Bu əlamətlərdən konkret olaraq bir neçələri üzərində dayanaq: - fəaliyyət növünə görə (iqtisadiyyatda hansı sahələr üzrə fəaliyyət yöstərir);
- mülkiyyətin formasına görə;
- mülkiyyətçilərin sayına görə;
- təşkilat-hüquqi və təşkilat-iqtisadi formalarına görə;
- muzdlu əməkdən (işçi qüvvəsindən) istifadə dərəcəsinə görə və s.
Növünə və ya təyinat istiqamətlərinə görə saibkarlıq fəaliyyəti - istehsal, kommersiya,
maliyyə, məsləhət və s. sahələr üzrə fərqləndirilir.
Mülkiyyətin formasına görə müəssisənin əmlakı xüsusi, dövlət, bələdiyyə və həmçinin
ictimai birliklərin mülkiyyəti də ola bilər. Bu baxımdan dövlət mülkiyyət hüququnun
reallaşdırılması ilə bağlı müəssisənin əmlakının bu və ya digər mülkiyyət formasında olmasına
heç bir məhdudiyyət qoya bilməz.
Mülkiyyətçilərin sayına görə sahibkarlıq fəaliyyəti fərdi və kollektiv xarakter daşıya
bilər. Fərdi sahibkarlıqda mülkiyyət yalnız bir fiziki şəxsə məxsus olur. Kollektiv sahibkarlıqda
isə mülkiyyət eyni zamanda bir neçə subyektə məxsus olur. Əmlaka sahiblik, istifadə və
sərəncam vermə hüququ yalnız kollektiv üzvlərinin və bütün mülkiyyətçilərin razılığı ilə həyata
keçirilə bilər.
TəĢkilat-hüquqi və təĢkilat-iqtisadi formalarına görə də sahibkarlıq fəaliyyəti
fərqləndirilir. təşkilat-hüquqi formalarına şərikli olanları, cəmiyyət və kooperativləri aid etmək
olar. Şərikli Sahibkarlığın (birliklər) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün yaradılmış
şəxslərin birliyini özündə əks etdirir. Şərikli birliklər o halda yaradılır ki, müəssisə təşkil
edilərkən iki və daha çox partnyorun (ortağın) iştirakı qəbul edilsin. Şərikli birliklərin əsas
üstünlüyü ondan ibarətdir ki, bu zaman əlavə kapitalın cəlb edilməsi mümkün olsun. Bununla
yanaşı, bir neçə əmanətçinin (sahibkarın) olması müəssisəda- xili ixtisaslaşmanı həyata
keçirməyə imkan verir. Sahibkarlıq fəaliyyətinin bu təşkilat-hüquqi formasının əsas
çatışmamazlığı qoyulan əmanətin həcmindən asılı olmayaraq iştirakçılarından hər birinin eyni
dərəcədə maddi məsuliyyət daşımasıdır.