4. Vergi anlayışı, verginin növləri, əlavə dəyər vergisi və gömrük vergisi.
5. Müəssisə və təşkilatların mənfəətindən və əmlakından vergilər.
6. Torpaq vergisi və sahibkarlıqda vergiqoymanın təkminləşdirilməsi.
4. VERGI ANLAYIġI, VERGININ NÖVLƏRI, ƏLAVƏ DƏYƏR VERGISI VƏ
GÖMRÜK VERGISI.
Vergilər -
bazar münasibətləri şəraitində dövlətin iqtisadiyyata ləsirinin ən əhəmiyyətli
vasitələrindən hesab edilir. Dünya ölkələrinin tarixi təcrübəsi göstərir ki, hər bir biznesmen
sahibkarlıq fəaliyyətinə başlamazdan ilk əvvəl vergi haqqında qanunvericiliyi bilməsi zəruridir.
Bu da bilavasitə nə vaxt və nə qədər vergi ödənilməsi ilə əlaqədardır. Vergi qanunvericiliyinin
təhlili göstərir ki, müxtəlif növ vergilərin olması sahibkarlıq fəaliyyətini mürəkkəbləşdirir. Bu
mürəkkəblik isə hər şeydən əvvəl hesablaşmaların mürəkkəbliyi ilə bağlıdır.
Vergi
ilə
bağlı məsələlərin öyrənilməsində başlıca məqsəd vergi sisteminin
formalaşdınimasını araşdırmaqdan ibarətdir. İqtisadiyyatın inkişafının qeyri-stabilliyi ilə
əlaqədar vergi sistemində də müəyyən dəyişikliklər baş vemişdir. Lakin bütün bunlarla bərabər
vergi sistemi bazar münasibətlərinin tələblərinə müəyyən qədər uyğunlaşdırılmış, vergi
münasibətlərinin bütün iştirakçılan üçün vergiqoymanın vahid (|aydalan müəyyənləşdirilmişdir.
Vergi nədir, onun məzmunu və mahiyyəti nə ilə Ģərh edilir?
Vergilər, rüsumlar və digər
ödənişlər - müxtəlif səviyyədə büdcəyə və va büdcədən kənar fondlara ödənilən məcburi
ayırmalardır. Bunlar da müəyyən edilmiş qanunvericilik əsasında həyata keçirilir. İqtisadi
diaktikada bu ödənişləri əsas etibarı ilə iki funksiya: fıskal və tənzimləyici funksiyalar yerinə
yetirir.
Fiskal funksiya sahibkarların və ayrı-ayrı vətəndaşların gəlirlərindən dövlət büdcəsinə
ayırmaları nəzərdə tutur. Tənzimləyici funksiya isə o deməkdir ki, vergilər yenidən
bölüşdürülmə prosesinin fəal iştirakçılanndan biri olmaqla geniş təkrar is- iı-hsal prosesinə ciddi
təsir göstərir. Yəni onun tempini stimullaşdırır və aşağı salır, kapital yığımını gücləndirir və
zəiflədir, ödəniş qabiliyyətli tələbi artırır və ya azaldır.
Vergilərin tənzimləmə funksiyaları özlüyündə vergiqoymanın idarə edilməsinin təşkilat-
hüquqi normasının və metodlarının məcmu- Minıı əks etdirməklə vergi mexanizmi vasitəsi ilə
həyata keçirilir. Vergi mexanizminə müxtəlif tipli üstqurum vasitəsinin geniş arsenalı daxildir
(vergi dərəcələri, güzəştlər, sanksiyalar və s.). Dövlət vergi (laıuınvericiliyi vasitəsi ilə vergi
mexanizminin hüquqi formasını hə- vala keçirir.
Dostları ilə paylaş: