“xocaliya ədaləT”



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə6/16
tarix06.09.2017
ölçüsü0,94 Mb.
#29157
1   2   3   4   5   6   7   8   9   ...   16

 
Möhsüm QƏDĠROĞLU,  
Azərbaycan Televiziyasının Ukrayna və ġərqi Avropa ölkələri üzrə nümayəndəliyinin rəhbəri 
 
“525-ci qəzet”.-2009.-3 mart.-N.40.-S.4. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
35 
 
Amerikalı professor və jurnalist Kanadada “Xocalı qırğını: Cəzasız cinayət”  
mövzusunda təqdimat keçirmiĢdir 
 
Ottava,  3  mart  (AzərTAc).  Azərbaycanın  Kanadadakı  səfirliyindən  bildirmiĢlər  ki,  Xocalı  faciəsinin 
17-ci  ildönümü  ilə  əlaqədar  “Xocalıya  ədalət”  beynəlxalq  təĢviqat  və  məlumat  kampaniyası  çərçivəsində  bu 
ölkədə bir sıra tədbirlər keçirilmiĢdir.  
Ottavada yaĢayan Azərbaycan icması səfirliyin dəstəyi ilə Xocalı faciəsi qurbanlarının xatirəsini anma 
mərasimi  təĢkil  etmiĢdir.  Mərasimdə  amerikalı  professor  və  jurnalist,  Ermənistanın  xalqımıza  qarĢı  apardığı 
hərbi  təcavüzün  birbaĢa  Ģahidi  olan  Tomas  Qoltsun  “Xocalı  qırğını:  Cəzasız  cinayət”  mövzusunda  təqdimatı 
keçirilmiĢdir.  
T.Qolts Ermənistanın  Azərbaycana  qarĢı apardığı  müharibənin  qızğın  dövrlərində cəbhə bölgəsindən 
Qərb  ictimaiyyətinə  məlumat  verən  və  Xocalı  həqiqətlərini  dünyaya  çatdıran  ilk  əcnəbi  jurnalistlərdən  biri 
olmuĢdur. Həmin dövrdə Azərbaycanda baĢ verən hadisələr haqqında Qərb mətbuatında məlumatsızlığın və ya 
əksinə  yanlıĢ  məlumatın  yayıldığı  barədə  danıĢan  T.Qolts,  Ģahidi  olduğu  və  araĢdırma  apardığı  faciə  ilə  bağlı 
tədbir iĢtirakçılarına geniĢ məlumat vermiĢdir.  
Daha sonra, tədbirdə çıxıĢ edən Kanadanın Beynəlxalq Ədalət Mərkəzinin (QHT) nümayəndəsi Mətt 
Eyzenbrandt  Xocalı  faciəsinin  hüquqi  araĢdırılması,  faciənin  səbəbkarlarının  hüquqi  məsuliyyəti  barədə 
fikirlərini diqqətə çatdırmıĢdır.  
Tədbirdə  Xocalı  soyqırımını,  faciənin  Ģahidlərinin  ifadələrini  əks  etdirən  sənədli  film  nümayiĢ 
olunmuĢ, tədbir iĢtirakçılarının sualları cavablandırılmıĢdır.  
Anma  mərasimində  Azərbaycan və türk icmalarının, Kanada parlamentinin  deputatları, ictimaiyyətin 
nümayəndələri, insan hüquqları üzrə fəallar iĢtirak etmiĢlər.  
 
AzərTAc 
3 mart  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
36 
 
“Xocalıya ədalət” Beynəlxalq kampaniyasına Türkiyədə də geniĢ dəstək verilir 
 
Ermənilərin  azərbaycanlılara  qarĢı  törətdiyi  soyqırımı  həqiqətlərinin  beynəlxalq  ictimaiyyətə 
çatdırılmasında  Azərbaycan  dövləti  və Heydər Əliyev Fondu ilə  yanaĢı, Ġslam Konfransı TəĢkilatının Gənclər 
Forumunun mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyeva da mühüm iĢlər görür.  
Leyla Əliyevanın təĢəbbüsü ilə “Xocalıya ədalət” devizi altında həyata keçirilən beynəlxalq məlumat 
və təĢviqat kampaniyası da bu istiqamətdə atılan ciddi addımlardan biridir.  
Kampaniyaya  Türkiyədə  də  geniĢ  dəstək  verilir.  Kampaniyanın  Ankaradakı  əlaqələndiricisi, 
soyqırımların araĢdırılması üzrə mütəxəssis Gözde Kılıç YaĢın görülən iĢlərin ciddi nəticələr verəcəyinə inanır.  
Gözde Kılıç YaĢın “Xocalıya ədalət” internet saytının yaradılmasının tarixdən ibrət dərsi alınması və 
Xocalı  soyqırımının  unudulmaması  baxımından  böyük  əhəmiyyət  kəsb  etdiyini  vurğulamıĢ  və  demiĢdir  ki, 
ermənilərin  törətdikləri  soyqımları  ilə  bağlı  dünya  dövlətlərinin  parlamentlərində  qərarların  qəbul  edilməsinə 
çalıĢmaq lazımdır. Bunun üçün əvvəlcə həmin ölkələrin ictimaiyyəti məlumatlandırılmalıdır. Leyla Əliyevanın 
təĢəbbüsü ilə davam edən kampaniya isə bu istiqamətdə atılan mühüm addımdır.  
 
AzərTAc 
31 mart 2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
37 
 
"Xocalıya ədalət" 
 
Ġslam Konfransı TəĢkilatı nazirləri beynəlxalq kampaniyanı dəstəklədi 
 
Ġslam  Konfransı  TəĢkilatı  Ermənistan-Azərbaycan  münaqiĢəsinin  nizamlanmasına  dair  yeni  qətnamələr 
qəbul edib. ĠKT ölkələrinin xarici iĢlər nazirlərinin mayın 23-25-də DəməĢqdə keçirilən 36-cı iclasının gündəli-
yinə 80 məsələ, o cümlədən Ermənistanın Azərbaycana qarĢı apardığı təcavüzkar siyasətlə bağlı üç qətnamə sa-
lınıb. Bu barədə "ġərq"ə XĠN-in mətbuat xidmətindən məlumat verilib. 
Bildirilib ki, həmin qətnamələrdən birincisi Ermənistanın Azərbaycana qarĢı təcavüzünə dair qətnamə, di-
gərləri isə Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar Azərbaycana iqtisadi yardımın göstərilməsi və iĢğal 
nəticəsində Azərbaycan ərazilərində islam mədəni və tarixi abidələrinin məhv edilməsinə dair qətnamələr olub. 
Ġclasda çıxıĢ edən Azərbaycanın xarici iĢlər naziri Elmar Məmmədyarov erməni təcavüzü və onun nəticələri ilə 
bağlı konfrans iĢtirakçılarını məlumatlandırıb. Konfransda çıxıĢ edən ĠKT-nin BaĢ katibi Ekmeleddin Ġhsanoğlu 
isə öz bəyanatında bir daha Ermənistanın Azərbaycana qarĢı təcavüzü ilə bağlı ĠKT-nin mövqeyini açıqlayaraq 
erməni  iĢğalçılarının  qeyd-Ģərtsiz  zəbt  etdikləri  Azərbaycan  ərazilərini  boĢaltmasını  tələb  edib.  Dünən  öz  iĢini 
baĢa  vuran  ĠKT  ölkələri  XĠN  baĢçılarının  36-cı  iclasında  bir  sıra  mühüm  qərarlar  və  qətnamələr  qəbul  edilib. 
Azərbaycanın Suriyadakı səfirliyinin mətbuat xidmətindən "ġərq"ə verilən məlumata görə, dünən ĠKT xarici iĢ-
lər nazirləri sessiyanın sonuncu iclasında ĠKT Gənclər TəĢkilatı Gənclər Forumu (ĠKT GF) haqqında qəbul et-
dikləri yekun qətnamədə "Xocalıya ədalət" kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyanı dəs-
təkləməyə çağırıblar. ĠKT Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə baĢ koordinatoru Leyla Əliyeva-
nın  təĢəbbüsü  ilə  beynəlxalq  səviyyədə  aparılan  kampaniya  qətnamədə  ĠKT  ölkələrinin  dünyada  haqq  səsinin 
ucaldılması iĢində mühüm təĢəbbüs kimi qiymətləndirilib. Eyni zamanda ĠKT XĠN konfransı qərarı üzv dövlət-
ləri kampaniyanın əsas məqsədinə çatanadək, yəni Xocalıda törədilmiĢ kütləvi qırğına üzv ölkələr tərəfindən və 
beynəlxalq  səviyyədə  düzgün  qiymət  verilənədək  təĢəbbüsü  dəstəkləməyə  çağırır.  Konfransda  forumun  nüma-
yəndə heyətinə baĢçılıq edən ĠKT GF-nin BaĢ katibi ElĢad Ġsgəndərov Suriyanın paytaxtı DəməĢqdə qəbul edil-
miĢ bu qərarın böyük siyasi əhəmiyyət daĢıdığını bildirib. Onun sözlərinə görə, yekdilliklə qəbul edilmiĢ sənəd-
də  Azərbaycanın  milli  maraqları  baxımından  çox  əhəmiyyətli  olan  "Xocalıya  ədalət"  kampaniyasına  57  ölkə 
yüksək səviyyədə siyasi dəstək verib. Qətnamə həm də ĠKT dövlətlərini kampaniyada fəal iĢtirak etməyə, həm 
də dünya birliyini siyasi və mənəvi qiymət verməyə, bununla da Azərbaycan xalqına qarĢı törədilmiĢ bu misilsiz 
ədalətsizliyi aradan qaldırmağa çağırıb. "Artıq 3-cü ildir ki, ĠKT xarici iĢlər nazirləri öz qərarlarında Xocalı fa-
ciəsini insaniyyətə qarĢı cinayət olaraq kütləvi qırğın kimi dəyərləndirirlər. Praktik baxımdan isə ĠKT qətnamə-
sində verilən dəstək kampaniyanın qarĢıdan gələn müddətdə həm ĠKT ölkələri, həm də dünya miqyasında daha 
əzmlə və əsaslı Ģəkildə aparılması üçün zəmin yaradır"- deyə ElĢad Ġsgəndərov bildirib. 36-cı konfransda həmçi-
nin bir sıra təĢkilati məsələlərə də baxılıb. Konfrans çərçivəsində Azərbaycanın xarici iĢlər naziri Elmar Məm-
mədyarov bir sıra ikitərəfli rəsmi görüĢlər də keçirib. 
 
Vüsalə Rafiqqızı  
 
“ġərq”.-2009.-26 may.-N.93.-S.4. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
38 
 
Braziliyada "Xocalıya ədalət" kampaniyasının təqdimatı olmuĢdur 
 
Avqustun  15-də  Braziliyanın  ən  iri  Ģəhəri  olan  San-Pauluda  Qlobal  Gənc  YaĢıllar  ("Global  Young 
Greens")  Hərəkatının  beynəlxalq  tədbiri  çərçivəsində  "Xocalıya  ədalət"  kampaniyasına  dəstək  deklarasiyasına 
imzatoplama  aksiyası  baĢlamıĢdır.  Bir  həftəlik  təqdimat  zamanı  "Xocalıya  ədalət"  tələbi  ilə  deklarasiyanı 
yüzlərlə adam imzalamıĢdır. 
Ġslam  Konfransı  TəĢkilatı  ƏməkdaĢlıq  və  Dialoq  uğrunda  Gənclər  Forumunun  mədəniyyətlərarası  və 
sivilizasiyalararası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla Əliyevanın təĢəbbüsü ilə təĢkil olunan aksiya "YAġIL 
PLANET" adlı layihə çərçivəsində keçirilir.  
Təhsil  ocaqlarında  və  qeyri-hökumət  təĢkilatlarının  yığıncaqlarında  baĢ  tutmuĢ  tədbirlərdə  kampaniya 
haqqında  videoklipin  təqdimatı  olmuĢ  və  Xocalı  qırğını  haqqında  materiallar  paylanmıĢdır.  Daha  sonra 
aksiyanın  təĢkilatçısı  olan  "Global  Young  Greens"  Hərəkatı  tədbir  iĢtirakçılarından  müsahibə  götürmüĢ  və 
iĢtirakçılar baĢ verən hadisəyə və kampaniyaya münasibət bildirmiĢlər.  
You  Tube  saytında  yerləĢdirilməsi  nəzərdə  tutulan  klipdə  müxtəlif  millətləri  təmsil  edən  gənc 
YAġILLAR  kampaniya  zamanı  Qarabağ  münaqiĢəsi  haqqında  aldıqları  məlumatdan  irəli  gələn  təəssüratlarını 
belə ifadə etmiĢlər: "Mən Xocalı faciəsi ilə tanıĢ oldum, belə zorakılığa etiraz edirəm və ədalət tələb edirəm", 
"YaĢıllar bizə "Xocalıya ədalət" kampaniyasını təqdim etdi, mən də baĢsağlığı verirəm və onlara qoĢulub ədalət 
tələb edirəm", "Mən Xocalı faciəsi barədə daha əvvəl eĢitmiĢdim və baĢ verənlərə təəssüf edirəm. Bu vəhĢiliyi 
törədənlər cavab verməlidirlər". 
Tədbir iĢtirakçıları Ermənistanda kampaniyanın rəsmi saytına giriĢə qadağan qoyulmasına da etirazlarını 
bildirmiĢlər  və  kampaniya  tərəfindən  BMT,  Avropa  ġurası,  ATƏT  və  Ermənistan  hökumətinə  ünvanlanan 
müraciət formasına imza ataraq rəsmi Yerevanın bu addımına beynəlxalq təĢkilatların diqqətini cəlb etmiĢlər.  
Aksiyanın  sonunda  "Xocalıya  ədalət"  kampaniyasını  dəstəkləyənlərin  hamısı  təĢkilatçılar  tərəfindən 
təqdim olunan müvafiq dəstək formasına imza atmıĢdır.  
 
“Azərbaycan”.-2009.-19 avqust.-N 182.-S.1. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
39 
 
"Qarabağın qan çanağı" kitabı "Xocalıya ədalət" kampaniyasının  
minlərlə iĢtirakçısına göndərilmiĢdir 
 
Ġyunun  12-də  Rusiyanın  Milli  günündə  "Xocalıya  ədalət"  beynəlxalq  kampaniyasının  vebsaytında 
tanınmıĢ rus yazıçı-publisisti, professor Yuri Pompeyevin "Qarabağın  qan çanağı"  kitabının  elektron  versiyası 
yerləĢdirilmiĢdir.  
Tarixi-publisistik  janrında,  müəllifin  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsinin 
baĢlanmasında  rolu  olmuĢ  siyasi  xadimlərdən  götürdüyü  müsahibələr  və  sənədlər  əsasında  yazılmıĢ  bu  kitab 
münaqiĢənin  obyektiv  təhlilinə  həsr  edilmiĢdir.  Kitabda  Ermənistanın  Azərbaycana  qarĢı  təcavüzünə  yol  açan 
sovet rəhbərliyinin yürütdüyü məsuliyyətsiz və cinayətkar siyasətinin mahiyyəti açıqlanmıĢdır.  
Öz  çıxıĢları  və  əsərləri  ilə  Y.  Pompeyev  keçən  əsrin  80-ci  illərinin  sonlarından  etibarən  Qarabağ 
həqiqətlərini Rusiya ictimaiyyətinə çatdırır. 
"Qarabağın  qan  çanağı"  kitabı  "Xocalı,  qanlı  hadisələr"  və  "MəĢəqqətli  günlər"  kitablarından  ibarət 
trilogiyanın  birinci  hissəsidir.  Bu  kitabda  Sovet  Ġttifaqı  rəhbərliyində  münaqiĢənin  alovlanmasına  təkan  verən 
pərdəarxası qüvvələrin fəaliyyətindən bəhs edən faktlar öz əksini tapmıĢdır.  
"Xocalıya  ədalət"  kampaniyası  Rusiyanın  Azərbaycanlı  Gənclər  TəĢkilatının  sədri  və  Ġslam  Konfransı 
TəĢkilatının  Dialoq  Uğrunda  Gənclər  Forumunun  Mədəniyyətlərarası  və  sivilizasiyalararası  Dialoq  üzrə  BaĢ 
əlaqələndiricisi  Leyla  Əliyeva  tərəfindən  irəli  sürülmüĢ  və  son  məqsəd  olaraq  Xocalı  soyqırımının  dünya 
ictimaiyyəti  tərəfindən  tanınmasına  yönəlmiĢdir.  Yaxın  gələcəkdə  "Qarabağın  qan  çanağı"  kitabının  ingilis 
dilində versiyası və Qarabağ münaqiĢəsi ilə bağlı müəllifin digər iki kitabının nəĢri hazırlanır.  
"Qarabağın 
qan 
çanağı" 
kitabının 
tam 
versiyası 
ilə 
kampaniyanın 
vebsaytında 
(www.justiceforkhojaly.org) tanıĢ olmaq olar.  
 
“Azərbaycan”.-2009.-13 iyun.-N 127.-S 4. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
40 
 
Braziliyada “Xocalıya ədalət” kampaniyasının təqdimatı olmuĢdur 
 
Bakı,  18  avqust  (AzərTAc).  Avqustun  15-də  Braziliyanın  ən  iri  Ģəhəri  olan  San-Pauluda  Qlobal  Gənc 
YaĢıllar (“Global Young Greens”) Hərəkatının beynəlxalq tədbiri çərçivəsində “Xocalıya ədalət” kampaniyasına 
dəstək Deklarasiyasına imza toplama aksiyası baĢlamıĢdır. Bir həftəlik təqdimat zamanı “Xocalıya ədalət” tələbi 
ilə Deklarasiyanı yüzlərlə adam imzalamıĢdır.  
Ġslam  Konfransı  TəĢkilatı  ƏməkdaĢlıq  və  Dialoq  uğrunda  Gənclər  Forumunun  mədəniyyətlərarası  və 
sivilizasiyalararası dialoq üzrə BaĢ əlaqələndiricisi Leyla Əliyevanın təĢəbbüsü ilə təĢkil olunan aksiya “YAġIL 
PLANET” adlı layihə çərçivəsində keçirilir.  
Təhsil  ocaqlarında  və  qeyri–hökumət  təĢkilatlarının  yığıncaqlarında  baĢ  tutmuĢ  tədbirlərdə  kampaniya 
haqqında  video-klipin  təqdimatı  olmuĢ  və  Xocalı  qırğını  haqqında  materiallar  paylanmıĢdır.  Daha  sonra 
aksiyanın  təĢkilatçısı  olan  “Global  Young  Greens”  Hərəkatı  tədbir  iĢtirakçılarından  müsahibə  götürmüĢ  və 
iĢtirakçılar baĢ verən hadisəyə və kampaniyaya münasibət bildirmiĢlər.  
You  Tube  saytında  yerləĢdirilməsi  nəzərdə  tutulan  klipdə  müxtəlif  millətləri  təmsil  edən  gənc 
YAġILLAR  kampaniya  zamanı  Qarabağ  münaqiĢəsi  haqqında  aldıqları  məlumatdan  irəli  gələn  təəssüratlarını 
belə ifadə etmiĢlər: “Mən Xocalı faciəsi ilə tanıĢ oldum, belə zorakılığa etiraz edirəm və ədalət tələb edirəm”, 
“YaĢıllar bizə “Xocalıya ədalət” kampaniyasını təqdim etdi, mən də baĢsağlığı verirəm və onlara qoĢulub ədalət 
tələb edirəm”, “Mən Xocalı faciəsi barədə daha əvvəl eĢitmiĢdim və baĢ verənlərə təəssüf edirəm. Bu vəhĢiliyi 
törədənlər cavab verməlidirlər”.  
Tədbir iĢtirakçıları Ermənistanda kampaniyanın rəsmi saytına giriĢə qadağan qoyulmasına da etirazlarını 
bildirmiĢlər  və  kampaniya  tərəfindən  BMT,  Avropa  ġurası,  ATƏT  və  Ermənistan  hökumətinə  ünvanlanan 
müraciət formasına imza ataraq rəsmi Yerevanın bu addımına beynəlxalq təĢkilatların diqqətini cəlb etmiĢlər.  
Aksiyanın  sonunda  “Xocalıya  ədalət”  kampaniyasını  dəstəkləyənlərin  hamısı  təĢkilatçılar  tərəfindən 
təqdim olunan müvafiq dəstək formasına imza atmıĢdır.  
 
AzərTAc 
18 avqust 2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
41 
 
Azərbaycan məktəblərində “Xocalıya ədalət” kampaniyasına start verilmiĢdir 
 
Bakı,  21  sentyabr  (AzərTAc).  Dialoq  və  ƏməkdaĢlıq  Uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun 
(DƏUĠKGF)  media  departamentindən  bildirmiĢlər  ki,  təĢkilat  yeni  dərs  ilinin  birinci  həftəsindən  baĢlayaraq 
Azərbaycanda  fəaliyyət  göstərən  bütün  orta  məktəblərdə  “Xocalıya  ədalət”  beynəlxalq  məlumat  və  təĢviqat 
kampaniyası,  həmçinin  “Azərbaycan  tarixi”  fənni  çərçivəsində  Ģagirdlər  üçün  Xocalı  qətliamı  haqqında 
məlumatlandırıcı proqram həyata keçirməyə baĢlamıĢdır.  
Tədbirin  məqsədi  Ģagirdlərdə  Xocalı  faciəsi  haqqında  bilikləri  artırmaq,  eləcə  də  Azərbaycan 
həqiqətlərinin  dünya  ictimaiyyətinə  çatdırılması  vasitələri  barədə  uĢaqlarda  ilkin  bacarıqların 
formalaĢdırmaqdır.  
Yeni tədris ilinin ilk iki  həftəsində  orta məktəblərin aĢağı sinif Ģagirdləri üçün “Azərbaycan tarixi” fənni 
zamanı,  yuxarı  sinif  Ģagirdlərinə  isə  “Azərbaycan  tarixi”  və  “Ġnformatika”  dərslərində  Xocalı  qətliamı  və 
“Xocalıya  ədalət”  beynəlxalq  məlumat  kampaniyası  haqqında  məlumat  verilməsi  nəzərdə  tutulur.  Eyni 
zamanda, Ģagirdlərə Ġnternet səhifəsində yerləĢdirilmiĢ və Xocalı qətliamını pisləyən, beynəlxalq ictimaiyyəti bu 
faciəyə  mənəvi-siyasi  qiymət  verməyə  çağıran  kampaniyanın  Bəyannaməsini  imzalamaqla  bağlı  məlumat 
veriləcəkdir.  
Kampaniyaya ilk qoĢulan məktəb Bakının Səbail rayonunun 6 nömrəli orta məktəbi olmuĢdur. Məktəbin 
yuxarı  sinif  Ģagirdləri  artıq  Bəyannaməni  imzalamıĢ  və  xaricdə  yaĢayan  həmyaĢıdlarına  bu  kampaniyaya 
qoĢulmaq barədə elektron məktublarla müraciət etmiĢlər.  
Forumun  Mədəniyyətlərarası  Dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  Əliyevanın  təĢəbbüsü  ilə  həyata 
keçirilən  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyasına  bu  il  fevralın  25-26-da  dünyanın  25  ölkəsində  uğurla 
start verilmiĢdir. Kampaniya çərçivəsində DƏUĠKGF-nin təĢəbbüsü ilə Ġslam Konfransı TəĢkilatı (ĠKT) sammiti 
və ĠKT-yə üzv ölkələrin xarici iĢlər nazirlərinin konfransı tərəfindən qəbul olunmuĢ qətnamələrdə Xocalı faciəsi 
beynəlxalq  təĢkilatlar  tərəfindən  ilk  dəfə  olaraq  insanlığa  qarĢı  cinayət  olan  “kütləvi  qirğın”  kimi 
qiytləndirilmiĢdir.  Kampaniyanın  beynəlxalq  səviyyədə  təbliğatı  www.justiceforkhojaly.org  Ġnternet  səhifəsi 
vasitəsilə davam edir.  
 
AzərTAc 
21 sentyabr 2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
42 
 
“Xocalıya ədalət” kampaniyasının əlaqələndiricilərinə sertifikatlar 
təqdim olunmuĢdur 
 
Bakıda  Dialoq  və  ƏməkdaĢlıq  Uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun  (DƏ-ĠKGF) 
Azərbaycan  Respublikası  Rabitə  və  Ġnformasiya  Texnologiyaları  Nazirliyi  ilə  birgə  təĢkil  etdiyi 
“Rəqəmsal  texnologiyalar  dövrü  və  yeni  nəsil:  Ġnformasiya  kommunikasiya  texnologiyaları  sahəsində 
gənclərin biliklərinin artırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində noyabrın 3-də “Xocalıya 
ədalət” kampaniyasının əlaqələndiriciləri ilə görüĢ olmuĢdur.  
 
GörüĢdə  DƏ-ĠKGF  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi,  Heydər  Əliyev  Fondunun 
Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iĢtirak etmiĢdir. 
DƏ-ĠKGF baĢ katibi ElĢad Ġsgəndərov beynəlxalq  kampaniyaların həyata keçirilməsində informasiya və 
kommunikasiya  texnologiyalarının  rolunu  yüksək  qiymətləndirmiĢ,  DƏ-ĠKGF  mədəniyyətlərarası  dialoq  üzrə 
baĢ  əlaqələndiricisi  Leyla  Əliyevanın  təĢəbbüsü  ilə  irəli  sürülən  “Xocalıya  ədalət”  kampaniyası  çərçivəsində 
görülən iĢlərdən danıĢmıĢdır.  
DƏ-ĠKGF  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi,  Heydər  Əliyev  Fondunun  Rusiyadakı 
nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyeva  bildirmiĢdir  ki,  kampaniyanın  baĢlanmasından  az  müddət  keçməsinə 
baxmayaraq çox iĢ görülmüĢdür. Bu bir daha təsdiq edir ki, biz birlikdə olanda daha çox iĢlər görə bilərik. 
Leyla Əliyevanın baĢçılığı altında təĢkil edilmiĢ kampaniya üzrə dünyanın 20-dən çox ölkəsindən gəlmiĢ 
milli  əlaqələndiricilərin  iĢtirakı  ilə  keçirilən  iclasda  kampaniyanın  2010-2011-ci  illərdə  daha  səmərəli  təĢkili 
üçün konkret təkliflər ətrafında müzakirələr aparılmıĢdır. Milli əlaqələndiricilər Niderlandı təmsil edən tanınmıĢ 
jurnalist  və  sənədli  filmlər  üzrə  rejissor  Qert  van  Dam,  Litva  Gənclər  ġurasından  Ġeva  Lukoseviç,  Latın 
Amerikası Gənclər Forumunu təmsil edən Culiana Fuentez Diaz, ġri-Lankadan olan Qlobal YaĢıllar Hərəkatının 
nümayəndəsi Sanka Abayavardena müzakirələrdə fəal iĢtirak etmiĢlər. 
Sonda milli əlaqələndiricilərə sertifikatlar təqdim olunmuĢ, xatirə Ģəkli çəkdirilmiĢdir. 
 
 
Xalq qəzeti”.-2009.-4 noyabr.-N 246.-S.2. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
43 
 
Ġsveçrədə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində  
aksiya keçirilmiĢdir 
 
Bakı,  21  noyabr  (AzərTAc).  Ġslam  Konfransı  TəĢkilatı  Gənclər  Forumunun  media  departamentindən 
bildirmiĢlər  ki,  noyabrın  19-20-də  Ġsveçrənin  Bazel  və  Sürix  Ģəhərlərində  “Xocalıya  ədalət”  kampaniyasına 
dəstək  aksiyaları  keçirilmiĢdir.  Aksiyalar  “Ġsveçrədə  Azərbaycan  mədəniyyəti  günləri”nə  həsr  olunmuĢ 
konsertlər çərçivəsində təĢkil edilmiĢdir.  
Konsertlər  ərəfəsində  “Xocalıya  ədalət”  beynəlxalq  məlumat  və  təĢviqat  kampaniyasının  aksiyaları 
zamanı  yerli  könüllülər tərəfindən posterlər Ģəhərin  mərkəzi  küçələrində  divarlara yapıĢdırılmıĢ  və  kampaniya 
haqqında  məlumat  bukletləri  küçələrdə  paylanmıĢdır.  Aksiyaya  dəstək  məqsədi  ilə  konsert  zamanı  “Xocalıya 
ədalət”  kampaniyasının təbliğat xarakterli çap  materialları (kampaniyanın loqosunu  və  veb-saytını əks  etdirən 
döĢ  niĢanı,  qolbaq  və  məlumatlandırıcı  bukletlər)  tamaĢaçılara  təqdim  edilmiĢdir.  Aksiyaya  dəstək  göstərən 
Ġsveçrənin tanınmıĢ müğənnisi Greis ingilis və fransız dillərində “Xocalıya ədalət” yazısı əks olunan mayka ilə 
səhnəyə çıxmıĢdır. H.O.S.T qrupu öz çıxıĢını “Xocalıya ədalət” devizi ilə baĢlamıĢdır.  
Konsert aksiya iĢtirakçıları tərəfindən böyük maraqla qarĢılanmıĢdır.  
“Xocalıya ədalət” kampaniyasına dəstək aksiyası 10 dekabr - Beynəlxalq Ġnsan Haqları Günü ilə əlaqədar 
BMT-nin Cenevrədəki mənzil-qərargahında keçiriləcək beynəlxalq konfransla davam edəcəkdir.  
 
AzərTAc 
21 noyabr 2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
44 
 
Kolumbiyanın Kartahena Ģəhərində “Xocalıya ədalət” beynəlxalq kampaniyasının  
növbəti aksiyaları keçirilmiĢdir 
 
Dialoq  və  ƏməkdaĢlıq  uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun  Media  Departamentindən 
bildirmiĢlər  ki,  dekabrın  6-7-də  Kolumbiyanın  Kartahena  Ģəhərində  “Xocalıya  ədalət”  kampaniyasına 
dəstək  aksiyaları  keçirilmiĢdir. Aksiyalar gənclərin “Dünya  insanlıq  irsinə”  həsr olunmuĢ  milli  festivalı 
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin