“xocaliya ədaləT”



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə16/16
tarix06.09.2017
ölçüsü0,94 Mb.
#29157
1   ...   8   9   10   11   12   13   14   15   16

 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
104 
 
"Хocalıya Ədalət" kampaniyası öz bəhrəsini verir 
 
Ermənistan ciddi təĢviĢ içərisindədir 
 
Son  illər  ölkəmizin  üzləĢdiyi  problemlər,  Ermənistanın  Azərbaycana  təcavüzü,  bu  təcavüz  nəticəsində 
Azərbaycan  хalqının  üzləĢdiyi  çətinliklər,  eləcə  də  ХХ  əsrin  ən  dəhĢətli  hadisəsi  olan  Хocalı  soyqırımının 
dünyada tanıdılması istiqamətində ayrı-ayrı dövlətlər və beynəlхalq təĢkilatlar səviyyəsində хeyli iĢlər görülür. 
Bu  tədbirlərin  və  görülən  iĢlərin  öncüllərindən  olan  Ġslam  Konfransı  TəĢkilatı  Gənclər  Forumu  da  davamlı 
olaraq Хocalı soyqırımının dünyada tanıdılması istiqamətində fəaliyyət göstərir. Hətta ĠKT Gənclər Forumu bu 
məqsədlə "Xocalıya Ədalət" adlı kampaniya da həyata keçirir. 
Qeyd  edək  ki,  "Хocalıya  Ədalət"  kampaniyası  Ġslam  Konfransı  TəĢkilatının  Gənclər  Forumunun 
Mədəniyyətlərarası Dialoq üzrə baĢ koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Kampaniyaya 2008-ci 
il, mayın 8-də ġuĢanın iĢğal günü start verilib. Ġndiyə qədər dünyanın təхminən 75 ölkəsindən 130 min insan bu 
kampaniyanı  dəstəkləyib.  Ötən  müddət  ərzində  "Хocalıya  ədalət"  kampaniyası  çərçivəsində  dünyanın  əksər 
ölkələrində  bir  sıra  tədbirlər  keçirilib,  Azərbaycanın  haqq  səsi,  iĢğal  edilmiĢ  Azərbaycan  torpaqları,  eləcə  də 
ermənilərin  Хocalıda  həyata  keçirdikləri  vəhĢiliklər  barədə  bir  sıra  kitablar  çap  edilərək  yayılıb.  Sevindirici 
haldır  ki,  kampaniyaya  qoĢulanların  sayı  getdikcə  artmaqdadır.  Artıq  Ġslam  Konfransı  TəĢkilatına  daхil  olan 
ölkələrdə  kampaniya  geniĢ  vüsət  alıb  və  təĢkilata  daхil  olan  ölkələr  Хocalıda  insanlığa  qarĢı  cinayətin  həyata 
keçirildiyini açıq Ģəkildə bildirirlər. Buna örnək kimi cari ilin yanvarında Ġslam Konfransı TəĢkilatına daхil olan 
ölkələrin  Parlament  Birliyinin  qəbul  etdiyi  qətnaməni  göstərmək  olar.  Bu  ilin  yanvar  ayında  Ġslam  Konfransı 
TəĢkilatının Gənclər Forumu tərəfindən irəli sürülmüĢ qətnamə əsasında 54 ölkənin parlamentariləri təĢkilatın 
Parlament Birliyində ilk  dəfə  olaraq faciəyə  hüquqi  qiymət  verərək Хocalı soyqırımını insanlığa qarĢı cinayət 
kimi tanıyıblar. Nəzər alaq ki, insanlığa qarĢı cinayət eyni zamanda soyqırım və müharibə cinayətlərini özündə 
ehtiva edən hüquqi anlayıĢdır. 
 
* * * 
 
Təbii  ki,  bu  amil  Ermənistan  tərəfini  ciddi  narahat  edən  məqamlardandır  və  iĢğalçı  ölkə  hər  vasitə  ilə 
"Хocalıya  Ədalət"  kampaniyasına  qarĢı  əkstəbliğat  siyasəti  aparır.  Bu  gün  açıq  Ģəkildə  müĢahidə  edilir  ki, 
erməni tərəfi "Хocalıya Ədalət" kampaniyasına qarĢı çoх çirkin, antitəbliğat həyata keçirir. Ermənistan  dövləti 
səviyyəsində  həyata  keçirilən  bu  siyasətin  baĢlıca  məqsədi  əsl  həqiqətləri,  erməni  vəhĢiliklərini  ört-basdır 
etməkdir. Onu da qeyd edək ki, keçən ilin yay aylarından kampaniyanın veb-saytı Ermənistanda qadağan edilib 
və teхniki baхımdan bağlanıb. Bu gün Ermənistan dövləti səviyyəsində "Хocalıya Ədalət" kampaniyasına qarĢı 
edilən  hücumlar  onu  deməyə  əsas  verir  ki,  bu  kampaniya  tədricən  hədəfinə  nail  olur.    Məhz  həyata  keçirilən 
tədbirlər və bu istiqamətdə görülən iĢlər nəticəsində Ermənistanın uzun illər gizlətmək, məsuliyyəti öz üzərində 
atmaq  istədiyi  Хocalı  soyqırımı  tədricən  dünyada  tanınır.  Əgər  Хocalı  soyqırımı  dünyada  tanınmasaydı  çoх 
kiçik və tükənən resurslara malik olan Ermənistan bu gün əlavə resurslardan istifadə edərək kampaniyaya qarĢı 
əks təbliğata keçməzdi.  
Bu  gün  qəti  Ģəkildə  demək  mümkündür  ki,  "Хocalıya  Ədalət"  kampaniyası  öz  bəhrəsini  verir.  Ġndiyə 
qədər  görülən  iĢlər  və  əldə  edilən  nailiyyətlər  onu  deməyə  əsas  verir  ki,  çoх  qısa  müddətdə  dünya  dövlətlər, 
nüfuzlu  beynəlхalq  təĢkilatlar  ХХ  sərin  ən  böyük  faciəsi,  insanlığa  qarĢı  cinayət  sayılan  Хocalı  soyqırımını 
tanıyacaq, bu soyqırımı törədənlər beynəlхalq məhkəmələr qarĢısında cavab verməli olacaqlar. 
 
Süleyman 
 
“Olaylar”.-2010.-23 iyun.-N.101.-S.13. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
105 
 
“Ədalət naminə Dostunu iĢarələ” aksiyasının ikinci mərhələsinə start verilir 
 
Dialoq  və  ƏməkdaĢlıq  Uğrunda  Ġslam  Konfransı  TəĢkilatı  Gənclər  Forumunun  (ĠKGF) 
mədəniyyətlərarası  dialoq  üzrə  baĢ  əlaqələndiricisi  Leyla  xanım  Əliyevanın  təĢəbbüsü  ilə  həyata  keçirilən 
“Xocalıya ədalət” kampaniyasının “Facebook” səhifəsində start götürmüĢ “Ədalət naminə Dostunu iĢarələ” adlı 
qlobal kampaniyasının birinci mərhələsi uğurla baĢa çatıb.  
Forumun Bakı ofisindən AzərTAc-a bildiriblər ki, kampaniya nəticəsində 4 gün ərzində 5 mindən çox 
insan “Xocalıya ədalət” kampaniyasının “Facebook” səhifəsinin qonağı  olub, 400 nəfər öz  dostunu iĢarələyib. 
Bunun  nəticəsi  kimi  “Xocalıya  ədalət”  kampaniyasına  yardım  olaraq  “Save  Darfur”  (“Darfuru  xilas  et”) 
kampaniyasına  maliyyə  dəstəyi  göstərilib.  Kampaniya  “Facebook”  sosial  Ģəbəkəsinin  verdiyi  imkanlardan 
istifadə  edilməklə  Xocalı  soyqırımı  haqqında  həqiqətləri  daha  geniĢ  beynəlxalq  auditoriyada,  xüsusilə 
“Facebook”un  500  milyon  istifadəçisi  arasında  yaymaq  məqsədi  güdür.  Kampaniyanın  birinci  mərhələsi 
“Dostunu iĢarələ, Darfuru xilas et” adlanır.  
Kampaniyanın “Ədalət naminə dostunu iĢarələ, qlobal istiləĢməni dayandır” adlanan ikinci mərhələsinə 
(http://www.facebook.com/pages/Justice-for-Khojaly-Campaign/101823787520#!/pages/Justice-for-Khojaly-
Campaign/101823787520?v=wall) oktyabrın 9-da start verilir.  
Qeyd edək ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində 2 il ərzində dünyanın 50-yə yaxın ölkəsində 
müxtəlif  tədbirlər  və  aksiyalar  keçirilib.  ABġ-da  sosial  mövzularda  yaradıcılığı  ilə  tanınmıĢ  rep  ifaçısı  Toni 
Bləkman və Azərbaycanın rep qrupu “Dəyirman” tərəfindən ifa edilmiĢ “Xocalıya ədalət” mahnısının təqdimatı 
Xocalı faciəsi həqiqətlərinin dünyada yayılmasında xüsusi rol oynayıb. 
Kampaniyanın fəaliyyətini əlaqələndirən ĠKGF-nin təĢəbbüsü ilə bu il Uqandanın paytaxtı Kampalada 
ĠKT-yə  üzv  dövlətlərin  Parlament  Birliyi  və  DüĢənbədə  keçirilən  ĠKT  Xarici  ĠĢlər  Nazirlərinin  Konfransı 
tərəfindən  qəbul  edilən  sənədlərdə  Xocalı  soyqırımı  insanlığa  qarĢı  cinayət  kimi  qiymətləndirilib.  Hazırda 
kampaniya  çərçivəsində  Xocalı  soyqırımına  dünya  ictimaiyyəti  tərəfindən  hüquqi-siyasi  qiymət  verilməsi 
məqsədilə  hazırlanmıĢ  petisiyaya  (http://justiceforkhojaly.org/?p=petition)  beynəlxalq  imza  toplama  aksiyası 
keçirilir. 
 
“Mərkəz”.-2010.-9 oktyabr.-N.185.-S.5. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
106 
 
"Xocalıya Ədalət" 
Dünya Azərbaycanlı Gənclər Konqresi kampaniyaya  qoĢulmuĢdur 
 
Dialoq  və  ƏməkdaĢlıq  uğrunda  Ġslam  Konfransı  Gənclər  Forumunun  (DƏ-ĠKGF)  Avrasiya  Regional 
Mərkəzindən  AzərTAc-a  bildirmiĢlər  ki,  Almaniyanın  Frankfurt  Ģəhərində  keçirilmiĢ  Dünya  Azərbaycanlı 
Gənclərinin  (DAG)  I  Konqresinin  açılıĢ  mərasimində  DƏ-ĠKGF-nin  baĢ  katibi,  səfir  ElĢad  Ġsgəndərov  təbrik 
nitqi ilə çıxıĢ etmiĢdir.  
E.  Ġsgəndərov  xaricdə  təhsil  alan  azərbaycanlı  tələbələri  və  diasporun  gənc  fəallarını  ölkəmizin  milli 
maraqlarının  qorunmasında,  xüsusilə  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqiĢəsi  haqqında 
məlumatların  yaĢadıqları  və  təhsil  aldıqları  ölkələrin  ictimaiyyətinə  çatdırılması  iĢində  fəal  iĢtirak  etməyə 
çağırmıĢdır.  
BaĢ katib ĠKGF-nin mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla Əliyevanın təĢəbbüsü ilə 
irəli  sürülmüĢ  "Xocalıya  Ədalət"  kampaniyasının  vacibliyini  vurğulayaraq,  azərbaycanlı  gəncləri  Xocalı 
faciəsinin insanlığa qarĢı cinayət kimi tanınması üzrə aparılan iĢlərdə fəal olmağa çağırmıĢdır.  
E.  Ġsgəndərovun  sədrliyi  ilə  keçirilmiĢ  "Mədəniyyətlərarası  dialoqun  inkiĢafında  gənclərin  rolu"  iĢçi 
qrupunda  kampaniyanın  əlaqələndiricisi,  Kolumbiya  Universitetinin  məzunu  Nicat  Məmmədli  2008-ci  ildən 
etibarən  "Xocalıya  ədalət"  kampaniyası  çərçivəsində  görülmüĢ  iĢlər  barədə  məlumat  vermiĢdir.  ĠĢçi  qrupunun 
iĢtirakçıları  DƏ-ĠKGF-nin  BMT  Sivilizasiyaların  Ġttifaqı  prosesində  rolu,  o  cümlədən  2011-ci  ildə  Bakıda 
keçirilməsi planlaĢdırılan Qlobal Gənclər Sivilizasiyaların Ġttifaqı Uğrunda Hərəkatının təsis qurultayı ilə bağlı 
görülən iĢlər haqqında danıĢmıĢdır.  
Tədbirin  yekunlarına  dair  qəbul  olunmuĢ  sənəddə  "Xocalıya  ədalət"  kampaniyasına  dəstək  ifadə 
olunmuĢ, xaricdə yaĢayan azərbaycanlı gənclərin kampaniyanın həyata keçirilməsində fəal iĢtirakının vacibliyi 
vurğulanmıĢdır. 
 
“Ġki sahil”.-2010.-1 dekabr.-N.223.-S.5. 
 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
107 
 
"Xocalıya adalət" 
 
Beynəlxalq kampaniyanın on-line aksiyasına start verilib 
 
Dialoq və ƏməkdaĢlıq Uğrunda Ġslam Konfransı TəĢkilatı Gənclər Forumu (ĠKGF) və "Dağlıq Qarabağ 
bölgəsinin  Azərbaycanlı  Ġcması"  Ġctimai  Birliyi  "Xocalıya  ədalət"  beynəlxalq  təĢviqat  kampaniyasının  on-line 
fəaliyyətinin təqdimatını keçirib. 
APA-nın  məlumatına  görə,  icmanın  rəhbəri  Bayram  Səfərov  Xocalı  soyqırımını  dünya  tarixində  ən 
qanlı  qırğın  adlandırıb,  bir  gecədə  613  nəfərin  xüsusi  qəddarlıqla  qətlə  yetirildiyini  söyləyib.  O  bildirib  ki, 
Qarabağ  həqiqətlərini  dünya  ictimaiyyətinə  çatdırmaq  üçün  dünyanın  bir  neçə  ölkəsində  icmanın 
nümayəndəlikləri yaradılacaq. Ġcma rəhbəri hamını fəal vətəndaĢ mövqeyi göstərməyə çağırıb. 
ĠKGF-nin  baĢ  katibi  ElĢad  Ġsgəndərov  2008-ci  ildən  etibarən  kampaniya  çərçivəsində  görülən  iĢlər, 
xüsusilə Xocalı faciəsinin "insanlığa qarĢı cinayət" kimi tanınması ilə bağlı beynəlxalq qurumların qəbul etdiyi 
sənədlərin  əhəmiyyəti  haqqında  məlumat  verib.  "Xocalıya  ədalət"  kampaniyasına  qarĢı  Ermənistan  tərəfindən 
əks kampaniya aparıldığını söyləyən E. Isgəndərov bildirib ki, bu onu göstərir ki, Xocalı soyqırımı Ermənistan 
dövləti tərəfindən törədilmiĢ bir aksiya olub. 
Millət  vəkili,  Xocalı  soyqırımının  Ģahidi  Elman  Məmmədov  aparılan  kampaniyanın  çox  lazımlı 
olduğunu  söyləyib.  O  təklif  edib  ki,  yaradılmıĢ  saytda  Xocalının  tarixi  barədə  məlumat  yerləĢdirilsin.  E. 
Məmmədov bu yaĢayıĢ məskəninin tarixinin eramızdan əvvəl 3-5-ci əsrə gedib çıxdığını deyib: "Bu ərazilərin 
türklərə  məxsus  olduğunu  sübut  edən  çoxlu  niĢanələr  vardı".  Xocalı  soyqırımının  tanınması  istiqamətində 
təbliğatın  gücləndirilməsinin  vacibliyini  qeyd  edən  deputat  bu  iĢdə  Xocalı  soyqırımının  minlərlə  Ģahidi  olan 
insanlardan istifadə olunmasını təklif edib. 
"Xocalıya ədalət" kampaniyasının əlaqələndiricisi Nicat Məmmədov kampaniyanın yeni Ġnternet saytı, 
onun Facebook, Twitter, Youtube kimi sosial Ģəbəkələrdəki fəaliyyəti barədə geniĢ məlumat verib. O bildirib ki, 
kampaniya  3  hissədən  -  siyasi  tanıtım,  kütləvi  aksiyaların  keçirilməsi  və  ictimaiyyətlə  əlaqə  qurmaqdan 
ibarətdir. 
Bakıda  akkreditə  olunmuĢ  diplomatik  nümayəndəliklərin  təmsilçilərinin  də  iĢtirak  etdiyi  tədbirdə, 
həmçinin Xocavənd rayon icra baĢçısı Eyvaz Hüseynov, millət vəkili Fuad Muradov və digərləri çıxıĢ ediblər. 
 
“Ġki sahil”.-2010.-16 dekabr.-N.234.-S.11. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
108 
 
Əbu-Dabi bəyannaməsi 51 dövlətin parlamentini Xocalı faciəsini insanlığa qarĢı  
törədilmiĢ cinayət kimi tanımağa çağırır 
 
Ġslam Konfransı TəĢkilatı Parlamentlər Ġttifaqı (ĠKT PĠ) Heydər Əliyev Fondunun vitse-prezidenti 
Leyla xanım Əliyevanın təĢəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına 
dəstək olaraq bəyannamə qəbul etmiĢdir. 
 
ĠKT  Gənclər  Forumunun  (ĠKT  GF)  Ġstanbulda  yerləĢən  qərargahından  verilən  məlumatda  deyilir  ki,  ĠKT 
Parlamentlər  Ġttifaqı  (ĠKT  PĠ)  ġurasının  BirləĢmiĢ  Ərəb  Əmirliklərinin  (BƏƏ)  paytaxtı  Əbu-Dabidə  keçirilən 
13-cü sessiyası öz iĢini baĢa çatdırmıĢdır. BaĢ katib ElĢad Ġskəndərovun baĢçılığı ilə Forumun nümayəndə heyəti 
ġuranın iĢində iĢtirak etmiĢdir. 
ĠKT  PĠ  ġurası  üzv  dövlətləri  Xocalı  faciəsini  “insanlığa  qarĢı  törədilmiĢ  kütləvi  cinayət”  kimi  tanımağa 
çağıran Əbu-Dabi bəyannaməsini qəbul etmiĢdir.  E.Ġskəndərov demiĢdir ki, bu, ĠKT GF-nin təĢəbbüsü ilə irəli 
sürülmüĢ  “ĠKT  GF  və  ĠKT  PĠ  arasında  əməkdaĢlıq  haqqında”  qətnamənin  ġura  tərəfindən  təsdiqlənməsi 
nəticəsində  baĢ  vermiĢdir.  Qətnamənin  3-cü  bəndində  qeyd  edilmiĢdir  ki,  ĠKT  PĠ-yə  üzv  parlamentlər  erməni 
silahlı  qüvvələri  tərəfindən  Azərbaycan  Respublikasının  Xocalı  Ģəhərində  dinc  azərbaycanlı  əhaliyə  qarĢı 
törədilmiĢ kütləvi qırğını insanlığa qarĢı cinayət kimi tanıyır. Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə milli 
səviyyədə  lazımi  qiymətin  verilməsinə  çağırılırlar. ĠKT PĠ ġurası Leyla xanım Əliyevanın fəaliyyətini  yüksək 
qiymətləndirmiĢ  və  bu  rəy    qətnamədə  öz  əksini  tapmıĢdır.  Xatırladaq  ki,  qətnamə  ĠKT  GF-nin 
Mədəniyyətlərarası  Dialoq  üzrə  baĢ  əlaqələndiricisi,  Heydər  Əliyev  Fondunun  vitse-prezidenti  Leyla  xanım 
Əliyevanın təĢəbbüsü ilə irəli sürülmüĢ “Xocalıya Ədalət” kampaniyasının tərkib hissəsi idi. 
Sənədin əhəmiyyətini Ģərh edərkən ĠKT GF-nin baĢ katibi ElĢad Ġskəndərov demiĢdir: “Məlum olduğu kimi, 
keçən il faciəyə insanlığa qarĢı cinayət kimi prinsipial qiyməti ĠKT PĠ spikerlərinin konfransı vermiĢdir. O vaxt 
rəsmi Ġrəvan bu hadisəni belə  qələmə  vermiĢdi  ki, spikerlər diplomat deyil  və  nəyi imzaladıqlarına baxmırlar. 
Ötən  ildən  bəri  ĠKT-yə  üzv  bəzi  ölkələrin  parlamentlərinə  bu  mövqedən  imtina  etmək  üçün  təzyiqlər  də 
edilmiĢdi.  ġuranın  qətnamə  vasitəsilə  Xocalı  faciəsini  insanlığa  qarĢı  cinayət  kimi  tanıması  həm  ĠKT-nin  bu 
məsələdə  prinsipial  mövqeyini  bir  daha  nümayiĢ  etdirir,  həm  də  faciənin  siyasi  yolla  tanınması  prosesini 
praktiki müstəviyə keçirir”. 
E.Ġskəndərov  əlavə  etmiĢdir  ki,  qətnamədə  təĢkilata  üzv  parlamentlərə  birbaĢa  çağırıĢ  vardır  və  bu,  öz 
növbəsində,  faciənin  milli  səviyyədə  hüquqi  və  siyasi  tanınması  mərhələsini  açır.  ĠKT  PĠ-nin  dünya 
parlamentlərinin  dörddəbirini  öz  sıralarında  cəmləĢdirdiyini  nəzərə  alsaq,  mühüm  siyasi-hüquqi  tərkibə  malik 
“insanlığa  qarĢı  cinayət”  ifadəsinin  istifadə  olunması  Xocalı  faciəsinin  ermənilərin  Azərbaycan  xalqına  qarĢı 
soyqırımı  siyasətinin  tərkib  hissəsi  kimi  tanınması  və  cinayəti  törədənlərin  hüquqi  məsuliyyətə  cəlb  olunması 
baxımından  yeni  mərhələdir.  Qətnamənin  qəbulu  ideyası  Leyla  xanım  Əliyevanın  “Xocalıya  Ədalət” 
kampaniyasının  milli  koordinatorları  ilə  görüĢündə  irəli  sürülmüĢ  və  kampaniyanın  fəallarının  öz  ölkələrinin 
parlamentləri ilə apardıqları lobbiçilik fəaliyyəti nəticəsində uğurla reallaĢdırılmıĢdır. 
E.Ġskəndərov daha sonra sessiyanın iĢi zamanı ĠKT GF-nin bu təĢəbbüsünü fəal Ģəkildə dəstəkləyən ĠKT PĠ 
Katibliyinə,  Türkiyə,  Ġordaniya,  Ġran  Ġslam  Respublikası,  Pakistan,  Küveyt  və  bir  sıra  digər  ölkələrin 
deputatlarına,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  və  Xarici  ĠĢlər  Nazirliyinin  nümayəndələrinə    öz 
minnətdarlığını bildirmiĢdir. 
 
“Respublika”.-2011.-20 yanvar.-N 14.-S.4. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
109 
 
Ukraynada "Xocalı ayı" elan olundu 
 
Ġslam  Konfransı  Gənclər  Forumu,  Ukrayna  Azərbaycanlı  Gənclər  Birliyi  və  Ümumukrayna  Gənclər 
Assambleyasının  birgə  təĢəbbüsü  və  Azərbaycanın  Ukraynadakı  səfirliyinin  dəstəyi  ilə  fevral  ayı  Ukraynada 
"Xocalı ayı" elan edilib. 
Bu  barədə  APA-ya  Ukrayna  Azərbaycanlı  Gənclər  Birliyindən  bildirilib.  Bununla  bağlı  növbədənkənar 
toplantı keçirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin idarə heyəti fevral ayında Ukraynanın bir çox vilayət 
və Ģəhərlərində Xocalı soyqırımı ilə bağlı həyata keçiriləcək tədbirlər planını təsdiqləyib. Toplantıda Ukrayna 
Azərbaycanlı  Gənclər  Birliyinin  sədri  Anar  Tahirov  çıxıĢ  edərək  2008-ci  ildən  baĢlayaraq,  Ġslam  Konfransı 
Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baĢ koordinatoru Leyla Əliyevanın təĢəbbüsüylə dünyanın 
bir çox ölkələrində "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danıĢıb. 
Anar  Tahirov  Xocalı  faciəsinin  XX  əsrin  ən  amansız  faciəsi  olduğunu  deyib.  Qeyd  olunub  ki,  Ukraynada 
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində keçiriləcək tədbirlərə Ukraynanın bir sıra yerli gənclər təĢkilatları 
qatılacaq. Fevralın 10-dan baĢlayaraq, Ukraynanın bir çox vilayət və Ģəhərlərində silsilə tədbirlər keçiriləcək. 
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində Ġslam Konfransı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı 
Gənclər  Birliyinin  və  Ümumukrayna  Gənclər  Assambleyasının  birgə  təĢəbbüsü  ilə  Ukraynanın  Nikolayev, 
Simferopol,  Donetsk,  Dnepropetrovsk,  Xarkov  və  Kiyev  Ģəhərlərinin  mərkəzi  meydanlarında  imzatoplama 
aksiyası keçiriləcək. 
Fevralın  26-da  Ukraynanın  bir  sıra  Ģəhərlərdən  gənclərin  Kiyev  Ģəhərinə  üzərində  "Xocalıya  ədalət!" 
sözləri  yazılmıĢ  avtoyürüĢü  olacaq  .YürüĢ  iĢtirakçıları  Ermənistanın  Ukraynadakı  səfirliyinin,  ATƏT-in  və 
BMT-nin  Ukrayna  nümayəndəliklərinin  qarĢısında  etiraz  aksiyası  keçirəcək,  adıçəkilən  qurumlara  qətnamələr 
təqdim edəcəklər. 
 
“Xalq Cəbhəsi”.-2011.-4 fevral.-N 21.-S.3. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
110 
 
Hindistanda “Xocalı - Gələcək üçün ibrət” adlı inĢa yazı müsabiqəsi keçirilir 
 
Hindistanda “Xocalı - Gələcək üçün  ibrət” adlı  inĢa yazı  müsabiqəsi  elan  olunub. Bu barədə  APA-ya 
Azərbaycanın  Hindistandakı  səfirliyindən  məlumat  verib.  Səfirliyin  dəstəyi  və  “Athena  Ventures”  Ģirkətinin 
təĢkilatçılığı  ilə  Xocalı  soyqırımının  19-cu  ildönümünə  həsr  olunmuĢ  “Xocalı  -  Gələcək  üçün  ibrət”  adlı  inĢa 
yazı  müsabiqəsinə bütün Hindistan üzrə start verilib. Müsabiqə  məktəblilər və universitet tələbələri üçün  elan 
olunub. ĠĢtirak etmək istəyənlər qeyd olunan baĢlıq altında göstərilmiĢ və digər mənbələrdən istifadə edərək inĢa 
yazmalı və 23 fevral tarixinədək təĢkil olunmuĢ komissiyanın elektron poçt ünvanına göndərməlidir. 
Müsabiqə  davam  etdiyi  müddət  ərzində  bu  haqda  Hindistanın  televiziya  və  qəzetlərində  xəbərlər  və 
elanlar  yer  alacaq.  Müsabiqənin  artıq  rəsmi  internet  səhifəsi  (www.khojalycontest.com)  də  hazırlanıb  və  bu 
haqda  məlumat  səfir  Tamerlan  Qarayevin  müsahibəsi  ilə  yerli  telekanalların  xəbərlər  proqramında 
yayımlanacaq. 
Müsabiqə fevralın 23-də baĢa çatacaq və fevralın 26-da mükafatların təqdim edilməsi üçün bir günlük 
seminar  keçiriləcək.  Seminar  zamanı  Xocalı  soyqırımı  haqqında  videomateriallar,  fotoĢəkillər  nümayiĢ 
etdiriləcək,  “Xocalıya  Ədalət”  kampaniyası  üçün  imza  toplanacaq  və  sonda  bütün  iĢtirakçılara  sertifikat, 
qaliblərə isə pul mükafatları təqdim olunacaq.  
 
“Palitra”.-2011.-16 fevral.-N.17.-S.5. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin 
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────── 
111 
 
Ukraynada “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbirlərə  
start verilmiĢdir 
 
Bakı,  16  fevral  (AzərTAc).  Ġslam  Konfransı  Gənclər  Forumunun  və  Ukrayna  Azərbaycanlıları  Gənclər 
Birliyinin birgə təĢəbbüsü ilə Ukraynada elan olunmuĢ Xocalı ayına Nikolayev Ģəhərindən start verilmiĢdir.  
AzərTAc  xəbər  verir  ki,  “Xocalıya  ədalət”  kampaniyası  çərçivəsində  keçirilən  tədbirlər  Ukrayna  
KĠV-lərinin diqqətini də cəlb etmiĢdir.  
Nikolayev vilayətinin azsaylı xalqlar üzrə ġurasının sədri Murad Kaymurazov vurğulamıĢdır ki, Xocalıda 
olanlar adi faciə deyil, əsl soyqırımı  idi. Cinayəti törədənlər cəzalandırılmalıdır ki, bu kimi  vəhĢiliklər tarixdə 
bir daha təkrarlanmasın.  
 
AzərTAc 
16 fevral 2011-ci il
 
 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin