- Bundan sonra hansısa görüĢlər keçirildimi?
- Fevralın 26-da nümayəndə heyətinin bir hissəsi - mən və Gülər xanım paytaxt Praqada Azərbaycanın
Çexiyadakı səfirliyinin "Xocalı-ya Ədalət" kampaniyası çərçivəsində keçirdiyi tədbirlərdə iĢtirak etdik.
Azərbaycan diasporunun üzvlərinin də qatıldığı tədbirdə səfir Tahir Tağızadə çıxıĢ etdi. Nümayəndə heyətinin
digər üzvləri - Vaqif Arzumanlı və Samir Adıgözəlli isə Avstriyaya səfər etdilər. Paytaxt Vyananın mərkəzi
"Stepan" meydanında "Xocalıya ədalət" kampaniyası çərçivəsində böyük bir aksiya keçirilirdi. Meydanda
Azərbaycan çadırı qurulmuĢdu və bu çadırda yerləĢdirilən iki böyük monitorda Xocalı faciəsini əks etdirən və
Heydər Əliyev Fondu tərəfindən alman dilində hazırlanmıĢ çox mükəmməl film nümayiĢ olunurdu.
Bütün bu tədbirlərin yekunu olaraq gəldiyim qənaət budur ki, Xocalı faciəsinin, Dağlıq Qarabağ
münaqiĢəsinin, bütövlükdə Azərbaycan həqiqətlərinin dünya ölkələrinin diqqətinə çatdırılması istiqamətində hər
bir təĢkilatın aktiv iĢtirak etməsi gərəkdir. Bu, Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində, xüsusilə
də Avropada ciddi Ģəkildə təĢkilatlanmasına istiqamətlənmiĢ bir hadisədir.
“Yeni Azərbaycan”.-2010.-5 mart.-N.41.-S.6.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
98
Milli Məclisin deputatı Gülər Əhmədova "Xocalıya ədalət" kampaniyası çərçivəsində
Çexiyaya və Belarusa səfəri ilə bağlı mətbuat konfransı keçirmiĢdir
Milli Məclisdə deputat Gülər Əhmədova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni
təcavüzkarlarının Xocalıda Azərbaycan xalqına qarĢı törətdikləri soyqırımı barədə həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması üzrə bu ilin fevralında Çexiyaya və Belarusa səfəri ilə bağlı mətbuat konfransı
keçirmiĢdir.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiĢdir.
Milli Məclisin mətbuat katibi Akif Nəsirov son vaxtlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması sahəsində böyük iĢlərin görüldüyünü vurğulamıĢ, Milli Məclisin deputatı Gülər Əhmədovanın cari
ildə bununla bağlı Çexiyaya və Belarusa səfərini diqqətə çatdırmıĢdır.
Gülər Əhmədova Rusiyanın Azərbaycanlı Gənclər TəĢkilatının sədri Leyla xanım Əliyevanın
təĢəbbüskarı olduğu "Xocalıya ədalət" kampaniyası çərçivəsində bu iki ölkədə keçirilən tədbirlər barədə ətraflı
məlumat vermiĢdir. BildirmiĢdir ki, Beynəlxalq Diaspor Mərkəzi ilə birgə təĢkil edilmiĢ səfər zamanı Çexiyaya
və Belarusun ali təhsil ocaqlarında müəllim-tələbə heyəti ilə keçirilən görüĢlərdə erməni qəsbkarlarının əzəli
Azərbaycan torpaqlarında törətdikləri vəhĢiliklər faktlar və sənədlərlə iĢtirakçıların diqqətinə çatdırılmıĢdır.
Təsadüfi deyil ki, Çexiya alimləri Praqada "Azadlıq" radiosuna müsahibədə Xocalıda baĢ verənləri insanlığa
qarĢı cinayət, soyqırımı adlandırmıĢ və günahkarların məhkəməyə verilməsinin vacibliyini vurğulamıĢlar.
Onların bu fikri qısa bir müddətdə demək olar ki, bütün dünyanı dolaĢmıĢ və ictimaiyyətin nəzərini bu problemə
yönəltmiĢdir.
Mətbuat konfransında G. Əhmədova martın 17-dən 22-dək Türkiyəyə səfəri barədə də məlumat vermiĢdir.
BildirmiĢdir ki, 1915-ci ildə Çanaqqala savaĢında qardaĢ Türkiyənin istiqlalı uğrunda üç minə yaxın
azərbaycanlı Ģəhid olmuĢdur. Bizim nümayəndə heyətimiz Çanaqqalada bu Ģəhidlərimizin xatirəsinin
əbədiləĢdirilməsi və xatirə lövhəsinin ucaldılması ilə əlaqədar keçirilən tədbirdə iĢtirak etmiĢdir. Ġstərdik ki,
Ģəhid olmuĢ azərbaycanlıların xatirəsinə orada bir abidə də ucaldılsın, həmçinin onların adı və soyadı
dəqiqləĢdirilsin, araĢdırmalar aparılsın. Hazırda bu istiqamətdə bizə Türkiyədə təhsil alan azərbaycanlı
tələbələrin "Birlik" təĢkilatı yaxından kömək edir.
Sonda KĠV nümayəndələrinin suallarını cavablandıran Gülər Əhmədova demiĢdir ki, ermənilər tərəfindən
Azərbaycan xalqına qarĢı zaman-zaman törədilən soyqırımı ilə bağlı Bakıda Çexiya və Belarus tarixçi
alimlərinin iĢtirakı ilə elmi-praktiki konfransın keçirilməsi də nəzərdə tutulmuĢdur.
AzərTAc.
“Azərbaycan”.-2010.-1 aprel.-N 67.-S.6.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
99
"Xocalıya ədalət" ədalət istəyir
Aygün Həsənoğlu: "Leyla xanım Əliyevanın rəhbərliyi altında baĢlamıĢ "Xocalıya ədalət" kampaniyası
böyük səs-küy doğurdu! çünki bu kampaniyaya rəhbərlik edən də, onu hərəkətə gətirənlər də
gənclərdir!"
Ermənilərin Azərbaycan türklərinə qarĢı törətdikləri soyqırımlarla bağlı bir neçə kitabın müəllifi,
filologiya elmləri namizədi, yazıcı-publisist Aygün Həsənoğlunun Canaz.tv müxbirinə müsahibəsini
təqdim edirik:
- Aygün xanım, martın 31-də 1918-ci ilin martında erməni daĢnaklarının Azərbaycanda
törətdikləri soyqırımın ildönümü oldu. Sizcə, indiyə kimi bu məsələni yetərincə dünya miqyasında
tanıtdıra bilmiĢikmi?
Xeyr, biz bu sahədə hələ indi-indi iĢə baĢlayırıq. 2006-cı ildə mən Türkiyənin Ankara Ģəhərində Türk
Dünyası Ġnsan Haqları dərnəyinin təĢkilatçığı ilə "Ermənilərin azərbaycanlılara qarĢı törətdiyi soyqırımlar"
mövzusunda seminar verərkən 1918-ci ildə, hətta 1988-ci ildən bəri iĢğal olunmuĢ torpaqlarımızda ermənilərin
vəhĢilikləri barədə danıĢdım. Tədbirin iĢtirakçıları QHT-lər və araĢdırmaçılar, ziyalılar olsa da onlar bu faktları
ilk dəfə eĢitdiklərini bildirirdilər. 2008-ci ildə Ġstanbulda MPL TV-də müsahibə verərkən də veriliĢin aparıcıları
söylədiklərimdən heyrətlənmiĢdilər. Hətta mən Azərbaycana qayıdandan sonra müsahibəmi internetdə
yerləĢdirdilər. Etiraf etməliyik ki, biz çox hay-küy salır, çox danıĢırıq, amma az iĢləyirik. ĠĢləyəndə də iĢi məhz
iĢ bilməyənlərə tapĢırırıq. 1918-ci il soyqırımı ilə bağlı çoxlu ingilisdilli ədəbiyyat var. Məsələn, Ramsden De
Hatvillin "1918-ci il Azərbaycan olayları bir erməninin anılarında" kitabı hələ 1923-cü ildə ABġ-da nəĢr edilib.
Türkiyədə də çap olunub, bizdə isə nəĢr olunmayıb. Kitabı Türkiyədən gətirmiĢəm, nəĢriyyatlardan birinə
təqdim edəcəyəm. Biz heç Xocalı soyqırımını da tanıtdırmamıĢıq. Necə olur ki, mən, heç bir səlahiyyəti
olmayan sadə bir yazıçı, Türkiyədə Ankara Keçiören bələdiyyəsindən xahiĢ edərək Xocalı soyqırımının rəsmən
qəbul edilməsinə nail oluram, amma az qala hər ay Türkiyəyə və baĢqa ölkələrə səfər edən millət vəkillərimiz,
yaxud xaricdəki səfirliklərimiz bunu bacarmırlar? Bax, bunu baĢa düĢə bilmirəm.
- Saxta "erməni soyqırımı" amili demək olar ki bir-birinin ardınca əksər ölkələrin
parlamentlərində qaldırılmaqdır. Türkiyə ilə Azərbaycan bu məsələni önləmək üçün hansı addımları
atmalıdırlar? Xüsusilə bu məsələ ilə bağlı vahid strategiya iĢlənib hazırlanıbmı?
- Türkiyə addım atmaqda çox gecikib. Türklər nəcib insanlardır, bu zərbəni gözləmirdilər. Ancaq mən çox
əvvəldən bunu gözləyirdim, "Erməni terroru" fotoalbomunun layihəsini verərkən, "Beynəlxalq terror
qurbanları" adlı sərginin layihələrini hazırlayarkən nəzərə almıĢ, ermənilərin Azərbaycan və Türkiyəyə qarĢı
törətdiyi terror və soyqırım cinayətlərini paralel surətdə əks etdirmiĢdim. Ona görə ki, ermənilərin tarixini və
fəaliyyət istiqamətlərini yaxĢı öyrənmiĢəm, hansı hərəkət edəcəklərini bilirəm. Azərbaycan nəzərə almalıdır ki,
ermənilərin növbəti addımı Qarabağın müstəqilliyinin tanınması və daha sonra Naxçıvan iddiaları olacaq.
Artıq bununla bağlı sənədlər gizli Ģəkildə hazırlanmaqda və lazımi dairələrə ötürülməkdədir. Bu halda
bircə dəqiqə də vaxt itirmək olmaz. Problemə kompleks Ģəkildə yanaĢılmalı, birgə fəaliyyət mexanizmi
hazırlanmalıdır. Mən və rəhbərlik etdiyim "BESAM" Beynəlxalq Elmi AraĢdırmalar Mərkəzi Ġctimai Birliyi bu
istiqamətdə 10 ciddi layihə hazırlayıb. Təəssüf ki, lazımi dəstəyi görmürəm. çünki bizdə bəzi adamlar
burunlarından uzağı görmürlər. DəhĢətli burasıdır ki, verdiyim layihələri öz adlarına çıxıb ala-yarımçıq, necə
gəldi həyata keçirirlər ki, bu da lazımı nəticə vermir, ideya da ölür. Adamlar baĢa düĢmürlər ki, ən azından iĢi
düz görmək lazımdır. Məqsədlər, vəzifələr, strategiya düzgün müəyyənləĢdirilməlidir. Biz, ümumiyyətlə,
strategiya və təbliğat barədə yalnız danıĢırıq. Belə təbliğat aparmazlar. Hesab edirəm ki, Azərbaycan
Prezidentinə göndərilən təkliflər, layihələr onun özünə çatsaydı, lazımi iĢlər görülərdi.
Ġstedadlı, dünyanın nəbzini tutmağı bacaran, intellektual səviyyəli gəncləri toplamaq, onlara Ģərait
yaratmaq lazımdır. Əgər bu Ģərait yaradılsa, gənclərimizin qarĢısında heç bir qüvvə dura bilməz. Baxın, Leyla
xanım Əliyevanın rəhbərliyi altında baĢlamıĢ "Xocalıya ədalət" kampaniyası necə səs-küy doğurdu! çünki bu
kampaniyaya rəhbərlik edən də, onu hərəkətə gətirən də gənclərdir! Bu gün strategiya hazırlamağı, təbliğat
mexanizmini qurmağı gənclərə belə tapĢırmaq lazımdır. Əvvəlcə sənədlər toplusu hazırlanmalı, ən azından
rəqəmlər dəqiqləĢdirilməlidir. Hələ də biz 10-12 min erməninin 1918-ci ildə Azərbaycanda soyqırım törətdiyini
deyirik. Amma erməni tarixçisi Hovanisyan o dövrdə 90 min silahlı erməninin Qafqaza köç etdiyini yazır. Fərqi
görürsünüzmü?! Bu onu göstərir ki, biz yaxĢı iĢləmirik, heç bir əhatəli strategiyamız yoxdur. Amma hələ gec
deyil, çox Ģey edə bilərik. Bütün istiqamətlərdə görüləcək iĢləri müəyyənləĢdirmək, hədəfləri dəqiqləĢdirmək
lazımdır. Mən bu layihəni hazırlamıĢam, hazırladığım planla qısa müddətdə hər Ģeyi etmək mümkündür. O
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
100
Ģərtlə ki, belə bir dövlət qurumu yaradıldığı halda, onun rəhbərliyi iĢi bilən, ağıllı bir Ģəxsə tapĢırılsın, öz
iĢçilərinə paxıllıq edən, baĢqalarının layihəsini öz adına çıxan, iĢ görmək istəyənləri gözü götürməyən, təbliğata
ayrılan pulları özünün xarici səfərlərinə xərcləyən birisinə yox ..
- Misal üçün bu yaxınlarda Azərbaycan Tarix Ġnstitutun sədri, millət vəkili, professor Yaqub
Mahmudov "Hüriyyət" qəzetinə verdiyi açıqlamasında belə bir fikir bildirmiĢdi ki, Qars Ģəhərində
ermənilərin minlərlə türk insanını vəhĢicəsinə öldürdüyü məzar topluluqları hələ də açılmayıb. Nə üçün
Türkiyə hökuməti bu topluluqları açıb dünya ictimaiyyətinə həqiqətləri çatdırmır ki, erməni təxribat
maĢınına zərbələr vurulsun....
- Türkiyə Ġqdır məzarlarını 1990-cı ildə açmıĢdı. Mənə elə gəlir ki, biz hər Ģeydən əvvəl özümüz hərəkət
etməliyik. Azərbaycanın Bakı, ġamaxı, Gəncə, Lənkəran, Neftçala Ģəhərlərində belə Toplum məzarların
olduğunu deyirlər. Biz onların hamısını açdıqmı? Torpağı iĢğal edilən bizik. Nəhayət, Azərbaycan müstəqil
ölkədir. öz fəaliyyətini özü müəyyənləĢdirməlidir. Biz hələ Qarabağdakı erməni vəhĢiliklərini əks etdirən və
dünya səviyyəsinə çıxa biləcək bir bədii film də çəkməmiĢik. Rejissorlarımız həddindən artıq dünyəvi olmaq
istəyirlər ki, onlara Oskar-filan versinlər. Mən burada iki-üç dəfə cəhd etdim, amma sponsor tapmağı məndən
istədilər Artıq çox yorğunam. Ssenarilərimi Türkiyə studiyalarına təqdim edəcəyəm. Televiziyalar isə Qarabağ
problemini artıq köhnəlmiĢ sayır, bu mövzudan qaçırlar. Biz beləyiksə, Türkiyədən nə gözləyirik? Türkiyə
lazım olanda bütün faktları ortaya qoyacaq. Amma bizdə hələ görməli iĢlər daha çoxdur. Gör neçə illərdir
ermənilərin beynəlxalq məhkəməyə verilməsindən danıĢırıq. Bir Ģey etmədiyimiz üçün isə çox gülünc
görünürük. Nələrdənsə ehtiyat edənlər iĢ görməyi bacarmayanlardır. Hər varianta qarĢı ən azı dörd variant
hazırlamalısan. Yalnız o zaman qalibsən...
Elnur Eltürk.
“Təzadlar”.-2010.-3-6 aprel.-N 63/64.-S.13.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
101
Xocalı soyqırımı: Ədalətin zəfər çalması üçün daha nələr edilməlidir?
BəĢər tarixinin on qanlı qətliamlarından birinin yaĢandığı XOCALI Ģəhəri, erməni silahlı dəstələrinin
azərbaycanlı əhaliyə qarĢı törətdiyi qırğının miqyası barədə dünya ictimaiyyəti nə dərəcədə məlumatlıdır? Biz
bu sual ətrafında adətən XOCALI SOYQIRIMI günü ərəfəsində, hər il 26 fevral öncəsi düĢünürük? Lakin
XOCALI gerçəklərini dünyaya tanıtmaq, bu soyqırımı faktına beynəlxalq hüquqi qiymətin verilməsinə nail
olmaq üçün bu sual hər zaman bizim üçün aktual olmalıdır.
XOCALI SOYQIRIMI müxtəlif beynəlxalq hüquqi sənədlərin əlaqədar maddələrində qadağan olunmuĢ
hərəkətlərə tam ziddiyyət təĢkil edir və xüsusilə də Soyqırım Cinayətinin QarĢısının Alınması və
Günahkarlarının Cəzalandırılmasına Dair Müqavilənin 2-ci maddəsində "milli, etnik, irqi və ya dini bir qrupu
qismən və ya tamamilə məhv etmə" Ģəklində ifadə olunan "Soyqırım" anlayıĢı ilə tamamilə üst-üstə düĢür.
Xocalıda törədilən qırğın BMT Soyqırım Müqaviləsinin 2-ci maddəsinin a) bəndindəki "bir qrupun üzvlərinin
qətl edilməsi" və b) bəndindəki "qrup üzvlərinə fiziki və əqli baxımdan ciddi Ģəkildə zərər verilməsi" Ģərtlərinə
tam uyğun gəlir.
Beynəlxalq hüquq baxımından SOYQIRIM olduğu mübahisəsiz Ģəkildə ortada olan Xocalı hadisələri
üçün ediləcək çox iĢ var. ġübhəsiz ki, bunların ən əhəmiyyətlisi ədalətin ortaya çıxması və yerini tapmasıdır. Bu
günə qədərki mərhələdə ədalətin ortaya çıxması, XOCALI SOYQIRIMI-nın tanınması, günahkarların
cəzalandırılması, zərər çəkmiĢlərin zərərlərini azacıq da olsa aradan qaldıracaq siyasi və hüquqi xarakterli
qərarların alınması üçün səylər sərf edilib. Azərbaycanda və xaricdə təĢkil edilən rəsmi tədbirlər, müxtəlif
ölkələrdəki tələbə təĢkilatları və diaspor qurumları tərəfindən təĢkil olunan xarici ölkələrin ictimaiyyətlərini və
rəsmilərini məlumatlandırma təĢəbbüsləri və s. Fəaliyyətlər olub.
Son illərdə isə bu fəaliyyətlərin koordinasiyası və materiallarla daha çox dəstəklənilməsi diqqət çəkir.
Leyla Əliyevanın koordinatorluğunu həyata keçirdiyi Ġslam Konfransı TəĢkilatı Gənclik Forumu çərçivəsində
aparılan "XOCALI üçün ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində daha da sürətlənib.
2007-ci ildə Ġslam Konfransı Gənclik Forumu Dialoq və ƏməkdaĢlıq TəĢkilatının təklifi ilə "Müsəlman
cəmiyyətlərə qarĢı 20-ci əsrdə iĢlənmiĢ insan hüquqları pozuntularını və faciələrini ortaq xatırlama günü" təĢkil
edərək "XOCALI üçün ədalət" kampaniyasını 2010-cu ildə bütün Müsəlman ölkələrində xatırlama qərara alınıb.
30-dan çox ölkədə "XOCALI üçün Ədalət" kampaniyası daxilində fəaliyyətlər təĢkil edilərək dünya
liderlərinə istiqamətləndirilən çağırıĢla beynəlxalq ictimaiyyətin diqqəti çəkilib. Toplanan imzalar ABġ
prezidentinə, Konqresə, Avropa Birliyinə və Avropa Parlamentinə və onlarla eyni zamanda dövlət baĢçılarına
göndəriləcək. Bu çərçivədəki fəaliyyətlər siyasi sahələrlə məhdud qalmır. Küçə nümayiĢləri, sərgilər,
müsabiqələr, kitablar və kliplər hazırlanaraq cəmiyyətə sadə dillə, yaĢanan vəhĢiliyin izah edilməsi, XOCALI
soyqırımının 20-ci əsrdə yaĢanan ən böyük qırğınlardan biri olduğunun qəbul etdirilməsi və qınanmasının təmin
edilməsi məqsəd seçilib.
Bütün bunlar əhəmiyyətli və müsbət olmaqla yanaĢı, aĢağıdakı məsələlərin də nəzərə alınmasının faydalı
olacağını düĢünürük.
XOCALI SOYQIRIMI ilə bağlı fəaliyyətlərin mütləq müəyyən bir sistematikaya və plana sahib olması
vacibdir. Fəaliyyətlərin daxil və xariclə bağlı iki əhəmiyyətli istiqaməti olmalıdır. Bu iki istiqamətin əhəmiyyətli
məzmun, müddət və taktika fərqliliklərinə sahib olması mümkündür.
XOCALI SOYQIRIMI ilə bağlı fəaliyyətlərin son hədəfi yuxanda da ifadə edildiyi kimi XOCALI
SOYQIRIMI-nın tanınması, günahkarların cəzalandırılması, zərər çəkmiĢlərin zərərlərinin müəyyən dərəcədə də
olsa ortadan qaldırılması yoluyla ədalətin yerini tapmasıdır.
Xarakterinə görə XOCALI SOYQIRIMI ilə bağlı fəaliyyətlərin bir hissəsi təbii ki, könüllülük xarakterinə
malik olacaq. Fəqət mövzunun əhəmiyyəti və qarĢı tərəfin imkan və səyləri diqqətə alınaraq bu iĢlərin peĢəkar
səviyyədə aparılması zəruridir. Prosesdə reklam, təbliğat, ictimaiyyətlə əlaqələr, informasiya, lobbiçilik və digər
təqdimat vasitələrindən peĢəkar istifadə edilməsi Ģərtdir. Siyasi, hüquqi, iqtisadi, mədəni, təhsil, hərbi və digər
sahələrdə strateji planlama və strateji idarəetmə modelinə sahib yaxĢı təĢkilatlanma Ģərtdir.
Fəaliyyətlərin koordinasiyası, hamılıqla eyni təĢkilatda olmasa da müəyyən iĢlərin ortaq hədəf,
imkanlardan ortaq faydalanma Ģəklində reallaĢdırılması əhəmiyyətlidir. Sistematik bütünlük, hədəf ortaqlığı,
ifadə bütövlüyü, hədəf kütlənin xüsusiyyətləri diqqətə alınaraq bənzər ya da tamamlayıcı xüsusiyyətli fəaliyyət
və Ģüarlar əhəmiyyətlidir. Prosesdə mesaj bütövlüyünə diqqət yetirilməlidir. Bu mövzuda bu günə qədərki
mərhələdə müĢahidə edilən əskikliklər aradan qaldırılmalı, fərqli fəaliyyətlərdə ortaq ya da heç olmasa bir-birini
tamamlayan mesajlar verilməlidir.
Azərbaycan diaspor təĢkilatlan arasındakı rəqabətin XOCALI SOYQIRIMI mövzusundakı iĢlərə zərər
verməməsinə diqqət yetirilməlidir.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
102
Bənzər Ģəkildə XOCALI SOYQIRIMI mövzusunda görülən iĢlərin Azərbaycanın daxili siyasi
mübahisələrinə qatılmaması da zəruridir. Bu istiqamətdəki fəaliyyətlər daxili siyasətdə müsbət ya da mənfi
mənada təbliğat vasitəsi olmamalıdır.
Digər tərəfdən XOCALI SOYQIRIMI insanlığa qarĢı cinayətdir və təbii ki, dini və etnik bağ diqqətə
alınmadan hər kəsin bu mövzudakı ədalətin yerini tapması üçün dəstəyi əhəmiyyətlidir. Amma, eyni zamanda
təbii bağlan diqqətə alınaraq, Türk və Müsəlman əhaliyə sahib ölkələrin və xaricdəki Türk mənĢəli və
Müsəlman kütlələrin-diasporun dəstəyindən xüsusi olaraq faydalanılmalıdır.
Mənfi reaksiyalar, yerli-yersiz, "qan və göz-yaĢı ticarəti" görüntüsü meydana gətirəcək fəaliyyətlərdən
uzaq durulması zəruridir. Müxtəlif ölkələrdə əhəmiyyətli mövqelərdə olan Ģəxslərdən və təĢkilatlardan yerli-
yersiz və həddindən artıq dərəcədə bu sahədə faydalanmaq təĢəbbüsləri ilə onların imkan və mövqelərinə zərər
verilə bilər. Bu hal uzaq mərhələdə elə bu Ģəxslərin verə biləcəyi çox zəruri faydalarından məhrum qalmaq
mənasına da gəlir.
Əhəmiyyətli məsələlərdən biri də odur ki, həyata keçirdiyimiz tədbirlərin təsirinin azaldılması məqsədilə
aparılacaq mümkün qarĢı təbliğatlara hazırlıqlı olmaqdır. Bu səbəblə təcili qərar verə biləcək mərkəzlərin
mövcud olması, bura sürətli strateji qərarlar ala bilən Ģəxslərin cəlb edilməsi çox əhəmiyyətlidir.
Təbliğat prosesində sadəcə gerçək dəlillər ilə hərəkət etmək, uğur qazanmaq naminə ĢiĢirtmələrdən uzaq
durmaq zəruridir. Çünki məqsəd ədalətin ortaya çıxmasıdır. Bu cür səhv addımlar xoĢ niyyətdən qaynaqlansa
da, prosesin ciddiyyətinin azalmasına səbəb ola bilər.
Fəaliyyətlərin məzmun etibarilə fərqli olması daha yaxĢı olar. Sırf XOCALI SOYQIRIMI ilə bağlı; əsas
mövzusu XOCALI SOYQIRIMI olan, amma digər mövzuları da əhatə edən; eyni dərəcədəki mövzularından
biri XOCALI SOYQIRIMI olan; əsas mövzusu tam fərqli bir mövzu olan, amma münasib yerdə XOCALI
SOYQIRIMI gerçəklərini də izah edən əsərlər (siyasi, hüquqi, iqtisadi, hərbi, mədəni, maarifləndirici və s.)
ortaya qoyulmalıdır.
Fəaliyyətlərin 20-26 Fevral arası ilə məhdud tutulmaması, il boyunca olması, amma ən azı 1 Fevral - 1
May (müəyyən mərhələdə 31 mart hadisələri də əlavə olunaraq) mərhələsinin sıx olması strateji baxımdan
əhəmiyyətlidir. ġübhəsiz ki, fəaliyyətlərin çərçivəsinə və məzmununa dair daha çox Ģey ifadə edilə bilər. Bu
yazıda biz, sadəcə, ümumi məsələlər qeyd etməyə çalıĢdıq.
Araz ASLANLI,
Nabat QARAXANOVA
“525-ci qəzet”.-2010.-9 aprel.-N.61.-S.4.
Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsinin
PREZĠDENT KĠTABXANASI
───────────────────────────────────────────────────────────────────────────────
103
Ġslam Konfransı TəĢkilatının Xarici ĠĢlər Nazirləri ġurası Xocalı faciəsini
insanlığa qarĢı törədilmiĢ cinayət kimi tanımıĢdır
Mayın 20-də Tacikistanın paytaxtı DüĢənbədə keçirilən Ġslam Konfransı TəĢkilatı Xarici ĠĢlər
Nazirləri ġurasının (ĠKT XĠNġ) 37-ci sessiyasının yekun iclasında Dialoq və ƏməkdaĢlıq uğrunda Ġslam
Konfransı Gənclər Forumunun (ĠKGF) fəaliyyəti haqqında qətnamə qəbul edilmiĢdir. Qətnamədə xüsusi
bəndlə ĠKT üzv dövlətləri, həmçinin ĠKT-yə bağlı beynəlxalq institutlar "Xocalıya ədalət"
kampaniyasının fəaliyyətində aktiv iĢtiraka və faciənin həm beynəlxalq, həm də milli səviyyədə insanlığa
qarĢı törədilmiĢ cinayət kimi tanınmasına çağırılmıĢdır.
Bu haqda DüĢənbədə ĠKT XĠNġ sessiyasına qatılan forumun nümayəndə heyətinin rəhbəri, ĠKGF baĢ
katibi ElĢad Ġskəndərov bildirmiĢdir. Sənəddə Forumun fəaliyyətinə və xüsusilə ĠSESKO ilə birgə aparılan "ĠKT
ölkələrində XX əsrdə törədilmiĢ humanitar faciələr" proqramının həyata keçirilməsinə yüksək qiymət
verilmiĢdir. Qətnamə, həmçinin üzv dövlətləri ĠKGF-nin mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi
Leyla xanım Əliyevanın təĢəbbüsü ilə irəli sürülən və Xocalı faciəsi haqqında dünya ictimaiyyətinin düzgün və
obyektiv məlumatlandırılması məqsədini daĢıyan "Xocalıya ədalət" beynəlxalq məlumat və təĢviqat
kampaniyasına dəstək verməyə çağırır.
E. Ġskəndərov sənədi Ģərh edərkən bildirmiĢdir ki, bu, BMT-dən sonra ikinci böyük beynəlxalq təĢkilat
olan ĠKT-yə üzv 57 dövlətin xarici siyasət idarələri rəhbərlərinin hadisənin miqyasının təyin edilməsi
baxımından insanlığa qarĢı törədilmiĢ cinayət ifadəsini istifadə edərək, Xocalı faciəsinin xarakteri haqqında
birmənalı olaraq mövqe bildirdikləri ilk qətnamədir. Qeyd olunan ifadə həm siyasi, həm də beynəlxalq-hüquqi
tərkibə malikdir, beynəlxalq humanitar hüququn bir çox ciddi pozuntularını, o cümlədən genosid cinayətini
əhatə edir.
ĠKGF-nin baĢ katibi qeyd etmiĢdir ki, sənədin konsensusla qəbul edilməsi, həmçinin buna qədər üzv
ölkələrin XĠN ekspertləri tərəfindən təsdiq edilməsi ĠKT-nin Xocalı faciəsinin həqiqi xarakteri haqqında
əminliyinin güclənməsinin göstəricisidir. Bu sənəd Xocalı faciəsinə cari ilin yanvar ayında ĠKT Parlamentlər
Ġttifaqı (ĠKT PĠ) tərəfindən verilən qiyməti təkrarlayır və ümumilikdə Xocalıdakı qətliamın ĠKT-yə üzv
dövlətlərin parlamentləri tərəfindən insanlığa qarĢı törədilmiĢ cinayət kimi tanınması, eləcə də tanınma haqda
məsələnin beynəlxalq səviyyəyə qaldırılması üçün ciddi siyasi-hüquqi zəmin hazırlayır. 57 üzv dövlətin belə
mövqeyinin formalaĢmasında Forumun mədəniyyətlərarası dialoq üzrə baĢ əlaqələndiricisi Leyla xanım
Əliyevanın təĢəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası böyük rol oynamıĢdır. Qətnamədə
kampaniyanın fəaliyyətinə yüksək qiymət verilmiĢ və üzv dövlətlər onun həyata keçirilməsində aktiv iĢtirak
etməyə çağırılmıĢdır.
Qeyd edək ki, "Xocalıya ədalət" beynəlxalq məlumat və təĢviqat kampaniyasına 2009-cu ildə beynəlxalq
səviyyədə start verilmiĢdir. Hazırda kampaniyanın fəaliyyəti 35-dən artıq ĠKT və həmçinin Avropa və Latın
Amerikası ölkələrini əhatə edir.
“ Xalq qəzeti”.-2010.-21 may.-N 109.-S.4.
Dostları ilə paylaş: |