"Xocalı soyqırımı - əsrin yaddaĢında"
Mirzə Fətəli Axundov adına Milli Kitabxanada "Xocalı soyqırımı - əsrin faciəsi" adlı sərginin açılıĢı və
"Xocalı soyqırımı rabitəçilərin yaddaĢında" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın
direktoru Kərim Tahirov açaraq o ağrılı günləri bir daha yada salıb və bu faciənin Azərbaycan xalqının
yaddaĢından silinməyəcəyini deyib.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, rabitə və informasiya texnologiyaları nazirinin
müavini Ġltimas Məmmədov da xüsusi amansızlıqla törədilmiĢ qanlı cinayət əməlindən danıĢıblar. Sonra tədbir
iĢtirakçıları "Xocalı soyqırımı - əsrin faciəsi" adlı sərgi və təqdimatı keçirilən kitabla tanıĢ olublar. Sərgidə
Xocalı faciəsinə həsr olunmuĢ 200-dən çox müxtəlif dillərdə çap olunmuĢ kitab, jurnal, qəzet materialları
nümayiĢ etdirilib.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
80
"Hərbi cinayətlər cəzalandırılmalıdır"
Azərbaycan prezidenti yanında Strateji AraĢdırmalar Mərkəzində "Xocalı soyqırımı: siyasi, hüquqi və
psixoloji aspektlər" mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbirdə əsas məruzəçilər
Litva parlamentinin Ġqtisadiyyat komitəsi sədrinin müĢaviri, tarixçi-etnoqraf Ġmantas Melyantas və "Lazdiyay
ulduzu" qəzetinin redaktoru Riçaydas Lapaytis olub.
Riçardis Lapaytis deyib ki, Azərbaycana səfəri təsadüfən Xocalı faciəsinin ildönümünə təsadüf edib. O,
6 dəfə Dağlıq Qarabağda olduğunu, komandirlər və əsgərlərlə söhbət apardığını söyləyib: "Ġnsanlar kömək
gözləyirdi, Avropa isə bunlara göz yumurdu. Jurnalistin vəzifəsi insanlıq əleyhinə cinayətləri qeydə almaqdır.
Həmin vaxt erməni diasporası yaxĢı iĢləyirdi və hamı ermənilərin çəkdiyi əzablardan danıĢırdı. Biz jurnalistlər
faktları toplamaq üçün əlimizdən gələni etdik. Çünki faktlar yox olmur. Hərbi cinayətlər cəzalandırılmalıdır".
Ġmantas Melyantas isə Litva ictimaiyyətinin uzun müddət erməni təbliğatının təsiri altında qaldığını və
tədricən bu təsəvvürləri dəyiĢməyin mümkün olduğunu vurğulayıb: "1989-cu ildə mən özüm də erməni
təbliğatının əsiri idim. Bu təbliğat qədər güclü idi ki, deyilənlərin doğru olub-olmadığını heç düĢünmürdük.
Vaxt keçdikcə aydınlaĢdı ki, belə deyil. Mən məsələni öyrəndim və uzun müddət Litvada beyinlərə yeridilənlərə
zidd mənzərə ortaya çıxdı". Ġmantas Melyantas son iki ildə faktoloji materialların ictimaiyyətə təqdim
edilməsindən sonra bu məsələyə baxıĢların dəyiĢdiyini vurğulayıb.
Niderlandda imzatoplamanın nəticələri açıqlanacaq
"Xocalıya ədalət" beynəlxalq informasiya kampaniyasının Niderland Komitəsi Xocalı faciəsinin 18-ci
ildönümüylə bağlı tədbirlər planını təsdiqləyib. Anım mərasimləri 2008-ci ildə Haaqada Azərbaycan-Türkiyə
Cəmiyyətinin Xocalı Ģəhidlərinin xatirəsinə ucaldılmıĢ abidənin qarĢısına xatirə çələngi qoymaqla baĢlayacaq.
Həmin gün Amsterdam Açıq Universitetində Xocalı soyqırımına həsr olunmuĢ konfrans keçiriləcək. Konfransı
"Xocalıya ədalət" beynəlxalq kampaniyasının Niderland Komitəsi və "Anadolulu tələbələr" qeyri-hökumət
təĢkilatının dəstəyilə baĢ tutacaq. Konfransda Azərbaycanın Niderland Krallığındakı səfiri Fuad Ġsgəndərovun,
Almaniyada yaĢayan yazıçı Orxan Arazın, Türkiyədən gəlmiĢ məĢhur Ģair Yavuz Bülənd Bakilərin çıxıĢları
nəzərdə tutulur. Daha sonra Amsterdam Universitetinin müəlliməsi, pianoçu Sara Krombaxın ifasında
Azərbaycan mahnılarından ibarət matəm konserti keçiriləcək. Tədbirlər çərçivəsində "Xocalıya ədalət tələb
edirik" fotosərgisinin təĢkili, "Xocalıya ədalət" klipinin təqdimatı da planlaĢdırılır. Konfransın sonunda
"Xocalıya ədalət" kampaniyasının Niderland Komitəsinin sədri, Kral Ordeni cəngavəri Qert van Dam
kampaniyaya dəstək çərçivəsində imzatoplama kampaniyasının nəticələrini açıqlayacaq. Xatırladaq ki, ötən il
dekabrın 10-da - Beynəlxalq Ġnsan Haqları Günü baĢlayan kampaniya çərçivəsində 3 mindən artıq imza
toplanıb. Tədbir ehsan mərasimilə baĢa çatacaq.
Xocalı soyqırımı Fransada anılır
Fransada Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı tədbirlərin keçirilməsi məqsədi ilə bu ölkədə səfərdə olan
Azərbaycan nümayəndə heyəti diaspor təmsilçiləri ilə görüĢüblər. Bu barədə APA -ya Azərbaycanlıların və
digər Türkdilli Xalqların ƏməkdaĢlıq Mərkəzindən (ATXƏM) bildirilib. Məlumata görə, ATXƏM Strasburq
"Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı fevralın 24-28-də Paris və Strasburq
Ģəhərlərində silsilə tədbirlər həyata keçirir.
Fevralın 24-də Azərbaycan nümayəndə heyəti Azərbaycanın Fransadakı səfirliyində səfir Elçin
Əmirbəyov və Fransadakı diaspor nümayəndələriylə görüĢüblər. GörüĢdə Fransadakı diaspor təĢkilatlarıyla
birgə əməkdaĢlıq məsələləri müzakirə olunub. Qərara alınıb ki, Azərbaycanın ümummilli məsələlərinin həll
olunması və Azərbaycan həqiqətlərinin daha mütəĢəkkil təbliğ olunması üçün birgə əməkdaĢlıq səylərini
gücləndirmək vacibdir. GörüĢdə Azərbaycan nümayəndə heyəti Azərbaycan və Qarabağla bağlı 40-a yaxın
(ingilis və fransız dilində) kitab və bukletləri səfirliyə təqdim ediblər.
Dünən isə Azərbaycan nümayəndə heyətinin üzvləri Strasburqda ITIRI- Yazılı və Sinxron tərcümə və
Beynəlxalq Əlaqələr Ġnstitutunda "Azərbaycan Respublikasının Diaspora siyasəti, icrası və Azərbaycan
Diasporasının əsas məsələləri (Qarabağ)" konfransına qatılıblar.
Litva parlamentində Xocalı soyqırımıyla bağlı tədbir keçirilib
Fevralın 24-də Litva Seymində səfirliyimizin təĢəbbüsü və Demokratik Siyasət Ġnstitutunun dəstəyilə
Xocalı soyqırımıyla bağlı tədbir keçirilib.
Demokratik Siyasət Ġnstitutunun rəhbəri, Seymin üzvü Mantas Adomenas çıxıĢında Xocalı
soyqırımı ilə bağlı Litva ictimaiyyətində az məlumat olduğunu, Vilnüsdə Azərbaycan səfirliyinin açılmasından
sonra bu sahədə xeyli iĢ görüldüyünü deyib. O, dinc azərbaycanlılara qarĢı törədilən Xocalı soyqırımını
Serebrennitsa qətliamı ilə eyniləĢdirərək, etnik təmizləmə siyasətini pisləyib.
Litva Seymində Azərbaycanla dostluq qrupunun rəhbəri Egidiyus Vareikis Ruandada, Syerra-Leonedə
törədilən qətliamların Xocalı soyqırımı ilə eyni olduğunu bildirib, buna baxmayaraq, beynəlxalq müstəvidə
Xocalı qətliamına hüquqi qiymət verilməsinin gecikdiyinə diqqəti yönəldib.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
81
Litvanın nüfuzlu qurumlarından olan Soyqırım Ġnstitutunun sabiq direktoru, deputat Dalia Kuodite
çıxıĢında, Litva xalqının da uzun illər genosidə məruz qaldığı üçün azərbaycanlıların faciəsini yaxĢı baĢa
düĢdüklərini bildirərək, dünyanın istənilən yerində insanlığa qarĢı törədilən vəhĢiliklərə biganə qalmamağa
çağırıb.
Tədbirdə "Salnamə" studiyasında hazırlanan "Dua" filmi də nümayiĢ olunub. Heydər Əliyev Fondunun
hazırladığı "Qarabağ həqiqətləri" toplusu, müxtəlif əyani vəsaitlər, həmçinin səfirlik tərəfindən Litva və ingilis
dillərində xüsusi hazırlanmıĢ çap nümunələri sərgilənib.
"Ġrəli" Avropanın 9 Ģəhərində aksiyalar keçirəcək
Dünən Tiflisin ġota Rustaveli adına Milli Dram Teatrında Azərbaycan Dövlət Simfonik Orkestri
Xocalıya həsr olunan xatirə konserti keçirilib. Ġspaniya, Türkiyə, Ukrayna və Ġraqın bu ölkədəki səfirlərinin,
habelə dövlət rəsmilərinin iĢtirak etdiyi tədbirdə Azərbaycan və gürcü bəstəkarlarının əsərləri ifa edilib.
Konsertdə Azərbaycanın Gürcüstandakı Səfiri Namiq Əliyev çıxıĢ edib. Xatirə konsertində Gürcüstan
prezidentinin anası Giuli Alasaniya da iĢtirak edib.
Xocalı soyqırımının ildönümü münasibətilə "Ġrəli" Ġctimai Birliyinin dəstəyilə Avropanın 9 Ģəhərində
aksiyalar və tədbirlər keçiriləcək. Tədbirlər Hollandiya, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Latviya,
Litva və Estoniyada təĢkil olunur. "Ġrəli" Ġctimai Birliyi hazırlıq iĢlərini yekunlaĢdırmaq üzrədir.
“Xalq cəbhəsi”.-2010.-26 fevral.- .-№36.-S.3.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
82
Xocalı faciəsi insanlığa qarĢı görünməmiĢ soyqırımıdır
Fevralın 25-də Parisin "Prəns de Qall" hotelində Azərbaycanın Fransadakı səfirliyi və ölkəmizin
YUNESKO yanında daimi nümayəndəliyi tərəfindən Xocalı faciəsinin 18-ci ildönümü və İslam Konfransı
Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq Üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın
təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyasının təqdimatı ilə bağlı mərasim keçirilmişdir.
Fransa ictimaiyyəti nümayəndələrinin, azərbaycanlılara qarĢı soyqırımı , bir çox ölkələrin səfirlərinin,
akkreditə olunmuĢ diplomatik korpusun əməkdaĢlarının, Fransanın ölkəmizdəki keçmiĢ səfirlərinin, YUNESKO
yanında nümayəndəliklərin rəhbərlərinin, faciə ilə bağlı Fransada keçirilən tədbirlərdə iĢtirak etmək üçün Parisə
səfər etmiĢ Azərbaycan nümayəndə heyətinin üzvlərinin, diaspor təmsilçilərinin, bu ölkədə yaĢayan
azərbaycanlıların və təhsil alan tələbələrimizin, jurnalistlərin iĢtirak etdiyi mərasimi açan səfir Elçin Əmirbəyov
Xocalı faciəsi barədə ətraflı məlumat vermiĢ, qana susamıĢ erməni hərbçilərinin Azərbaycanın Xocalı Ģəhərinə
soxularaq bir gecənin içərisində dinc əhaliyə amansızlıqla divan tutduqlarını, hətta qadın, uĢaq və yaĢlı insanlara
belə aman vermədiklərini diqqətə çatdırmıĢ, bu etnik təmizləmə praktikası siyasətinin hələ ötən əsrin
əvvəllərindən aparıldığını qeyd etmiĢdir.
Səfir Xocalı faciəsinin insanlığa qarĢı görünməmiĢ soyqırımı olduğunu demiĢ, faciəyə beynəlxalq
təĢkilatlar tərəfindən indiyədək hüquqi qiymət verilmə-məsindən təəssüf hissi keçirdiyini bildirmiĢ, bütün dünya
ictimaiyyətinin Xocalı soyqırımı barədə hərtərəfli məlumat əldə etməsinin vacibliyini vurğulamıĢdır.
BəĢəriyyətə qarĢı yönəlmiĢ bu soyqırımının yaddaĢlarda həmiĢəlik iz saldığını, o dəhĢətli gecədən uzun illər
keçməsinə baxmayaraq, bu faciə haqqında əsl həqiqətlərin bütün dünyaya çatdırılmasının zəruri olduğunu
bildirmiĢdir. Diplomat Ġslam Konfransı TəĢkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baĢ
əlaqələndiricisi və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı təmsilçisi Leyla xanım Əliyevanın
təĢəbbüsü ilə "Xocalıya ədalət" kampaniyasının keçirildiyini və iĢtirakçıları bu məqsədlə dünyanın müxtəlif
ölkələrinin rəsmilərinə ünvanladığı müraciətə imza atmağa çağırmıĢdır.
Fransanın Azərbaycandakı ilk səfiri Jan Perren Xocalı faciəsinin ölkəmizdə fəaliyyətə baĢladığı dövrə
təsadüf etdiyini xatırlatmıĢ faciənin XX əsrin ən dəhĢətli soyqırımı olduğunu, dinc sakinlərə qarĢı əsl qətliam
törədildiyini, Ģəhər sakinlərinin bir qisminin öldürüldüyünü, bir qisminin əsir götürüldüyünü, canlarını
qurtarmaq üçün dağlara qaçan insanların bir çoxunun yolda qıĢın sərt Ģaxtasında donduğunu qeyd etmiĢdir.
KeçmiĢ səfir həmin dövrdə yaralıların yerləĢdiyi xəstəxanalara baĢ çəkdiyini, onların insanları dəhĢətə
gətirən gecə barədə söhbətlərini dinlədiyini, xarici jurnalistlərin bu hadisəyə biganə qalmadıqlarını, Xocalı
faciəsinin yalnız azərbaycanlılara qarĢı deyil, bütün bəĢəriyyətə qarĢı yönəlmiĢ bir soyqırımı olduğunu diqqətə
çatdırmıĢdır.
Azərbaycan-Fransa Gəncləri Assosiasiyasının sədri Mirvari Fətəliyeva Leyla xanım Əliyevanın təĢəbbüsü
ilə keçirilən "Xocalıya ədalət" kampaniyasını təqdim etmiĢdir. Sonra Xocalı faciəsindən bəhs edən klip nümayiĢ
etdirilmiĢdir.
Mərasimdə Xocalı faciəsinin xatirəsinə həsr edilmiĢ klassik musiqi nümunələri ifa olunmuĢdur. Sorbon
Universitetinin magistri Səidə Zülfüqarova pianoda və fransız musiqiçisi Prisiy LaĢa Sanet skripkada
Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirmiĢlər.
ĠĢtirakçılar Xocalı soyqırımına dair sərgi ilə tanıĢ olmuĢlar. Sərgidə faciə ilə bağlı Heydər Əliyev
Fondunun nəĢr etdirdiyi, Prezident Administrasiyası, Azərbaycanlıların və Türk Xalqlarının ƏməkdaĢlığı
Mərkəzi tərəfindən təqdim olunmuĢ kitab və broĢürlar, kiçik yaĢlı rəssamların çəkdikləri rəsmlər, disklər və
kasetlər nümayiĢ etdirilmiĢdir.
Əsgər ƏLİYEV
AzərTAc-ın xüsusi müxbiri
Paris
“Xalq qəzeti”.-2010.-27 fevral.-N 46.-S.3.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
83
Leyla Əliyevanın təĢəbbüsü ilə keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası
bu faciəni dünyada XX əsrin ən qanlı soyqırımlarından biri kimi tanıdıb
XIX əsrin əvvəllərindən baĢlayaraq Qafqazda kütləvi Ģəkildə məskunlaĢdırılan ermənilər az müddət sonra
bölgəni sözün əsl mənasında “qan çanağı”na çeviriblər.
Ermənilərin “böyük Ermənistan” yaratmaq kimi iddialı ideyanın gerçəkləĢməsi yolunda atdıqları addımlar
azərbaycanlılara qarĢı kütləvi qətllərin və soyqırımı aktlarının həyata keçirilməsi ilə nəticələnib. Bu qanlı tarix
qısa fasilələrlə bütün XX əsr boyu dönə-dönə təkrarlanıb. Lakin özlərinin uydurma ideyalarının qurbanı olan
ermənilər bu gün dünya birliyinin qınaq mənbəyinə, ən əsası isə bir tikə çörəyin əsirinə çevriliblər.
Tarix təsdiq edir ki, ermənilərin Qafqazda törətdikləri qırğınlar və soyqırımı aktları bir niyyətə əsaslanır:
nəyin bahasına olursa-olsun Azərbaycan torpaqlarında məskunlaĢmaq və aborigen xalq olduqlarını təsdiqləmək.
Bu mənfur niyyəti reallaĢdırmağın yolu isə azərbaycanlıların kütləvi soyqırımından, qanlı talanlardan və
deportasiya siyasətindən keçir. 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər bölgələrində həyata
keçirilmiĢ dəhĢətli soyqırımı aktı ermənilərin Qafqazda məskunlaĢması üçün bir açar olub. Onlar həmin vəhĢi
əməlləri ilə bir növ bu bölgədə yaĢamaq və Azərbaycan türklərinin tarixi vətəni olan indiki Ermənistan
ərazisində dövlət qurmaq niyyətlərini reallaĢdırıblar.
Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmiĢinin obyektiv mənzərəsini yaratmaq
imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılıb, təhrif edilmiĢ hadisələr
əsl qiymətini alıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart
Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla da Azərbaycan tarixində erməni məsələsinə
münasibətdə yeni strategiya müəyyənləĢib. Bu, həm də Azərbaycan xalqının əsrlər boyu üzləĢdiyi
məhrumiyyətlərə rəhbəri Heydər Əliyev olan dövlətin verdiyi əsl tarixi qiymət idi. Təsadüfi deyil ki, bu proses
sonrakı mərhələdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləĢib. Azərbaycan
Prezidenti Ġlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq dünya və beynəlxalq təĢkilatlar Ermənistanı
iĢğalçı dövlət kimi tanıyıblar.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama
obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu davam etdirir. Məhz Fondun
gərgin əməyi nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa
sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılıb. Bir sıra dövlətlər, beynəlxalq təĢkilatlar, nüfuzlu
qurumlar bəĢəriyyətə qarĢı törədilmiĢ bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin Ģəkildə pisləyir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində
qeyd olunur. Soyqırımına həsr olunmuĢ silsilə tədbirlər Fondun hazırladığı təbliğat materialları əsasında həyata
keçirilir. Mərasimlərin hər il keçirildiyi Ģəhərlərin sırasına bu il Oslonun da adı əlavə edilib.
Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniĢ miqyasda təĢkil etdiyi və faciənin həqiqətlərinin
yayılmasına yönəldilmiĢ anım tədbirləri Rusiya Federasiyasındakı nümayəndəlik tərəfindən Ġslam Konfransı
TəĢkilatının (ĠKT) ƏməkdaĢlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində davam edir.
2008-ci il mayın 8-dən Ġslam Konfransı TəĢkilatının (ĠKT) Gənclər Forumunun (ĠKGF)
Mədəniyyətlərarası Dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın təĢəbbüsü ilə təsis edilən,
fəaliyyətinə 2009-cu ilin fevralında start verilən və hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünün iĢtirakı ilə
uğurla davam etdirilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təĢviqat kampaniyası da bu iĢə öz töhfəsini
verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq,
qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin
anılmasına nail olmaqdır. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı
vasitəsilə aparılır.
Beynəlxalq kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı faciəsi ilə bağlı real faktların foto və film
sərgiləri, internet, beynəlxalq konfranslar və nümayiĢlər, o cümlədən aparıcı beynəlxalq təĢkilatların
nümayəndələri ilə görüĢlərin keçirilməsi vasitəsilə çatdırılmasını nəzərdə tutur. Kampaniya və buna oxĢar
təĢəbbüslər dünyadakı ədalətsizliyi aradan qaldırmaqla, bəĢəriyyətə sülh, əmin-amanlıq gətirir. “Xocalıya
ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarĢı çıxmağa səsləyir. Kampaniya
Azərbaycan gəncliyinin Qarabağ həqiqətlərini, münaqiĢənin həllində ölkəmizin ədalətli mövqeyini və Xocalı
soyqırımını bütün təfərrüatı ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından müasir tariximizin
mühüm mərhələsi olub.
Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniĢ miqyasda qeyd olunması təĢəbbüsü bir sıra
ölkələrdə dövlət səviyyəsində dəstəklənib.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
84
Bu il yanvarın 31-də Ġslam Konfransı TəĢkilatına üzv dövlətlərin Parlament Ġttifaqının (ĠKT PĠ)
Uqandanın paytaxtı Kampala Ģəhərində keçirilən və 51 ölkənin parlament heyətləri baĢçılarının iĢtirak etdiyi VI
sessiyasında forumun təĢəbbüsü ilə “ĠKGF ilə ĠKT PĠ arasında əməkdaĢlıq haqqında” qətnamə imzalanıb.
“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində qəbul olunmuĢ qətnamədə Xocalı faciəsinə “Erməni
silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “Ġnsanlığa qarĢı cinayət” kimi qiymət verilib.
Qətnamədə “Xocalıya ədalət” beynəlxalq kampaniyasına həm milli, həm də beynəlxalq səviyyədə tam dəstək
verməyə çağıran bənd də öz əksini tapıb. Bu, beynəlxalq təĢkilatlar tərəfindən Xocalı faciəsini “Ġnsanlığa qarĢı
cinayət” kimi tanıyan ilk sənəddir.
Uqandada keçirilən tədbirdə iĢtirak edən dövlətlərin nümayəndələri qətnamənin qəbul edilməsinə
yekdilliklə səs veriblər. Sənədin qəbul olunmasında ĠKT ölkələri parlamentlərinin 10-dan çox sədri və təqribən
100 deputat, mötəbər qurumların nümayəndələri iĢtirak ediblər.
Nəzərə alsaq ki, ĠKT Parlament Ġttifaqı öz sıralarında dünya parlamentlərinin demək olar, dörddəbirini
cəmləĢdirir və dünyanın ən böyük parlamentlərarası beynəlxalq qurumlarındandır, həmin qətnamədə Xocalı
qətliamının beynəlxalq hüququn normalarına əsasən insanlığa qarĢı cinayət adlandırılması Xocalı soyqırımının
dünya səviyyəsində tanınmasında, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsində keyfiyyətcə yeni bir
mərhələ açacaq. Sənəd Ermənistana da çatdırılacaq. Çünki, Kampalada keçirilən sessiyada beynəlxalq
təĢkilatların nümayəndələri, o cümlədən, Ermənistanın da üzv olduğu Qara dəniz Ġqtisadi ƏməkdaĢlıq
TəĢkilatının Parlament Birliyinin nümayəndələri iĢtirak ediblər.
Qətnamənin digər bir bəndində “Xocalıya ədalət” kampaniyasına tam dəstək verilib.
Bu, Leyla xanım Əliyevanın təĢəbbüsü ilə artıq bir ildir ki, fəaliyyət göstərən “Xocalıya ədalət”
kampaniyasının növbəti ciddi uğurudur.
Birinci uğuru kampaniya baĢlanandan az sonra ĠKT xarici iĢlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi
qırğın kimi qiymətləndirmək barədə qətnamənin qəbuluna nail olunmasıdır. Keçən ilin iyulunda isə ĠKT
Gənclər Forumu ilə ĠSESKO arasında imzalanmıĢ anlaĢma nəticəsində Xocalı faciəsi haqqında məlumatın ĠKT
ölkələrinin tarix dərsliklərinə salınması barədə razılıq əldə edilib.
Bundan əlavə, ötən ilin dekabrında BMT çərçivəsində keçirilən konfransda Xocalı soyqırımı Ruanda,
Srebrenitsa, Xolokost kimi dünya tərəfindən tanınmıĢ soyqırımları ilə yanaĢı, Ġnsan Haqları Günündə yada
salınıb və bununla əlaqədar BMT-də konfrans keçirilib.
Xalqımız 1948-ci il 9 dekabr tarixli “Soyqırımı cinayətinin qarĢısının alınması və cəzalandırılması”
konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarĢı BMT-nin Beynəlxalq məhkəməsində iddia
qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarĢı
deyil, həm də bütün bəĢəriyyətə qarĢı yönəldilib.
“Xocalıya ədalət” kampaniyasının səyi ilə Xocalı qətliamının adı Ġsveçdə yaradılıb və virtual aləmdə
geniĢ vüsət almıĢ mükəmməl “Beynəlxalq Müharibə Qurbanları Memorialı” arxiv layihəsinə daxil edilib.
Layihədə kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq Qarabağ müharibəsi zamanı erməni silahlı
qüvvələri tərəfindən Xocalı Ģəhərində xüsusi amansızlıqla öldürülənlərin siyahısı yerləĢdirilib, faciə saytın
istifadəçilərinə XX əsrin ən dəhĢətli qətliamı kimi təqdim edilib (http://war-memorial.net/Victims-of-the-
Khojali-Massacre-1.224).
Xatırladaq ki, “Beynəlxalq Müharibə Qurbanları Memorialı” layihəsi II Dünya müharibəsindən sonra
dünyada baĢ vermiĢ müharibələr, soyqırımları və qətliamların qurbanları olmuĢ adamların siyahısını verir,
Ģəkillər və faktlarla birlikdə hadisələrin xülasəsini əks etdirir. XX əsrin ikinci yarısından bu günədək soyqırımı
və qətliamlarda həlak olmuĢ insanların siyahıyaalma prosesində insan hüquqları ilə məĢğul olan institutlar,
alimlər, beynəlxalq və qeyri-hökumət təĢkilatları, tədqiqatçılar iĢtirak edirlər.
Beləliklə, görürük ki, Leyla Əliyevanın qətliama obyektiv qiymət verilməsi təĢəbbüsləri dünyanın
sülhpərvər qüvvələri, demokratik ölkələri tərəfindən birmənalı dəstəklənib.
Azərbaycanın haqlı mövqeyinin dünya dövlətləri tərəfindən dəstəklənməsi bədnam qonĢularımızı yaman
qıcıqlandırır.
Ermənistan hökuməti ölkə ərazisində yerli istifadəçilərə “Xocalıya ədalət” kampaniyasının rəsmi saytına
(www.justiceforkhojaly.org) giriĢi qadağan edib. Yerevandan olan gənc internet istifadəçilərindən biri
kampaniyanın Facebook səhifəsində (http://www.facebook.com/pages/Khojaly-town/Justice-for-Khojaly-
Campaign/101823787520?ref=mf) yazır: “Mənim yüksək keyfiyyətli internetim var, lakin sayta girəndə
“qadağandır” sözü yazılır. Mən müxtəlif yerlərdən sayta girməyə cəhd etsəm də, eyni nəticə ilə üzləĢirəm”.
Ermənistan əhalisinin, xüsusilə, gənclərin internet saytlara daxil olmaqda üzləĢdikləri problem bu ölkədə
informasiya azadlığının və insan hüquqlarına dair beynəlxalq öhdəliklərin Ermənistan hakimiyyəti tərəfindən
kobud Ģəkildə pozulmasının sübutudur.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
85
“Xocaliya ədalət” kampaniyasının Facebook səhifəsinin administratoru Elməddin Mehdiyev bildirib ki,
həqiqətən Ermənistanda www.justiceforkhojaly.org saytına giriĢə qadağa qoyulub. Hətta, Ermənistanın internet
məkanında sayta bizim tərəfdən qadağa qoyulduğu haqda Ģayiə yayılıb. Bunun Ermənistan hakimiyyətinin
növbəti yalanı olduğunu aĢağıdakı faktlar sübut edir:
- Məlum olduğu kimi, sayt kampaniyanın ABġ-dakı fəalları tərəfindən yaradılıb və bu ilin fevralından
dünyanın 101 ölkəsindən 15 min nəfər saytın materialları ilə tanıĢ olub.
- Sayta giriĢə Azərbaycan ərazisindən məhdudiyyət qoyulması texniki baxımdan qeyri-mümkündür.
- Bundan baĢqa, erməni təbliğatçıları kampaniyanın məqsədlərindən birinin Xocalı faciəsi haqqında
düzgün məlumatın məhz, Ermənistan ictimaiyyətinə çatdırılması olduğunu nəzərə almayıblar. Çünki yaradıcılar
tərəfindən sayta Ermənistanda giriĢə qadağa qoyulması məntiqə uyğun deyildir.
Bu faktlara və ĠKT üzrə mütəxəssislərin rəylərinə əsaslanıb əminliklə demək olar ki, Xocalı qırğınını
törədən və indiki Ermənistan hakimiyyətində təmsil olunanlar bu faciə barədə düzgün məlumatın Ermənistanda
yayılmasının qarĢısını almaq üçün ölkədə sayta giriĢə qadağa qoyublar.
Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin
qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır. Artıq bir sıra
dövlətlər 1992-ci ilin 25-26 fevralında soydaĢlarımıza qarĢı törədilmiĢ etnik təmizləmə cinayətinin əsl
mahiyyətini anlayır, qətliama siyasi qiymət verilməsinin bəĢəri borc olduğunu baĢa düĢürlər.
Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən iĢlər artıq daha ciddi
nəticələr verməkdədir.
Dünyanın bir çox nöqtələrində insanlığa qarĢı baĢ verən və həyata keçirilən cinayətlərlə bağlı ĠKT
tərəfindən bir neçə proqram reallaĢdırılır. Lakin təhlillər göstərir ki, ən böyük haqsızlıq Xocalı soyqırımı ilə
bağlıdır, çünki dünya bu hadisələrin arxasında hansı səbəblərin durduğunu və Dağlıq Qarabağ münaqiĢəsinin
təkanverici qüvvəsinin nə olduğu barədə həqiqətlərin heç on faizini də bilmir. Buna görə də, Leyla Əliyevanın
təĢəbbüsü təqdir olunmalı və alqıĢlanmalıdır.
“Xocalıya ədalət” beynəlxalq kampaniyası hansısa xalqa qarĢı yönəlməyib. Xocalıya ədalət - Azərbaycan
ərazilərinin iĢğaldan azad edilməsi və erməni xalqının yoluxucu “böyük Ermənistan” Ģovinizm ideologiyasından
azad edilməsidir, Xocalıya ədalət - həlak olan insanların xatirəsinə münasibətdə ədalətdir.
Xocalıda azərbaycanlıların soyqırımına qarĢı etirazını bildirən ilk rusiyalılardan biri, yazıçı, “Qarabağın
qanlı girdabı” kitabının müəllifi Yuri Pompeyev 1992-ci il fevralın 26-da olmuĢ hadisələr barədə öz
təəssüratlarını bölüĢüb. Onun sözlərinə görə, 1990-ci ilin Qara Yanvarından sonra Azərbaycana qarĢı növbəti
qanlı aksiyanın hazırlandığı məlum idi. O, sovet ordusunun 366-cı motoatıcı alayının Qarabağdan çıxarılması
çağırıĢı ilə Rusiya rəhbərliyinə teleqram göndərməklə buna mane olmağa çalıĢmıĢdı. “Təəssüf ki, bunu etmək
mümkün olmadı”, - deyə üzr istəyən yazıçı bildirib.
26 fevral yalnız Azərbaycanda deyil, digər müsəlman ölkələrində də humanitar fəlakət qurbanlarının
xatirəsinin anma günü kimi tarixə düĢüb. Bu isə faciənin soyqırımı kimi tanıdılmasına yönəldilmiĢ addımların
nəticəsiz qalmadığını sübut edir.
Tarix unudulmaq üçün yazılmır. Erməni vəhĢilikləri Azərbaycan tarixinin qanla yazılmıĢ səhifəsidir. Bu
səhifəyə yazılmıĢ cinayətlər xalqımızın qan yaddaĢına həkk olunub. Erməni terroru, qətliamı qurbanlarının ruhu
bizi qisasa səsləyir.
Ġnanırıq ki, Xocalı soyqırımını törədənlər öz layiqli cəzalarını alacaq və Ģəhidlərimizin ruhu dinclik
tapacaq. Bu, gec-tez baĢ verəcək. Çünki, Azərbaycan yerləĢdiyi bölgədə söz və nüfuz sahibidir, gündən-günə
güclənir və qüdrətlənir. Gücümüz və qüdrətimiz, dövlət baĢçımızın qətiyyəti sayəsində Azərbaycan xalqının
haqq iĢi qalib gələcək.
AzərTAc
Dostları ilə paylaş: |