Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə33/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Fəaliyyət miqyasına görə müəssisələr kiçik, orta və iri müəssisələrə bölünürlər. Dünya 
təcrübəsi göstərir ki, iqtisadiyyatın inkişaf səviyyəsindən asılı olmayaraq müəssisələrin kiçik, 
orta və iri sahibkarlığa aid edilməsi demək olar ki, bütün bazar iqtisadiyyatı ölkələrində həyata 
keçirilir. Həm də bu zaman əsas meyar kimi işçilərin sayı qəbul edilir. 
ĠxtisaslaĢdırılma dərəcəsinə görə firmalar ixtisaslaşdırılmış, universal və qarışıq 
firmalara ayrılır. İxtisaslaşdırılmış firmalarda hazırlanma texnologiyasına görə oxşar, konstruktiv 
quruluşuna görə eyni və istehsalı mütəmadi olaraq təkrarlanan məmulatlar hazırlanırsa, universal 
firmalarda bir neçə adda məmulatlar istehsal olunur və onlar çox hallarda təkrarlanmır və ya 
vaxtaşırı təkrarlanır. Qarışıq firmalar isə hər iki növün əlamətlərini özündə əks etdirir.
Ġstehsal mərhələsini əhatə etməsinə görə sənaye müəssisələri üç qrupa ayrılırlar:
a) məhsulun hazırlanmasının bir mərhələsini əhatə edən sənaye müəssisələri; belə 
müəssisələrə misal olaraq metaləritmə, porşen, şin, diyircəkli yastıq, reduktor, karbürator və s. 
bu kimi məmulatlar istehsal edən zavodları göstərmək olar;
b) məhsulun hazırlanmasının iki və ya daha çox mərhələsini əhatə edən sənaye 
müəssisələri; bu növ müəssisələrə əyirmə, toxuma və bəzəkvurma sexləri olan toxuculuq 
fabriklərini misal gətirmək olar;
c) məhsulun hazırlanmasının bütün mərhələlərini əhatə edən sənaye müəssisələri; belə 
müəssisələrə misal olaraq avtomobil, traktor, soyuducu və s. bu kimi tamamlanmış məhsullar 
istehsal edən müəssisələri göstərmək olar.
Ġstehsalın təĢkili tipinə görə sənaye müəssisələrinin üç tipi: kütləvi, seriyalı və fərdi 
tipləri olur:
– kütləvi istehsal tipli müəssisələrdə həcmcə böyük, lakin həmcins və istehsalı daima 
təkrarlanan məhsullar istehsal edilir; 
– seriyalı istehsal tipli müəssisələrdə məhsullar seriyalarla buraxılır və onlar müəyyən 
dövrlərdən bir təkrarlanır; 
– fərdi istehsal tipli sənaye müəssisələrində geniş nomenklaturada və çox hallarda 
istehsalı təkrarlanmayan məhsullar istehsal edilir. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin