“xocaliya ədaləT”



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə10/16
tarix06.09.2017
ölçüsü0,94 Mb.
#29157
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

Rufik ĠSMAYILOV  
 
“525-ci qəzet”.-2010.-20 fevral.-N.33.-S.7. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
67 
 
Küveytdə “Xocalıya Ədalət” kampaniyasının təqdimatı olub 
 
Küveytin  aparıcı  gənclər  təĢkilatı  olan  LoYAC-ın  (Youth  Achievement  Center)  qərargahında  Ġslam 
Konfransı  TəĢkilatının  Gənclər  Forumunun(ĠKTGF) mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla 
Əliyevanın təĢəbbüsü ilə elan olunmuĢ “Xocalıya ədalət” kampaniyasının təqdimatı keçirilib. “Xocalıya Ədalət” 
kampaniyasının petisiyası imzalanıb və Xocalı qətliamının 18-ci ildönümü münasibətilə “Xocalı uĢaqların gözü 
ilə” sərgi təĢkil olunub.  
Azərbaycanın  Küveytdəki  səfirliyi  və  LoYAC  tədbirlə  bağlı  əvvəlcədən  geniĢ  ictimai  məlumatlandırma 
iĢi  aparıb,  Küveytin  “Kuwait  Times”,  “Əl-Ray”  və  “Əl-Cəridə”,  “Al-Avan”  qəzetlərində  bu  barədə  haqqında 
elanlar yerləĢdirilib.  
LoYAC-ın  icraçı  direktoru  xanım  F.  Əl-Saqqaf  Xocalı  qətliamının  insanlığa  qarĢı  törədilmiĢ  cinayət 
olduğunu, , bu tədbir vasitəsilə günahsız Xocalı qurbanlarının səsinin Küveyt ictimaiyyətinə çatdırılacağını qeyd 
edib. Deyib ki, rəhbərlik etdiyi təĢkilatın “Xocalıya Ədalət” kampaniyası haqqında ictimai məlumatlandırmanı 
artırmaq  istiqamətində  fəaliyyətini  davam  etdirəcək.  Azərbaycana  səfəri  zamanı  Xocalı  qaçqınları  və  onların 
həyat Ģəraiti ilə tanıĢ olduğunu bildirən natiq Azərbaycan xalqının qonaqpərvərliyinə, zəngin mənəvi və mədəni 
dəyərlərinə, musiqisinə, xüsusilə muğam sənətinə, Bakı Ģəhərinin gözəlliyinə və Azərbaycan xalqının qürur və 
səmimiyyətinə valeh olduğunu vurğulayıb.    
Səfir ġahin Abdullayev bu tədbirin təĢkilinə və Xocalı qurbanlarının haqq səsinin Küveyt ictimaiyyətinə 
çatdırılmasında  göstərdiyi  dəstəyə  görə, xanım F.Əl-Saqqafa və LoYAC təĢkilatının üzvlərinə  minnətdarlığını 
bildirib.  Ermənistanın  Azərbaycana  qarĢı  təcavüzü,  bir  milyondan  artıq  azərbaycanlının  qaçqın  və  məcburi 
köçkün  Ģəraitinə  düĢməsi,  ermənilər  tərəfindən  Azərbaycana  qarĢı  törədilmiĢ  terror  əməliyyatları  və  insanlığa 
qarĢı  cinayət  olan  Xocalı  qətliamının  təfərrüatları  barədə  danıĢıb.  Səfir  “Xocalıya  Ədalət”  kampaniyası 
çərçivəsində il ərzində silsilə tədbirlərin davam etdiriləcəyini bildirib.  
Sonra  LoYAC-ın  üzvü  və  Küveyt  Universitetinin  tələbəsi  Əmnəh  Tarxan  “Xocalıya  Ədalət” 
kampaniyasının  hazırladığı  materiallar  əsasında  Xocalı  qətliamı  və  “Xocalıya  Ədalət”  kampaniyası  haqqında 
prezentasiya keçirib. 
O, bütün Küveyt  gənclərini  və  ictimaiyyətini bu  kampaniyaya  qoĢulmağa  dəvət  edib.  UĢaqların,  hamilə 
qadınların  və  qocaların  kütləvi  Ģəkildə  öldürüldüyü  Xocalı  qətliamı  haqqında  beynəlxalq  KĠV-də  az  məlumat 
verildiyindən təəssüfləndiyini bildirən natiq Xocalı haqqında məlumatlandırmanı artırmaq məqsədilə beynəlxalq 
informasiya yayım Ģirkətləri və Küveytin yerli kanallarına müraciət etdiyi barədə məlumat verdi. 
Ə. Tarxan Bakıda Xocalı  qaçqınları ilə Ģəxsən  görüĢdüyünü, belə ağır faciə yaĢayan insanların qürur və 
mətanətinə  qibtə  etdiyini  və  onların  heç  kimdən  maddi  yardım  ummadıqlarını  vurğulayıb.  Deyib  ki,  həmin 
insanların yeganə istəyi haqq səslərinin dünyaya çatdırılmasıdır. 
Sonra  kampaniyanın  hazırladığı  petisiyanın  imzalanması  mərasimi  olub.  Sənəd  Azərbaycan,  Küveyt, 
Ġordaniya, Kanada, Çin, Mavritaniya, Livan və Hindistan vətəndaĢları olmaqla, 49 nəfər tərəfindən imzalanıb və 
sərgiyə baxıĢ keçirilib. 
Tədbir  Küveytin  ən  aparıcı  televiziya  kanalı  olan  “Əl-Vətən”  kanalı  və  “Kuwait  Times”,  “Əl-Ğabas”, 
“Əl-Ray”, “Əl-Cərid” qəzetləri tərəfindən iĢıqlandırılıb. 
 
P. SULTANOVA  
 
“525-ci qəzet”.-2010.-20 fevral.-N.33.-S.7. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
68 
 
Küveytdə “Xocalıya ədalət” kampaniyasının təqdimatı keçirilmiĢdir 
 
Bakı,  22  fevral  (AzərTAc).  Xocalı  soyqırımının  18-ci  ildönümü  ərəfəsində  Küveytdə  “Xocalıya  ədalət” 
beynəlxalq kampaniyasının təqdimatı keçirilmiĢdir.  
Təqdimat Küveytin ən böyük gənclər təĢkilatlarından biri olan Lozan Gənclər üçün Nailiyyətlər Mərkəzi - 
LoYAC-ın ofisində təĢkil olunmuĢdur.  
Tədbirdə 
Xocalı 
faciəsi 
haqqında 
məlumat 
verilmiĢ, 
kampaniyanın 
internet 
səhifəsi 
(www.justiceforkhojaly.org) və “Xocalı uĢaqların gözü ilə” adlı fotosərgi nümayiĢ etdirilmiĢdir.  
BildirilmiĢdir ki, Azərbaycan tarixində ən dəhĢətli və faciəli səhifələrdən biri – Xocalı soyqırımı günü 613 
nəfər öldürülmüĢ, minədək müxtəlif yaĢlı dinc sakin aldığı güllə yarasından əlil olmuĢdur. 8 ailə tamamilə məhv 
edilmiĢ, 25 uĢaq hər iki  valideynini, 130 uĢaq  valideynlərindən birini  itirmiĢdir. Faciə baĢ verən  gecə  mindən 
çox dinc sakin girov götürülmüĢ, onlardan bəzilərinin taleyi indi də məlum deyildir.  
Tədbirin  sonunda  Xocalı  qətliamına  beynəlxalq  səviyyədə  hüquqi-siyasi  qiymət  verilməsi  üçün  dünya 
liderlərinə ünvanlanan petisiya iĢtirakçılara təqdim edilmiĢ və imzalar toplanmıĢdır.  
Təqdimatda  iĢtirak  edən  Azərbaycanın  Küveytdəki  səfiri  ġahin  Abdullayev  gənclərə  Xocalı  faciəsi 
haqqında  həqiqətlərin  Küveyt  ictimaiyyətinə  çatdırılması  üçün  göstərdikləri  təĢəbbüsə  və  fəaliyyətə  görə 
təĢəkkür  etmiĢdir.  BildirilmiĢdir  ki,  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyası  Ġslam  Konfransı  TəĢkilatı 
Gənclər  Forumunun  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  Əliyevanın  təĢəbbüsü  ilə 
yaradılmıĢdır.  
Qeyd  edək  ki,  fevralın  5-də  Küveyti  təmsil  edən  gənclərdən  ibarət  nümayəndə  heyətinin  Bakıya  səfəri 
zamanı  Ġslam  Konfransı  TəĢkilatı  Gənclər  Forumunun  baĢ  katibi  ElĢad  Ġsgəndərovun  LoYAC  gənclər 
təĢkilatının  nümayəndələri  ilə  görüĢü  keçirilmiĢ,  təĢkilatın  rəhbərliyi  “Xocalıya  ədalət”  beynəlxalq 
kampaniyasına dəstək verməyə hazır olduğunu bildirmiĢdi.  
 
AzərTAc 
22 fevral 2010-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
69 
 
"Ġrəli" Ukraynanın gənclər təĢkilatı ilə birgə Xocalıya həsr olunmuĢ konfrans keçirmiĢdir 
 
"Ġrəli"  Ġctimai  Birliyi  Kiyevin  "Molodejnıy  Evropeyskiy  Rux"  Ģəhər  təĢkilatı  ilə  birgə  "Xocalı 
faciəsi. Konflikt nöqtələrinin inkiĢaf tarixi: Ukrayna və Azərbaycan" mövzusuna həsr olunmuĢ konfrans 
keçirmiĢdir.  
 
Ukraynanın  bir  sıra  aparıcı  gənclər  təĢkilatları  fəallarının,  tarixçilərin,  politoloqların  və  jurnalistlərin 
qatıldığı tədbiri Ukrayna Avropa Gənclər Hərəkatının Kiyev Ģəhər təĢkilatının sədri Aleksandra Skiba açaraq 18 
il  bundan  öncə  Xocalıda  ermənilər  tərəfindən  törədilmiĢ  bəĢəriyyətə  qarĢı  cinayətin  hələ  də  cavabsız 
qalmasından təəssüflə danıĢmıĢdır. 
Əsrlər  boyu  Ukrayna  xalqının  da  dəfələrlə  soyqırımı  və  faciələrlə  üzləĢdiyini  bildirən  "Ġrəli"  Ġctimai 
Birliyinin  Ukraynadakı  təmsilçisi  Cavid  Hüseynzadə  "Xocalıya  ədalət"  kampaniyasına  qoĢulan  ukraynalı 
həmyaĢıdlarına minnətdarlığını bildirmiĢdir.  
Ukrayna Avropa Gənclər Hərəkatı təĢkilatının fəallarından Alesya Xoleç XX əsrin ən amansız faciəsi olan 
Xocalı  soyqırımına  hələ  də  hüquqi  siyasi  qiymətin  verilməməsini  tarixi  ədalətsizlik  kimi  qiymətləndirərək 
azərbaycanlı  gənclərin  bununla  bağlı  beynəlxalq  təĢkilatlara  və  dünya  birliyinə  müraciət  etmək  üçün 
imzatoplama  kampaniyasına  qoĢulduqlarını  bildirmiĢdir.  Konfransda  Ukrayna  Dövlət  Televiziyasının  aparıcı 
jurnalisti  Georqi  Spasokukotskinin  və  Azərbaycan  Televiziyasının  Ukrayna  və  ġərqi  Avropa  ölkələri  üzrə 
xüsusi  müxbiri  Möhsüm  Qədiroğlunun  ssenarisi  əsasında  çəkilmiĢ  "Qarabağ  tarixin  burulğanında"  sənədli 
filminin  təqdimatı  olmuĢdur.  ĠĢtirakçılar  filmdə  son  iki  əsrdə  erməni  və  ermənipərəst  qüvvələrin  Azərbaycan 
xalqına qarĢı həyata keçirdikləri amansız faciə və soyqırımı siyasəti ilə tanıĢ olmuĢlar.  
Filmdə göstərilənlərin sırf tarixi faktlara əsaslandığını bildirən tarixçi alimlərdən Fərhad Turanlı, Nataliya 
Rudenko  və  digər  çıxıĢ  edənlər  Xocalı  faciəsinin  hələ  də  cəzasız  qalmasını  bəĢər  tarixinin  qara  ləkəsi 
adlandırmıĢlar.  
Konfrans  iĢtirakçılarına  həmçinin  Heydər  Əliyev  Fondu  tərəfindən  nəĢr  olunmuĢ  Qarabağ  həqiqətlərini 
özündə əks etdirən kitablar paylanmıĢdır.   
  
 
Azərbaycan”.-2010.-23 fevral.-N 42.-S.6. 
 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
70 
 
Xocalı soyqırımı Ġordaniya mətbuatında 
 
Azərbaycan  xalqının  tarixinə  Xocalı  soyqırımı  kimi  daxil  olmuĢ,  1992-ci  il  fevralın  26-da  ermənilər 
tərəfindən  törədilmiĢ  faciənin  18-ci  ildönümü  ilə  bağlı və  “Xocalıya  ədalət!”  beynəlxalq  kampaniyası 
çərçivəsində Azərbaycanın Ġordaniyadakı səfirliyi bəyanatla çıxıĢ etmiĢdir.  
Bəyanat Ġordaniyanın Xarici ĠĢlər Nazirliyinə  və bir sıra dövlət təĢkilatlarına, habelə  krallıqda akkreditə 
olunmuĢ səfirliklərə göndərilmiĢ, yerli KĠV-lərdə dərc edilmiĢ və səfirliyin rəsmi saytında yerləĢdirilmiĢdir. 
Səfirlikdən  bildirmiĢlər  ki,  Ġordaniyanın  məĢhur  jurnalisti,  ölkənin  aparıcı  “Ər-Rəy”  və  “ġihən” 
qəzetlərinin siyasi icmalçısı Mərvan Sudahın fevralın 18-19-da bu mətbu orqanlarda Xocalıda baĢ vermiĢ faciə 
haqqında məqalələri dərc olunmuĢdur.  
Səfirliyin  elanlar  lövhəsində  yüzlərlə  günahsız  insanın  qətlə  yetirilməsini  və  yaralanmasını  əks  etdirən 
məlumatlar və fotolar yerləĢdirilmiĢdir.  
Xocalı  soyqırımı  haqqında  məlumatı  daha  geniĢ  yaymaq  məqsədi  ilə  səfir  Elman  Araslı  və  səfirliyin 
əməkdaĢları  Ġordaniyanın  rəsmi  və  ictimai  dairələrinin  nümayəndələri,  krallıqda  akkreditə  olunmuĢ  xarici 
ölkələrin diplomatları ilə görüĢlərdə ermənilər tərəfindən törədilmiĢ bu dəhĢətli hadisə və onun ağır nəticələri, 
Dağlıq  Qarabağda  separatçı  rejimin  məqsədləri,  münaqiĢənin  tarixi  barədə  geniĢ  məlumat  vermiĢlər.  Səfir 
E. Araslı  Ġordaniya  Senatının  sədri,  bu  ölkənin  xarici  siyasət  idarəsinin  baĢ  katibi,  Ġordaniya  televiziyasının 
rəhbəri,  habelə  bir  sıra  mədəniyyət  və  elm  xadimləri  ilə  görüĢlərdə  ermənilər  tərəfindən  törədilmiĢ  qanlı 
hadisələr haqqında danıĢmıĢdır.  
Bundan  əlavə,  fevralın  15-də  səfirliyin  Heydər  Əliyev  Fondu  ilə  birgə  Ġordaniya  Universitetində  təĢkil 
etdiyi tədbirdə Xocalı soyqırımı ilə bağlı kitablar, bukletlər və digər məlumatlar Krallığın ictimaiyyətinə təqdim 
olunmuĢdur. Kitabların bir nüsxəsi Ġordaniyanın aparıcı kitabxanalarına göndərilmiĢdir.  
Xocalı  soyqırımının  18-ci  ildönümü  ilə  əlaqədar  bəyanat  və  məlumat  fevralın  sonunda  səfirliyin 
bülleteninin növbəti nömrəsində öz əksini tapacaqdır. Fevralın 26-da isə səfirliyin önündəki Azərbaycan bayrağı 
matəm əlaməti olaraq endiriləcək və Xocalı hadisələrini əks etdirən fotosərgidə Ģəhidlərimizin xatirəsi ehtiramla 
yad olunacaqdır. 
 
(AzərTAc) 
“Palitra”.-2010.-23 fevral.-N.21.-S.4. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
71 
 
Moskvada “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təqdimatı  
olacaqdır 
 
Moskva, 24 fevral (AzərTAc). Fevralın 26-da Moskvada “Xocalıya ədalət” beynəlxalq  kampaniyasının 
təqdimatı olacaq və bu beynəlxalq aksiyanın bir ilinə yekun vurulacaqdır. Tədbir Rusiya Azərbaycanlı Gənclər 
TəĢkilatı (RAGT) və Ġslam TəĢkilatı Konfransının Gənclər Forumu tərəfindən birgə təĢkil olunmuĢdur.  
Mərasimdə RAGT-nin sədri, Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi və 
“Xocalıya ədalət”  kampaniyasının təĢəbbüskarı Leyla  Əliyevanın çıxıĢ  edəcəyi  gözlənilir. Tədbir çərçivəsində 
Yuri Pompeyevin “Qarabağ gündəlikləri” kitabının təqdimatı keçiriləcək, müəllif, habelə ölkəmizin Rusiyadakı 
səfiri  Polad  Bülbüloğlu  çıxıĢ  edəcək,  Xocalı  faciəsi  haqqında  sənədli  film  nümayiĢ  etdiriləcəkdir.  “Xocalıya 
ədalət” kampaniyasının bir ili” fotosərgisi və “Xocalıya ədalət” musiqi klipinin təqdimatı keçiriləcəkdir.  
 
Asya Hacızadə  
AzərTAc-ın xüsusi müxbiri  
Moskva 
 
24 fevral 2010-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
72 
 
“Xocalıya Ədalət” musiqi manifestinin təqdimatı keçirilmiĢdir 
 
Heydər  Əliyev  Fondu,  Gənclər  və  Ġdman  Nazirliyi,  Dialoq  və  ƏməkdaĢlıq  Uğrunda  Ġslam  Konfransı 
TəĢkilatının  Gənclər  Forumunun  birgə  təĢkilatçılığı  ilə  "Xocalıya  ədalət"  musiqi  manifestinin  təqdimat 
mərasimi  keçirilmiĢdir.  Tədbirdə  gənclər  və  idman  nazirinin  müavini  Ġntiqam  Babayev,  Ġslam  Konfransı 
TəĢkilatının Gənclər Forumunun baĢ katibi ElĢad Ġsgəndərov, millət vəkilləri RövĢən Rzayev, Qənirə PaĢayeva, 
Fuad Muradov, Hadi Rəcəbli, "Ġrəli" Ġctimai Birliyinin sədri Ceyhun Osmanlı çıxıĢ etmiĢlər.  
Natiqlər bildirmiĢlər ki, Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini daim yad edir və bu həqiqətlərin 
dünya ictimaiyyətinə çatdırılması üçün dövlətimiz bütün imkanlardan geniĢ istifadə edir. Məhz ümummilli lider 
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəliĢindən sonra bu soyqırım aktı öz siyasi qiymətini almıĢdır. 1994-cü 
ildə Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-nı "Xocalı Soyqırımı Günü" elan etməsi barədə qərar 
qəbul etmiĢdir.  
ÇıxıĢ  edənlər  həmçinin  əlavə  etmiĢlər  ki,  XX  əsrin  sonunda  Azərbaycan  xalqına  qarĢı  törədilmiĢ 
soyqırımı olan Xocalı faciəsi tariximizin ən acı səhifəsi kimi gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm 
rol oynamalıdır. Gənclər tarixdən nəticə çıxarmalı, gələcəkdə bu kimi faciələrin bir daha baĢ verməməsi üçün 
daha  mübariz  olmalıdırlar.  Xocalı  faciəsinin  və  bütövlükdə  ermənilərin  Azərbaycan  xalqına  qarĢı  apardıqları 
etnik  təmizləmə  və  soyqırımı  siyasətinin  konkret  tarixi  faktlarla  gənclərimizin  diqqətinə  çatdırılması  hər  bir 
dövlət orqanının ümdə borcu və vəzifəsi olmalıdır.  
"Xocalıya ədalət" rep üslubunda yazılmıĢ mahnının klipinin süjet xətti rejissor Fuad ƏliĢova məxsusdur. 
Aranjemanı  tanınmıĢ  amerikalı  səs  rejissoru,  3  dəfə  "Qremmi"  mükafatı  laureatı  olmuĢ  Qordon  Vilyams 
tərəfindən iĢlənmiĢ və amerikalı repçi Toni Blekman və Azərbaycanın rep qrupu "Dəyirman" tərəfindən də ifa 
edilmiĢdir.  
Qordon  Vilyams  isə  faciə  barədə  ətraflı  məlumat  aldığı  zaman  çox  təsirləndiyini  və  onun  mahiyyəti 
haqqında bütün dünyanın bilməsinin  vacib olduğunu  qeyd  etmiĢdir. Mahnıya çəkilən  klipin çəkiliĢləri studiya 
Ģəraitində, ġəhidlər xiyabanında və Ağcabədi rayonunun qaçqın düĢərgəsində aparılmıĢdır. Mahnıda müasir rep 
ritmləri ilə yanaĢı milli musiqimizin elementləri - muğam və balaban musiqisindən də istifadə edilmiĢdir.  
 
AzərTAc 
“Azərbaycan”.-2010.-25 fevral.-N.44.-S.4. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
73 
 
Londonda “Xocalıya ədalət” kampaniyası çərçivəsində geniĢmiqyaslı  
tədbir keçirilmiĢdir 
 
Bakı,  25  fevral  (AzərTAc).  Fevralın  24-də  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyası  çərçivəsində 
Avropa-Azərbaycan  Cəmiyyətinin  təĢkilatçılığı  ilə  Temza  çayında  üzən  “Silver  Sturgeon”  gəmisində  Böyük 
Britaniyanın  ictimai-siyasi  xadimləri,  deputatlar  və  diplomatların  iĢtirakı  ilə  Xocalı  qətliamının  18-ci 
ildönümünə həsr edilmiĢ tədbir keçirilmiĢdir.  
Tədbir  zamanı  “Silver  Sturgeon”  gəmisindən  havaya  Xocalı  faciəsi  zamanı  həlak  olmuĢ  613  nəfərin 
adları  qeyd  edilmiĢ  Ģarlar  və  çaya  həmin  sayda  qərənfillər  buraxılmıĢdır.  Amerikalı  rep  musiqiçisi  Toni 
Bləkmən  və  Azərbaycanın tanınmıĢ “Dəyirman” qrupu tərəfindən  ifa edilmiĢ “Xocalıya ədalət” adlı  mahnının 
təqdimatı keçirilmiĢdir. Dağlıq Qarabağ münaqiĢəsi və Xocalı faciəsi Ģəkillərindən ibarət rəsm sərgisi nümayiĢ 
etdirilmiĢdir.  
Sonda  Böyük  Britaniyanın  BaĢ  nazirinə  ünvanlanmıĢ  petisiyaya  imza  toplanmıĢdır.  Petisiya  Xocalı 
qətliamını insanlığa qarĢı cinayət kimi tanımağa və günahkarların hüquqi məsuliyyətə cəlb edilməsi üçün səyləri 
gücləndirməyə çağırır.  
Qeyd  etmək lazımdır ki, Böyük Britaniya BaĢ nazirinin katibliyi petisiyanı aldığını rəsmi  olaraq təsdiq 
etmiĢ və bir il ərzində imzaların öz rəsmi ünvanına (http://petitions.number10.gov.uk/Khojaly/) qəbul edilməsi 
üçün razılıq vermiĢdir.  
“Xocalıya  ədalət”  kampaniyasının  fəalları  tərəfindən  bu  ilin  sonuna  qədər  Boyük  Britaniya 
vətəndaĢlarından  kampaniyanın  saytı  (www.justiceforkhojaly.org)  vasitəsilə  100  minə  qədər  imza  toplanması 
planlaĢdırılır.  
 
AzərTAc 
25 fevral 2010-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
74 
 
Meksikadakı səfirliyimiz “Xocalıya Ədalət!” beynəlxalq kompaniyası çərçivəsində  
bir sıra tədbirlər həyata keçirib 
 
Xocalı  soyqırımının  növbəti  ildönümünün  qeyd  olunması  ilə  əlaqədar  “Xocalıya  Ədalət!”  beynəlxalq 
kompaniyası çərçivəsində Azərbaycanın Meksikadakı Səfirlik tərəfindən bir sıra təbliğat-informasiya xarakterli 
tədbirlər  həyata  keçirilib.  Belə  ki,  M.  Ələkbərzadənin  müəllifi  olduğu  “Azərbaycanda  Xocalı  soyqırımı”  adlı 
sənədli film ispan dilinə tərcümə edilmiĢ və səsləndirilib. Bundan əlavə, ispan dilində Xocalı soyqırımına həsr 
edilmiĢ 
iki 
internet 
səhifəsi 
hazırlanıb 
istifadəyə 
verilib 
(www.justiciaparajodyali.org, 
www.justiceforkhojaly.mx).  Ġnternet  səhifələrində,  Ermənistan–Azərbaycan  Dağlıq  Qarabağ  münaqiĢəsinin 
tarixi,  Xocalı  soyqırımının  təfərrüatları  barədə  audioyazı,  həmçinin  Toni  Bləkmən  və  “Dəyirman”  qrupunun 
birgə  ifa  etdiyi  musiqi  klipi  də  yerləĢdirilib.  Qeyd  etmək  lazımdır  ki,  Latın  Amerikası  regionunda  internet 
istifadəçilərinə  ilk  dəfə  olaraq, Ermənistanın  Azərbaycana qarĢı həyata keçirdiyi iĢğalçılıq  və  etnik təmizləmə 
siyasətinə  həsr  olunmuĢ  ispan  dilində  audio  və  video  materiallar,  internet  səhifələri,  həmçinin  ispan  dilli 
istifadəçilər üçün məĢhur www.facebook.com saytında “Justicia para Jodyali” Ģəbəkə qrupu yaradılıb.  
Səfirliyin  mətbuat  xidmətindən  “Paritet”ə  verilən    məlumata  görə,  fevral  ayının  23-də  “Xocalıya 
Ədalət!”  kompaniyası  çərçivəsində  Meksikanın  paytaxtı  Mexiko  Ģəhərində  Latın  Amerikası  regionunda  ən 
məĢhur ali təhsil ocaqlarından biri və qədim tarixə malik olan Meksika Milli Avtonom Universitetində (UNAM) 
Xocalı faciəsinin 18-ci ildönümü münasibəti ilə konfrans keçirilib. Konfrans, sözügedən Universitetin müəllimi, 
“Xocalıya Ədalət!” beynəlxalq kompaniyasının Meksika üzrə koordinatoru Luiz Felipe Peres və Azərbaycanın 
Meksikadakı Səfirliyinin birgə səyləri ilə təĢkil edilib. 
Tədbirdə,  ABġ-ın  Montana  Universitetinin  professoru  Tomas  Qolts,  Səfir  Ġ.  Muxtarov,  UNAM-ın 
professoru  Karlos  Bayesteros  və  Latın  Amerikası  Azərbaycanlıları  Assosiasiyasının  sədri  N.  AtakiĢiyev  çıxıĢ 
etmiĢlər.  ÇıxıĢ  edənlər,  münaqiĢənin  tarixi  və  nəticələri,  indiyədək  Azərbaycan  ərazilərinin  Ermənistan 
tərəfindən  iĢğalının  davam  etdirilməsi  və  Xocalı  soyqırımının  təfərrüatları  barədə  tədbir  iĢtirakçılarına  ətraflı 
məlumatlar  vermiĢlər. Tədbir  zamanı,  Səfir  Ġ.  Muxtarovun  xahiĢi  ilə  Xocalı  və  digər  Azərbaycan  ərazilərində 
Ermənistan  silahlı  qüvvələrinin  qətlə  yetirdiyi  Ģəhidlərin  xatirəsi  bir  dəqiqəlik  sükutla  yad  olunub.  Konfrans 
zamanı,  ispan  dilində  səsləndirilmiĢ  “Azərbaycanda  Xocalı  soyqırımı”  sənədli  filmi  nümayiĢ  etdirilmiĢ,  ispan 
dilində “Xocalıya Ədalət!”  internet səhifələri təqdim  edilmiĢ,  habelə Toni Bləkmən  və “Dəyirman”  qrupunun 
birgə ifa etdiyi “Justice for Khojaly” mahnısı səsləndirilib. 
Konfransdan sonra iĢtirakçılar, “Justicia para Jodyali” (Xocalıya Ədalət) yazılı köynəklər geyərək rəsmi 
fotoĢəkil çəkdirmiĢ, “Xocalıya Ədalət!” Ģüarı altında baĢlanmıĢ xüsusi imza toplama kompaniyasına qoĢulmuĢ 
və  Azərbaycana  qarĢı  davam  edən  ədalətsizliyə  etinasız  qalmadıqlarını  nümayiĢ  etdirərək,  beynəlxalq  etiraz 
aksiyasında dəstək vermiĢlər.  
Konfransda,  ümumilikdə  150  nəfərdən  artıq    UNAM-ın  müəllim  və  tələbələri,  Meksikada  akkreditə 
olunmuĢ diplomatik korpus üzvləri, Meksikada yaĢayan həmyerlilərimiz və yerli kütləvi informasiya vasitələri 
nümayəndələri  iĢtirak  etmiĢlər.  “Xocalıya  Ədalət!”  beynəlxalq  kompaniyası  çərçivəsində  Xocalı  faciəsi  və 
Ermənistan–Azərbaycan  Dağlıq  Qarabağ  münaqiĢəsinin  həqiqətləri  barədə  Meksika  ictimaiyyətinin 
məlumatlandırılması istiqamətində Səfirlik tərəfindən müvafiq tədbirlər davam etdiriləcək. 
 
SƏBUHI 
 
“Paritet”.-2010.-25-26 fevral.-N.19.-S.7. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
75 
 
"Xocalıya ədalət" beynəlxalq kampaniyasının səmərəsi ildən-ilə artır 
 
Leyla Əliyevanın təĢəbbüsü soyqırımı faktının  
xaricdə tanınması prosesinə böyük töhfə verib 
 
Ölkəmizin dünya birliyinə inteqrasiyası, respublikamızın tərəqqisi, xalqımızın rifah halının daha da 
yaxĢılaĢdırılması  istiqamətində  ulu  öndərin  müəyyənləĢdirdiyi  siyasətin  tədqiq  edilməsinə,  təĢviqatına, 
tarixi  Ģəxsiyyətin  ümummilli  ideyalarının  reallaĢdırılmasına  dəstək  verən  Heydər  Əliyev  Fondu 
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin