Fəaliyyət miqyasına görə müəssisələr kiçik, orta və iri müəssisələrə bölünürlər. Dünya
təcrübəsi göstərir ki, iqtisadiyyatın inkişaf səviyyəsindən asılı olmayaraq müəssisələrin kiçik,
orta və iri sahibkarlığa aid edilməsi demək olar ki, bütün bazar iqtisadiyyatı ölkələrində həyata
keçirilir. Həm də bu zaman əsas meyar kimi işçilərin sayı qəbul edilir.
ĠxtisaslaĢdırılma dərəcəsinə görə firmalar ixtisaslaşdırılmış, universal və qarışıq
firmalara ayrılır. İxtisaslaşdırılmış firmalarda hazırlanma texnologiyasına görə oxşar, konstruktiv
quruluşuna görə eyni və istehsalı mütəmadi olaraq təkrarlanan məmulatlar hazırlanırsa, universal
firmalarda bir neçə adda məmulatlar istehsal olunur və onlar çox hallarda təkrarlanmır və ya
vaxtaşırı təkrarlanır. Qarışıq firmalar isə hər iki növün əlamətlərini özündə əks etdirir.
Ġstehsal mərhələsini əhatə etməsinə görə sənaye müəssisələri üç qrupa ayrılırlar:
a) məhsulun hazırlanmasının bir mərhələsini əhatə edən sənaye müəssisələri; belə
müəssisələrə misal olaraq metaləritmə, porşen, şin, diyircəkli yastıq, reduktor, karbürator və s.
bu kimi məmulatlar istehsal edən zavodları göstərmək olar;
b) məhsulun hazırlanmasının iki və ya daha çox mərhələsini əhatə edən sənaye
müəssisələri; bu növ müəssisələrə əyirmə, toxuma və bəzəkvurma sexləri olan toxuculuq
fabriklərini misal gətirmək olar;
c) məhsulun hazırlanmasının bütün mərhələlərini əhatə edən sənaye müəssisələri; belə
müəssisələrə misal olaraq avtomobil, traktor, soyuducu və s. bu kimi tamamlanmış məhsullar
istehsal edən müəssisələri göstərmək olar.
Ġstehsalın təĢkili tipinəgörə sənaye müəssisələrinin üç tipi: kütləvi, seriyalı və fərdi
tipləri olur:
– kütləvi istehsal tipli müəssisələrdə həcmcə böyük, lakin həmcins və istehsalı daima
təkrarlanan məhsullar istehsal edilir;
– seriyalı istehsal tipli müəssisələrdə məhsullar seriyalarla buraxılır və onlar müəyyən
dövrlərdən bir təkrarlanır;
– fərdi istehsal tipli sənaye müəssisələrində geniş nomenklaturada və çox hallarda
istehsalı təkrarlanmayan məhsullar istehsal edilir.