seqmentlərinə yeni əmtəələrin çıxarılması) həyata keçirilir. Firma hər hansı konkret strategiyanı
seçərkən bu strategiyaya uyğun xüsusi qiymət siyasəti də hazırlayır. Bazarın tələbləri firmaları
məhsul satışı şərtlərini daimi öyrənməyə istiqamətləndirir.
Qiymət strategiyası daha çox firmanın ümumi strateji konsepsiyası əsasında formalaşır. Bu
konsepsiyada perspektiv inkişaf planları öz əksini tapır. Strateji planlaşdırma firmaların məqsədi
və vəzifələrinin l'ormalaşması prosesi olub, zəruri resuslarm əldə edilməsi və müəssisənin
gələcəkdə səmərəli işini təmin etmək məqsədilə onun bölüşdü- l ülməsi üçün müəyyən olunan
spesifik strategiyanın seçilməsidir. Strateji planlaşdırma prosesi idarəetmədə bütün qərarların
qəbul edilməsində mühüm iqtisadi vasitə kimi çıxış edir. Strateji planlaşdırmanın ən başlıca
vəzifələrindən biri təsərrüfat fəaliyyətinin kifayət qədər yeniliklərlə təmin olunması və xarici
mühütin dəyişməsinə uyğun olaraq lınnalann adekvat reaksiya göstərməsindən ibarətdir. Strateji
planlaşdırma ümumi istiqamətlərin müəyyən edilməsinə xidmət edir. Bu da iqtisadi artımın
təmin edilməsində və firmalann mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayır.
Dostları ilə paylaş: