Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o


Rusiyada sahibkarlıq 1 Pyotrun hakimiyyəti illərində (1689-1725)



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə4/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Rusiyada sahibkarlıq 1 Pyotrun hakimiyyəti illərində (1689-1725)
daha çox 
inkişaf etmişdir. Sahibkarlığın ilkin ibtidai əsasını manafakturalar təşkil etmişdir. Sahibkarlığın 
sonrakı inkişafının qarşısının alınması ilk növbədə təhkimçilik hüququnun mövcudluğu ilə 
bağlıdır. 
1861-ci ildə təhkimçilik hüququnun ləğv
edilməsini nəzərdə tutan islahatlar 
sahibkarlığın inkişafına güclü stimullar yaratdı. Dəmir yollarının tikintisi, ağır sənayenin yenidən 
təşkilinə başlanması səhmdar cəmiyyətlərinin yaradılmasına təkan verdi. Sənayenin inkişafı və 
yenidən qurulması xarici kapitalın cəlb edilməsinə əsaslandı. 
XIX əsrin 90-cı illərində 
Rusiyada sahibkarlığın sənaye bazası yaranmağa baĢladı.
XX əsrin əvvəllərində 
sahibkarlığın yerli təzahürləri yaranmaqla sahibkar mülkiyyətçi kimi formalaşmağa başladı. Bu 
prosesə ilk növbədə xarici kapitalın və dövlətin başlıca təsiri oldu. 
Bazar münasibətlərinin gələcək inkişafı sahibkarlıq üçün əlverişli sosial-iqtisadi şərait 
yaratmağı nəzərdə tutur. Sahibkar və sahibkarlıq dedikdə burada nə nəzərdə tutulur və bu 
anlayışın mahiyyəti nədən ibarətdir? 
Bu anlayıĢ iqtisad elminə ilk dəfə XVII əsrin sonu XVlIl 
əsrin əvvəllərində ingilis iqtisadçısı Riçard Kantilyon tərəfindən gətirilmiĢdir.
O, “ticarətin 
təbiəti haqqında təcrübə” əsərində belə bir ideya irəli sürmüşdür ki, sahibkar risklər şəraitində 
fəaliyyət göstərən insandır. R. Kantilyon torpağı və əməyi iqtisadi sərvətin mənbəyi hesab edir 
və maddi nemətlərin dəyərini bu amillərdə axtarır. 
XVIII əsrin sonu XX əsrin əvvəllərində 
məĢhur fransız iqtisadçısı .1. Sey “Siyasi iqtisadın traktatları” adlı əsərində sahibkarlıq 
fəaliyyətini, istehsalın üç amili - torpaq, kapital, əməyin birləĢdirilməsi ilə xarakterizə 
edirdi.
O, öz əsərində həm də ingilis sahibkarlarının istedadını və İngiltərədə sənayenin 
müvəffəqiyyətli inkişafını da əsas amillərdən biri kimi qeyd edir. Əsərdə əsas tezis kimi 
sahibkarlığın məhsul istehsalında fəal rolu göstərilir, J. Seyin mülahizələrinə görə, sahibkarın 
gəliri onun əməyinə, təşkilatçılıq qabiliyyətinə görə əldə etdiyi qazancdır. Onun fikrincə
sahibkar - bu və ya digər məhsul istehsal etmək üçün öz • kapitalı və təşəbbüskarlıq qabiliyyətilə 
riskə gedən şəxsdir. 
Lakin təəssüflə qeyd etmək lazımdır ki, iqtisad elminin klassiklərini bu problem o qədər də 
dərindən maraqlandırmamışdır. Ona görə də sahibkarlıq fəaliyyəti elmi təhlilin, demək olar ki
predmetinə çevrilməmişdir. İngilis iqtisadçı alimləri A. Smit və D. Rikardo iqtisadiyyata özünü 
tənzimləyən mexanizm kimi baxmışlır. Lakin bu mezanizmdə yaradıcı sahibkarlığa əhəmiyyətli 
yer verilməmişdir. Bununla yanaşı A. Smit sahibkarlıq fəaliyyətinin dəqiq xarakteristikasını 
verməyə cəhd etmişdir. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin