“Xocalı qətliamının soyqırım aktı kimi tanınması bir-iki günün məsələsi deyil”
QƏNĠRƏ PAġAYEVA: “BUNUN ÜÇÜN HƏLƏ ÇOX ÇALIġMALI, ƏLĠMĠZDƏN GƏLƏNĠ
ƏSĠRGƏMƏMƏLĠYĠK”
Məlum olduğu kimi, qarĢıdan Xocalı soyqırımının 18-ci ildönümü gəlir. Qeyd edək ki, hər il istər dövlət,
istərsə də qeyri-dövlət, hökumət təĢkilatları səviyyəsində Xocalı soyqırımının ildönümü ilə bağlı ən müxtəlif
tədbirlər təĢkil olunur. Bu tədbirləri keçirən təĢkilatlar arasında isə Heydər Əliyev Fondu xüsusilə fərqlənir. Bəs,
görəsən, bu il bu Fond tərəfindən Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı hansı tədbirlərin keçirilməsi
gözlənilir, nəzərdə tutulur? Bununla bağlı, “525”ə açıqlamasında bitərəf millət vəkili Qənirə PaĢayeva ilk öncə
bildirib ki, prinsipcə, Heydər Əliyev Fondu ötən illər ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə,
beynəlxalq aləmə çatdırılması istiqamətində həddindən artıq böyük iĢlər görüb. Millət vəkilinin sözlərinə görə,
ümumiyyətlə, Xocalı soyqırımının, Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində sözügedən Fondun
rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın təĢəbbüsü ilə çox böyük iĢlər sərgilənib: “Ġndiyə qədər
dünyanın, Avropanın onlarla ölkəsində Xocalı soyqırımının ildönümlərində tədbirlərin, sərgilərin keçirilməsi,
filmlərin nümayiĢ olunması və sair bu qəbildəndir. Bildiyiniz kimi, Xocalı soyqırımına dair müxtəlif dillərdə
Fond tərəfindən filmlər hazırlanıb, həmin filmlərin təqdimatı keçirilib. Həmçinin Xocalı soyqırımı ilə bağlı foto-
sərgilərin təqdimatı dünyanın onlarla ölkəsində düzənlənib. Xocalı soyqırımı ilə bağlı xarici kütləvi informasiya
vasitələrinin əməkdaĢları, jurnalistlər bu günə qədər nələri yazmıĢdı, onların sərgiləri keçirilib. Bununla yanaĢı,
“Xocalı uĢaqların gözü ilə” rəsm sərgisi və sair böyük tədbirlər təĢkil olunub. Bunlar hamısı Fondun və
ələlxüsus Mehriban xanımın Xocalı soyqırımının tanıdılması istiqamətində çox böyük xidmətləridir. Özü də
nəinki Xocalı soyqırımının, ümumilikdə bütün Azərbaycan həqiqətlərinin təbliği istiqamətində bu xidmətlər
ölçüyəgəlməzdir. Eyni zamanda onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Leyla xanım Əliyevanın uzun
müddətdən bəri baĢlatdığı bir kampaniya – “Xocalıya ədalət!” kampaniyası var ki, artıq dünyada bu
kampaniyaya qoĢulan insanların sayı günü-gündən çoxalmaqdadır. Bu kampaniya daha da geniĢlənməkdədir.
Bu baxımdan çox güman ki, bu kampaniya və təbii ki, bu istiqamətdə görülən iĢlər bundan sonra da davam
edəcək. Amma söhbət ondan gedir ki, bizim hər birimiz bu kampaniyalara dəstək verməliyik. Harada
yaĢamağından asılı olmayaraq – Azərbaycanda da, Azərbaycandan kənarda da. Hərənin gücü nəyə çatırsa,
Azərbaycan həqiqətlərinin, Xocalı həqiqətlərinin təbliğ edilməsi, bütövlükdə Qarabağ savaĢında Ģəhid, əlil
olmuĢ, yaralanmıĢ qəhrəmanlarımızın, ümumən Azərbaycan xalqının baĢına gətirilən bütün müsibətlərin təbliğ
edilməsi, erməni yalanlarının qarĢısının alınması istiqamətində öz fəaliyyətini ortaya qoymalıdır. Burada hər
kəsin üzərinə düĢən bir məsuliyyət payı var və hər kəs də, o məsuliyyəti baĢa düĢməli, yerinə yetirməlidir. Heç
kəs gözləməməlidir ki, kimsə baĢqaları bunu etməlidir, o, heç nə gözləmədən bu iĢə əlindən gələn dəstəyi
verməlidir. Amma bir daha vurğulayıram, Fondun – Mehriban xanımın təĢəbbüsü ilə Xocalı soyqırımının
tanıdılması, dünyaya çatdırılması istiqamətində çox böyük layihələr var və bu layihələr də, təbii ki, gələcəyə
doğru daim davam edəcək”.
Onu da qeyd edək ki, Xocalı soyqırımının növbəti ildönümü yaxınlaĢan ərəfədə hər zaman bu məsələ –
sözügedən faciənin soyqırımı aktı kimi Türkiyə Böyük Millət Məclisində (TBMM) tanınması məsələsi gündəmə
gəlir. Belə olan təqdirdə, görəsən, nəhayət, TBMM Xocalı qətliamını soyqırım aktı kimi tanıya bilərmi və
tanıyacağı təqdirdə, bu vandalizm aktının dünya dövlətləri tərəfindən də soyqırım aktı kimi tanınması prosesinə
hansısa bir təsir göstərərmi? Millət vəkilinin qeyd etdiyinə görə, Xocalı soyqırımının ildönümləri ilə bağlı bir
neçə dəfə Türkiyədə, TBMM-də olub. Burada bir neçə millət vəkili Xocalı soyqırımı ilə bağlı çıxıĢlar edir, bu
qətliamın baiskarlarının, günahkarlarının pislənməsi, məsuliyyətə cəlb olunması tələbləri irəli sürülür. Bununla
belə, hər bir Azərbaycan vətəndaĢının, hamımızın arzusu odur ki, TBMM-də Xocalı soyqırımı ilə bağlı geniĢ
dinləmələr təĢkil olunsun və bu dinləmələrin yekun olaraq Xocalı qətliamının soyqırım aktı kimi tanınması ilə
bağlı sənəd qəbul edilsin: “Bilirsiniz, bir atalar məsəlində deyildiyi kimi, uman yerdən küsərlər. Türkiyə bizim
ən yaxın dostumuz, qardaĢ dövlətimizdir. Biz iki dövlət, bir millətik. Eyni zamanda, onu da qeyd edim ki,
Türkiyə xalqı və dövləti daim Qarabağ məsələsində Azərbaycanın yanındadır. Bununla belə, hamının könlündə
olan istək budur ki, Türkiyə parlamenti də Xocalı soyqırımını soyqırım aktı kimi tanısın. Ancaq bu məsələdə
təkcə Türkiyə ilə kifayətlənmək olmaz. Biz də Xocalı soyqırımının soyqırım aktı kimi tanınması ilə bağlı təkcə
Türkiyədən, Türkiyə parlamentindən ummamalıyıq. Bunun üçün dünyanın ən müxtəlif ölkələrində iĢlər
aparmalı, məhz həmin dövlətlərdə Xocalı soyqırımının soyqırım aktı kimi tanınmasına nail olmalıyıq. Bu iĢdə,
heç Ģübhəsiz ki, diplomatik korpuslarımızla, səfirliklərimizlə yanaĢı, həmin ölkələrdəki diaspor
təĢkilatlarımızın, diasporumuzun, xaricdə yaĢayan azərbaycanlılarla bağlı əlaqələndirici rolunu oynayan dövlət
qurumlarının üzərinə çox böyük iĢlər düĢür. Lakin bu yerdə onu da nəzərinizə çatdırım ki, xaricdəki
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
53
diasporumuzda, diaspor təĢkilatlarımızda da vəziyyət heç də arzuolunan səviyyədə deyil. Onların özlərində də
bir sıra problemlər var. Yəni, diasporumuzun, diaspor təĢkilatlarımızın özündə də milli məsələlərə sahiblənmək
prosesi hələ yeni-yeni baĢlamaqdadır. Əgər xaricdəki diasporumuz, diaspor təĢkilatlarımız milli məsələlərə,
davalara tezliklə sahiblənsə, eyni zamanda, fəaliyyətimizi geniĢləndirməyə, iĢlərimizi sürətləndirməyə nail ola
bilsək, onda təbii ki, haçansa bütövlükdə dünya tərəfindən yaxın keçmiĢimizdə baĢ vermiĢ, özü də gerçəkdən
yaĢanmıĢ Xocalı qətliamının soyqırım aktı kimi tanınmasına nail ola bilərik. Onu da qeyd edim ki, bu iĢləri
həyata keçirmək üçün xeyli müddət, vaxt, zaman tələb olunur. Bunlara bir-iki ilin içində nail olmaq çətindir və
qeyri-mümkündür. Ermənilər də öz uydurma “erməni soyqırımını” tanıtmaq üçün uzun illərdən bəri fəaliyyət
göstəriblər və bu fitnəkar əməllərini bu gün də davam etdirməkdədirlər. Yəni, demək istəyirəm ki, Xocalı
qətliamının soyqırım aktı kimi tanınması bir-iki günün məsələsi deyil. Bunun üçün hələ çox çalıĢmalıyıq,
əlimizdən gələnləri və gəlməyənləri əsirgəməməliyik. Bu yerdə qeyd edim ki, Xocalı faciəsinin soyqırım aktı
kimi TBMM tərəfindən indiyənədək tanınmamasının da müəyyən səbəbləri var. Türkiyəli dostlarımızla,
siyasətçilərlə bu yöndə söhbətlər apararkən onlar bildirirlər ki, bu məsələ onların da ürəyindən keçir. Onlar
vurğulayırlar ki, biz də istəyirik elə günü sabah Xocalı faciəsini müzakirə edək və onu soyqırım aktı kimi
tanıyaq. Ancaq onlar Türkiyənin dünyanın müəyyən reallıqları ilə üz-üzə qaldığını qeyd edərək, TBMM-in
Xocalı faciəsini rəsmən soyqırım aktı kimi tanımasına çətinlik çəkdiyini dilə gətirirlər. Hesab edirəm ki, burada
Türkiyə dövlətini də, Türkiyə parlamentini də, türkiyəli dostlarımızı da baĢa düĢmək olar. Ancaq biz istərdik ki,
Türkiyə parlamenti, Türkiyə dövləti Xocalı faciəsini soyqırım aktı kimi tanıyan ilk parlament, ilk dövlət olsun”.
Kamil HƏMZƏOĞLU
“525-ci qəzet”.-2010.-19 yanvar.-N.10.-S.4.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
54
"Xocalının" genosid aktı kimi beynəlxalq tanınması baĢlandı
Ġlk tarixi sənəd Uqandadan gəldi
Leyla Əliyeva: "Siyasi baxımdan lobbiçilik imkanlarımızı artırmalıyıq və bundan maksimum səmərəli
istifadə etməyə çalışmalıyıq. Bu yöndə neft amilindən yaxşı mənada istifadə etməliyik"
Məhərrəm Zülfüqarlı: "Xarici ölkələrin qurumları ilə, ölkəmizdəki səfirliklərlə və beynəlxalq
qurumlarla sistemli şəkildə iş aparılmasına ehtiyac var"
Bu günlərdə Ġslam Konfransı TəĢkilatı Uqandada keçirilən toplantıda Xocalı faciəsilə bağlı xüsusi
sənəd qəbul edib. Həmin sənəddə ermənilərin bəĢəriyyətə qarĢı cinayət törətdiyi xüsusi olaraq qeyd
olunub ki, bu da olduqca böyük əhəmiyyətə malikdir. Ən azı, Azərbaycan həqiqətlərinin beynəlxalq
ictimaiyyətdə tanınması baxımından.
Ümumilikdə ĠKT zaman-zaman Azərbaycana dəstək verən beynəlxalq təĢkilatdır. Azərbaycan torpaqları
erməni iĢğalına məruz qalandan sonra bu qurum Ermənistanı iĢğalçı dövlət kimi tanıyıb. Azərbaycanın ərazi
bütövlüyü məsələsilə bağlı hər il BMT-nin BaĢ Assambleyasında keçirilən səsvermədə də ĠKT üzvləri
yekdilliklə ölkəmizin lehinə səs veriblər. Xocalı soyqırımı ilə bağlı qəbul olunan sənədi də bu obyektiv xəttin
davamı kimi qəbul etmək olar. Ümumilikdə beynəlxalq aləmdə bu yöndə daha tutarlı nəticələrə nail olmaq üçün
hansı iĢlər görülməlidir?
Tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı bu istiqamətdə ardıcıl uğurlara nail olmaq üçün aidiyyəti
qurumların davamlı iĢ aparmasına ehtiyac olduğunu bildirdi: "Xüsusən də Xarici ĠĢlər Nazirliyinin üzərinə
böyük iĢ düĢür. Xarici ölkələrin qurumları ilə, ölkəmizdəki səfirliklərlə və beynəlxalq qurumlarla sistemli
Ģəkildə iĢ aparılmasına ehtiyac var. Bütün bunlardan sonra ortalığa real nəticə qoymaq mümkün olacaq. Bu iĢdə,
bütün hallarda, əsas məsuliyyət Azərbaycanın üzərinə düĢür. Hansısa dövlət gəlib Azərbaycanın yerində iĢ
görən deyil. Müsəlman dövlətlər və digər ölkələr Xocalı faciəsi barədə ətraflı məlumata malik olsalar və yaxud
da biz yetərincə həmin dövlətləri məlumatlandıra bilsək, ən azından, bizə mənəvi dəstək vermiĢ olacaqlar. Onu
da qeyd edim ki, bu səpkili sənədlər beynəlxalq rəyə təsir etmək gücünə malik olduğundan, yeri gəldikcə
Azərbaycanın haqq iĢinin dünyaya çatdırılmasında, Qarabağ məsələsinin həll olunmasında yardımçı olacaq. O
cümlədən onu da unutmamalıyıq ki, Ġslam Konfransı TəĢkilatı Azərbaycanın ərazi bütövlüyünü tanıyan,
Ermənistanı iĢğalçı dövlət elan edən bir qurumdur. Yadda saxlamaq lazımdır ki, Avropa ġurası, Avropa Ġttifaqı
kimi, ĠKT də beynəlxalq təĢkilatdır. Bu səpkili təĢkilatların verdiyi bəyanatların beynəlxalq rəyə ciddi təsiri
olur. Amma praktiki iĢə gəldikdə, bu cür bəyanatlardan sonra Azərbaycan özü fəaliyyətini geniĢləndirməli və öz
haqq iĢini müdafiə etməlidir. Həmçinin, öz torpaqlarını azad etmək uğrunda mübarizəyə qalxmalıdır. Bir daha
qeyd edim ki, bu bəyanatlar bizə dəstək üçündür. Lakin heç bir dövlət verdiyi bəyanatdan sonra əvəzimizə
problemlərimizi həll etmək üçün addım atmır və atmayacaq da. Ona görə də biz daha fəal və sistemli iĢ
aparmalıyıq".
Politoloq Leyla Əliyeva sözügedən sənədi müsbət dəyərləndirsə də, ümumilikdə bununla
kifayətlənməyin doğru olmadığını bildirdi: "Biz davamlı olaraq dünyanın bütün aparıcı dövlətlərilə bu
istiqamətdə iĢ aparmalıyıq. Ġlk növbədə Avropa Birliyinə inteqrasiyamızı gücləndirməliyik. Unutmamalıyıq ki,
bugünkü dünyada əsas aparıcı güc və təsir mərkəzi məhz Qərbdədir. Ona görə də kompleks iĢ görməyə ehtiyac
var. ĠKT müsəlman dünyasında nüfuzlu bir təĢkilatdır. Ancaq həmin təĢkilatın imkanları da müəyyən çərçivə
daxilindədir və həlledici əhəmiyyətə malik deyil. Bu amili də nəzərə almalıyıq. Müqayisə üçün qeyd edim ki,
bir vaxtlar Rusiya dünyanın aparıcı güc mərkəzlərindən biri olsa da, indi bu belə deyil. Ona görə də Qarabağ
həqiqətlərinin əsasən Qərb ölkələrində tanınması bizim üçün daha vacibdir. Bu yöndə davamlı uğurlara nail
olmaq üçün birinci növbədə demokratik ölkə qurmaq lazımdır. Həmçinin, çox güclü institutlar və digər
təsisatların yaradılmasına ehtiyac var. Xüsusən də Xarici ĠĢlər Nazirliyinin rəhbərliyi altında səfirliklər və
konsulluqlar daha aktiv Ģəkildə öz iĢini qurmalıdır. Siyasi baxımdan lobbiçilik imkanlarımızı artırmalı və
bundan maksimum səmərəli istifadə etməyə çalıĢmalıyıq. Bu yöndə neft amilindən yaxĢı mənada istifadə
etməliyik. Hesab edirəm ki, qeyd etdiyim faktorlar reallaĢdırılsa, ortalıqda nəticə də olacaq".
Xatırladaq ki, Ġslam Konfransı TəĢkilatının Parlament Birliyi "Xocalıya Ədalət" beynəlxalq
kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edib.
ĠKT Gənclər Forumunun Ġstanbulda yerləĢən baĢ qərargahından APA - ya verilən məlumata əsasən,
Uqandanın paytaxtı Kampala Ģəhərində keçirilən 6-cı sessiyaya 51 dövlətin parlament rəhbərləri və nümayəndə
heyətləri qatılıb. Konfransda qurumun Gənclər Forumunun (ĠKGF) təĢəbbüsü ilə "ĠKGF ilə ĠKT PB arasında
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
55
əməkdaĢlıq" haqqında qətnamə qəbul olunub. ĠKGF-nin mədəniyyətlərarası dialoq üzrə baĢ koordinatoru Leyla
Əliyevanın təĢəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən
qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "insanlığa
qarĢı cinayət" kimi qiymət verilib. Qətnamədə "Xocalıya Ədalət" kampaniyasına tam dəstək ifadə olunub,
quruma üzv olan 51 dövlətin parlamenti bu faciəni insanlığa qarĢı cinayət kimi tanımağa və kampaniyaya həm
milli, həm də beynəlxalq səviyyələrdə dəstək verməyə çağırılıb.
Qətnaməni Ģərh edən ĠKGF baĢ katibi, səfir ElĢad Ġsgəndərov bildirib ki, bu, beynəlxalq təĢkilatlar
tərəfindən Xocalı faciəsini insanlığa qarĢı cinayət kimi tanıyan ilk sənəddir: "Nəzərə alsaq ki, ĠKT PB öz
sıralarında dünya parlamentlərinin dörddə birini cəmləĢdirir və dünyanın ən böyük parlamentlərarası
beynəlxalq qurumlarındandır, sözügedən termin Xocalı faciəsinin erməni millətçiləri tərəfindən
Azərbaycan xalqına qarĢı aparılan soyqırım siyasətinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə
tanınması və bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsi üçün keyfiyyətcə yeni mərhələ
açacaq".
Vidadi OrdahallI
“Bakı Xəbər”.-2010.-2 fevral.-№282.-S.7.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
56
Əlli bir ölkənin parlamentinin nümayəndələri Xocalı faciəsini
insanlığa qarĢı cinayət kimi qiymətləndirmiĢlər
Bununla əlaqədar Ġslam Konfransı TəĢkilatı “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək
çərçivəsində xüsusi qətnamə qəbul etmiĢdir
Yanvarın 31-də Ġslam Konfransı TəĢkilatına üzv dövlətlərin Parlament Ġttifaqının (ĠKT PĠ)
Uqandanın paytaxtı Kampala Ģəhərində keçirilən VI sessiyasında Azərbaycan üçün çox mühüm hadisə
baĢ vermiĢdir. Əlli bir ölkənin parlament heyətləri baĢçılarının iĢtirak etdiyi tədbirdə Ġslam Konfransı
Gənclər Forumunun (ĠKGF) təĢəbbüsü ilə “ĠKGF ilə ĠKT PĠ arasında əməkdaĢlıq” haqqında qətnamə
qəbul edilmiĢdir. Bu barədə məlumatı ĠKGF-nin baĢ qərargahı yaymıĢdır.
Məlumatda deyilir ki, ĠKGF-nin mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım
Əliyevanın təĢəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində irəli sürülən
qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “Ġnsanlığa
qarĢı cinayət” kimi qiymət verilmiĢdir. Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm
də beynəlxalq səviyyədə tam dəstək verməyə çağıran bənd də öz əksini tapmıĢdır.
Sənədi Ģərh edən Ġslam Konfransı Gənclər Forumunun baĢ katibi ElĢad Ġsgəndərov bildirmiĢdir ki,
qətnamə beynəlxalq təĢkilatlar tərəfindən Xocalı faciəsini “Ġnsanlığa qarĢı cinayət” kimi tanıyan ilk sənəddir.
Nəzərə alsaq ki, ĠKT Parlament Ġttifaqı öz sıralarında dünya parlamentlərinin demək olar ki, dörddəbirini
cəmləĢdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, həmin qətnamədə Xocalı
qətliamının beynəlxalq hüququn normalarına əsasən insanlığa qarĢı cinayət adlandırılması Xocalı soyqırımının
dünya səviyyəsində tanınmasına, eyni zamanda, bu cinayəti törədənləri məsuliyyətə cəlb etmək üçün
keyfiyyətcə yeni bir mərhələ açacaqdır.
Qətnamə Ermənistana da çatdırılacaqdır. Çünki Kampalada keçirilən sessiyada beynəlxalq təĢkilatların
nümayəndələri, o cümlədən Ermənistanın da üzv olduğu Qara dəniz Ġqtisadi ƏməkdaĢlıq TəĢkilatının Parlament
Birliyinin nümayəndələri də iĢtirak etmiĢlər. Qətnamənin digər bir bəndində Leyla xanım Əliyeva tərəfindən
irəli sürülmüĢ “Xocalıya ədalət” kampaniyasına tam dəstək verilmiĢdir.
Uqandada keçirilən tədbirdə iĢtirak edən dövlətlərin nümayəndələri qətnamənin qəbul edilməsinə
yekdilliklə səs vermiĢlər. Sənədin qəbul olunmasında ĠKT ölkələri parlamentlərinin 10-dan çox sədri və təqribən
100 deputat, mötəbər qurumların nümayəndələri iĢtirak etmiĢlər.
ĠKGF-nin baĢ katibi E. Ġsgəndərov xüsusi vurğulamıĢdır ki, bu, Leyla xanım Əliyevanın təĢəbbüsü ilə
artıq bir ildir ki, fəaliyyət göstərən “Xocalıya ədalət” kampaniyasının üçüncü ciddi uğurudur.
Birinci uğuru biz kampaniyaya baĢlayandan az sonra ĠKT xarici iĢlər nazirləri tərəfindən Xocalı faciəsini
kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbuluna nail olduq. Keçən ilin iyul ayında isə ĠKT
Gənclər Forumu ilə ĠSESKO arasında imzalanmıĢ anlaĢma nəticəsində Xocalı faciəsi haqqında məlumatın ĠKT
ölkələrinin tarix dərsliklərinə daxil edilməsi barədə razılıq əldə olunmuĢdur. Bundan əlavə, ötən ilin dekabrında
BMT çərçivəsində keçirilən konfransda Xocalı soyqırımı Ruanda, Srebrenitsa, Xolokost kimi dünya tərəfindən
tanınmıĢ soyqırımları ilə yanaĢı, Ġnsan Haqları Günündə gündəmə gətirilmiĢ və bununla əlaqədar BMT-də
konfrans keçirilmiĢdir. “Xocalıya ədalət” kampaniyası davam etməkdədir.
Qətnamənin qəbul olunması ilə bağlı ideya ĠKGF-nin mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi
Leyla xanım Əliyeva tərəfindən keçən il Bakıda kampaniyanın milli əlaqələndiricilərinin görüĢü zamanı irəli
sürülmüĢ və ötən müddətdə kampaniyanın ĠKT ölkələrindəki fəallarının milli parlamentlərinə yönəlmiĢ
lobbiçilik fəaliyyəti nəticəsində uğurla qəbul edilmiĢdir. Bu prosesə ĠKGF-nin bir sıra ĠKT ölkələri
parlamentləri və ilk növbədə Azərbaycan Respublikası Milli Məclisi və onun Katibliyi ilə əməkdaĢlığı xüsusi
dəstək vermiĢdir.
“Xocalıya ədalət” kampaniyasının təĢəbbüskarı Leyla xanım Əliyevadır. Bu kampaniyaya 2009-cu ilin
fevralında start verilmiĢdir və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünün iĢtirakı ilə uğurla davam
etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq,
qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin
anılmasına nail olmaqdır. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org internet saytı
vasitəsilə aparılır.
“Xalq qəzeti”.-2010.-2 fevral.-N 25.-S.1.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
57
Xocalı soyqırımı: pessimizmdən ictimai strategiyaya doğru
Ermənilər tərəfindən bəĢəriyyətə qarĢı ən alçaldıcı, qanlı qırğın olan Xocalı soyqırımı barədə
mətbuatımızda çox yazılıb, bu haqda efir məkanında çox söhbətlər edilib, insanın tükünü ürpədən, insan
tərəfindən törədilməsi qətiyyən inanılmaz olan dəhĢətli qırğın səhnəsi, fotolar çox göstərilib. Hamısı da 1992-ci
ilin 25 fevralından 26 fevralına keçən günün ildönümü ilə əlaqədar qan yaddaĢımızın, soy təəssübkeĢliyimizin
ötəri canlanması, düĢmənə nifrət emosiyamızın keçici aĢıb-daĢması nəticəsində… Bəli, həmin gecə xalqın
tarixinə qara hərflərlə yazıldı. Xocalı yerlə bir edildi, məsum körpələr belə amansızca qətl edildi. Rəsmi
məlumatlar da hamımıza bəllidir: erməni qatillərinin törətdikləri bu yeni kütləvi qırğın 613 nəfərin, o cümlədən
106 qadın, 63 uĢaq, 70 qocanın xüsusi qəddarlıqla məhvinə səbəb oldu. Qırğın həm də 487 nəfərin yaralanması,
1275 dinc sakinin amansız iĢgəncələr məqsədi ilə əsir götürülməsi, 150 nəfərin itkin düĢməsi, 8 ailənin
tamamilə məhv edilməsi ilə nəticələndi… “Xocalı soyqırımı bu gün Xatın, Liditsa, Oradur soyqırımları ilə bir
sırada durur” - tez-tez belə oxĢar ifadələr iĢlədirik. Dururmu? Əslində fakt olaraq Ģübhəsiz. Bəs biz bunu hansı
səviyyədə qəbul etdirə bilmiĢik? Bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan
soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarĢı beynəlxalq müstəvidə
təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təĢkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən
cəzalandırılması və sair məsələlər həllini gözləyir. Amma Xocalı soyqırımı ilə bağlı Azərbaycan
cəmiyyətindəki əhval-ruhiyyə daha çox “dünyanın ədalətsiz olması”, “beynəlxalq təĢkilatların səsimizi
eĢitməməsi” kimi kəlmələrlə ifadə olunan pessimizm aĢılayır.
Elə isə dünyanı ədalətli, beynəlxalq təĢkilatları, superdövlətləri obyektiv davranmağa, ikili
standartlardan çəkindirməyə məcbur etməyin mexanizmi necədir? Bu yolda maneələr, çətinliklər nədir? Xocalı
ilə bağlı giley-güzar mövqeyimizdən cəmiyyət olaraq imtina etmək, ən yeni tarixin bu ən dəhĢətli soyqırım
faktına informasiya savaĢı kontekstində yanaĢmaq üçün nə etməliyik? Unudulmamalıdır ki, ermənilər bizə qarĢı
Xocalı qətliamını törədərkən buna öz emosiyalarından daha çox soyuqqanlı və məqsədli bir məkrlə yanaĢıblar -
bizi qırmaqla bərabər bizə qarĢı informasiya müharibəsi aparıblar. Meyitlərin xüsusi, soyuq qəddarlıqla eybəcər
hala salınması, əzalarının kəsilməsi, skalplarının soyulması, hamilə qadınların qarınlarının yırtılması və sair
faktlar əslində informasiya müharibəsinin xüsusi növü olan psixoloji müharibəyə hesablanıb. Elmi ədəbiyyatda
belə müharibələrin, insanları qırılan tərəfdə qorxu, vahimə yaratmaq, mübarizə və döyüĢ əzmini qırmaq, həmin
tərəfin əsgərlərini fərariliyə sövq etmək məqsədilə törədildiyi bildirilir. Deməli, ermənilər çoxdandır, iki
cəbhədə - həm hərbi, həm də informativ cəbhədə üstünlük üçün çalıĢırlar. Daha çox bunun nəticəsidir ki, ABġ,
Rusiya, Fransa və BMT-nin Təhlükəsizlik ġurası bu məsələdə Azərbaycanın haqlarını, Ermənistanın təcavüzünü
görməkdə tərəddüd edir, ikili standartlarla çıxıĢ edirlər. Bu isə bizim üçün dəhĢətli bir məqamdır. Ona görə də
məsələnin ənənəvi müzakirəsindən, beynəlxalq təĢkilatların hazırkı mövqeyinin təfərrüatlı Ģərhi kimi məsələləri
qeyd etməkdən vaz keçib, bu yazıda bir qədər fərqli mövqe nümayiĢ etdirməyə çalıĢdıq. Məqsəd budur ki,
dünyada Xocalı ilə bağlı dolğun və obyektiv informasiyaların çatdırılması, dünya ictimaiyyətinin mahiyyətdən
xəbərdar olması təmin edilsin, beləliklə də an azından məsələyə qərəzli yanaĢan beynəlxalq təĢkilatlar, dövlətlər
geniĢ miqyasda və kəskin Ģəkildə ifĢa edilsin, bununla da onlara soyqırımı məsələsində təzyiq, imkan və
manevrlərimiz artmıĢ olsun. Beləliklə, Xocalı soyqırımı ilə bağlı ictimai strategiyamız necə olmalıdır? Ən çox
cəmiyyətin aparmalı olduğu informasiya müharibəsi çərçivəsində bu məsələ necə diqqətə götürülməlidir?
Mövzu ilə bağlı informasiya savaĢını aparmaqda avanqard sayılmalı olan institutların fəaliyyətini, onların
nümayəndələrinin təkliflərini öyrəndik. Elmi-institusional aspekt Öncə qeyd edək ki, Xocalı soyqırımını elmi
müstəvidə dünyaya tanıtmaq və buna dünya alimlərinin, tarixçilərinin diqqətini geniĢ miqyasda cəlb etmək ciddi
effekt verə bilər. Belə ki, dünya elmi ictimaiyyətinin ermənilər tərəfindən çağdaĢ dövrdə törədilmiĢ soyqırımın
tarixi və antibəĢəri mahiyyəti barədə təfərrüatlı Ģəkildə məlumatlanması dünyaya, Qərb dairələrindəki ictimai
rəyə ciddi təsir imkanı yarada bilər. Bəs alimlərimiz bu sahədə nə iĢ görürlər? Onların bu soyqırım faktını
dünyada geniĢ miqyasda tanıtmaq üçün hansı təklifləri var? Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA)
Tarix Ġnstitutunun direktor müavini, professor Cəbi Bəhramov belə deyir: “Ġnstitutda ermənilərin
azərbaycanlılara qarĢı soyqırım problemlərini araĢdıran elmi mərkəz fəaliyyət göstərir. Burada iki Ģöbə var:
azərbaycanlılara qarĢı soyqırım tarixi Ģöbəsi və Qarabağ tarixi Ģöbəsi. Bu Ģöbələrdə sırf ermənilərlə münaqiĢə
problemlərinin tarixi, onların meydana gəlməsi, ümumi nəticələri elmi baxımdan araĢdırılır. Tarix Ġnstitutu
tədqiq edib ortaya qoyduğu araĢdırmaları üç dildə nəĢr etdirir. Məsələn, biz 2003-cü ildə ingilis və rus dillərində
"Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlər haqqında" kitab nəĢr etdik. Burada institutun
aparıcı alimlərinin əsərləri nəĢr olunub. Bu, yenidən çapa hazırlanır, bəzi əlavələrlə yenidən iĢıq üzü görəcək.
Onu da deyim ki, bu mövzu ilə bağlı çoxsaylı namizədlik, doktorluq müdafiələri olub. Həmçinin Qərbi
Azərbaycan tarixi, ermənilərin iddiaları, ekspansiya siyasəti ilə bağlı ciddi araĢdırmalar aparılıb. Avropa
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
58
mətbuatına çıxmaq və Xocalı soyqırımını elmi Ģəkildə avropalılara təqdim etmək üçün həm maliyyə vəsaiti,
həm də böyük səylər tələb olunur”. Alim qeyd edir ki, bu məsələyə bir çox hallarda avropalılar tərəfindən siyasi
yönümdən yanaĢıldığı üçün, Xarici ĠĢlər Nazirliyinin, Diasporla iĢ üzrə Dövlət Komitəsinin xətti və digər
qurumlar tərəfindən müəyyən dəstəyə ehtiyac var. Qeyd edir ki, humanitar sahədə çalıĢan alimlər elmi dərəcə
almaq üçün attestasiya komissiyasının qərarı ilə xaricdə üç məqalə çap etməlidirlər: “Doktorluq üçün isə 6-ya
qədər məqalə xaricdə çap edilməlidir. Amma qeyd edim ki, məsələn, Rusiyada və MDB məkanında bu səpkidə
verilmiĢ məqalələri çap etmirlər, “siyasi məsələ olduğunu” əsas gətirib geri qaytarırlar. Elə Avropada da
məsələyə belə münasibət bəsləyirlər. Bütövlükdə götürdükdə bizim bu məsələyə münasibətimiz də qənaətbəxĢ
deyil. Belə ki, beynəlxalq ictimai rəyin diqqətini cəlb etmək üçün mütəmadi olaraq iĢ aparmalıyıq. Amma biz
cəmiyyət olaraq müəyyən bir tarixi hadisəyə daha çox ildönümünü keçirmək baxımından diqqət ayırırıq, sonra
isə həmin hadisələrlə bağlı iĢ aparılmır”. Alimin bildirdiyinə görə, bunun nəticəsində ermənilərlə ideoloji-
informativ mübarizə effektli olmur. Ermənilərin isə bu baxımdan daha bir üstünlüyü ondadır ki, müəyyən iri
dövlətlər öz siyasi məqsədlərini reallaĢdırmaq üçün onlardan yararlanır, onların diasporunu stimullaĢdırır:
“Onlar üçün bu məsələdə supergüclərin qapıları açıqdır. Həmçinin bu məsələyə xristian-müsəlman qarĢıdurması
kontekstindən yanaĢılır. Bu baxımdan Azərbaycan bütün səylərini birləĢdirməlidir. Dövlət baĢçımız çıxıĢlarında
vurğulayır ki, bu məsələdə ermənilərə qarĢı total hücuma keçməliyik. Xocalı soyqırımını dünyaya tanıtmaq
məsələsində də mütləq ümumi koordinasiya olmalıdır”. Alimin fikrincə, bu məsələnin təbliğat və təĢviqatını
təĢkil etmək üçün tarixçi alim və mütəxəssislərdən istifadə etmək lazımdır. Bu soyqırımı faktını dünyaya
yaymaq üçün rus, ingilis, alman və sair dilləri bilən alimlərin mütəmadi olaraq xaricə ezam edilməsi, onların
maliyyə cəhətdən təmin edilməsi gərəkdir. Xocalı soyqırımı ən yeni tarixdə baĢ vermiĢ, kifayət qədər faktları,
fotoları, sənədləri ortada olan aydın soyqırımı faktıdır. Amma bu faktı, eləcə də digər həqiqətlərimizi
professional bir Ģəkildə təqdim etmək üçün çox iĢlər görmək lazımdır: “Alimlərin bilavasitə məsləhəti ilə
sənədli filmlər çəkmək lazımdır.
Xarici KĠV-lərə yol tapıb qısa çarxları nümayiĢ etdirmək lazımdır. Uzun yox, 5-10 dəqiqəlik
qısametrajlı filmlər ərsəyə gətirmək lazımdır ki, dünyaya nümayiĢ etdirilsin. Həmçinin bülleten və kitabçalar da
tərtib edilməlidir. Bütün bu kimi məsələlərdə tarixçi alimlərdən istifadə edilməlidir. Məsələ burasındadır ki,
Qərb ölkələrində, Avropada bir tədbir keçiriləndə ora alimimiz getmir. Ġstər Xocalı, istərsə də ümumiyyətlə
erməni vəhĢiliklərini, fitnəkarlıqlarını ifĢa və mühakimə etməyə hesablanmıĢ digər tədbirlərə tarixçi alimlərimiz
də mütləq qatılmalıdır. Bunun üçün Ģərait yaradılmalıdır. Çox vaxt bu cür tədbirlərə jurnalist, parlamentin üzvü
olan, amma ixtisasca tarixçi olmayanı və sair zümrə və ixtisas sahiblərini göndərirlər. Belə halda isə onlar
problemin mahiyyətini qlobal və aktual səviyyədə izah edə bilmirlər, nəticədə ermənilərin qarĢısında çaĢırlar.
Çünki ermənilər belə tədbirlərə həmiĢə çox yüksək səviyyədə hazırlaĢmıĢ, tarixi peĢəkarca saxtalaĢdırmaq
qabiliyyətinə malik olan adamlarını göndərirlər”. Professor qeyd edir ki, tarix elmi strateji sahə olduğuna görə
milli tariximizi tədqiq edən bir institut bu ideoloji mübarizədə ən güclü silahdır. Xocalı soyqırımını tanıtmaq,
dünyaya qəbul etdirmək və beynəlxalq aləmdə ermənilər üzərində ideoloji qələbəni təmin etmək üçün tarixçi
alim və mütəxəssislərin potensialından istifadə olunmalıdır. Onu da qeyd edək ki, soyqırımı ilə bağlı,
ümumiyyətlə isə erməni fitnəkarlıqlarının qarĢısının alınması və onlara qarĢı daha effektiv hücum
strategiyasının həyata keçirilməsi üçün daimi beyin mərkəzlərinin formalaĢdırılması və bu mərkəzlərdə ciddi
tədqiqatlar, informasiya savaĢı müstəvisində hücum eksperimentləri keçirmək, bununla bağlı xüsusi qruplar
hazırlamaq çox əlveriĢli olardı. Nəzərə alınmalıdır ki, torpaqlarımız hələ iĢğaldadır, barıĢıq yoxdur, soyqırımı
isə artıq baĢ verib və heç bir zaman inkar oluna bilməz. Bu halda, əsas diqqət erməniləri ciddi informasiya
məğlubiyyətinə uğratmağa verilməlidir ki, bu da daha sonra onlar üzərində qəti qələbə əldə etmək üçün zəmin
yaradar. Hökumət qurumları nə iĢ görür? Müvafiq hökumət qurumlarının bu sahədə hansı tədbirlər həyata
keçirdikləri, nələr planlaĢdırdıqları ilə maraqlandıq. Diasporla ĠĢ üzrə Dövlət Komitəsindən bu barədə məlumat
ala bildik. Komitənin Təbliğat və ictimaiyyətlə əlaqələr Ģöbəsinin müdiri ElĢad Miraləm belə bildirir: “Getdikcə
Xocalı soyqırımı ilə bağlı tədbirlərin intensivləĢməsinə daha çox diqqət yetirilir. Əsas məqsəd odur ki, Xocalı
hadisəsinin azərbaycanlılara qarĢı düĢünülmüĢ, planlaĢdırılmıĢ və törədilmiĢ bir soyqırımı aktı olduğunu
beynəlxalq ictimaiyyətə daha əhatəli Ģəkildə çatdıraq. Ona görə də ildən-ilə müxtəlif ölkələrdə çeĢidli formatda
tədbirlərin, konfransların, fotosərgilərin, etiraz aksiyalarının keçirilməsi daha miqyaslı xarakter alıb. Soyqırımla
bağlı müxtəlif ölkələrin parlamentlərinə, QHT-lərinə, ictimaiyyət nümayəndələrinə, dövlət qurumlarına,
beynəlxalq təĢkilatlara diaspor təĢkilatlarımız tərəfindən müraciətlər ünvanlanır. Müraciətlərdə soyqırımı ilə
bağlı faktlar, sənədlər əksini tapır. O cümlədən, bu il keçiriləcək belə tədbirlər həm kütləvilik, həm də ĠKT-nin
tətbiqi baxımından bir qədər fərqlənəcək. Bu məsələdə ənənəvi metodlardan bir qədər kənara durmaq, müasir
üsullardan yararlanmaq planlaĢdırılır. Qeyd edim ki, həmin tədbirlərdə Heydər Əliyev Fondunun hazırladığı
əyani vəsaitlərdən, təbliğat materiallarından da geniĢ istifadə ediləcək. O da məlum olduğu kimi, Heydər Əliyev
Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın baĢçılığı ilə dünyanın müxtəlif ölkələrində
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
59
dünya miqyasında “Xocalıya ədalət” kampaniyası həyata keçirilir. Kampaniyaya diaspor təĢkilatları da aktiv
Ģəkildə qoĢulurlar”. Komitə sözçüsünün bildirdiyinə görə, diaspor təĢkilatları soyqırımı tanıtmaqla bağlı
müxtəlif təĢəbbüslərlə çıxıĢ edirlər: “Bizsə onlara bu yolda tövsiyələr və dəstək veririk. Bu sıradan qeyd
edilənlərdən əlavə soyqırımı tanımaqla bağlı imzatoplama kampaniyaları keçirilir. Bu, bir neçə il öncə baĢlayıb
və indi də davam edir”. Türk və yəhudi diasporları ilə birgə iĢ Ģəraitində Xocalı soyqırımının dünya miqyasında
tanıdılması üçün hansı iĢlər görülür? E. Miraləm deyir ki, 2007-ci ilin 9 martında Bakıda Azərbaycan və türk
diaspor təĢkilatlarının forumu keçirilib: “Həmin ilin noyabrında isə türk dövlət və cəmiyyətlərinin dostluq,
əməkdaĢlıq və qardaĢlıq qurultayı keçirildi. Bu tədbirlər zamanı qəbul olunmuĢ sənədlərdə Xocalı soyqırımı və
ümumiyyətlə türklərə qarĢı ermənilər tərəfindən törədilmiĢ digər soyqırım aktlarının, türk xalqlarının məruz
qaldıqları haqsızlıq və ədalətsizliklərin tanıdılması istiqamətində bütün türk dövlət və xalqlarının birgə
fəaliyyəti öz əksini tapmıĢdı”. Məsələ burasındadır ki, bu strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi
üçün sarsılmaz və məqsədli Ģəkildə birgə əməli iĢ olmalıdır. Eləcə də Azərbaycana dost münasibəti olan bütün
xalqların diaspor təĢkilatlarının, həmçinin yəhudi lobbisinin əməkdaĢlığından faydalanmaq günün tələbidir.
Əsas məqsəd bu olmalıdır ki, digər təĢkilatlarla sıx əməkdaĢlıq münasibətlərindən istifadə edib ermənilərə qarĢı
informasiya savaĢında, xüsusilə Xocalı soyqırımı faktından düĢmənə qarĢı yararlanılmasında tam qələbə əldə
olunsun.
Diaspor nümayəndələrinin məsələ ilə bağlı ciddi hazırlığına və maarifləndirilməsinə də ehtiyac var.
Belə ki, onlar soyqırım, onun miqyası, mahiyyəti və baĢ verməsi ilə bağlı tam təfərrüatına qədər məlumatlı
olmalıdırlar. Daha sonra diaspor nümayəndələri üçün yaĢadıqları ölkələrdə soyqırımı tanıtma aksiyalarını
aparmaları məqsədi ilə ciddi təlimlər təĢkil edilməsi, onların “e-mail attack” və sair formalı ĠKT aksiyaları
keçirməyə alıĢdırılması, əyani vəsaitlərlə təmin olunması, yaĢadıqları ölkələrdə lobbiçilik yollarının öyrədilməsi
ciddi önəm kəsb edir. VətəndaĢ cəmiyyəti bu məsələdə ciddi təĢkilatlanmalıdır Qeyd etmək lazımdır ki,
sözügedən məsələdə cəmiyyətin mobil hala gətirilməsi üçün vətəndaĢ cəmiyyəti institutlarının üzərinə böyük
öhdəlik düĢür. Bu sıradan xüsusilə, Xocalı soyqırımı, Azərbaycan həqiqətləri sahəsi üzrə ixtisaslaĢmıĢ təĢkilatlar
təĢəbbüslərini intensiv reallaĢdırmağın daha səmərəli yollarını, metodlarını tapmalıdırlar. Bu barədə Xocalı
Soyqırımını Tanıtma Ġctimai Birliyinin təsisçisi ġamil Ələkbərlinin fikirlərini qeyd edək: “Xocalı soyqırımı
qurbanlarının sayı əslində ən azı min nəfərlə ölçülür, amma rəsmi məlumatlarda bu rəqəm çox vaxt 613 kimi
qeyd olunur. Xocalı Soyqırımını Tanıtma Ġctimai Birliyi 2007-ci ildə yaradılıb və əsas qayəsi soyqırımın
dünyaya, beynəlxalq təĢkilatlara tanıdılması və qəbul etdirilməsində Azərbaycan xalqına yardımçı olmaqdan
ibarətdir. Bu sahədə qarĢıda duran əsas məsələlərdən biri Xocalı soyqırımına hüquq-mühafizə orqanları
tərəfindən hüquqi qiymət verilməsinə nail olmaqdır. Ümumiyyətlə isə dövlət orqanları qarĢısında 5 tələbimiz
var. Bu tələblərin yerinə yetirilməsi ona görə lazımdır ki, beynəlxalq arenaya çıxanda əlimizdə soyqırımla bağlı
hüquqi əsasımız olsun. Ġndiki halda, beynəlxalq təĢkilatlar bildirirlər ki, sizin dövlətiniz tərəfindən Xocalı
faciəsinə soyqırım kimi hüquqi qiymət verilməyib. Deyirlər ki, Xocalıya verilən qiymət yalnız siyasi
xarakterlidir. Ona görə də çox istərdik ki, bizdə Xocalı soyqırımına hüquqi qiymət verilsin. Ġkincisi, 26 fevral
Milli Matəm Günü elan edilməli və qeyri-iĢ günü sayılmalıdır. Üçüncüsü, xocalıların statusu
dəqiqləĢdirilməlidir. Dördüncüsü, Bakıdakı ġəhidlər xiyabanında və düĢmən tapdağından azad olunacaq Xocalı
Ģəhərində soyqırımı muzeyləri yaradılmalıdır. Nəhayət, beĢincisi, baĢda Robert Köçəryan, Serj Sərkisyan,
Seyran Ohanyan olmaqla Xocalı soyqırımını törədənlər barədə Azərbaycan Respublikasının Prokurorluğunda
toplanmıĢ sənədlər Haaqa Beynəlxalq Hərbi Tribunalına və Avropa Ġnsan Hüquqları Məhkəməsinə
göndərilməlidir. Daha bir məqamı qeyd edim. Biz beynəlxalq tədbirlərdə iĢtirak edəndə yetərincə dolğun və
dəqiq məlumatlara ehtiyac olur, amma soyqırımla bağlı bəzi məlumatlar və sənədlər hələ də dəqiqləĢdirilməyib.
Ötən il Haaqada Türklərin Soyqırımlarını AraĢdırma TəĢkilatı ilə Xocalı Soyqırımını Tanıtma Ġctimai Birliyi
arasında bir anlaĢma protokolu imzalandı. 18 maddədən ibarət bu anlaĢma protokolu Ermənistanın Qarabağ-
Türk Soyqırımı adlanır. Burada müxtəlif sahələr üzrə əməkdaĢlıq nəzərdə tutulub. Amma bu tədbirlərdən ən
vacibi bu il Haaqa Ģəhərində birgə ictimai məhkəmənin keçirilməsidir. Bu cür məhkəmələrin ictimai rəyə təsiri
çox effektlidir və cəmiyyətdə ciddi rezonans doğurur. Bu məhkəməyə bir çox ölkələrdən nüfuzlu, tanınmıĢ
Ģəxslər dəvət olunacaq. Eyni zamanda erməni tərəfini də məhkəməyə dəvət edəcəyik. Bu ictimai məhkəmənin
keçirilməsi Azərbaycan və Türkiyəyə soyqırımı məsələsində və ümumiyyətlə informasiya savaĢında çox böyük
divident gətirəcək. Amma təbii ki, bu cür ciddi məsələlərdə dövlətin dəstəyinə arxalanırıq. Əlimizdə kifayət
qədər faktlar var ki, erməniləri beynəlxalq arenada diz üstə çökdürək. Amma bu faktlardan maksimum
yararlanılmalıdır. Məsələn, mən Xocalı faciəsi qurbanlarının Ģəkillərini çəkən fotoçulardan biriyəm, həm də o
vaxt “Səhər” qəzetində soyqırımla bağlı yazı yazan ilk jurnalistəm. Amma indiyə qədər soyqırım faktını
nümayiĢ etdirən fotolarımın sərgisini təĢkil edə bilməmiĢəm. Əslində bu sahədə effektli nailiyyət əldə etmək
üçün maliyyə təminatı da yetərli səviyyədə olmalıdır. Dövlət strukturlarından əlavə, imkanlı Ģəxslərimiz və
nüfuzlu Ģirkətlərin nümayəndələri, rəhbərləri olan soydaĢlarımız bu iĢdə maraqlı olmalıdır. Təəssüf ki, belə
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
60
soydaĢlarımız və təĢkilatlarımız bizə maliyyə baxımından yardım etmirlər. Bu baxımdan bizim layihələrimizi
maliyyələĢdirən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət TəĢkilatlarına Dövlət Dəstəyi ġurasıdır. Amma
bütün iĢləri Ģuranın öhdəsinə qoymaq olmaz. Bununla belə, hazırda www.xocali.info saytımız açılıb və üç dildə
fəaliyyət göstərir. Eyni zamanda planlaĢdırırıq ki, Almaniyada soyqırımla bağlı beynəlxalq konfrans keçirək.
Daha sonra soyqırımla bağlı 15 dəqiqəlik film hazırlamaq istəyirik. Filmi BMT-nin 5 iĢçi dilində hazırlamağı
planlaĢdırırıq. Amma bu, arzu olaraq qalır. Çünki dəstəyə ehtiyacımız var. Bütün çətinliklərə baxmayaraq,
məqsədlərimizin reallaĢmasında qərarlı, ümidli və əzmliyik”. Qeyd edək ki, Azərbaycan Prezidenti yanında
Qeyri-Hökumət TəĢkilatlarına(QHT) Dövlət Dəstəyi ġurası fəaliyyətə baĢlayandan, iki il ərzində keçirilmiĢ
müsabiqələr nəticəsində QHT-lər Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqiĢəsi və sair milli problemlərlə
bağlı effektli layihələr həyata keçirməyə nail oldular. Halbuki əvvəllər xarici donorların bu məsələlərə
marağının olmaması üzündən belə bir tendensiya yox idi. Ona görə də məsələ ilə bağlı milli donorçuluğun
formalaĢması müvafiq sahə üzrə ixtisaslaĢmıĢ QHT-lər üçün yaĢıl iĢıqdır. Həmçinin bu cür QHT-lər Ģuranın
müsabiqə istiqamətlərinin formalaĢmasında da konkret təĢəbbüslərlə çıxıĢ edə bilərlər. Məlumat üçün xatırladaq
ki, Ģura bu ildən müsabiqə istiqamətlərinin müəyyənləĢdirilməsini QHT-lərin müzakirəsinə buraxıb. Bu isə çox
müsbət məqamdır və QHT-lərin qeyd edilən sahədə təĢəbbüslərini reallaĢdırmaq üçün əlveriĢlidir. Həmçinin
belə QHT-lərin təĢəbbüs və təklifləri nəticəsində müsabiqə istiqamətləri içərisində Xocalı soyqırımı ilə bağlı
ayrıca istiqamət və ya mövzu əksini tapa bilər. Bundan baĢqa, bu sahədə geniĢmiqyaslı və mütəmadi layihələrin
həyata keçirilməsində Ģuranın digər maliyyə qurumları, ölkədə fəaliyyət göstərən Ģirkət və korporasiyalarla
əməkdaĢlığı ciddi rol oynaya bilər.
Eləcə də gənclər təĢkilatlarının bu sahəyə diqqətini artırmaq üçün müvafiq qurum olan Gənclər və
Ġdman Nazirliyi əlavə stimullaĢdırmalardan istifadə edə bilər. Qeyd edək ki, sözügedən sahədə “Ġrəli” Ġctimai
Birliyinin böyük təcrübəsi və icra edilmiĢ uğurlu layihələri var ki, bunlardan gənclər təĢkilatları səmərəli Ģəkildə
bəhrələnə bilərlər. Ġctimai təĢkilatların təĢəbbüslərinin bu sahədə daha bir uğuru odur ki, Ġslam Konfransı
TəĢkilatının Parlament Birliyi “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə
qəbul edib. Uqandanın paytaxtı Kampalada keçirilən 6-cı sessiyaya 51 dövlətin parlament rəhbərləri və
nümayəndə heyətləri qatılıb. Konfransda qurumun Gənclər Forumunun (ĠKGF) təĢəbbüsü ilə “ĠKGF ilə ĠKT PB
arasında əməkdaĢlıq” haqqında qətnamə qəbul olunub. ĠKGF-nin mədəniyyətlərarası dialoq üzrə baĢ
koordinatoru, Heydər Əliyev Fondunun Moskva Nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təĢəbbüsü ilə
Dostları ilə paylaş: |