M - N-xolinomimetik dərman maddələri M.-, n-xolinomimetik maddələri Ģərti olaraq iki qrupa bölmək olar: 1) birbaşa təsirli; .
2) dolayı təsirli.
BirbaĢa təsirli m-., n-xolinomimetik maddələr-asetilxolin (xolinergik sinapsların mediatoru) və karboxolin bilavasitə m- və n-xolinoreseptorlara qıcıqlandırıcı təsir göstərir.
Dolayı təsirli m-, n-xolinomimetik maddələrisə xolinergik sinapslarda xolinesteraza fermentinin fəallığını azaldaraq onun asetilxolini parçalamasına mane olur. Nəticədə asetilxolinin m- və n-xolinoreseptorlara göstərdiyi qıcıqlandırıcı təsirin gücü və müddəti artır. Xolinesteraza fermentinin katalitik fəallığını azaltdıqları üçün bu maddələr antixolinesteraz maddələr adlanır.
Asetilxolin çox qısa müddətli təsirə (bir neçə dəqiqə) malik olduğu üçün.ondan tibbi təcrübədə istifadə edilmir. Sintetik üsulla alınmış və quruluşca asetilxolinə oxşayan karboxolin də dərman preparatı kimi hazırda demək olar ki, istifadə olunmur. 0,5-1%-li məhlulları bəzən göz damcısı şəklində qlaukomanın müalicəsi üçün tətbiq edilir. . Tibbi təcrübədə antilxolinesteraz maddələrdən geniş istifadə olunur.
Antixolinesteraz maddələr Antixolinesteraz maddələrin təsirindən orqanizmdə baş verən dəyişikliklər nəticə etibarilə endogen, asetilxolinin m, n xolinoreseptorlara göstərdiyi qıcıqlandırıcı təsirin törətdiyi dəyişikliklərdən ibarətdir. Bu zaman göz bəbəkləri daralır. (nəticədə gözün daxili təzyiqi azalır), arterial təzyiq aşağı düşür; daxili üzvlərin (mədə-bağırsaq sistemi, bronxlar, sidik kisəsi, uşaqlıq və s) saya əzələlərinin tonusu yüksəlir, vəzilərin şirə ifrazı güclənir.
Antixolinesteraz dərman maddələrinə neostiqmin-metilsulfat (Prozerin), qalantamin, ambenonium-xlorid (Oksazil), distiqmin-bromid (Ubretid), piridostiqmin-bromid (Kalimin) və s. aiddir.
Neostiqmin-metilsulfat (Neostiqmine methylsulfate).Sin.: Prozerin , Poroşok halında, 15 mq dozada tablet şəklində və 0.05%- li məhlulu 1 ml-lik ampullarda buraxillir.
Güclü və dönər antixolinesteraz aktivliyə malik sintetik maddədir. Neostiqmin göz bəbəklərini daraltmaqla gözdaxili təzyiqi aşağı salır, ürək yığılmasının tezliyini azaltmaq (bradikardiya) və qan damarlarını genişləndirməklə arterial təzyiqi azaldır.