Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o


Sindikat - məhsul satışını həyata keçinnək və rəqabəti təmin etmək məqsədi ilə yaranan  sahibkarlar birliyidir.   Kartel -



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə10/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Sindikat -
məhsul satışını həyata keçinnək və rəqabəti təmin etmək məqsədi ilə yaranan 
sahibkarlar birliyidir. 
 Kartel - 
istehsal edilən məhsulun və göstərilən xidmətlərin qiymətləri, bazarda satışının 
həcmi ilə bağlı sahibkarlar arasında bağlanan razılaşmadır. Sahibkarlığın ən yeni təşkilat-iqtisadi 
formalarından biri maliyyə- sənaye qruplarıdır. Maliyyə-sənaye qrupları özlərində sənaye, bank, 
sığorta və ticarət kapitallarının birliyini əks etdirir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə 
kommersiya müəssisələrinin formalarına xüsusi sahibkarlıq formalarını, partnyorları və 
korporasiyaları göstərmək olar. Ümumiyyətlə, iqtisadi ədəbiyyatda firma dedikdə təsərrüfat 
müstəqilliyinə malik olub istehsal və digər fəaliyyət növünü həyata keçirən iqtisadi subyekt başa 


düşülür. Xüsusi sahibkarlıq firmalarında sahibkar müəssisədə öz xüsusi maraq və mənafelərini 
müstəqil olaraq müəyyən edir. Bu zaman sahibkar firmanı idarə edir, mənfəət və gəlirdən istifadə 
ilə bağlı sərəncam verir, təsərrüfat müstəqilliyinə malik olur. Firmanın sahibi muzdlu işçi 
götürmək, işçiləri işdən azad etmək və müqavilələr bağlamaq hüqu- t|Lina malikdir. Xüsusi 
sahibkarlıq formasının üstünlüyü onun təşkilati idarəetmə fəaliyyətində sərbəst olması və kifayət 
qədər güclü iqtisadi motivləşməyə malik olmasıdır.
Sahibkarlığın əsasları tışmamazlığı maliyyə və maddi resursların məhdudluğu, istehsalın 
daxili ixtisaslaşmasının inkişaf etmiş sisteminin olmaması və məsuliyyətin qeyri-məhdud 
xarakter daşımasıdır.
Partnyorluq 
- bu cür müəssisə və firmalar bir neçə şəxs tərəfindən yaradılır, birgə 
sahibkarlıq xarakteri daşıyır və birgə də idarə olunur. Partnyorluğu xarakterizə edən ən mühüm 
cəhətlərdən biri bütün iştirakçıların bərabər hüquqlara malik olmasıdır. Lakin bu birliyə məhdud 
səlahiyyətli iştirakçı daxil olarsa, firmanın fəaliyyətinə tam məsuliyyət daşıyan əsas iştirakçı ilə 
yanaşı o da qoyduğu əmanətin dəyəri qədər məsuliyyət daşıyır. Partnyorluq əsasında fəaliyyət 
göstərən müəssisələrdə maliyyə məsələlərini həll etmək digər müəssisələrlə müqayisədə daha 
asan olur. Burada xüsusi sahibkarlıq firmaları ilə müqayisədə əmək bölgüsü və istehsalın 
ixtisaslaşdırılması faktorundan istifadə olunur. Partnyorluq əsasında fəaliyyət göstərən 
müəssisələrin əsas çatışmamazlığı onunla izah edilir ki, burada funksiyaların bölgüsü və 
mənafelərin birləşdirilməsi çətin olur. Bu zaman yaranan ziddiyyətlər və ya bir neçə iştirakçının 
ümumi işi tərk etməsi nəticəsində partnyorluq əsasında fəaliyyət göstərən müəssisənin potensial 
dağılma təhlükəsi yaranır. Korporasiya dedikdə elə müəssisə və firmaların birliyi başa düşülür 
ki, onlar hüquqi şəxs olub hər bir mülkiyyətçinin məsuliyyəti müəssisəyə qoyduğu əmanətin 
həcmi ilə məhdudlaşır.
Korporasiya
- payçılıq əsasında fəaliyyət göstərən cəmiyyətdir. Cəmiyyətin səhmlərini alan 
ayrı-ayrı şəxslər belə korporasiyanın sahibi, mülkiyyətçisi ola bilər. Bir sözlə korporasiyanın 
yaradılması zamanı çoxlu sayda iştirakçıların, istər fiziki və istərsə də hüquqi şəxslərin maliyyə 
vəsaitləri cəmləşir. Səhm sahibləri dividend formasında gəlir əldə edirlər. Onlar yalnız səhmi 
əldə edərkən sərf etdikləri maliyyə vəsaiti qədər risk etmiş olurlar. Korporasiya onun sahibləri 
olan səhmdarlardan asılı olmayaraq fəaliyyət göstərir. Bu isə korporasiyaya nisbətən stabil 
fəaliyyət göstərməyə imkan verir. Korporasiyanın fəaliyyətinin əsas çatışmayan cəhətlərindən 
biri ilk növbədə burada mövcud imkanlardan sui-istifkdə edilməsidir. Bundan əlavə 
korporasiyaya daxil olan xırda və orta həcmli əmanət sahibləri korporasiyanın fəaliyyətinə həqiqi 
nəzarəti həyata keçirə bilmirlər. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin