“Yeni Azərbaycan”.-2010.-27 fevral.-N.37.-S.3.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
86
“Xocalıya ədalət” kampaniyası çərçivəsində Ukraynada anım mərasimləri keçirilmiĢdir
Yüz minlərlə soydaĢımız yaĢayan dost Ukraynada XX əsrin faciəsi olan Xocalı soyqırımının 18-ci
ildönümü ilə bağlı anım mərasimləri keçirilmiĢdir. Mərasimlərdə erməni Ģovinist-millətçiləri tərəfindən
azərbaycanlılara qarĢı analoqu olmayan vəhĢiliklər törədilməsindən, genosid siyasətindən söhbət açılmıĢ, insan
hüquqlarının kütləvi və kobud Ģəkildə pozulması ilə nəticələnmiĢ Xocalı soyqırımına hələ də beynəlxalq
miqyasda hüquqi qiymət verilmədiyi, terrorçu əməllərə qarĢı qəti tədbirlər görülmədiyi təəssüflə qeyd
olunmuĢdur.
Kiyev Ģəhərində Ukraynanın bir sıra aparıcı gənclər təĢkilatları fəallarının, tarixçi alimlərin, politoloqların
və jurnalistlərin qatıldığı mərasimi Ukrayna Avropa gənclər hərəkatının Kiyev Ģəhər təĢkilatının sədri S.
Aleksandra açaraq, 18 il bundan öncə Xocalıda ermənilər tərəfindən törədilən bəĢəri cinayətin hələ də cavabsız
qalmasından danıĢmıĢdır. Əsrlər boyu Ukrayna xalqının da dəfələrlə soyqırım və faciələrlə üzləĢdiyini bildirən
“Ġrəli” Ġctimai Birliyinin Ukraynadakı təmsilçisi Cavid Hüseynzadə “Xocalıya ədalət” kampaniyasına qoĢulan
ukraynalı həmyaĢıdlarına minnətdarlığını çatdırmıĢdır.
Ukrayna Avropa Gənclər Hərəkatı təĢkilatının fəallarından Xoleç Alesya, azərbaycanlı gənclərdən Rəhim
Haçıyev və baĢqaları Xocalı faciəsi ilə bağlı beynəlxalq təĢkilatlara və dünya birliyinə müraciət etmək üçün
imza toplama kampaniyasına qoĢulduqlarını bildirmiĢdir.
Sonra mərasimə qatılanlar Ukrayna dövlət televiziyasının aparıcı jurnalisti Georqi Spasokukotskinin və
Azərbaycan televiziyasının Ukrayna və ġərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğlunun
ssenarisi əsasında çəkilmiĢ “Qarabağ tarixin burulğanında” sənədli filminə baxmaqla son iki əsrdə erməni və
ermənipərəst qüvvələrin Azərbaycan xalqına qarĢı həyata keçirdikləri amansız faciə və soyqırım siyasəti ilə
tanıĢ olmuĢlar. Filmdə göstərilənlərin sırf tarixi faktlara əsaslandığını bildirən tarixçi alimlərdən Fərhad Turanlı,
Nataliya Rudenko və digər çıxıĢ edənlər Xocalı faciəsinin hələ də cəzasız qalmasını bəĢər tarixinin qara ləkəsi
adlandırmıĢlar.
Toplantıya qatılanlara həmçinin Heydər Əliyev Fondu tərəfindən nəĢr olunmuĢ, Qarabağ həqiqətlərini
özündə əks etdirən kitablar paylanmıĢdır.
Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı TREND-in erməni vandalizminə dair çəkdiyi film Ukrayna
ictimaiyyətinə təqdim olunmuĢdur.
Ukraynanın Donetsk Ģəhərində TREND Beynəlxalq Ġnformasiya Agentliyinin prezident yanında Kütləvi
Ġnformasiya Vasitələrinin ĠnkiĢafına Dövlət Dəstəyi Fondu layihəsi çərçivəsində erməni vandalizminə dair
çəkdiyi “Sözün bitdiyi zaman” adlı sənədli filmin təqdimatı keçirilmiĢdir.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyası
çərçivəsində Dünya Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin və Donetsk Azərbaycanlıları
Konqresinin birgə təĢəbbüsü ilə təĢkil olunan təqdimat mərasimində Azərbaycan və Ukraynanın ictimai-siyasi
xadimləri, ziyalılar, diaspor fəalları və kütləvi informasiya vasitələrinin nümayəndələri iĢtirak etmiĢlər.
Təqdimat mərasimini Dünya Azərbaycanlıları Konqresinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri
Möhlət Hüseynov açaraq bəĢər tarixinin ən qanlı salnaməsi kimi tarixə düĢən Xocalı soyqırımından 18 il
ötməsinə baxmayaraq, beynəlxalq təĢkilatların və dünya birliyinin hələ də bu faciəyə hüquqi-siyasi qiymət
verməməsini tarixi ədalətsizlik kimi dəyərləndirmiĢdir. “Xocalı faciəsi təkcə əlli milyonluq azərbaycanlının
deyil, bütün dünyanın faciəsidir. “Mən hesab edirəm ki, dünya birliyi ermənilərin belə bir dəhĢətli soyqırım
siyasətinə göz yummaqla tarix qarĢısında bu faciəni törətmək qədər bir məsuliyyəti öz üzərinə götürüb” deyən
M. Hüseynov Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə layihəsi əsasında çəkilmiĢ “Qarabağ tarixin
burulğanında” filminin o cümlədən TREND Beynəlxalq Ġnformasiya Agentliyinin çəkdiyi “Sözün bitdiyi
zaman” adlı sənədli filminin üç dildə Qarabağ həqiqətlərinin və erməni vandalizminin dünya ictimaiyyətinə
təqdim edilməsində mühüm rol oynayacağını bildirmiĢ, və tarixi materiallarla zəngin olan hər iki filmin ssenari
müəllifləri Emil Hüseynliyə və Möhsüm Qədiroğluna minnətdarlığını bildirmiĢdir.
Sonra mərasimə qatılanlar “Qarabağ tarixin burulğanında” və “Sözün bitdiyi zaman” filmlərinə
baxmaqla ermənilərin 1992-ci ildə Xocalı Ģəhərində uĢaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarĢı həyata
keçirdikləri soyqırım siyasətini özündə əks etdirən vəhĢiliklərin bir daha Ģahidi olublar.
Təqdimat mərasimində çıxıĢ edən Azərbaycan Teleradio VeriliĢləri QSC-nin Ukrayna və ġərqi Avropa
ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğlu son illər Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
“Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən silsilə tədbirlərin, o cümlədən dövlət səviyyəsində
Qarabağ münaqiĢəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində təqdim olunan layihələrin
maliyyələĢdirilməsinin artıq müsbət effekt verdiyini vurğulamıĢdır. Qeyd etmiĢdir ki, on il öncə Dağlıq Qarabağ
haqda demək olar ki, heç bir bilgiyə malik olmayan dünya birliyi Azərbaycan dövlətinin apardığı məqsədyönlü
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
87
siyasəti nəticəsində bu gün ermənilərin tarix boyu Azərbaycan xalqına qarĢı həyata keçirdikləri iĢğalçılıq və
soyqırım siyasətini tanımaq məcburiyyətində qalıb. Ġnanıram ki, bu kimi tarixi-faciəvi filmlərə baxan hər bir
insan beynəlxalq aləmdə yazıq və məzlum libasına bürünən erməni maskasının altında nələrin gizləndiyini
asanlıqla görə bilirlər.
Mərasimdə filmin Ukrayna ictimaiyyətinə təqdim olunmasına verdikləri dəstəyə görə Dünya
Azərbaycanlıları Konqresinin Ukrayna nümayəndəliyinin rəhbərliyinə və Azərbaycan Teleradio VeriliĢləri
QSC-nin Ukrayna və ġərqi Avropa ölkələri üzrə təmsilçiliyinə minnətdarlığını bildirən filmin ideya və ssenari
müəllifi, TREND NEWS Ġnformasiya Agentliyinin direktor müavini Emil Hüseynli Qarabağ həqiqətlərinin
beynəlxalq ictimaiyyətə çatdırılmasını dünyanın harasında yaĢamasından asılı olmayaraq hər bir azərbaycanlının
mənəvi borcu olduğunu demiĢdir.
Mərasimdə DAK-ın Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov qeyd etmiĢdir ki, “XXI əsr
informasiya əsridir. Bu istiqamətdə Azərbaycan Prezidenti Ġlham Əliyevin “biz ermənilərlə informasiya
müharibəsində müdafiədən hücuma keçməliyik” çağırıĢına öz əməli iĢlərimizlə cavab verməliyik. TREND də
bu sahəyə xüsusi diqqət yetirir. Əminəm ki, TREND Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində qarĢısına qoyduğu vəzifələri bundan sonra da davam etdirəcək”.
Əsası iki əsr öncə qoyulmuĢ erməni əks təbliğatının ifĢa olunmasında Ukraynadakı Azərbaycan diasporu
da əsl vətəndaĢlıq mövqeyi nümayiĢ etdirir.
Bu baxımdan fevralın əvvəlində Ukrayna və Azərbaycan Dövlət televiziyalarının birgə layihəsi olan
“Qarabağ tarixin burulğanında” filminin 48 milyonluq Ukrayna xalqına təqdim olunmasını xarici təbliğat
strategiyamızın uğuru adlandırmaq olar. Təbii ki, Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində tarixi faktlarla
zəngin olan belə bir filmin Ukraynanın dövlət televiziyasında efirə verilməsi xəbis erməni saxtakarlığının ortaya
çıxmasında müstəsna əhəmiyyətə malikdir
Tədbirdə Donetsk Azərbaycanlıları Konqresinin prezidenti Ġqbal Mahmudov, Ġdarə Heyətinin sədri
MüĢfiq Vəliyev, Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk Vilayət təĢkilatının sədri Malik Pirverdiyev
çıxıĢ edərək erməni diasporuna qarĢı effektli mübarizə aparmaq üçün Azərbaycan diasporunun daha güclü
fəaliyyət göstərməsinin vacibliyini vurğulamıĢlar.
Donetsk Vilayətinin Snejnoy Ģəhərinin Veteranlar Cəmiyyətinin sədri Valeriy Sokolov çıxıĢında
bildirmiĢdir ki, ermənilərin Xocalıda törətdiyi soyqırımı bütün dünya ictimaiyyəti bilməlidir. “Xocalı faciəsi
təkcə azərbaycanlılara qarĢı deyil, insanlığa qarĢı törədilmiĢ bəĢəri cinayət kimi qiymətləndirilməlidir. Ġnanıram
ki, beynəlxalq təĢkilatlar bu soyqırıma hüquqi-siyasi qiymətini verəcəkdir”.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk,
Krım, Xarkov və digər regional təĢkilatlarında da anım mərasimləri keçirilmiĢdir.
Qədir Aslan
“Respublika”.-2010.-2 mart.-N 47.-S.5.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
88
Strasburqda keçirilmiĢ izdihamlı mitinq Xocalı faciəsinə həsr olunmuĢdur
Strasburqda fəaliyyət göstərən Azərbaycan Evinin təĢkilatçılığı ilə Ģəhərin mərkəzindəki Kleber
meydanında Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar izdihamlı mitinq keçirilmiĢdir.
Mitinqi Azərbaycan Evinin sədri Mustafa Alınca açaraq Xocalı soyqırımının XX əsrin ən dəhĢətli faciəsi
olduğunu bildirmiĢdir. O, müasir silahlarla silahlanmıĢ erməni quldurlarının Xocalıya hücum edərək qəddar
üsullarla yüzlərlə günahsız insanı qətlə yetirdiklərini, Ermənistanın keçmiĢ dövlət baĢçısı Robert Koçaryanın və
hazırkı prezident Serj Sarkisyanın bu soyqırımına rəhbərlik etdiklərini, onların indiyədək cəzasız qaldıqlarını
mitinq iĢtirakçılarının diqqətinə çatdırmıĢdır.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiĢ və faciə ilə bağlı mitinq
komitəsinin bəyanatı oxunmuĢdur.
Xocalı faciəsi ilə bağlı keçirilən silsilə tədbirlərdə iĢtirak etmək üçün Fransaya gəlmiĢ Azərbaycan
nümayəndə heyətinin üzvlərindən Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Milli Məclisin
regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Azərbaycanlıların və Türk Xalqlarının ƏməkdaĢlıq
Mərkəzinin sədri Ġlham Ġsmayılov və “Kür-Araz” xeyriyyə cəmiyyətinin sədri Akif Kərimov bu mitinqin
Avropanın rəmzi paytaxtı Strasburqda təĢkil edilməsinin heç də təsadüfi xarakter daĢımadığını, qəddar
ermənilərin sülhsevər azərbaycanlılara qarĢı dəfələrlə soyqırımı törətdiklərini, Ermənistanın apardığı iĢğalçılıq
siyasəti nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin iĢğal edildiyini, ölkəmizin bir milyondan artıq qaçqın və
məcburi köçkün problemi ilə üzləĢdiyini, Xocalı soyqırımından 18 il keçməsinə baxmayaraq dünya
ictimaiyyətinin və beynəlxalq təĢkilatların susduğunu, hadisəyə hüquqi qiymət verilmədiyini vurğulamıĢlar.
Onlar mitinq iĢtirakçılarını Xocalı faciəsini erməni təbliğatının təsiri altına düĢmüĢ hər bir avropalıya olduğu
kimi çatdırmağa çağırmıĢlar. Azərbaycanın tutduğu yolun haqq yolu olduğu və gec-tez bu haqqın öz yerini
tutacağı, torpaqlarımızın tezliklə erməni iĢğalından azad ediləcəyi diqqətə çatdırılmıĢdır.
Əllərində üçrəngli Azərbaycan bayraqları, “Xocalıya ədalət”, “Xocalı soyqırımı azərbaycanlılara qarĢı
soyqırımıdır”, “Erməni özbaĢınalığına son qoyulsun”, “Müharibə caniləri öz cəzalarını almalıdırlar”, “Heç vaxt
bağıĢlamayacağıq” kimi sözlərin yazıldığı transparantlar tutmuĢ soydaĢlarımız, türk diasporunun təmsilçiləri,
qonĢu Almaniyadan və digər yerlərdən gəlmiĢ azərbaycanlılar və tələbələrimizdən ibarət mitinq iĢtirakçıları
“Koçaryan canidir!”, “Sarkisyan canidir!”, “Ermənilər, Azərbaycan torpaqlarını azad edin!” və s. Ģüarlar
səsləndirmiĢlər.
Mitinq zamanı Azərbaycan nümayəndə heyətinin gətirdiyi Xocalı faciəsindən bəhs edən kitab və
broĢürlər, fotolar nümayiĢ etdirilmiĢ, insanlığa qarĢı görünməmiĢ soyqırımı ilə bağlı əsl həqiqətlərin və faktların
əks olunduğu fransız dilində yazılmıĢ vərəqələr yerli sakinlərə və Ģəhərin qonaqlarına paylanılmıĢdır.
Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı faciəsi haqqında faktların Avropada getdikcə geniĢ vüsət
almasından vahiməyə düĢmüĢ ermənilər hər yerdə olduğu kimi, Strasburqda da mitinqi pozmağa cəhd
göstərmiĢlər.
Ermənilərin hiyləsini baĢa düĢən mitinq iĢtirakçıları qanun keĢikçilərinə müraciət etmiĢ və onların növbəti
fitnəkarlığının qarĢısı alınmıĢdır.
Mitinq sakit Ģəraitdə baĢa çatmıĢdır.
Əsgər ƏLĠYEV
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
“Xalq qəzeti”.-2010.-2 mart.-N 48.-S.2.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
89
Rusiya Dövlət Kitabxanasında professor Yuri Pompeyevin
“Qarabağ gündəliyi” kitabının təqdimatı olmuĢdur
Ġslam Konfransı TəĢkilatı Gənclər Forumundan (ĠKGF) bildirmiĢlər ki, martın 1-də Moskvada
Rusiya Dövlət Kitabxanasının ġərq Ədəbiyyatı Mərkəzində tanınmıĢ rus yazıçısı, professor Yuri
Pompeyevin “Qarabağ gündəliyi” kitabının təqdimatı olmuĢdur. Moskvanın “Kanonplyus” nəĢriyyatı
tərəfindən çap etdirilmiĢ kitab ĠKGF-nin mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım
Əliyevanın təĢəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində hazırlanmıĢdır.
Tədbirdə çıxıĢ edən ĠKGF-nin mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyeva
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi haqqında Rusiya oxucusuna həqiqətləri çatdıran bu kitabın
əhəmiyyətini vurğulamıĢ, müəllifin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində oynadığı
roldan bəhs etmiĢdir. O bildirmiĢdir: “Professor Pompeyev mürəkkəb bir dövrdə dəfələrlə Qafqazda münaqiĢə
zonalarında olmuĢ, Qarabağda baĢlanan separatizmin nəinki Azərbaycanın, ümumilikdə milyonlarla insanın
taleyinin birləĢdiyi böyük bir ölkənin ərazi bütövlüyünə zərbə vurduğunu öz gözləri ilə görmüĢdür”. Leyla
xanım Əliyeva, həmçinin kitabın münaqiĢənin səbəb və ağır nəticələri haqqında Rusiya oxucularında obyektiv
fikir yaradacağına əminliyini bildirmiĢdir.
Kitabın əhəmiyyətindən danıĢan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dövlətimizin baĢçısı
Ġlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsinin ədalətli həlli istiqamətində qətiyyətli
fəaliyyətindən bəhs etmiĢdir.
ĠKGF-nin baĢ katibi ElĢad Ġsgəndərov “Xocalıya ədalət” kampaniyasının birillik fəaliyyəti barədə
təqdimatla çıxıĢ etmiĢ, beynəlxalq qurumlar çərçivəsində Xocalı qətliamını törədənləri pisləyən qərarların qəbul
edilməsinin əhəmiyyətini vurğulamıĢdır.
Kitabın müəllifi professor Y. Pompeyev “Xocalıya ədalət” kampaniyasına dəstəyini ifadə etmiĢ, tədbir
iĢtirakçılarına kitabın yaranması ideyasından danıĢmıĢ, keçən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ
müharibəsi zamanı Azərbaycan ətrafında informasiya blokadasının aradan qaldırılması uğrunda aparılan
mübarizədən bəhs etmiĢdir. O, ötən ilin avqustunda Bakıya səfəri zamanı ölkədə gedən irimiqyaslı inkiĢaf və
Azərbaycan Prezidenti Ġlham Əliyevin bu istiqamətdə apardığı siyasətlə bağlı onda yaranmıĢ təəssüratları tədbir
iĢtirakçıları ilə bölüĢmüĢdür. Milli Məclisin deputatı Elmira Axundova münaqiĢə həll edilməyənədək kitabdakı
fikirlərin aktuallığını xüsusi vurğulamıĢdır. Kitabın təqdimatında Moskva Dövlət Universitetinin professoru
Qeorqi Alekseyev, Qarabağ müharibəsi zamanı Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat üzrə katibi
iĢləmiĢ, rusdilli “Azərbaycanın panoraması” qəzetinin redaktoru Fərhad Ağamaliyev çıxıĢ etmiĢlər.
Tədbirdə ziyalılar, ali məktəb tələbələri və KĠV nümayəndələri iĢtirak etmiĢlər. Tədbir iĢtirakçıları 2009-
cu ildə “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilmiĢ tədbirləri əks
etdirən forosərgi ilə tanıĢ olmuĢlar.
Müəllifin siyasi və ictimai xadimlərdən münaqiĢə ilə bağlı götürdüyü müsahibələr və tarixi sənədlər
əsasında tarixi-publisistik janrda yazdığı “Qarabağ gündəliyi” kitabında münaqiĢənin ilkin dövründən
baĢlayaraq baĢ verən təlatümlü hadisələrin təhlili verilmiĢdir. Əsərdə münaqiĢənin alovlanmasına Ģərait yaradan,
Xocalı soyqırımına aparan proseslərdə sovet hakimiyyət qurumlarında təmsil olunan pərdəarxası qüvvələr,
erməni lobbisi və onların M. Qorbaçovla gizli münasibətlərindən bəhs edilmiĢdir. KeçmiĢ sovet məkanında öz
ölkəsinin taleyini düĢünən rus ziyalısının mövqeyindən yazılmıĢ bu kitabda çətin siyasi dövrdə ümummilli
liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdıĢı, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması
uğrunda apardığı mübarizəsindən də bəhs edilmiĢdir.
Kitab keçmiĢ SSRĠ-nin son dövrləri və Azərbaycan xalqının milli-azadlıq hərəkatını öyrənmək istəyən
tarixçilər, politoloqlar üçün xüsusi əhəmiyyət kəsb edir.
“Xocalıya ədalət” kampaniyası 2008-ci ilin mayın 8-də, ġuĢa Ģəhərinin iĢğalının ildönümündə ĠKGF-nin
mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım Əliyevanın təĢəbbüsü ilə irəli sürülmüĢdür və
hazırda 30-dan artıq ölkədə yüzlərlə könüllünün iĢtirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın
məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə
siyasi-hüquqi və mənəvi qiymət verilməsini, həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.
Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org internet saytı vasitəsilə aparılır.
AzərTAc.
“Xalq qəzeti”.-2010.-2 mart.-N 48.-S.2.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
90
Xocalı faciəsi dünya mətbuatında
"Nezavisimaya qazeta"-da Yevgeni KriĢtalyovun "Xocalıya ədalət" sərlövhəli məqaləsi dərc edilib
Rusiyanın "Nezavisimaya qazeta" nəĢrinin 26 fevral nömrəsində Yevgeni KriĢtalyovun "Xocalıya ədalət"
sərlövhəli məqaləsi dərc edilib. AzərTAc həmin məqaləni təqdim edir.
Müharibə qanlı qətliyama düĢmüĢ xalqlara, sadə insanlara çoxlu əzab və faciə gətirir. Yüzlərlə və minlərlə
günahsız adam hərcmərcliyin qurbanı olur və yalnız nəsillərin yaddaĢı onların adlarının yaddaĢlardan
silinməsinə imkan vermir. QonĢular arasında qarĢıdurma daha amansız olur. Ermənistan ilə Azərbaycan
arasında Dağlıq Qarabağa nəzarət uğrunda döyüĢlər qəddarlıq salnaməsinin daha bir səhifəsi olmuĢdur.
Fevralın 26-sı Xocalı Ģəhidlərinin anma günüdür. Dağlıq Qarabağın azərbaycanlılar yaĢayan bu Ģəhərinin
adı çoxlarına tanıĢdır və Xatın, Liditse, Serebrenisa, Sonqminin taleyi ilə müqayisə olunur. 18 il əvvəl Xocalının
dinc sakinləri strateji yaĢayıĢ məntəqəsini tutmağa çalıĢan erməni silahlı dəstələrinin mühasirəsinə düĢmüĢdü.
Qarabağda yeganə hava limanı burada yerləĢirdi, yol isə birbaĢa Azərbaycanın içərilərinə aparırdı. Xocalılıların
geri çəkilməsi üçün qoyulan yollarda "tələ" qurulmuĢdu. Onları gülləbaran edir, yaralı uĢaqları qətlə yetirir, əsir
götürürdülər. Bu əsirlikdən çoxları geri qayıtmadı. 1992-ci il fevralın 26-na keçən o müdhiĢ gecədə alov
məngənəsindən çoxları keçə bilmədi. Qətliamın nəticələri dəhĢətli idi: 613 nəfər qətlə yetirilmiĢdir, onların 63
nəfəri uĢaq, 106 nəfəri qadın, 70 nəfəri qocadır. Səkkiz ailənin bütün üzvləri məhv edilmiĢ, 487 adam
yaralanmıĢdır. 1275 nəfər əsir götürülmüĢ, onların 150-nin taleyi hələ də məlum deyildir.
Azərbaycan Prokurorluğu ətraflı təhqiqat apararaq bu qanlı qətliamın təĢkilatçılarının və icraçılarının
törətdiklərini soyqırımı və hərbi cinayət kimi qiymətləndirmiĢdir. Eyni zamanda, müəyyən edilmiĢdir ki, keçmiĢ
sovet ordusunun 366-cı alayının hərbçilərinin də bu qətliamda əli vardır. 366-cı hərbi birləĢmə Dağlıq
Qarabağda yerləĢdirilmiĢdi və alayda erməni milliyətindən olan hərbçilər də qulluq edirdilər.
Faciənin bir çox məqamları həm də beynəlxalq müĢahidəçilər - jurnalistlər və hüquq müdafiəçiləri
tərəfindən sənədləĢdirilmiĢdir. Rusiyanın tanınmıĢ "Memorial" təĢkilatı bu barədə ətraflı məlumat vermiĢ,
Ģahidlərin dediklərini Ġnternetdə yerləĢdirmiĢdir. 1992-ci il martın 13-də "Ġzvestiya" qəzetində müxbir Vadim
Belıxın reportajı dərc edilmiĢdi. O, hər bir normal insanın ruhunu lərzəyə gətirə biləcək və Ģəxsən Ģahidi olduğu
faktları təsvir etmiĢdir.
Dağlıq Qarabağın Azərbaycan icması Xocalını və onun sakinlərini itirməklə doğma torpaqda yeganə
dayağından məhrum olmuĢdu. Erməni millətçilərinin bir vaxtlar bərəkətli diyarda törətdiyi etnik təmizləmə,
faktiki olaraq, Dağlıq Qarabağın Azərbaycan icmasının soyqırımı, Xocalı qətliamı isə bu siyasətin ən müdhiĢ
nöqtəsi idi. "YaĢayıĢ məkanının iĢğalı" strategiyasının həyata keçirilməsinin kulminasiyası isə 1992-ci ilin
mayında Qarabağ azərbaycanlılarının baĢlıca tarixi mərkəzi - qoruq-Ģəhər ġuĢanın iĢğalı oldu.
Bununla əlaqədar, Serj Sarkisyanın Britaniya jurnalisti, "Qara bağ" kitabının müəllifi Tomas de Vaala
etirafı çox maraqlıdır: "Xocalıya qədər azərbaycanlılar düĢünürdülər ki, bizimlə zarafat etmək olar, onlara elə
gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi qıra bildik". Necə deyərlər, Ģərhə ehtiyac
yoxdur, nə əlavə, nə də ixtisar etmək lüzumsuzdur.
Bu gün Xocalı faciəsinə gətirib çıxarmıĢ o cinayətkar siyasətin davamçıları Dağlıq Qarabağ üçün hansısa
öz müqəddəratını təyin etməkdən danıĢırlar. Eyni zamanda, onlar Qarabağ azərbaycanlılarının əzəli torpaqlarına
qayıtması imkanını yada da salmırlar. Onların referendumun bölgənin yalnız erməni sakinlərinin iĢtirakı ilə
keçirilməsi tələbinin məqsədi də məhz budur.
Hazırda Azərbaycan ilə Ermənistan arasında beynəlxalq vasitəçilərin, - burada baĢlıca rolu Rusiya
oynayır, - iĢtirakı ilə gedən sülh danıĢıqları yalnız möhkəm sülhü təmin edəcəyi halda məna kəsb edir. Bu cür
sülh isə Dağlıq Qarabağın hər iki icmasının - ermənilərin və azərbaycanlıların hüquqlarına riayət olunmasına
əsaslanmalıdır. Bu icmaların hər birinin Qarabağın yüksək dağ zirvələrində və sıx meĢələrində öz müqəddəs
ocaqları vardır. Hər iki icmanın nümayəndələri Qarabağdan olan dahi əcdadlarının xatirəsini əziz tuturlar.
MünaqiĢə nəticəsində qovulmuĢ azərbaycanlıların geri qayıtması və Dağlıq Qarabağın, heç olmasa sovet
dövründəki kimi, əvvəlki status-kvo vəziyyətinin bərpa edilməsi bölgədə normal həyatın bərpasının baza
Ģərtidir.
Yaxın keçmiĢə nəzər salsaq, görərik ki, sovet dövrü XX əsrin əvvəllərindəki fikir ayrılığını unutdura
bilmiĢdi. O zaman da Qarabağı Azərbaycandan qoparmaq istəyirdilər. Lakin elə ilk sistem qeyri-sabitliyi köhnə
iddiaları üzə çıxardı, ayrılma məsələsi yenidən qaldırıldı. Bu, barıt çəlləyinin fitilini yandırdı və partlayıĢ, öz
növbəsində, ittifaq dövlətinin dağılmasına son qoydu. Ġndi bunu az-az yada salırlar, çünki xatırlatmağa dəyər ki,
fitil, ilk növbədə, Qarabağın idi. Yuqoslaviyanın qanlı parçalanmasını, Kosovodakı indiki vəziyyət mahiyyət
etibarilə Ermənistan-Azərbaycan qarĢıdurmasını xatırladır. Serblərin ürəyini - Kosovo diyarını kökləri ilə
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
91
qoparıb çıxardılar. Azərbaycanın qəlbi Qarabağı da beləcə kökləri ilə çıxarmağa çalıĢırlar. Xocalı Qarabağın
göz yaĢları və Ģəhid qanı hopmuĢ bir parçasıdır.
Bu gün Azərbaycan yalnız ədalət tələb edir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və bu
qurumun rəhbəri Leyla Əliyevanın Ģəxsən irəli sürdüyü təĢəbbüs əsasında həyata keçirilən geniĢmiqyaslı
beynəlxalq informasiya-təbliğat kampaniyası da məhz "Xocalıya ədalət" adlanır. Kampaniyadan məqsəd
dünyaya bəĢəriyyətə qarĢı cinayət, Xocalı soyqırımı haqqında həqiqətləri yaymaqdır. Fondun aksiyaları artıq
bütün dünyada, o cümlədən beynəlxalq təĢkilatların ofislərində, habelə BMT-nin Cenevrədəki BaĢ qərargahında
keçirilir
Dostları ilə paylaş: |