“xocaliya ədaləT”



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə5/16
tarix06.09.2017
ölçüsü0,94 Mb.
#29157
1   2   3   4   5   6   7   8   9   ...   16

Nadir ORUCOV, 
Dünya Azərbaycanlıları Konqresinin Bakı  
nümayəndəliyinin rəhbəri 
 
 “Azərbaycan”.-2009.-27 fevral.-N 46.-S.3. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
28 
 
Rusiyada “Xocalıya ədalət” beynəlxalq kampaniyasına start verilmiĢdir 
 
Moskva,  27  fevral  (AzərTAc).  Fevralın  27-də  Moskvadakı  “Bakı”  kinoteatrında  Rusiya  Azərbaycanlı 
Gəncləri  TəĢkilatının  (AMOR)  və  Dialoq  və  ƏməkdaĢlıq  uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun  (DƏ-
ĠKGF)  təĢkilatçılığı  ilə  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyasının,  həmçinin  kampaniyanın  saytının 
təqdimatı keçirilmiĢdir.  
Tədbirin  rəsmi  hissəsindən  öncə  kinoteatrın  foyesində  Dialoq  və  ƏməkdaĢlıq  uğrunda  Ġslam  Konfransı 
Gənclər Forumunun  mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın təĢəbbüsü ilə 
elan  edilmiĢ  “Xocalıya  ədalət”  kampaniyasının  plakatları,  Ģamlardan  düzəlmiĢ  Azərbaycan  xəritəsi 
kompozisiyası, məktəbli uĢaqların rəsm sərgisi və “DUA” filmi nümayiĢ etdirilmiĢdir.  
Təqdimat mərasimi Xocalı soyqırımı ilə bağlı çəkilmiĢ filmin nümayiĢi ilə baĢlamıĢdır.  
Rusiya Azərbaycanlı Gənclər TəĢkilatının prezidenti, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin 
rəhbəri, Dialoq və ƏməkdaĢlıq uğrunda Ġslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baĢ 
əlaqələndiricisi  Leyla  xanım  Əliyeva  giriĢ  sözü  ilə  çıxıĢ  edərək,  Rusiya  gənclər  təĢkilatlarının  və  Azərbaycan 
diasporunun nümayəndələrinə kampaniyaya qoĢulduqlarına görə təĢəkkürünü bildirmiĢdir.  
Leyla  Əliyeva  Xocalı  faciəsinin  müasir  tariximizin  ən  qanlı  səhifəsi  olduğunu  vurğulamıĢ,  “Xocalıya 
ədalət” kampaniyasının tarixi ədalətə müsbət təsir göstərəcəyini bildirmiĢdir.  
Sonra  DƏ-ĠKGF-nin  baĢ  katibi  ElĢad  Ġskəndərov  kampaniyanın  təqdimatını  etmiĢdir.  
O,  təĢəbbüsün  əhəmiyyəti  barədə  danıĢmıĢ,  kampaniyaya  20-dən  artıq  ölkədə  start  verildiyini  bildirmiĢ, 
həmçinin  kampaniyanın  məqsədləri  və  nəzərdə  tutulan  fəaliyyət  formaları  haqqında  məlumat  vermiĢdir.  
Kampaniyanın  Rusiya  üzrə  yerli  əlaqələndiricisi  Janna  Krivolap  kampaniyanın  saytını  təqdim  etmiĢdir.  
Tədbirdə  yazıçı,  professor  Yuri  Pompeyev  çıxıĢ  edərək  Xocalı  faciəsinin  insanlığa  qarĢı  cinayət  olduğunu 
vurğulamıĢ və “Qarabağın qanlı çanağı” adlı kitabından söhbət açmıĢdır.  
Sonda tədbir iĢtirakçıları kampaniyanın bəyannaməsini imzalamıĢlar.  
 
AzərTAc 
27  fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
29 
 
Misirin Qahirə və Ġskəndəriyyə Ģəhərlərində “Xocalıya ədalət”  
kampaniyasının təqdimatı keçirilmiĢdir 
 
Bakı, 27 fevral (AzərTAc).  Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi Dialoq və ƏməkdaĢlıq 
uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun  (DƏ-ĠKGF)  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi 
Leyla  xanım  Əliyevanın  təĢəbbüsü  ilə  elan  edilmiĢ  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyası  çərçivəsində 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qahirə və Ġskəndəriyyə Ģəhərlərində bir sıra tədbir keçirmiĢdir.  
Səfirlikdən  bildirmiĢlər  ki,  Ġskəndəriyyə  Ģəhərində  keçirilən  VII  Beynəlxalq  kitab  sərgisi  çərçivəsində 
fevralın  25-də  faciənin  ildönümü  ilə  bağlı  Azərbaycan  icmasının,  “Vətən”  tələbə  təĢkilatının,  Azərbaycanın 
Mədəniyyət  və  Turizm  Nazirliyinin  nümayəndələrinin  iĢtirakı  ilə  geniĢ  ictimai  aksiya  keçirilmiĢdir.  Sərgidə 
iĢtirak  edən  qonaqlara  Xocalı  faciəsi  haqqında  məlumat  verilmiĢ,  “Xocalıya  ədalət”  kampaniyasının  və  onun 
internet  saytının  təqdimat  mərasimi  keçirilmiĢdir.  Bundan  baĢqa,  ərəb  dilinə  dublyaj  olunmuĢ  “Məhv  edilmiĢ 
Ģəhər”  filmi  nümayiĢ  etdirilmiĢ,  Xocalı  soyqırımı  ilə  bağlı  imzatoplama  kampaniyası  təĢkil  edilmiĢdir.  Sonda 
Heydər  Əliyev  Fondu  tərəfindən  faciə  ilə  bağlı  hazırlanmıĢ  təbliğat  materialları,  səfirliyin  xüsusi  xəbər 
bülleteni, Misirdə  fəaliyyət  göstərən “Vətən” tələbə təĢkilatı tərəfindən ərəb  dilində  nəĢr  edilən “Azərbaycan” 
qəzetinin faciəyə həsr olunmuĢ xüsusi sayı sərgi iĢtirakçılarına paylanmıĢdır.  
Beynəlxalq  kitab  sərgisinin  ölkəmiz  üçün  ayrılmıĢ  hissəsində  kitablar,  bröĢürlər,  disklər,  erməni 
təcavüzünü əks etdirən xəritələr və digər əyani vəsaitlər nümayiĢ olunmuĢdur.  
Fevralın  26-da  səfirlikdə  Misirin  aparıcı  mətbuat  və  ictimaiyyət  nümayəndələrinin,  Misir  parlamentinin 
Misir-Azərbaycan  dostluq  qrupu  üzvlərinin,  Azərbaycan  icmasının  və  bu  ölkədə  təhsil  alan  tələbələrimizin 
iĢtirakı 
ilə 
Xocalı 
faciəsinin 
ildönümü 
ilə 
bağlı 
mətbuat 
konfransı 
keçirilmiĢdir.  
Azərbaycanın  Misirdəki  səfiri  Faiq  Bağırov  Xocalı  faciəsinin  ildönümü  ilə  bağlı  səfirliyin  bəyanatını  diqqətə 
çatdırmıĢ, jurnalistləri maraqlandıran sualları cavablandırmıĢdır.  
Tədbirdə  “Xocalıya  ədalət”  kampaniyasının  və  onun  internet  saytının  təqdimatı  keçirilmiĢ,  ərəb  dilində 
dublyaj olunmuĢ “Məhv edilmiĢ Ģəhər” filmi nümayiĢ etdirilmiĢdir.  
Sonda Xocalı soyqırımı ilə bağlı imzatoplama kampaniyası aparılmıĢdır. Misirin Qahirə və Ġskəndəriyyə 
Ģəhərlərində keçirilmiĢ imzatoplama kampaniyası çərçivəsində, ümumilikdə 81 min imza toplanmıĢdır.  
 
AzərTAc 
27  fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
30 
 
“Xocalıya ədalət” beynəlxalq kampaniyasının və onun internet səhifəsinin  
beynəlxalq təqdimatı davam edir 
 
Bakı,  27  fevral  (AzərTAc).  “Xocalıya  ədalət”  beynəlxalq  məlumat-təĢviqat  kampaniyasının  və 
kampaniyanın  internet  saytının  (www.justiceforkhojaly.org)  dünyanın  aparıcı  mərkəzlərində  təqdimatı  davam 
edir.  
“Xocalıya  ədalət”  (“Justice  for  Khojaly”)  beynəlxalq  məlumat  və  təĢviqat  kampaniyası  Dialoq  və 
ƏməkdaĢlıq  uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun  (DƏ-ĠKGF)  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ 
əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  təĢəbbüsü  ilə  ötən  ilin  mayında  elan  edilmiĢdi.  
1992-ci  ilin  fevralın  26-da  Xocalı  Ģəhərində  törədilmiĢ  insanlığa  qarĢı  cinayətin  dünya  ictimaiyyətinə 
çatdırılması, bu cinayətə hüquqi-siyasi və mənəvi qiymətin verilməsi üçün Xocalı soyqırımı ilə bağı həqiqətlərin 
təbliği  və  bu  sahədə  səmərəli  təĢviqatın  aparılması  məqsədlərini  daĢıyan  kampaniyanın  beynəlxalq  səviyyədə 
rəsmi təqdimatı bu həftə ərzində dünyanın müxtəlif paytaxtlarında keçirilir.  
Eyni  zamanda,  təqdimatı  keçirilən  www.justiceforkhojaly.org  internet  saytı  “Xocalıya  ədalət” 
kampaniyasının  virtual  aləmdə  yayılması  və  kampaniyanın  həyata  keçirilməsinin  sistemləĢdirilməsi 
məqsədlərini daĢıyır və geniĢ ictimai iĢtirak üçün nəzərdə tutulmuĢdur.  
Fevralın 27-də kampaniyanın və onun internet saytının ABġ və Malayziyada təqdimatı olmuĢdur.  
NYU  YORK.  Azərbaycan-Amerika  ġurasının  üzvləri  Nyu-York  Ģəhərindəki  Ermənistanın  daimi 
nümayəndəliyinin qarĢısında etiraz aksiyası təĢkil etmiĢlər.  
Aksiya zamanı “Xocalıya ədalət” kampaniyasının internet saytının ünvanı plakatlarda nümayiĢ etdirilmiĢ 
və kampaniya haqqında iĢtirakçılara məlumat verilmiĢdir.  
KUALA LUMPUR. Malayziyanın ən böyük  məscidlərinin birində xarici  və yerli diplomatların,  ölkənin 
aparıcı  siyasətçilərinin  iĢtirak  etdiyi  cümə  namazından  sonra  oxunan  xütbə  zamanı  Xocalı  faciəsinin  17-ci 
ildönümü qeyd edilmiĢdir.  
ÇıxıĢlar  zamanı  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyası  və  kampaniyanın  saytı  haqqında  məlumat 
verilmiĢdir.  
 
AzərTAc 
27  fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
31 
 
Leyla Əliyeva: “Doğma torpaq uğrunda həlak olmuĢ heç bir  
Azərbaycanlı unudulmayacaqdır” 
 
Moskva, 28 fevral (AzərTAc). Rusiyanın azərbaycanlı gəncləri Xocalı faciəsi qurbanlarının əziz xatirəsini 
yad etmiĢlər.  
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Ġslam Konfransı TəĢkilatının Gənclər Forumu ilə birlikdə 
“Bakı”  kinokonsert  kompleksində  Xocalı  faciəsinin  17-ci  ildönümü,  habelə  “Xocalıya  ədalət”  informasiya 
kampaniyasının veb-saytının təqdimatı  ilə  əlaqədar geniĢmiqyaslı aksiya  keçirmiĢdir. Tədbir Xocalı soyqırımı 
qurbanlarının  xatirəsinin  bir  dəqiqəlik  anılması  ilə  baĢlanmıĢdır.  Sonra  Heydər  Əliyev  Fondu  tərəfindən 
hazırlanmıĢ “Xocalı. Bir Ģəhərin faciəsi” sənədli filmi nümayiĢ etdirilmiĢdir.  
Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  rəhbəri,  Ġslam  Konfransı  TəĢkilatının  Dialoq  və 
ƏməkdaĢlıq  Uğrunda  Gənclər  Forumunun  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  Əliyeva 
tədbiri açaraq demiĢdir ki, 17 il əvvəl Xocalı faciəsi baĢ vermiĢ, günahsız insanlar  - qadınlar, uĢaqlar, qocalar 
kütləvi  surətdə  qətlə  yetirilmiĢlər.  O,  bu  faciəni  erməni  iĢğalçılarının  suveren  Azərbaycan  ərazisində  həyata 
keçirdiyi təcavüzkar, millətçi  və  etnik təmizləmə siyasətinin  nəticəsi, bəĢəriyyətə qarĢı cinayət adlandırmıĢdır. 
L.Əliyeva  demiĢdir:  “Bütün  müharibələr  dəhĢətlidir,  yüzlərlə  və  minlərlə  insana  bədbəxtlik,  müsibət  gətirir. 
Lakin  müharibədə  günahsız  insanların  qətlə  yetirilməsi  xüsusilə  dəhĢətli  və  faciəlidir.  Xocalı  Ģəhərində  məhz 
bu,  baĢ  vermiĢdir:  erməni  silahlı  qüvvələri  heç  bir  hərbi  təhlükə  törətməyən,  Ģəhəri  tərk  edən  dinc  sakinləri  - 
qadınları,  qocaları  və  uĢaqları  bilərəkdən  qətlə  yetirmiĢlər.  Bu  insanlar  hiyləgərliklə  tələyə  salınmıĢ  və 
amansızlıqla  güllələnmiĢlər.  Heç  bir  günahı  olmayan  bu  insanlar  yalnız  etnik  mənsubiyyətinə  görə  məhv 
edilmiĢlər.  Bu,  Azərbaycan  xalqına  qarĢı  əsl  soyqırımı,  atalarımıza,  analarımıza,  bacı  və  qardaĢlarımıza  qarĢı 
Ģüurlu surətdə törədilmiĢ  qırğın  idi. Eyni  zamanda, bu, düĢünülmüĢ  kütləvi  qorxutma aksiyası idi. Lakin tarix 
göstərdi  ki,  Azərbaycan  xalqının  iradəsi  o  vaxt  da  qırılmadı  və  heç  vaxt  qırılmayacaqdır.  Xocalı  faciəsi 
Azərbaycanın  tarixinə  ən  dəhĢətli  və  qara  səhifələrdən  biri  kimi  yazılsa  da,  xalqımızın  gücünün,  möhkəm 
iradəsinin nümunəsidir”.  
Heydər  Əliyev  Fondunun  Rusiya  nümayəndəliyinin  baĢçısı  bildirmiĢdir  ki,  Azərbaycan  xalqı  əzəli 
torpaqlarının  iĢğal  altında  qalması  ilə  heç  vaxt  barıĢmayacaq  və  ölkənin  ərazi  bütövlüyünün  bərpasına  nail 
olacaqdır.  O  demiĢdir:  “Bu  gün  biz  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi  nəticəsində  həlak 
olmuĢ  soydaĢlarımızın,  Xocalı  faciəsi  qurbanlarının  xatirəsini  yad  edir  və  bir  daha  dünya  birliyini  bu  faciəyə 
hüquqi  və  mənəvi  qiymət  verməyə  çağırırıq.  XXI  əsrdə  kiminsə  qərəzli  və  millətçi  niyyətlərinə  görə  dinc 
insanların  qətlə  yetirilməsi  yolverilməzdir  və  bizim  məqsədimiz  bu  münaqiĢə  barədə  həqiqəti  dünya 
ictimaiyyətinə çatdırmaqdır”.  
L.Əliyeva  bildirmiĢdir  ki,  Ġslam  Konfransı  TəĢkilatının  Gənclər  Forumunun  mədəniyyətlərarası  dialoq 
üzrə baĢ əlaqələndiricisi kimi o, ötən il mayın 8-də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi təĢəbbüsünü 
irəli  sürmüĢdü.  Aksiyadan  məqsəd  bu  faciə  və  ümumən  münaqiĢə  barədə  dünya  birliyini  düzgün 
məlumatlandırmaqdır.  Bu  gün  burada  həmin  aksiya  barədə  ətraflı  öyrənmək,  habelə  “Xocalıya  ədalət”  veb-
saytını  görmək  olar.  Hazırda  bir  çox  ölkələrdə  kampaniyanın  və  saytın  təqdimatı  keçirilir.  Doğma  torpaq 
uğrunda həlak olmuĢ heç bir azərbaycanlı unudulmayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və 
beləliklə də ədalət zəfər çalacaqdır.  
Leyla Əliyeva çıxıĢının sonunda tədbirə toplaĢanlara, bu kədərli gündə Azərbaycan xalqının dərdinə Ģərik 
olanlara təĢəkkürünü bildirmiĢdir. Sonra o, Xocalı faciəsinin Ģahidləri Zaur Əliyev  və  Anar Usubovu səhnəyə 
dəvət etmiĢdir. Faciə baĢ verən vaxt onlar hələ uĢaq idi. DəhĢətli faciənin Ģahidləri erməni hərbçilərinin Dağlıq 
Qarabağın  bu  Ģəhərinin  dinc  sakinlərinə  qarĢı  törətdikləri  vəhĢiliklər  barədə  xatirələrini  söyləmiĢlər.  Onlar 
ədalətin bərpa olunması, Xocalı faciəsi barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində səylərinə 
görə  Azərbaycan  rəhbərliyinə,  Heydər  Əliyev  Fonduna  və  onun  Rusiya  nümayəndəliyinə  təĢəkkürlərini 
bildirmiĢlər.  
Sonra çıxıĢ edən Ġslam Konfransı TəĢkilatının Gənclər Forumunun baĢ katibi ElĢad Ġsgəndərov “Xocalıya 
ədalət” aksiyasının təqdimatını Moskva üçün əlamətdar hadisə adlandırmıĢdır. O vurğulamıĢdır ki, dünyanın 20-
dən  çox  ölkəsində  keçirilən  aksiyadan  məqsəd  beynəlxalq  ictimaiyyətin  diqqətini  Xocalıda  baĢ  vermiĢ  faciəli 
hadisələrə cəlb etmək, ona obyektiv hüquqi və mənəvi qiymət verilməsinə nail olmaqdır. E.Ġsgəndərov demiĢdir 
ki, Leyla Əliyevanın təĢəbbüsü ĠKT-nin üzvü  olan bütün  ölkələr tərəfindən  dəstəklənmiĢ  və  həm  onların, həm 
də  əsrlərlə  qonĢuları  ilə  dinc  yanaĢı  yaĢamıĢ  Azərbaycan  xalqının  maraqlarına  cavab  verir.  Saytın  rus  dilinə 
tərcümə  edildiyini  deyən  E.Ġsgəndərov  ümidvar  olduğunu  bildirmiĢdir  ki,  Rusiyada  bu  kampaniyaya 
məsuliyyətlə yanaĢılacaq və bu mövzu məhz Rusiyada daha ciddi səsləndiriləcəkdir.  

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
32 
 
Ermənilərin  Xocalıdakı  cinayətlərinə  qarĢı  etirazını  bildirən  ilk  rusiyalı  yazıçı,  “Qarabağ  qan  içində” 
kitabının müəllifi Yuri Pompeyev bildirmiĢdir ki, daim səslənən əsas söz “ədalət”dir. O demiĢdir: “DüĢünürəm 
ki,  hər  bir  faciədə,  xüsusilə  azərbaycanlıların  baĢına  gətirilən  bu  geniĢmiqyaslı  xalq  faciəsində  ədalətin 
axtarılması asan deyil, ancaq bu 17 il ərzində böyüyən nəsil buna qadirdir. Bu hadisələrin Ģahidləri Azərbaycan 
xalqının gücünü nümayiĢ etdirirlər”. Yazıçı vurğulamıĢdır ki, vətənpərvər yazıçı Musa Mərcanlı 17 il ərzində ilk 
dəfə  “ĠRS-Naslediye”  jurnalında  1992-ci  il  fevralın  26-na  keçən  gecə  Xocalıda  törədilmiĢ  soyqırımında 
bilavasitə iĢtirak etmiĢ 38 nəfərin soyadını dərc etdirmiĢdir. Zənnimcə, ədalətin bərpa olunması bu qırğında, bu 
quldurluqda təqsiri olanlar üçün ən böyük cəzadır”.  
Sonra  “Xocalıya  ədalət”  kampaniyasının  veb-saytı,  “Dua”  filmi  nümayiĢ  etdirilmiĢdir.  Foyedə  Xocalı 
faciəsindən bəhs edən fotosərgi təĢkil olunmuĢ, bu mövzuda kitablar, jurnallar və digər nəĢrlər paylanmıĢdır.  
 
Asya Hacızadə  
AzərTAc-ın xüsusi müxbiri  
Moskva  
28  fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
33 
 
Ukraynadakı Azərbaycan diasporu Xocalı soyqırımının  
17-ci ildönümünü qeyd etdi 
 
Xocalı  soyqırımının  17-ci  ildönümünü  dünyanın  müxtəlif  ölkələrində  yaĢayan  azərbaycanlılar,  o 
cümlədən  Ukraynadakı  soydaĢlarımız  da  qeyd  ediblər.  Ukraynada  yaĢayan  soydaĢlarımızın  bu  cür  tədbirlər 
təĢkil  etməsi  artıq  ənənə  halını  alıb.  Prezident  Ġlham  Əliyevin  rəhbərliyi  ilə  tarixi  vətənimizin  iqtisadi-hərbi 
sahədə daha da inkiĢaf  edərək bölgədə  lider, beynəlxalq arenada nüfuz sahibinə çevrilməsi  dünya Azərbaycan 
diaspor hərəkatına böyük ruh yüksəkliyi verib, tarixi düĢmənimizə qarĢı aparılan mübarizə əzmini gücləndirib. 
Təsadüfi  deyil  ki,  bu  il  Heydər  Əliyev  Fondunun  Rusiya  üzrə  nümayəndəliyinin  rəhbəri  Leyla  Əliyevanın 
təĢəbbüsü  ilə  həyata  keçirilən  "Xocalıya  ədalət  kampaniyasına"  qoĢulan  Azərbaycan  Ukrayna  Dostluq  və 
Xeyriyyə  Fondunun  Ukrayna  Azərbaycanlıları  Konqresi  ilə  birgə  Ukraynada  fevral  ayını  "Xocalı  ayı"  elan 
etməsi  beynəlxalq  arenada  məlum  libasına  bürünən  erməni  hiyləgərliyinin  ifĢa  olunmasında  müstəsna  rol 
oynayıb. Azərbaycan Ukrayna Dostluq və Xeyriyyə Fondunun sifariĢinə əsasən Ukrayna Rəssamlar Ġttifaqının 
üzvü Rasim Seydimovun Xocalı faciəsinə həsr etdiyi Xocalı harayı rəsm əsərləri Ukraynanın Dnepropetrovsk, 
Xarkov, Donetsk və Kiyev Ģəhərlərində nümayiĢ etdirilib, adı çəkilən Ģəhərlərin ictimaiyyəti Xocalı soyqırımını 
özündə əks etdirən filmə baxmaqla erməni vəhĢiliyinin əyani Ģahidinə çevriliblər. 
DNEPROPETROVSK.  "Xocalı  soyqırımını  törətməklə  bəĢər  tarixinin  qanlı  səlnaməsinə  əbədi  imza 
atan  erməni  qəsbkarları öz  qanlı cinayətləri  qarĢısında cavab verməlidir". Bu  devizlə  Dnepropetrovskda təĢkil 
olunmuĢ  Xocalı  harayı  rəsm  sərgisinə  qatılan  vilayətin  elm,  mədəniyyət  və  incəsənət  adamları,  müxtəlif 
xalqların  diaspor  rəhbərləri,  tələbələr  və  media  nümayəndələri  Heydər  Əliyev  Fondunun  təĢəbbüsü  ilə  nəĢr 
olunmuĢ  "Qarabağ  həqiqətləri"  kitablar  ilə  tanıĢ  olub,  Azərbaycan  televiziyasının  Ukrayna  nümayəndəliyinin 
hazırladığı  "Xocalı  soyqırımı"  filminə  baxmaqla  erməni  vəhĢiliyinin  əyani  Ģahidi  olublar.  Tədbirdə  Ukrayna 
Azərbaycanlıları  Konqresinin  Dnepropetrovsk  vilayət  təĢkilatının  sədri  Qüdrət  Hacıyev  çıxıĢ  edərək, 
ermənilərin  son  2  əsirdə  azərbaycanlılara  qarĢı  həyata  keçirdikləri  soyqırım  və  iĢğalçılıq  siyasətindən  söz 
açaraq, beynəlxalq təĢkilatların erməni cinayətlərinə hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi 
qiymətləndirib. Tədbirdə gürcü, yunan, alman, yəhudi və bir sıra xalqların diaspor rəhbərləri çıxıĢ edərək 20-ci 
əsrin  sonunda  ermənilər  tərəfindən  Xocalıda  törədilmiĢ  faciəni  bəĢəri  cinayət  adlandırıblar. Tədbirə  qatılanlar 
həmçinin  Ukrayna  Rəssamlar  Ġttifaqının  üzvü  Rasim  Seydimovun  Xocalı  harayı  rəsm  əsərlərinə  baxmaqla 
erməni Ģovinistlərinin həyata keçirtdikləri qəddarlıq aktı ilə tanıĢ olublar. 
XARKOV.  "Xocalıya  ədalət"  kampaniyasına  qoĢulan  Azərbaycan-Ukrayna  Dostluq  və  Xeyriyyə 
Fondunun  Ukrayna  Azərbaycanlılar  Konqresi  ilə  birgə  Xarkov  Ģəhərində  təĢkil  etdiyi  Xocalı  harayı  rəsm 
sərgisində  ermənilərin  azərbaycanlılara  qarĢı  həyata  keçirdikləri  soyqırım  siyasətini  tarixi  faktlarla  Xarkov 
ictimaiyyətinə  çatdırıb.  Xarkov  Ģəhərinin  elm,  mədəniyyət  və  incəsənət  xadimlərinin,  diaspor  və  media 
nümayəndələrinin  iĢtirakı  ilə  keçirilən  mərasimi  Xarkov  Azərbaycanlıları  Konqresinin  sədri  Qurban  Abbasov 
açaraq  keçən  əsrin  əvvəllərindən  baĢlayaraq  ermənilərin  azərbaycanlılara  qarĢı  kütləvi  qırğınlar  törətmələrini, 
1988-ci  ildən  2003-cü  ilədək  yağı  düĢmənin  Dağlıq  Qarabağ  və  Azərbaycanın  di-gər  rayonlarında  amansız 
soyqırım  və  iĢğalçılıq  siyasəti  həyata  keçirməklə  20  faiz  Azərbaycan  torpaqlarını  zəbt  etdiklərini  diqqətə 
çatdırıb: "Beynəlxalq təĢkilatlar erməni vəhĢiliyinə göz yummaqla dünyada ikili standartlar mövqeyindən çıxıĢ 
edirlər. Bu baxımdan tədbirə qatılanları  erməni hiyləgərliyinə  qarĢı mübarizəyə səsləyən  Azərbaycan  Ukrayna 
Dostluq  və  Xeyriyyə  Fondunun  icraçı  direktoru  Ceyhun  Məmmədli  ermənilərin  Xocalı  Ģəhərində  törətdiyi 
cinayətlər qarĢısında cavab verəcəyini vurğulayıb. Sonra tədbirə qatılanlara Heydər Əliyev Fondunun dəstəyi ilə 
nəĢr  olunmuĢ  "Qarabağ  həqiqətləri"  toplumu  paylanılıb.  Tədbirdə  gənc  rəssam  Rasim  Seydimovun  Xocalı 
soyqırımına həsr etdiyi "Xocalı harayı" sərgisi də erməni vəhĢiliyinin ifĢa olunmasında müstəsna rol oynayıb. 
DONETSK.  "Ermənilər  iĢğal  etdikləri  Azərbaycan  torpaqlarım  tərk  etməsələr,  səbr  kasaları  tükənmiĢ 
dünya azərbaycanlılarının tapdağı altında qala bilərlər". Bu bəyanat Azərbaycan Ukrayna Dostluq və Xeyriyyə 
Fondunun Donetsk Azərbaycanlıları Konqresi ilə birgə Donetsk Ģəhərində təĢkil etdikləri "Xocalı harayı" rəsm 
sərgisində səslənib. Sərgiyə qatılan Donetsk vilayətinin rəsmi Ģəxsləri, ali təhsil ocaqlarında təhsil  alan yerli və 
xarici tələbələr ilk öncə Heydər Əliyev Fondunun təĢəbbüsü və dəstəyi ilə dərc olunmuĢ "Qarabağ həqiqətləri" 
toplumuyla  tanıĢ  olublar.  "Xocalı  faciəsi  erməni  daĢnaklarının  20-ci  əsrin  əvvəllərindən  baĢlayaraq 
Azərbaycanda həyata keçirdikləri soyqırım siyasətinin tərkib hissəsidir". Tədbirdə çıxıĢına bu sözlərlə baĢlayan 
Donetsk  Azərbaycanlıları  Konqresinin  sədri  Ġqbal  Mahmudov  erməni  Ģovinistlərinin  Xocalıda  törətdikləri 
kütləvi  qırğınların  heç  zaman  cavabsız  qalmayacağını  vurğulayıb.  Sonra  tədbirə  qatılanlar  Ukraynanın  5-ci 
televiziya kanalının  hazırladığı  "Xocalı soyqırımı" filminə baxmaqla  erməni hiyləgərliyinin  vəhĢilik  obrazı ilə 
tanıĢ oldular. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
34 
 
"Ermənilər azərbaycanlılara qarĢı həyata keçirtdikləri soyqırım və iĢğalçılıq siyasətindən əl çəkməsələr, 
səbr  kasaları  tükənmiĢ  dünya  azərbaycanlılarının  tapdağı  altında  qala  bilər".  Bu  bəyanatla  çıxıĢ  edən 
Azərbaycan  Ukrayna  Dostluq  və  Xeyriyyə  Fondunun  prezidenti  Ġlqar  Abbasov,  diaspora  fəallarından  Möhlət 
Hüseynov,  Rəfael  Vəliyev,  Gənclər  təĢkilatının  sədri  Razim  Əhmədov,  diaspora  ağsaqqallarından  RövĢən 
Əhmədov, Məhəmməd Əhmədov və digər soydaĢlarımız aradan 17 il ötməsinə baxmayaraq, Xocalı soyqırımına 
ikili standart prizmasından  yanaĢan beynəlxalq təĢkilatlan tarixi ədalətə səsləyiblər. Sonra  Rasim Seydimovun 
erməni vəhĢiliklərini özündə əks etdirən rəsm əsərləri nümayiĢ etdirilib. 
KĠYEV.  Ukraynada  "Xocalıya  ədalət"  kampaniyasına  qoĢulan  Azərbaycan  Ukrayna  Dostluq  və 
Xeyriyyə  Fondu  Ukrayna  Azərbaycanlıları  Konqresi  ilə  birgə  Kiyev  Ģəhərinin  mərkəzi  rəsm  qalereyasında 
Dialoq  və  ƏməkdaĢlıq  Uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ 
əlaqələndiricisi Leyla Əliyevanın təĢəbbüsü  ilə  yaradılmıĢ Xocalı saytını  Ukrayna ictimaiyyətinə təqdim  edib. 
Ukraynanın  elm  mədəniyyət  və  incəsənət  xadimlərinin,  diplomatların,  xarici  və  yerli  tələbələrin,  diaspor  və 
media  nümayəndələrinin  iĢtirakı  ilə  keçirilən  təqdimat  mərasimində  Azərbaycanın  Ukraynadakı  səfiri  Tələt 
Əliyev  çıxıĢ  edərək,  erməni  silahlı  qüvvələrinin  1992-ci  ildə  Xocalıda  törət-dikləri  misli  görünməmiĢ 
vəhĢiliklərdən söz açıb. 
Aradan  17  il  ötməsinə  baxmayaraq,  beynəlxalq  təĢkilatların  ermənilər  tərəfindən  Xocalıda  həyata 
keçirilmiĢ  bəĢəri  cinayətə  hələ  də  hüquqi  siyasi  qiymət  verilmədiyini  bildirən  UAK-nin  sədri  Akif 
Gülməmmədov,  Azərbaycan  Ukrayna  Dostluq  və  Xeyriyyə  Fondunun  sədri  Ġlqar  Abbasov,  konqresin  Kiyev 
Ģəhər  təĢkilatının  sədri  Oleq  Krapivin  və  digər  soydaĢlarımız  Xocalıyla  bağlı  sözügedən  saytın  tarixi 
əhəmiyyətindən söz açaraq, tədbirə qatılanları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında 
əllərindən gələni əsirgəməməyə səsləyiblər. 
"Ermənilər  gec-tez  öz  səhvlərini  baĢa  düĢüb  iĢğal  etdikləri  Azərbaycan  torpaqlarını  tərk  etməlidirlər". 
Təqdimat  mərasimin-də  çıxıĢına  bu  sözlərlə  baĢlayan  Ukraynanın  tanınmıĢ  siyasi  xadimi  Anatoli  Raxansk 
Azərbaycan  həqiqətlərinin  dünya  ictimaiyyətinə  çatdırılmasında  Xocalı  saytının  müstəsna  rol  oynayacağını 
bildirib. Sonra "Xocalıya ədalət" kampaniyası çərçivəsində erməni vəhĢiliyini özündə əks etdirən film nümayiĢ 
etdirilib.  Mərasimə  qatılanlar  Hey-dər  Əliyev  Fondunun  dəstəyi  ilə  nəĢr  olunmuĢ  "Qarabağ  həqiqətləri",  o 
cümlədən, Azərbaycan Ukrayna Dostluq və Xeyriyyə Fondunun təĢəbbüsü ilə gənc rəssam Rasim Seydimovun 
hazırladığı Xocalı harayı rəsm sərgisinə baxmaqla erməni qəddarlığının əyani Ģahidi olublar. 
Fevralın  26-da  Ukraynada  yaĢayan  soydaĢlarımız  Ermənistan  səfirliyinin  və  ATƏT-in  Kiyev 
Ģəhərindəki  nümayəndəliyinin  qarĢısında  etiraz  aksiyası  keçirdilər.  "VəhĢilik  və  qəddarlıq  baxımından  20-ci 
əsrin  ən  amansız  faciəsi  olan  Xocalı  soyqırımı  dünya  ictimaiyyəti  tərəfindən  tanınmalıdır!",  "Qarabağ 
Ģəhidlərinin  qanı  yerdə  qalmayacaq!".  Bu  Ģüarlarla  Ermənistanın  Ukraynadakı  səfirliyinin  və  ATƏT 
nümayəndəliyinin  qarĢısına yürüĢ edən soydaĢlarımız  və tələbələr ermənilərin  Azərbaycan torpaqlarından  geri 
çəkilmələrini tələb etdilər. Ukrayna Dostluq və Xeyriyyə Fondunun UAK-la birgə təĢkil etdiyi etiraz aksiyasına 
qoĢulan  baĢqa  ölkələrin  diaspor  nümayəndələri  də  bəĢər  tarixinin  qanlı  səhifəsinə  çevrilən  Xocalı  faciəsinin 
soyqırım aktı kimi tanınması tələbini dəstəkləyiblər. 
"ATƏT Dağlıq Qarabağ probleminin həllində ədalətli olmalı, ikili standartlardan əl çəkməlidir. Xocalı 
soyqırımına  göz  yuman  beynəlxalq  təĢkilatlar  onun  iĢtirakçıları  qədər  tarix  qarĢısında  cavab  verəcəklər".  Bu 
bəyanat  isə  ATƏT-in  Kiyev  Ģəhərindəki  nümayəndəliyinin  qarĢısındakı  etiraz  aksiyasında  səsləndi.  Tədbir 
iĢtirakçıları  ATƏT-i Qarabağ problemi ilə bağlı ədalətli  qərar verməkdə cəsarətli  olmağa çağırdı. Təxminən  2 
saata  yaxın  davam  edən  hər  iki  etiraz  aksiyası  Ermənistan  səfirliyinə  və  ATƏT  nümayəndəliyinə  hazırlanmıĢ 
qətnamənin oxunuĢu ilə baĢa çatdı 
Daha sonra Ukraynada "Xocalı ayı" çərçivəsində Azərbaycan Ukrayna Dostluq və Xeyriyyə Fondunun 
və  Ukrayna  Azərbaycanlıları  Konqresinin  birgə  toplantısı  keçirilib.  Toplantıda  Xocalı  soyqırımı  ilə  bağlı 
tədbirlərin  təĢkil  olunmasındakı  xidmətlərinə  görə  Azərbaycan  Ukrayna  Dostluq  və  Xeyriyyə  Fondunun 
prezidenti Ġlqar Abbasova, fondun icraçı direktoru Ceyhun Məmmədliyə, konqresin Dnepropetrovsk vilayətinin 
sədri  Qüdrət  Hacıyevə,  Xarkov  vilayət  təĢkilatının  sədri  Qurban  Abbasova,  Donetsk  Azərbaycanlıları 
Konqresinin  sədri  Ġqbal  Mahmudova,  konqresin  idarə  heyətinin  üzvü  Əbülfəz  Qasımova,  Azərbaycan 
Televiziyasının  Ukrayna  və  ġərqi  Avropa  ölkələri  üzrə  nümayəndəliyinin  rəhbəri  Möhsüm  Aslanova  və  Anar 
Tahirova,o  cümlədən  Ukrayna  Rəssamlar  Ġttifaqının  üzvü  Rasim  Seydimova  Ukrayna  Azərbaycanlıları 
Konqresinin fəxri fərmanlar təqdim olunub. 
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin