“xocaliya ədaləT”



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə2/16
tarix06.09.2017
ölçüsü0,94 Mb.
#29157
1   2   3   4   5   6   7   8   9   ...   16

 
AzərTAc 
17 may 2008-ci il 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 

 
Xocalı faciəsi soyqırımı aktıdır. 
Ġslam Konfransı TəĢkilatı Leyla Əliyevanın təĢəbbüsünü təsdiq etmiĢdir 
 
Ġslam  Konfransı  TəĢkilatının  üzvü  olan  ölkələrin  xarici  iĢlər  nazirlərinin  Kampalada  (Uqanda)  baĢa 
çatmıĢ  konfransında  ĠKT-nin  Gənclər  Forumunun  sivilizasiyaların  alyansı  üzrə  baĢ  əlaqələndiricisi  Leyla 
Əliyevanın "Xocalıya ədalət: Qarabağa azadlıq" təĢəbbüsü təsdiq edilmiĢdir.  
ĠKT-nin dialoq və əməkdaĢlıq uğrunda Gənclər Forumunun (ĠKT GF) katibliyindən bildirmiĢlər ki, bu 
barədə  ĠKT  xarici  iĢlər  nazirlərinin  konfransının  35-ci  sessiyasında  xüsusi  qətnamə  qəbul  edilmiĢdir. 
Qətnamənin  bu  kampaniyaya  həsr  edilmiĢ  xüsusi  paraqrafının  layihəsi  bu  ilin  may  ayında  Azərbaycan  XĠN 
nümayəndə heyəti tərəfindən ĠKT GF-in ənənəvi qətnaməsinə daxil edilmiĢ və Ciddədə ĠKT-nin ekspertlərinin 
iclasında  dəstəklənmiĢdir.  Qətnamənin  xarici  iĢlər  nazirləri  tərəfindən  dəstəklənməsi  dünyanın  57  ölkəsində 
müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradır.  
Qətnaməyə  görə,  ĠKT üzvü  olan  ölkələrdə  humanitar faciələrin  qurbanlarının  Xatirə  günü  təsis  edilir. 
Qətnamədə Xocalı faciəsinin  də  daxil  olduğu bu siyahı təsdiq  edilməklə  yanaĢı, XX əsrdə  müsəlman  ölkələri 
xalqlarının  məruz  qaldığı  humanitar  fəlakətlər,  təcavüzlər  və  etnik  təmizləmələr  haqqında  düzgün 
informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur.  
Qətnamədə  2009-2010-cu  illərdə  keçiriləcək  Xatirə  günü  çərçivəsində  öncül  tədbir  kimi,  Leyla 
Əliyevanın  "Xocalıya  ədalət:  Qarabağa  azadlıq"  təĢəbbüsü  təsdiq  edilmiĢdir.  Qətnamədə  ĠKT  üzvü  olan 
ölkələrdə  Azərbaycan  torpaqlarının  Ermənistan  tərəfindən  iĢğal  edilməsi  barədə  dəqiq  məlumatın  yayılması, 
eləcə də kampaniyanın tezisinin imici barədə rəylərin yerləĢdirilməsi üçün informasiya veb-portalı yaradılması 
nəzərdə  tutulur.  Kampaniyanın  əsas  tezisini  açıqlayan  ən  yaxĢı  fotomaterialları  əsasında  fotosərgi  təĢkil 
ediləcəkdir.  Həmin  fotosərgini  beynəlxalq  təĢkilatların  qərargahlarında  təqdim  etmək  planlaĢdırılır.  Mətbuat 
üçün  brifinqdə  çıxıĢ  edən  Leyla  Əliyeva  onun  təĢəbbüsünün  nüfuzlu  beynəlxalq  təĢkilat  tərəfindən 
bəyənilməsini  razılıq  hissi  ilə  qeyd  etmiĢdir.  L.Əliyeva  demiĢdir:  "Bu  sənədin  qəbul  edilməsi  Azərbaycan 
torpaqlarının  iĢğalı  faktının  beynəlxalq  birlik  tərəfindən  getdikcə  daha  çox  dərk  olunmasını  və  təcavüzkarın 
mənəvi-siyasi  baxımdan  daha  da  təcrid  edilməsini  əks  etdirir.  Qətnamə  Dağlıq  Qarabağ  münaqiĢəsi  haqqında 
həqiqəti ĠKT üzvü olan ölkələrdə və mədəniyyətlərarası dialoq vasitəsilə qlobal səviyyədə gənc nəslə çatdırmaq 
üçün imkan yaradır. Qətnamə bu təĢəbbüsün həyata keçirilməsində foruma geniĢ səlahiyyətlər verir. Bir sözlə, 
qarĢıda görüləsi iĢlər çoxdur".  
Kampaniya çərçivəsində aparıcı beynəlxalq təĢkilatların parlament birlikləri tərəfindən Xocalı faciəsinin 
kütləvi qırğın kimi tanınmasına nail olmaq nəzərdə tutulur.  
Qeyd  etmək  lazımdır  ki,  ĠKT  xarici  iĢlər  nazirlərinin  bundan  əvvəl,  2007-ci  ilin  may  ayında 
Ġslamabadda  keçirilmiĢ  sessiyasında  ĠKT  Gənclər  Forumunun  təĢəbbüsü  ilə  Xocalı  faciəsinə  siyasi  qiymət 
verilmiĢdir.  
ĠKT-nin  Gənclər  Forumu  ĠKT-nin  affilyasiya  edilmiĢ  təĢkilatı  statusuna  malik  olan  beynəlxalq 
qurumdur. Forum 2004-cü ilin dekabr ayında yaradılmıĢdır. Onun mənzil-qərargahı Ġstanbulda yerləĢir. 
 
AzərTAc 
“Azərbaycan”.- 22 iyul 2008-ci il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 

 
Xocalı qətliamı haqqında həqiqətlər ĠKT ölkələrində yayımlanacaq 
 
Oktyabrın  6-8-də  Bakıda  keçirilmiĢ  Ġslam  ölkələrinin  ali  təhsil  və  elm  nazirlərinin  IV  konfransında 
Ġslam Konfransı Gənclər Forumu (ĠKGF) Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması istiqamətində yeni 
təĢəbbüslə çıxıĢ etmiĢdir. 
Xocalı qırğını haqqında məlumatların Ġslam Konfransı TəĢkilatına üzv ölkələrin ali təhsil məktəblərinin 
dərsliklərinə salınması haqqında təklif irəli sürmüĢdür.  
ĠKGF-nin Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə birinci baĢ əlaqələndiricisi Leyla xanım 
Əliyevanın  irəli  sürdüyü  "Xocalıya  ədalət"  beynəlxalq  kampaniyası  haqqında  ətraflı  məlumat  verilmiĢ,  bu 
kampaniyanın  üzv  ölkələrdə  2009-2012-ci  illərdə  prioritet  Ģəkildə  həyata  keçirilməsinin  vacibliyi  bildirilmiĢ, 
hər iki təklifin konfransın qətnaməsində əks olunmasını irəli sürülmüĢdür. 
Hər iki təklif oktyabrın 8-də iĢini bitirən Ġslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının 
yekun qətnaməsinə daxil edilmiĢdir.  
Qətnamə ermənilərin Xocalı (1992) və Vanda (1915) törətdikləri qətliamlar haqqında həqiqətlərin ĠKT-
yə  üzv  ölkələrin  ali  təhsil  müəssisələrinin  dərsliklərində  əks  olunmasını  dəstəkləyir  və  "Xocalıya  ədalət" 
beynəlxalq kampaniyasını 2009-2012-ci illərdə üzv ölkələrdə prioritet kimi qəbul edir.  
Kampaniya  dünyanın  müxtəlif  ölkələrində  Xocalı  faciəsi  ilə  bağlı  real  faktların  foto  və  film  sərgiləri, 
internet,  beynəlxalq  konfranslar  və  nümayiĢlər,  o  cümlədən  aparıcı  beynəlxalq  təĢkilatların  nümayəndələri  ilə 
görüĢlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur.  
Qeyd etmək lazımdır ki, Xocalı faciəsinin soyqırımı kimi tanınması və bununla bağlı həqiqətlərin ĠKT 
ölkələrində  yayılması  haqqında  siyasi  qərar,  ĠKGF-nin  təĢəbbüsü  və  Azərbaycan  Respublikası  Xarici  ĠĢlər 
Nazirliyinin dəstəyi ilə ĠKT-yə üzv ölkələrin xarici iĢlər nazirlərinin 35-ci sessiyasında və ĠKT ölkələrinin 11-ci 
zirvə görüĢündə qəbul edilən qətnamələrdə öz əksini tapmıĢdır.  
  
 “Azərbaycan”.-2008.-9 oktyabr.-N 224.-S.4. 
 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 

 
Xocalı soyqırımının 17-ci ildönümü Ər-Riyadda qeyd olunacaqdır 
 
Bakı, 18 fevral (AzərTAc). Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi tərəfindən Xocalı 
soyqırımının 17-ci ildönümü ilə əlaqədar təĢkil ediləcək anma mərasimi və Ġslam Konfransı Gənclər Forumunun 
Mədəniyyətlərarası  Dialoq  üzrə  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  təĢəbbüsü  ilə  irəli  sürülən  “Xocalıya 
ədalət” beynəlxalq kampaniyasının təqdimatına hazırlıq iĢləri baĢa çatmaq üzrədir.  
Ər-Riyad  Ģəhərinin  aparıcı  konfrans  zallarının  birində  Xocalı  faciəsini  əks  etdirən  kitab  və 
materiallardan  ibarət  guĢənin  yaradılması,  Xocalı  soyqırımı  və  erməni  terroru  haqqında  filmlərin  nümayiĢi, 
müvafiq  çıxıĢların  və  diskussiyaların  təĢkili  nəzərdə  tutulmuĢdur.  Eyni  zamanda,  “Xocalı  uĢaqların  gözü  ilə” 
rəsm sərgisinin keçirilməsi planlaĢdırılır.  
Tədbirlərdə  Ġslam  Konfransı  TəĢkilatına  üzv  dövlətlərin,  Səudiyyə  Ərəbistanı  Krallığının  dövlət  və 
hökumət üzvlərinin, eləcə də Ər-Riyaddakı xarici ölkələrin, beynəlxalq təĢkilatların, Azərbaycan və türk diaspor 
təĢkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iĢtirakı gözlənilir.  
 
 
AzərTAc 
18 fevral 2009-cu il
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 

 
Xocalı soyqırımı ilə bağlı Avropanın üç dilində  
iki sayt açılmıĢdır 
 
Berlin, 21 fevral (AzərTAc). Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi (AAƏM) Xocalı 
faciəsinin  ildönümü  ərəfəsində  Almaniyada  iki  yeni  internet  saytı  təqdim  etmiĢdir.  Saytların  yaradılmasından 
məqsəd erməni hərbi dəstələrinin Azərbaycanın Xocalı Ģəhərinin dinc əhalisinə - qocalara, qadınlara və uĢaqlara 
qarĢı törətdiyi dəhĢətli cinayətlər barədə dünya ictimaiyyətinə məlumat verməkdir.  
Məlum  olduğu  kimi,  Ġslam  Konfransı  TəĢkilatının  Gənclər  Forumunun  mədəniyyətlərin  dialoqu  üzrə 
baĢ  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  təĢəbbüsü  ilə  2009-cu  ildə  “Xocalıya  ədalət,  Qarabağa  Azadlıq” 
adlı  geniĢ  kampaniyaya  start  verilmiĢdir.  Ġngilis  dilində  “Justice  for  Khojaly”  (Xocalıya  ədalət 
http://www.justiceforkhojaly.org/) saytının açılması kampaniyanın qabaqcıl Azərbaycan gənclərinin Ermənistan 
silahlı qüvvələrinin bu qanlı cinayətinin beynəlxalq aləmdə pislənməsinə dair səylərinin informasiya təminatı ilə 
bağlı hissəsidır.  
AAƏM-nın  icraçı  direktoru  Samirə  Patser-Ġsmayılova  Almaniyadakı  Azərbaycan  diasporunun 
nümayəndələrinə  ünvanladığı  müraciətdə  həmvətənlərini  həmin  kampaniyaya,  habelə  bu  dəhĢətli  cinayətin 
beynəlxalq  aləmdə  pislənməsi  və  təqsirkarların  mühakimə  edilməsi  çağırıĢına  səs  verməyə  çağırmıĢdır.  
Müraciətdə  iki  dildə  -  alman  və  fransız  dillərində  http://chodschali.de/  saytının  açılması  barədə  də  məlumat 
verilir.  
 
Vüqar Seyidov  
AzərTAc-ın xüsusi müxbiri  
Berlin  
21 fevral 2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
10 
 
“Xocalıya ədalət” kampaniyasının və onun internet saytının  
dünyanın 20-dək Ģəhərində təqdimatı keçiriləcəkdir 
 
Bakı,  23  fevral  (AzərTAc).  Bakıda  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyasının  və  onun 
“www.justiceforkhojaly.arg”  internet  saytının  təqdimatına  həsr  olunmuĢ  mətbuat  konfransı  keçirilmiĢdir.  
Ġslam  Konfransı  TəĢkilati  Gənclər  Forumunun  (ĠKGF)  baĢ  katibi  ElĢad  Ġsgəndərov  Heydər  Əliyev  Fondunun 
Rusiya  Federasiyasındakı  nümayəndəliyinin  baĢçısı,  ĠKGF-nin  Mədəniyyətlərarası  Dialoq  üzrə  baĢ 
əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  irəli  sürdüyü  “Xocalıya  ədalət”  beynəlxalq  kampaniyası  haqqında 
ətraflı 
məlumat  vermiĢ,  bu  kampaniyanın 
2009-2012-ci 
illəri 
əhatə  etdiyini  bildirmiĢdir.  
BaĢ  katib  demiĢdir  ki,  bu  il  dekabrın  10-da  kampaniya  çərçivəsində  Xocalı  soyqırımı  ilə  bağlı  toplanmıĢ 
imzalar,  Ģəkillər,  siyasi-hüquqi  baxımdan  tanınması  ilə  bağlı  müraciətlər  BMT-nin  Ġnsan  Hüquqları  ġurasına 
təqdim olunacaqdır.  
E.Ġsgəndərov onu da bildirmiĢdir ki, internet saytında Xocalı faciəsi ilə bağlı qətnaməyə 112 təĢkilat 
və  850  Ģəxs  imza  atmıĢdır.  Sayt  istifadəçilərinin  kampaniyaya  qoĢulmaq  imkanı  olan  Ģəxslər  kampaniyanın 
iĢtirakçısına çevrilə, ona maliyyə dəstəyi göstərə bilərlər.  
2008-ci  ildə  Bakıda  keçirilmiĢ  Ġslam  ölkələrinin  ali  təhsil  və  elm  nazirlərinin  IV  konfransında  ĠKGF 
Xocalı  faciəsinin  beynəlxalq  səviyyədə  tanınması  istiqamətində  yeni  təĢəbbüslə  çıxıĢ  etmiĢdir.  Konfransda 
Xocalı soyqırımı haqqında məlumatların Ġslam Konfransı TəĢkilatına üzv olan ölkələrin ali təhsil məktəblərinin 
dərsliklərinə salınması haqqında təklif irəli sürülmüĢ və bu təklifin reallığa çevirilməsi istiqamətində ciddi iĢlər 
aparılır.  
E.Ġsgəndərov  vurğulamıĢdır  ki,  “www.justiceforkhojaly.arg”  internet  saytı  “Xocalıya  ədalət” 
kampaniyasının  virtual aləmdə  yayılması  və bu  qəbildən  olan  silsilə tədbirlərin sistemləĢdirilməsi  məqsədi  ilə 
yaradılmıĢdır.  Onun  rəsmi  açılıĢı  fevralın  26-da  həyata  keçiriləcəkdir.  Kampaniya  17  il  bundan  öncə  Xocalı 
Ģəhərində törədilmiĢ  insanlığa  qarĢı cinayətin  dünya ictimaiyyətinə çatdırılması iĢində  fəaliyyət  göstərəcəkdir. 
Kampaniyanın və onun internet saytının dünyanın müxtəlif Ģəhərlərində - VaĢinqton, Ġstanbul, Moskva, Berlin, 
Buxarest, Ər-Riyad, Ġsgəndəriyyə, Kuala-Lumpur, Nyu-York, Kiyev,  Vyana, Brüssel, Riqa, VarĢava, London, 
Haaqa, Ottava və Los-Ancelesdə təqdimatı keçiriləcəkdir. Bu tədbirlərdə Heydər Əliyev Fondunun hazırladığı 
“Xocalı  soyqırımı”  filmi,  ermənilərin  Xocalıda  törətdikləri  vəhĢilikləri  əks  etdirən  fotoĢəkillər  və  müxtəlif 
illərdə  xarici  ölkələrin  nüfuzlu  nəĢrlərində  Xocalı  faciəsi  haqqında  dərc  edilmiĢ  materiallar,  Heydər  Əliyev 
Fondunun  ümumtəhsil  məktəbləri  və  uĢaq  evlərində  keçirdiyi  “Xocalı  uĢaqların  gözü  ilə”  mövzusunda  rəsm 
müsabiqəsinin seçmə iĢlərindən ibarət ekspozisiyalar nümayiĢ olunacaqdır.  
BildirilmiĢdir  ki,  ingilis  dilində  fəaliyyət  göstərən  “Xocalıya  ədalət”  kampaniyasına  həsr  edilmiĢ 
saytın yaxın vaxtlarda fransız, ərəb və rus dillərində də hazırlanması nəzərdə tutulur.  
Sonda jurnalistləri maraqlandıran suallara cavab verilmiĢdir.  
 
AzərTAc 
23 fevral 2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
11 
 
Azərbaycan səfirliyi Xocalı faciəsinin ildönümü ilə bağlı Misirdə və  
Liviya Cəmahiriyyəsində keçiriləcək tədbirlərin Planını hazırlamıĢdır 
 
Bakı,  24  fevral  (AzərTAc).  Azərbaycanın  Misir  Ərəb  Respublikasındakı  səfirliyi  Ġslam  Konfransı 
TəĢkilatının  Gənclər  Forumunun  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın 
təĢəbbüsü  ilə  elan  edilmiĢ  “Xocalıya  ədalət”  Beynəlxalq  kampaniyası  çərçivəsində  Heydər  Əliyev  Fondunun 
dəstəyi ilə Misirdə və eyni zamanda akkreditə olunduğu Liviya Cəmahiriyyəsində keçiriləcək tədbirlərin planını 
hazırlamıĢdır.  
Səfirlikdən  bildirmiĢlər  ki,  tədbirlərdə  Azərbaycan  icmasının,  “Vətən”  tələbə  təĢkilatının, 
Azərbaycanın  Mədəniyyət  və  Turizm  Nazirliyinin  nümayəndələrinin,  habelə  Misir-Azərbaycan 
Parlamentlərarası dostluq qrupu üzvlərinin iĢtirakı nəzərdə tutulmuĢdur.  
Fevralın 26-da Misirin ən qabaqcıl xəbər televiziya kanalı olan və bir neçə dildə yayımlanan “Nile 
Akhbar”  kanalında  Azərbaycanın  Misirdəki  səfiri  Faiq  Bağırovun  müsahibəsi  və  Xocalı  hadisələrindən  bəhs 
edən “Məhv edilmiĢ Ģəhər” filmi ərəb dilində nümayiĢ etdiriləcəkdir.  
Bundan  baĢqa,  Heydər  Əliyev  Fondu  tərəfindən  faciə  ilə  bağlı  hazırlanmıĢ  təbliğat  materialları, 
səfirliyin xüsusi xəbər bülleteni, Misirdə fəaliyyət göstərən “Vətən” tələbə təĢkilatı tərəfindən ərəb dilində nəĢr 
edilən  “Azərbaycan”  qəzetinin  faciəyə  həsr  olunmuĢ  xüsusi  sayı,  “Xocalıya  ədalət”  kampaniyası  və 
kampaniyanın  internet  səhifəsi  haqqında  məlumatlar  Misir  və  Liviyanın  Xarici  ĠĢlər  nazirliklərinə, 
parlamentlərinə,  Ərəb  Dövlətləri  Liqasına,  bu  ölkələrdə  fəaliyyət  göstərən  hökumət  və  qeyri-hökumət 
təĢkilatlarına, ictimai-mədəni və təhsil müəssisələrinə, kitabxanalara, diplomatik nümayəndəliklərə, beynəlxalq 
və regional təĢkilatların ofislərinə göndərilmiĢdir.  
Eyni  zamanda,  Ġsgəndəriyyə  Ģəhərində  keçirilən  VII  Beynəlxalq  kitab  sərgisi  çərçivəsində  fevralın 
25-də faciənin ildönümü ilə bağlı geniĢ ictimai aksiyanın, o cümlədən imzatoplama kampaniyasının keçirilməsi, 
Xocalı  haqqında  filmin  nümayiĢi,  “Azərbaycan”  qəzetinin  xüsusi  sayının,  faciə  ilə  bağlı  kitabların,  disklərin, 
broĢürlərin sərgi iĢtirakçılarına paylanması nəzərdə tutulmuĢdur.  
Fevralın 26-da səfirlikdə Misirin aparıcı mətbuat və ictimaiyyət nümayəndələrinin iĢtirakı ilə Xocalı 
faciəsinin  ildönümü  ilə  bağlı  mətbuat  konfransının  və  “Xocalıya  ədalət”  kampaniyasının  internet  səhifəsinin 
təqdimatının  keçirilməsi,  imzatoplama  kampaniyasının  davam  etdirilməsi  və  faciədən  bəhs  edən  təbliğat 
materiallarının iĢtirakçılara paylanması planlaĢdırılmıĢdır.  
 
AzərTAc 
24 fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
12 
 
Haaqada “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının  
internet saytı təqdim olunmuĢdur 
 
Haaqa,  24  fevral  (AzərTAc).  Azərbaycanın  Niderland  Krallığındakı  səfirliyindən  bildirmiĢlər  ki, 
Ġslam  Konfransı  Gənclər  Forumunun  mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım 
Əliyevanın  təĢəbbüsü  və  Heydər  Əliyev  Fondunun  dəstəyi  ilə  həyata  keçirilən  “Xocalıya  Ədalət”  beynəlxalq 
kampaniyası  çərçivəsində  fevralın  22-də  Hollandiyanın  Haaqa  Ģəhərində  “Ana  Vətən”  Avropa  Azərbaycanlı 
Qadınları  Birliyi  azərbaycanlı  tələbələrin  iĢtirakı  ilə  anma  mərasimi  və  yürüĢ  təĢkil  etmiĢdir.  Bu  tədbirlər 
zamanı  “Xocalıya  Ədalət”  beynəlxalq  kampaniyasının  www.justiceforkhojaly.org  ünvanlı  internet  saytının 
təqdimatı olmuĢdur.  
Anma  mərasimindən  əvvəl  internet  saytının  ünvanını  və  mahiyyətini  əks  etdirən  xüsusi  maykalar 
geyinmiĢ, səhifəyə  və ümumiyyətlə Xocalı faciəsinə aid plakatlar nümayiĢ  etdirən  gənclər bir sıra beynəlxalq 
məhkəmələrin,  Beynəlxalq  Hüquq  Akademiyasının  və  beynəlxalq  hüquq  üzrə  ixtisaslaĢmıĢ  digər  mərkəzlərin 
yerləĢdiyi Sülh Sarayının qarĢısında toplantı keçirmiĢlər. Sonra tədbir iĢtirakçıları mövzu ilə bağlı plakatları və 
Heydər  Əliyev  Fondu  tərəfindən  hazırlanmıĢ  fotoĢəkilləri  nümayiĢ  etdirərək  Xocalı  faciəsinə  həsr  olunan  və 
Avropada ilk dəfə quraĢdırılmıĢ abidə istiqamətində matəm yürüĢünə baĢlamıĢlar.  
Abidənin  önündə  təĢkil  olunmuĢ  mərasim  zamanı  çıxıĢ  edən  “Ana  Vətən”  Avropa  Azərbaycanlı 
Qadınları Birliyinin rəhbəri GülĢən Kazımova, “Azərbaycanın Holland Dostları” cəmiyyətinin  icraçı direktoru 
xanım Marion van der Vext və Niderlandda fəaliyyət göstərən Rusiya Həmvətənlərin Əlaqələndirmə ġurasının 
icraçı  direktoru Qriqori Pasternak  Xocalı soyqırımı haqqında  danıĢmıĢ, faciəni törədənlərin cəzalandırılmasını 
tələb etmiĢ, belə bir qətliamın bir daha təkrarlanmaması ilə bağlı beynəlxalq tədbirlərin görülməsinin vacibliyini 
vurğulamıĢlar.  BildirilmiĢdir  ki,  bu  məqsədlərə  nail  olunmasına  və  faciə  haqqında  həqiqətlərin  dünya 
ictimaiyyətinə  daha  qətiyyətli  Ģəkildə  çatdırılmasına  Leyla  xanım  Əliyevanın  təĢəbbüsü  və  Heydər  Əliyev 
Fondunun  dəstəyi  ilə  həyata  keçirilən  beynəlxalq  kampaniya  və  yaradılmıĢ  internet  səhifəsi  yeni,  mahiyyətcə 
daha güclü təkan verəcəkdir.  
Qeyd etmək lazımdır ki, Qərbi Avropada internet səhifələrinin təqdimatlarının əksər hallarda qapalı 
tədbir kimi deyil, məhz kütləvi aksiya Ģəklində geniĢ ictimaiyyət qarĢısında keçirilməsi öz səmərəliliyinə görə 
çox  populyardır.  Xocalı  faciəsinə  həsr  olunmuĢ  internet  səhifəsinin  bu  formatda  təqdim  edilməsi  holland 
ictimaiyyəti və yerli KĠV  nümayəndələrinin böyük  marağına səbəb olmuĢ, zəruri məlumatların geniĢ  kütlələrə 
çatdırılmasına Ģərait yaratmıĢdır.  
Tədbirdə  Niderlandda  təhsil  alan  azərbaycanlılarla  yanaĢı,  Azərbaycan  diasporunun  və 
“Azərbaycanın Holland Dostları” təĢkilatının fəalları, yerli KĠV təmsilçiləri iĢtirak etmiĢlər.  
 
AzərTAc  
24 fevral  2009-cu il 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
13 
 
Britaniyanın Hərb Muzeyində Xocalı soyqırımı ilə əlaqədar  
anma mərasimi keçirilmiĢdir 
 
London,  25  fevral  (AzərTAc).  Fevralın  24-də  Böyük  Britaniyanın  tanınmıĢ  tədqiqat  mərkəzlərindən 
sayılan  Ġmperiya  Hərb  Muzeyində  Xocalı  soyqırımı  qurbanlarının  anma  mərasimi  və  “Xocalıya  Ədalət” 
beynəlxalq məlumatlandırma kampaniyasının təqdimat mərasimi keçirilmiĢdir.  
Tədbirdə  Britaniya  Parlamentinin  üzvü  Mayk  Henkok,  dövlət  qurumlarının,  o  cümlədən  xarici  iĢlər 
nazirliyinin  rəsmiləri,  Londonda  akkreditə  olunmuĢ  səfirliklərin  nümayəndələri,  Qafqaz  regionu  üzrə 
ixtisaslaĢmıĢ  tədqiqat  mərkəzlərinin  təmsilçiləri,  jurnalistlər,  Azərbaycan  və  türk  icmalarının  üzvləri  iĢtirak 
etmiĢlər.  
Tədbiri  giriĢ  sözü  ilə  açan  səfir  Fəxrəddin  Qurbanov  Xocalı  faciəsinin  xalqımızın  tarixində  qanlı 
səhifələrdən  biri  olduğunu  vurğulamıĢ,  faciə  qurbanlarının  yalnız  azərbaycanlı  olduqları  üçün  kütləvi  qətlə 
məruz  qaldıqlarını  qeyd  etmiĢdir.  O,  eyni  zamanda  faciəyə  indiyə  qədər  beynəlxalq  ictimaiyyət  və  əlaqədar 
beynəlxalq  təĢkilatlar  tərəfindən  müvafiq  qiymət  verilmədiyinin  təəssüf  doğuran  hal  olduğunu  diqqətə 
çatdırmıĢdır.  
Daha  sonra  çıxıĢ  edən  Cənubi  Qafqaz  üzrə  tanınmıĢ  tədqiqatçı  professor  Tamara  Draqadze  faciənin 
miqyasından  təfsilatlı  Ģəkildə  bəhs  etmiĢ,  bu  addımı  sadəcə  Azərbaycan  xalqına  qarĢı  deyil,  bütövlükdə 
bəĢəriyyətə və bəĢəri dəyərlərə qarĢı törədilmiĢ cinayət kimi dəyərləndirmiĢdir. Xanım Draqadze hadisələrin baĢ 
verdiyi ərəfədə regionda olduğunu və faciənin əsl miqyası ilə çox yaxından tanıĢ olduğunu diqqətə çatdırmıĢdır. 
O, eyni zamanda  vurğulamıĢdır ki, bir sıra cəhdlərə baxmayaraq, faciəyə  indiyədək beynəlxalq ictimaiyyət və 
təĢkilatlar  tərəfindən  həqiqi  qiymət  verilməmiĢdir.  Bu  istiqamətdə  Azərbaycan  hökumətinin  apardığı 
məlumatlandırma kampaniyasını yüksək qiymətləndirilməlidir.  
ÇıxıĢların  ardınca  Heydər  Əliyev  Fondu  tərəfindən  göndərilmiĢ  video  materiallardan  hazırlanmıĢ  və 
Xocalı faciəsini özündə əks etdirən video klip nümayiĢ etdirilmiĢdir.  
Tədbir  çərçivəsində  Ġslam  Konfransı  TəĢkilatının  Gənclər  Forumu  və  qurumun  Mədəniyyətlərarası 
Dialoq üzrə baĢ əlaqələndiricisi xanım Leyla Əliyevanın təĢəbbüsü ilə baĢlanmıĢ “Xocalıya Ədalət” beynəlxalq 
kampaniyasının  və  kampaniyanın  internet  səhifəsinin  təqdimat  mərasimi  keçirilmiĢdir.  Beynəlxalq 
kampaniyanın  Böyük  Britaniya  üzrə  əlaqələndiricisi  olan  “Odlar  Yurdu”  cəmiyyətinin  icraiyyə  komitəsinin 
üzvü xanım Britt Montimer çıxıĢ etmiĢ və sözügedən kampaniya haqqında, kampaniya çərçivəsində hazırlanmıĢ 
internet  səhifəsi  və  kampaniyaya  qatılmaq  Ģərtləri  ilə  bağlı  ətraflı  məlumat  vermiĢ,  geniĢ  ekranda  isə 
kampaniyanın internet səhifəsinin görüntüləri verilmiĢdir.  
Tədbirin gediĢində Xocalı faciəsi və Qarabağ müharibəsindən bəhs edən kitab və broĢürlər paylanmıĢ, 
o cümlədən “Xocalı uĢaqların gözü ilə” adlı rəsm sərgisi nümayiĢ etdirilmiĢdir.  
Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin