“xocaliya ədaləT”



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə14/16
tarix06.09.2017
ölçüsü0,94 Mb.
#29157
1   ...   8   9   10   11   12   13   14   15   16

“Səs”.-2010.-2 mart.-N.38.-S.4. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
92 
 
"ĠRƏLĠ" Avropada Xocalı soyqırımı ilə əlaqədar aksiyalar keçirib 
 
Ġctimai Birliyin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 26-da Latviyanın paytaxtı Riqadan 
Estoniyanın paytaxtı Tallinə doğru Xocalı Soyqırımı ilə bağlı "Avtobus turu aksiyası" baĢlayıb. 
Aksiyaya Latviyada yaĢayan və təhsil alan latıĢ, italyan, türk, alman, tacik və digər millətləri təmsil edən 
gənclər  qoĢulub.  Aksiya  üçün  nəzərdə  tutulmuĢ  avtobusun  üzərinə  öncədən  soyqırımı  həqiqətləri  ilə  bağlı 
Ģüarların  əks  olunduğu  posterlər  və  stikerlər  yapıĢdırılıb.  Riqadan  Tallinə  doğru  hərəkət  edən  avtobus  yol 
üzərində  müxtəlif  Ģəhərlərdə  dayanıb,  gənclər  mövzu  ilə  bağlı  insanlara  məlumat  verib.  Aksiya  iĢtirakçıları 
Tallinə çatdığı zaman burada onları digər bir gənclər qrupu qarĢılayıb və aksiyaya qoĢulublar. 
Daha  sonra  gənclər  Ģəhərdə  yürüĢ  keçirib,  Tallindəki  Ermənistan  Milli  cəmiyyətinin  qarĢısında  piket 
keçiriblər.  Günorta  radələrində  isə  Estoniya  Parlamentinin  qarĢısında  qısa  bir  yürüĢ  təĢkil  olunub.  Aksiya  27 
fevral axĢamına qədər davam edib. 
Aksiya iĢtirakçıları üçün "ĠRƏLĠ" ictimai Birliyi tərəfindən xüsusi köynəklər və aksiyada istifadə ediləcək 
Ģüarları əks etdirən posterlər hazırlanıb. Tədbirdə istifadə olunmuĢ kitablar və broĢürlər Heydər Əliyev Fondu 
tərəfindən təqdim edilib. 
Növbəti  aksiya  26  fevral  saat  9-00-dan  13-00-a  qədər  Parisin  "Pol  Klodel"  meydanında  (Senat 
yaxınlığında) "ĠRƏLĠ" Ġctimai Birliyinin və Azərbaycan Fransız Gənclik təĢkilatının və Fransadakı Azərbaycan 
səfirliyinin təĢkilatçılığı ilə keçirilib. Hədəf Fransa Senatını məsələdən agah etmək və onun gələcək iclaslarında 
Xocalı  faciəsinin  müzakirəyə  çıxmasına  nail  olmaqdır.  Aksiya  Fransanın  Tuluz,  Strasburq,  Nant,  Bezanson, 
Marsel,  Nansi,  Lyon,  Paris  və  s.  kimi  10-a  yaxın  fransız  Ģəhərlərindən  Parisə  toplanan  150-ə  qədər  gəncin 
iĢtirakı ilə keçirilib. 
Aksiya iĢtirakçıları müxtəlif qruplara ayrılaraq Parisin bir neçə yerli əhalinin daha çox olduğu yerlərində 
yerli ictimaiyyətin nümayəndələrinə Xocalı qətliamının reallıqlarını və erməni vəhĢiliklərini özündə əks etdirən 
kiçik  kitabçalar  və  bukletlər  paylayıb.  Bundan  əlavə,  Aksiyanın  kütləvi  informasiya  vasitələrində 
iĢıqlandırılması  üçün  Fransada  onlarla  televiziya  və  radio  qurumlarına,  müxtəlif  elektron  informasiya 
agentliklərinə və qəzetlərə məlumat verilib. 
Aksiya dinc xarakter daĢıyaraq, nəzərdə tutulmuĢ yerdə meqofonla Ģüarların deyilməsi, traktların və kitab-
ların insanlara paylanması və sonda bəyannamənin Senata verilməsi ilə bitib. 
Avropanın  ən  böyük  liman  Ģəhəri  olan  Hollandiyanın  Rotterdam  Ģəhərində  də  silsilə  tədbirlər  keçirilib. 
Aksiya  fevralın  26-da  Rotterdam  bələdiyyəsinin  önündə  baĢ  tutmuĢ  nümayiĢlə  baĢlayıb.  Bundan  sonra  200 
nəfəri  özündə  birləĢdirən  yürüĢ  Ģəhər  mərkəzinə  qədər  davam  edib.  Növbəti  addım  kimi  Xocalı  soyqırımı  ilə 
bağlı daha ətraflı məlumat vermək və Xocalıda ermənilər tərəfindən törədilən ümumbəĢəri cinayəti Hollandiya 
ictimaiyyətinin nəzərinə çatdırmaq məqsədilə beynəlxalq konfrans təĢkil olunub. 
Tədbirlər  üçün  əvvəlcədən  Rotterdam  Ģəhərinin  meri  və  polis  Ģefi  ilə  danıĢıqlar  aparan  Hollandiya 
Azərbaycan  Həmrəylik  Cəmiyyəti  tədbirin  keçirilməsi  üçün  rəsmi  icazə  ala  bilib.  Hollandiya-Azərbaycan 
Həmrəylik Cəmiyyətinin və "ĠRƏLĠ" Ġctimai Birliyinin təĢkilatçılığı ilə keçirilən tədbirdə 300-dən artıq yerli və 
xarici vətəndaĢ iĢtirak edib. 
 
“Kaspi”.-2010.-2 mart.-N.38.-S.6. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
93 
 
Xocalı faciəsi daim dünya ictimaiyyətinə хatırladılmalıdır 
 
ElĢad Ġsgəndərov: "Ermənilər "Хocalıya ədalət" kampaniyasına qarĢı  
çox çirkin antitəbliğat aparır" 
"Bizə qarĢı hücumlar onu deməyə əsas verir ki, bu kampaniya hədəfinə nail olur

 
Xocalı  soyqırımının  dünyada  tanıdılması  istiqamətində  Ġslam  Konfransı  TəĢkilatı  Gənclər  Forumu  da 
davamlı olaraq fəaliyyət göstərir. Bu məqsədlə ötən müddət ərzində bir çox iĢlərin görüldüyünü deyən təĢkilatın 
Gənclər  Forumunun  baĢ  katibi  ElĢad  Ġsgəndərov  bu  sırada  həyata  keçirilən  "Хocalıya  ədalət"  kampaniyasını 
xüsusi  qeyd  edib.  Kampaniyanın  getdikcə  geniĢ  vüsət  aldığını  vurğulayan  ElĢad  Ġsgəndərov  "OLAYLAR"-a 
verdiyi müsahibədə yaхın gələcəkdə bu istiqamətdə görüləcək iĢlər barədə də məlumat verib. 
- ElĢad  müəllim, "Хocalıya ədalət" kampaniyası çərçivəsində bu günə qədər hansı iĢlər görülüb və 
görülən iĢlər sizi qane edirmi? 
-    Ġlk  öncə  onu  qeyd  edim  ki,  "Хocalıya  ədalət"  kampaniyası  Ġslam  Konfransı  TəĢkilatının  Gənclər 
Forumunun  Mədəniyyətlərarası  Dialoq  üzrə  baĢ  koordinatoru  Leyla  Əliyeva  tərəfindən  irəli  sürülüb. 
Kampaniyaya  2008-ci  il,  mayın  8-də  ġuĢanın  iĢğal  günü  start  verilib.  Ötən  müddət  ərzində  "Хocalıya  ədalət" 
kampaniyası  çərçivəsində  dünyanın  əksər  ölkələrində  bir  sıra  tədbirlər  keçirilib,  Azərbaycanın  haqq  səsi, 
Azərbaycan torpaqlarının iĢğal edilməsi, eləcə də ermənilərin Хocalıda həyata keçirdikləri vəhĢiliklər barədə bir 
sıra kitablar çap edilərək yayılıb. Kampaniyaya qoĢulanların sayı getdikcə artmaqdadır. Artıq Ġslam Konfransı 
TəĢkilatına  daхil  olan  ölkələrdə  kampaniya  geniĢ  vüsət  alıb  və  təĢkilata  daхil  olan  ölkələr  Хocalıda  insanlığa 
qarĢı cinayətin həyata keçirildiyini açıq Ģəkildə bildirirlər. Buna örnək kimi cari ilin yanvarında Ġslam Konfransı 
TəĢkilatına  daхil  olan  ölkələrin  Parlament  Birliyinin  qəbul  etdiyi  qətnaməni  göstərmək  olar.  Bu  ilin  yanvar 
ayında  Ġslam  Konfransı  TəĢkilatının  Gənclər  Forumu  tərəfindən  irəli  sürülmüĢ  qətnamə  əsasında  54  ölkənin 
parlamentariləri  təĢkilatın  Parlament  Birliyində  ilk  dəfə  olaraq  faciəyə  hüquqi  qiymət  verərək  Хocalı 
soyqırımını  insanlığa qarĢı cinayət  kimi tanıdılar. Ġnsanlığa  qarĢı cinayət  eyni  zamanda soyqırım və  müharibə 
cinayətlərini özündə ehtiva edən hüquqi anlayıĢdır.  
- Kampaniyanın iĢtirakçıları əsasən kimlərdir?  
-  Bizim  auditoriyamız  əsasən  gənclərdən  ibarətdir  və  onlar  internetdən  aktiv  formada  istifadə  edirlər. 
Ġnternetdə seçim edilsə görərik ki, erməni mətbuatında da bir çox materiallar məhz bu kampaniyaya həsr edilib. 
Ermənilər  "Хocalıya  ədalət"  kampaniyasına  qarĢı  çox  çirkin  antitəbliğat  aparır.  Bu  kampaniya  demək  olar ki, 
Ermənistan  dövləti  səviyyəsində  həyata  keçirilir.  Keçən  ilin  yay  aylarından  kampaniyanın  veb-saytı 
Ermənistanda qadağan edildi və texniki baхımdan bağlandı. Buna baхmayaraq biz Ermənistandakı istifadəçilər 
üçün  link  hazırlamıĢıq  ki,  onlar  həmin  link  vasitəsilə  də  kampaniyaya  qoĢula  bilərlər.  Bizim  digər  bir 
məqsədimiz  də  ondan  ibarətdir  ki,  Ermənistan  vətəndaĢları  ölkədəki  mövcud  faĢist  rejiminin  əleyhinə  öz 
səslərini qaldırsınlar. O cümlədən onlar Ermənistan rəhbərliyinin öz хalqına, eləcə də Azərbaycan хalqına qarĢı 
törətdikləri cinayətləri bilsinlər.  
-  Ermənistan  xarici  iĢlər  naziri  Edvard  Nalbəndyanın  ĠKT  Parlament  Birliyinin  qəbul  etdiyi 
qətnaməyə verdiyi reaksiya iĢğalçı ölkənin bu məsələdə ciddi təĢviĢə düĢdüyündən хəbər vermirmi? 
- Ermənistan hakimiyyətinin Ġslam Konfransı TəĢkilatının Parlament Birliyində qəbul edilən qətnamədən 
ciddi  təĢviĢə  düĢdüyü  göz  qabağındadır.  Toplantıda  qəbul  edilən  qətnamənin  ardınca  Ermənistan  хarici  iĢlər 
naziri Edvard Nalbəndyanın bu ölkənin parlamentində çıхıĢ etməsi və öz timsalında məsləyə aydınlıq gətirmək 
istəməsi belə deməyə əsas verir. Ermənistan parlamentində keçirilən müzakirə zamanı хarici iĢlər naziri Edvard 
Nalbəndiyan belə bir uydurma ilə çıхıĢ  edib ki, guya Ġslam Konfransı TəĢkilatının Parlament Birliyində qəbul 
edilmiĢ  məlum  qətnamənin  heç  bir  əhəmiyyəti  yoхdur  və  ümumilikdə  Ġslam  Konfransı  TəĢkilatının  özü 
Parlament Birliyinin  qəbul  etdiyi  qərarlara baхmır və  onlara heç bir imza atmır. Ermənistan хarici  iĢlər naziri 
təĢkilatın  Parlament  Birliyində  qəbul  edilmiĢ  qətnamənin  qeyri-professionallıq  və  dini  təəssübkeĢlikdən  irəli 
gəldiyini də iddia edib.  
- Ermənistanın belə bir təĢviĢə düĢməsi sizcə, "Хocalıya ədalət" kampaniyasının uğurundan və əldə 
edilən nəticələrdən хəbər vermir? 
- Əlbəttə ki, bizə qarĢı olan hücumlar bir tərəfdən bizi sevindirir. Bizə qarĢı edilən hücumlar onu deməyə 
əsas  verir  ki,  bu  kampaniya  hədəfinə  nail  olur.  Ermənistanın  uzun  illər  gizlətmək,  məsuliyyəti  öz  üzərində 
atmaq  istədiyi  Хocalı  soyqırımı  tədricən  dünyada  tanınır.  Əgər  Хocalı  soyqırımı  dünyada  tanınmasaydı  çoх 
kiçik və tükənən resurslara malik olan Ermənistan bu gün əlavə resurslardan istifadə edərək kampaniyaya qarĢı 
əks təbliğata keçməz, onlarla güzgü saytı açmazdı. Ermənistanda Хocalıya ədalət adı altında onlarla güzgü saytı 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
94 
 
açılıb ki, bu da dünya ictimaiyyətinin fikrini çaĢdırmağa yönəlib. Yəni "Хocalıya ədalət" aхtaranlar ermənilərin 
saytlarına daxil olsunlar.  
-  Ġslam  Konfransı  TəĢkilatı  Parlament  Birliyinin  qəbul  etdiyi  qətnamənin  ayrı-ayrı  ölkələrin 
parlamentləri tərəfindən rəsmən təsdiqlənməsi istiqamətində hansı addımlar atılacaq?  
-  Ġslam  Konfransı  TəĢkilatı  Parlament  Birliyinin  qəbul  etdiyi  həmin  qərar  mühüm  bir  qərardır.  Çünki 
təĢkilatın Parlament Birliyinin Uqandada keçirilən sessiyasında üzv ölkələr parlament sədrləri və vitse-spikerlər 
səviyyəsində  təmsil  olunurdular.  Yəni  bu  düĢünülmüĢ  Ģəkildə  qəbul  edilmiĢ  bir  qərar  idi.  Təbii  ki,  bu 
qətnamənin  yerli  səviyyədə  təsdiqlənməsi  də  milli  qanunvericilik  səviyyəsində  uyğunlaĢdırılmalıdır.  Bu 
istiqamətdə  geniĢ  coğrafiyanı  əhatə  edən  fəaliyyət  həyata  keçirilməlidir.  Həmin  ölkələrdə  lobbi 
kampaniyalarının  aparılması,  bu  ölkələrin  parlamentariləri  ilə  əlaqələrin  qurulması  nəzərdə  tutulur.  Qəbul 
edilmiĢ qərar əsasında çalıĢacağıq ki, bu iĢləri həyata keçirək.  
- Sizcə, baĢladığınız bu kampaniya daha böyük uğurlara imza atmağa imkan yaradacaq? 
-  Mən  bu  təbliğatın  uğurla  aparılacağına  öz  inamımı  bildirmək  istəyirəm.  Bunun  üçün  zəmin  bizim 
dövlətimizin  qüdrəti  və  gənclərimizin  vətənpərvərliyidir.  Bizim  təbliğat  uzun  müddət  çoх  böyük 
transformasiyalardan  keçərək  bugünkü  mərhələyə  çatıb.  "Хocalıya  ədalət"  kampaniyasının  bu  gün  uğurla 
aparılmasına  Azərbaycan  prezidentinin  həyata  keçirdiyi  məqsədyönlü  siyasət,  informasiya  kommunikasiya 
texnologiyalarından  geniĢ  və  məharətlə  istifadə  yeni  nəsil  gənclərin  yetiĢməsi  böyük  təkan  verir.  Azərbaycan 
artıq özünü dünyada tanıdan və haqq səsini tələb edən bir dövlətdir. Biz "Хocalıya ədalət" kampaniyasını həyata 
keçirməklə  düĢünürük  ki,  Dağlıq  Qarabağın  iĢğaldan  azad  edilməsi  iĢinə  də  dəstək  verəcəyik.  Hər  bir 
azərbaycanlı bu iĢdə öz əməyini əsirgəməməli, üzərinə düĢən məsuliyyəti dərk edərək əlindən gələni etməlidir.  
-  Bu  günlərdə  "Хocalıya  ədalət"  kampaniyası  çərçivəsində  hazırlanmıĢ  video  klipin  təqdimat 
mərasimi  keçirildi.  Klipin  digər  ölkələrdə  keçirilən  təqdimat  mərasimləri  Хocalı  soyqırımının  dünya 
ictimaiyyətinə çatdırılması və onun tanıdılması iĢinə nə dərəcədə töhfə verəcək?  
-  "Хocalıya  ədalət"  kampaniyası  çərçivəsində  çəkilmiĢ  klipin  dünyanın  bir  sıra  ölkələrində  təqdimat 
mərasimləri keçirilib. Bu cür təqdimat mərasimləri Meksika, Paris, VaĢinqton, London, Vyana, Vilnüs, Moskva, 
həmçinin  ĠKT  ölkələrinin  hər  birində  reallaĢdırılıb.  Ayrı-ayrı  ölkələrdə  keçirilən  təqdimat  mərasimləri  onu 
deməyə  əsas  verir  ki,  apardığımız  iĢ  öz  müsbət  nəticəsini  verir  və  dünya  ictimaiyyəti  artıq  Хocalıda  nə  baĢ 
verdiyini anlayır. Növbəti addımlardan biri kimi dünya liderlərinə imzatoplama kampaniyası baĢlayır. 2010-cu 
il ərzində bu müraciət kampaniyası davam edəcək və ayrı-ayrı ölkə vətəndaĢlarından toplanmıĢ 1 milyona yaхın 
imza  dekabrın  10-u,  Ġnsan  Haqları  Günündə  ATƏT-in  Minsk  Qrupuna  daхil  olan  ölkələrin  hökumətləri  və 
parlamentləri, eyni zamanda aparıcı beynəlхalq təĢkilatlara - Avropa Birliyi, Avropa ġurası və BMT-yə təqdim 
olunacaq.  Bu  kampaniyada  əsas  iĢtirakçılar  хarici  ölkə  vətəndaĢları  olacaq.  Teхniki  baхımdan  bir  qədər 
mürəkkəb prosedur olsa da, bu iĢin öhdəsindən də gəlməyə çalıĢacağıq. Kampaniya çərçivəsində istənilən хarici 
ölkə  vətəndaĢı  həm  öz  dövlətinin  parlament  rəhbərliyi,  eyni  zamanda  ölkəsinin  təmsil  olunduğu  beynəlхalq 
təĢkilatlara  müraciət  ünvanlaya  bilər.  Bu  mərhələ  də  "Хocalıya  ədalət"  kampaniyasına  diqqətin  artırılması 
məqsədini daĢıyır. Eyni zamanda Ġslam Konfransı TəĢkilatı Parlament Birliyinin qərarı əsasında digər ölkələrin 
parlamentlərinə  də  müraciət  etmək  istəyirik.  Bununla  da  Хocalı  faciəsinin  insanlığa  qarĢı  cinayət  kimi 
tanınmasını qarĢıya məqsəd qoymuĢuq.  
- Kampaniya davamlı хarakter daĢıyacaq?  
-  Təbii  ki,  18  il  bundan  əvvəl  baĢ  vermiĢ  bir  faciəni  bu  gün  gündəmə  gətirib  onun  siyasi  cəhətdən 
tanınmasına, eyni zamanda bu cinayətdə  iĢtirak  etmiĢ  insanların  məsuliyyətə cəlb  edilməsinə  nail olmaq üçün 
Хocalı  faciəsi  daimi  olaraq  dünya  ictimaiyyətinə  хatırladılmalıdır.  Bu  istiqamətdə  çoхlu  sayda  kitablar  nəĢr 
edilməsi, zaman-zaman хarici ölkələrdə kütləvi aksiyalar keçirilməsinin tərəfdarıyıq. Eyni zamanda 1990-92-ci 
illərdə  Azərbaycanda  fəaliyyət  göstərən  хarici  ölkə  jurnalistlərinin  bu  faciə  ilə  bağlı  хatirələrini  əks  etdirən 
sənədli filmin çəkiliĢini də nəzərdə tutmuĢuq.  
- Ġslam Konfransı TəĢkilatının Gənclər Forumu çərçivəsində yaхın vaхtlarda Azərbaycanda hansısa 
bir tədbirin keçirilməsi nəzərdə tutulub? 
- Zaman-zaman təĢkilatın Gənclər Forumunun bir çoх tədbirləri Bakıda keçirilib. Bu yaхınlarda isə Ġslam 
Konfransı  TəĢkilatının  Gənclər  Forumunun  BaĢ  Assambleyasının  toplantısı  olacaq.  Həmin  toplantıda 
Assambleyanın rəhbər strukturlarına seçkilər keçiriləcək və qurumun rəhbərliyi yenilənəcək 
- BaĢ Assambleyanın iclası hansı ölkədə keçiriləcək?  
- Toplantının ərəb ölkələrindən birində keçirilməsi nəzərdə tutulub. Hazırda 3 ölkənin adı namizəd kimi  
 
 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
95 
 
irəli  sürülüb.  BaĢ  Assambleyanın  iclası  təхminən  bu  ilin  ortalarında  baĢ  tutacaq.  Hazırda  assambleyanın 
toplantısına hazırlıq istiqamətində müvafiq tədbirlər həyata keçirilir 
Süleyman 
“Olaylar”.-2010.-5 mart.-N.36.-S.4. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
96 
 
Belarus, Çexiya, PolĢa və Avstriyada "Xocalıya ədalət" istənilib 
 
Ġsmayıl Ağayev: Dövlət strukturlarında, universitetlərdə keçirilən görüĢlərdə "Xocalıya ədalət" 
kampaniyası, erməni iĢğalçılarının törətdiyi soyqırımı haqda ətraflı məlumat verilib 
 
Azərbaycan tarixinə ən faciəvi hadisələrdən biri kimi düĢmüĢ Xocalı faciəsindən 18 il ötdü. Hər il olduğu 
kimi bu  il  də soyqırım  qurbanlarının əziz xatirəsi  geniĢ  miqyasda anılıb. Dünyanın bir çox  ölkəsində  yaĢayan 
soydaĢlarımız soyqırımın layiqli siyasi və hüquqi qiymət alması naminə tədbirlər keçiriblər. Beynəlxalq Diaspor 
Mərkəzi  (BDM)  də  millət  vəkili  Gülər  Əhmədova  ilə  birgə  Avropanın  4  ölkəsində  tədbirlər  təĢkil  edərək. 
"Xocalıya ədalət" istəyib. BDM-in sədri Ġsmayıl Ağayevlə söhbətimiz də məhz təĢkilatın Xocalı faciəsi ilə bağlı 
keçirdiyi tədbirlər barədədir. 
- Xocalı faciəsinin ildönümü  ilə  əlaqədar olaraq BDM fevralın 18-dən 27-dək  Belarus, PolĢa, Çexiya və 
Avstriyada  təbliğat  xarakterli  bir  sıra  tədbirlər  keçirməyi  planlaĢdırmıĢdı.  Bu  tədbirləri  Azərbaycan 
Respublikasının  Xocalı  faciəsinin  ildönümü  ilə  əlaqədar  keçiriləcək  tədbirlər  planına  uyğun  olaraq,  eləcə  də 
Ġslam Konfransı TəĢkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə BaĢ Koordinatoru Leyla xanım 
Əliyevanın təĢəbbüsü ilə irəli sürülən "Xocalıya ədalət" kampaniyasına dəstək kimi keçirməyi qərara almıĢdıq. 
Nümayəndə heyətinin tərkibinə millət vəkili Gülər xanım Əhmədova, "Diasporun səsi" jurnalının baĢ redaktoru, 
professor  Vaqif  Arzumanlı,  BDM  aparatının  rəhbəri  Samir  Adıgözəlli,  BDM-in  Rusiya  nümayəndəliyinin 
rəhbəri  Ələmdar  Nəbiyev,  BDM-in  Avropa  ölkələri  üzrə  nümayəndəsi,  professor  Azər  Kərimov  və  bəndəniz 
daxil  idi.  Tədbirlərimiz  fevralın  18-də  Belarusun  paytaxtı  Minsk  Ģəhərindən  start  götürdü.  Nümayəndə 
heyətimiz  həmin  gün  əvvəlcə  Azərbaycanın  Belarusdakı  səfirliyində  oldu.  Səfir  Əli  Nağıyev  görüĢ  zamanı 
səfirliyin  fəaliyyəti,  Belarusla  Azərbaycan  arasındakı  münasibətlərdən  bəhs  etdi.  O,  BDM-in  fəaliyyətini, 
gördüyü iĢləri yüksək qiymətləndirdi və gələcək fəaliyyətinə uğurlar arzuladı. Nümayəndə heyətimizin üzvləri 
isə çıxıĢlarında Azərbaycan-Belarus münasibətlərindən, Xocalı faciəsindən söz açdılar. Günün ikinci yarısında 
nümayəndə  heyəti  Belarus  Dövlət  iqtisad  Universitetinin  rektorluğu  və  professor-müəllim  heyəti  ilə  görüĢdü. 
Universitetin  elmi  iĢlər üzrə prorektoru  Vladimir Xmelnitski, tədris bölməsinin rəisi, beynəlxalq  əlaqələr üzrə 
koordinator  Viktor  Afanasyev  bu  ali  təhsil  ocağının  strukturu  və  fəaliyyəti  barədə  bizə  məlumat  verdi. 
Nümayəndə  heyətinin  üzvləri  -  Azər  Kərimov,  Vaqif  Arzumanlı,  habelə  Belarusdakı  səfirliyimizin  müĢaviri 
Asya  Manafova  Azərbaycan-Belarus  münasibətlərindən  və  Xocalı  soyqırımından  danıĢdılar.  Xalqımızın 
tarixindən,  Dağlıq  Qarabağ  münaqiĢəsinin  real  faktlarından  söz  açan,  bu  münaqiĢənin  ən  qanlı  faciəsi  olan 
Xocalı soyqırımı üzərində  ətraflı dayanan  millət  vəkili Gülər Əhmədovanın  çıxıĢı görüĢ iĢtirakçılarının böyük 
marağına  səbəb  oldu.  O,  Belarusun  ikinci  Dünya  müharibəsi  illərində  sakinləri  ilə  birlikdə  yandırılmıĢ  Xatın 
kəndi  və  1992-ci  il  fevralın  26-da  erməni  terrorçuları  və  onların  əlaltıları  tərəfindən  Yer  üzündən  silinmiĢ 
Azərbaycanın  Xocalı  Ģəhəri  arasında  paralellər  apardı.  Mən  də  bu  mövzuda  fikirlərimi  qarĢı  tərəfin  diqqətinə 
çatdırdım. GörüĢün sonunda nümayəndə heyəti Xocalı faciəsi və Dağlıq Qarabağ münaqiĢəsi ilə bağlı sənədlər 
toplusunu, professor Sabir Əsədovun ingilis dilində nəĢr olunmuĢ monoqrafiyasını, CD-ləri və milli suvenirləri 
universitetin kitabxanasına hədiyyə etdi. BDM-in Xocalı faciəsi ilə bağlı Belarusda keçirdiyi tədbirlər fevralın 
19-20-də  də  davam  etdirildi.  Heyət  Yanka  Kupala  adına  Qrodno  Dövlət  Universitetində,  Baranoviç  Dövlət 
Universitetində  dəyirmi  masalar,  parlamentin  üzvü  Svetlana  PiĢ  ilə  rəsmi  görüĢ,  Baranoviç  ġəhər  Ġcra 
Hakimiyyətində, ġəhər ġurasında görüĢlər keçirdi. GörüĢlərdə çıxıĢ edən Vaqif Arzumanlı və Gülər Əhmədova 
"Xocalıya ədalət" kampaniyası haqqında geniĢ məlumat verdilər. 
Belarusdan  sonra  nümayəndə  heyətimiz  PolĢaya  yola  düĢdü.  Nümayəndə  heyətini  Azərbaycanın 
PolĢadakı  səfiri  Vilayət  Quliyev  qarĢıladı.  Səfirlikdə  keçirilən  görüĢdə  Xocalı  faciəsinin  ildönümü  ilə  bağlı 
keçirilən tədbirlər barədə söhbət açıldı. VarĢavadakı Azərbaycan diasporunun nümayəndələri ilə de ayrıca görüĢ 
keçirdik. Soyqırımının ildönümünə həsr edilən bu görüĢdə həm də digər məsələlərlə bağlı müzakirələr aparıldı. 
Bildirildi ki, PolĢa hökumətinin Xocalı faciəsinə siyasi-hüquqi qiymət verməsi üçün səyləri artırmaq gərəkdir. 
Eyni  zamanda,  faciələrimizin  PolĢa  ictimaiyyətinin  diqqətinə  çatdırılması  üçün  diasporumuzun  rolunun 
gücləndirilməsinin zəruriliyi vurğulandı. 
Bir  gün sonra Çexiyaya  yollandıq. Fevralın 23-dən  etibarən  nümayəndə  heyətimizin Çexiyada görüĢləri 
baĢladı. Qeyd edim ki, BDM-in Avropa nümayəndəliyinin ofisi Çexiyanın Brno Ģəhərində yerləĢir. Odur ki, ilk 
görüĢ Brnodakı Azərbaycan diasporunun nümayəndələri ilə oldu. Daha sonra Brnodakı Masarik Universitetinin 
prorektoru baĢda olmaqla rəhbərliyi ilə görüĢdük. Fevralın 24-də isə universitetin böyük konfrans zalında bu ali 
təhsil ocağının həm müəllim, həm də tələbə heyətinin iĢtirakı ilə geniĢ bir anım mərasimi keçirildi. Mərasimdə 
Gülər Əhmədova, Vaqif Arzumanlı, Samir Adıgözəlli, Azər Kərimov və Çexiyadakı səfirliyimizin konsulu Rauf 
Namazov  iĢtirak  edirdi.  Tədbirdə  Ermənistanın  Azərbaycana  təcavüzü,  Dağlıq  Qarabağ  münaqiĢəsi,  Xocalı 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
97 
 
faciəsi ilə bağlı iki saatdan artıq müzakirələr aparıldı. Gülər xanım çıxıĢını Ermənistanın Azərbaycana təcavüzü 
ilə  bağlı  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi  tərəfindən  hazırlanmıĢ  xəritə  üzrə  qurdu.  Həmin  xəritədə 
Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən iĢğalı faktlarla əsaslandırılmıĢ Ģəkildə göstərilirdi. Bu 
çıxıĢ universitetin tələbələri tərəfindən çox diqqətlə dinlənildi və daha sonra bu istiqamətdə suallar verildi.  
-  Keçirdiyiniz  görüĢlər  zamanı  insanlar  Dağlıq  Qarabağ  münaqiĢəsi,  o  cümlədən  Xocalı  faciəsi  ilə 
bağlı məlumatlara nə cür münasibət bildirirdilər?  
-  Qeyd  edim  ki,  Masarik  Universiteti  Avropanın  öndə  gedən  ali  təhsil  müəssisələrindən  biridir.  Avropa 
universitetlərinin  reytinq  sıralamasında  dördüncü  yerdə  dayanır.  Dünyanın  bir  çox  siyasi  xadimlərinin  təhsil 
aldığı bir universitetdir və Xocalı faciəsi ilə bağlı keçirdiyimiz tədbirdə təkcə çexiyalı deyil, Avropanın müxtəlif 
ölkələrindən gəlib Masarik Universitetində təhsil alan tələbələr iĢtirak edirdi. Xocalı ilə bağlı məlumatlar onlara 
çox maraqlı görünürdü, bəlkə də bəziləri Dağlıq Qarabağ haqqında ilk dəfə eĢidirdilər. Bilirsinizmi, biz Dağlıq 
Qarabağ münaqiĢəsi zamanı ermənilərin törətdiyi vəhĢətlərə bələdik, amma bu barədə ilk dəfə eĢidənlər dəhĢətə 
gəlirdilər.  Onu  da  bildirim  ki,  Heydər  Əliyev  Fondu  tərəfindən  Xocalı  faciəsi  ilə  bağlı  hazırlanan  film  BDM 
tərəfindən  çex  dilinə  tərcümə  edilmiĢdi  və  biz  filmin  DVD-lərini  də  özümüzlə  götürmüĢdük.  Həmin  film  də 
görüĢ  zamanı  seyr  edildi  və  çox  diqqətlə  qarĢılandı.  Universitetin  tələbə-müəllim  heyətinin  bizi  doğmalıqla 
qarĢılaması,  ən  sonda  xatirə  Ģəkli  çəkdirmək  istəmələri  ondan  xəbər  verirdi  ki,  biz  Azərbaycanımızı,  onun 
yaĢadığı faciələri onlara çatdıra bilmiĢik. Fevralın 25-də isə görüĢümüz Brnodakı Texnologiya Universitetində 
davam  etdirildi.  Universitetin  müəllim  heyəti  ilə  görüĢdə  ötən  ilin  avqustunda  BDM-in  dəvətilə  Azərbaycana 
səfər  edən  professor  Ġvan  Meznik  də  iĢtirak  edirdi.  O  da  Azərbaycana  səfəri  zamanı  aldığı  təəssüratlar,  Quba 
məzarlığında gördükləri, qaçqınların yaĢayıĢ Ģəraiti barədə danıĢdı. Çapka soyadlı tarixçi-alim də bu istiqamətdə 
geniĢ çıxıĢ etdi. O, çıxıĢında maraqlı bir ifadə iĢlətdi. Dedi ki, "təsəvvür edin, biz 18 il öncə burada əylənəndə, 
hətta pivə içəndə, Azərbaycanın Xocalı Ģəhərində hansı vəhĢiliklər törədilirdi. Bu dəhĢətdir, amma biz bu gün 
bu barədə xəbər tuturuq". Bu, çexiyalı alim tərəfindən səslənən çox dürüst ifadələr idi. 
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin