforkhojaly.  org)  vasitəsilə  100  minə  qədər  imza 
toplanması  planlaĢdırılır.  Tədbir  zamanı  Dağlıq  Qarabağ  münaqiĢəsi  və  Xocalı  faciəsini  əks  etdirən 
fotoĢəkillərdən ibarət rəsm sərgisi də nümayiĢ etdirilib. 
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin