Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o


A. Smitin mülahizələrinə görə, sahibkar, yeni kapitalın mülkiyyətçisi



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə5/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

A. Smitin mülahizələrinə görə, sahibkar, yeni kapitalın mülkiyyətçisi 
kimi hər hansı konversiya ideyalarının reallaĢması və mənfəət əldə edilməsi üçün riskə 
gedir.
Bu zaman sahibkarlıqdan əldə edilən gəlir. A. Smitə, görə mülkiyyətçinin riskə görə əldə 
etdiyi kompensasiyadır. Sahibkar istehsalı özü təşkil edir və planlaşdırır, həmçinin istehsal 
fəaliyyətini həyata keçirir onun nəticələrinə sərəncam verir. 
D. Rikardo isə kapitalizmi ən təbii və mütləq istehsal üsulu kimi qəbul edir, sahibkarlıq 
fəaliyyətini isə təsərrüfatçılığın səmərəliliyinin məcburi elementi hesab edir. K. Marksın iqtisadi 
nəzəriyyəsinin əsasını isə tamamilə alternativ baxış təşkil edir. Belə ki, o, sahibkarlıq 
fəaliyyətinə kapitalizmdən doğan istimarçı alət kimi baxırdı. 


XIX-XX əsrlərdə dünya iqtisadiyyatında sahibkarlıq fəaliyyətinin rolu və əhəmiyyəti 
getdikcə daha dərindən dərk edilməyə başlandı. 
Fransız iqtisadçısı Andre MarĢall ilk dəfə 
olaraq istehsalın yuxarıda göstərilən üç klassik faktoruna (torpaq, kapital, əmək) 
dördüncü faktoru da - təĢkilatçılıq qabiliyyətini də əlavə etdi. 
Amerikan iqtisadçısı C. Klark, J. Seyin üçvalentli formulunda müəyyən dəyiĢikliklər 
etdi. Onun fikrincə, istehsal prosesində dörd fakto»- iĢtirak edir. Bunlar aĢağıdakılardır: 
1.Kapital; 2. Ġstehsal vasitələri və torpaq; 3. Sahibkarlıq fəaliyyəti; 4. ĠĢçi qüvvəsi.
Bu 
faktorların hər biri istehsaldan əldə edilən gəlirdo özünəməxsus xüsusi çəki təşkil edir. Belə ki, 
kapital kapitalistə faiz; istehsal vasitələri və torpaq - rcnta; sahibkarlıq fəaliyyəti - mənfəət 
gətirir; işçi qüvvəsi isə əmək haqqı ilə təmin edilir. 
Məşhur Amerika iqtisadçısı İozef Şumpcter “İqtisadi inkişafın nəzəriyyəsi” adlı kitabında 
sahibkarlıq fəaliyyətini kapitalist iqtisadiyyatında iqtisadi artımın təmin edilməsində başlıca 
hərəkətverici qüvvə hesab etmişdir. 
Bu problemə ingilis iqtisadçısı, 1974-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı almış F. 
Xayek yenidən qayıtmış və onun fikrincə, sahibkarlığın mahiyyəti heç də bu qeyd edilənlərlə 
məhdudlaşmır. O, sahibkarlığı heç də bu və ya digər fəaliyyət növü kimi deyil, əksinə, yeni 
iqtisadi imkanların axtarılması və öyrənilməsi kimi xarakterizə edirdi. Sahibkarlığı xarakterizə 
edərkən onu daha çox idarəetmə fəaliyyətilə əlaqələndirirlər. Bununla yanaşı, sahibkarlığı bəzən 
menecerlə də eyniləşdirirlər. Sahibkarlığın hər iki fəaliyyət növü müxtəlif funksiyaları həyata 
keçirir. Sahibkarlıq geniş mənada idarəetmə fəaliyyəti, menecment isə səmərəli idarəetmə olub 
onun gündəlik fəaliyyətini təşkil edir. Onlardan biri mülkiyyətçi, digəri isə i^rə edən olsa da
“sahibkar” və “menecer” anlayışları çox hallarda eyni mahiyyət kəsb edir. Bir çox hallarda 
mülkiyyətçilər menecer funksiyalarını da yerinə yetirirlər. Lakin təsadüfi hallarda menecerlər 
istehsal vasitələrinin mülkiyyətçiləri olurlar. Sahibkarlıq dedikdə elə fəaliyyət növü başa düşülür 
ki, bu zaman xüsusi şəxslər, müəssisə və təşkilatlar məhsul istehsal etmək, xidmətlər 
göstərilməklə sərfəli şərtlərlə qarşılıqlı məhsul mübadilələri həyata keçirirlər. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin