Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə32/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

3. MÜƏSSISƏLƏRIN TƏSNIFATI. 
 
Buraxılan məhsulun iqtisadi təyinatına görə bütün sənaye müəssisələri iki əsas qrupa: 
istehsal vasitələri və istehlak şeyləri istehsal edən sənaye müəssisələrinə bölünür. İstehsal 
vasitələri istehsal edən sənaye müəssisələrinə – metallurgiya, energetika, maşınqayırma, kimya 
sənaye müəssisələri və s. aiddirlər. 
Bütün bunlara görə də, istehsal firmaları və ya sənaye müəssisələri aşağıdakı əlamətlərə 
görə təsnifləşdirilir. Buraxılan məhsulun iqtisadi təyinatına görə bütün sənaye müəssisələri iki 
əsas qrupa: istehsal vasitələri və istehlak şeyləri istehsal edən sənaye müəssisələrinə bölünür. 
İstehsal vasitələri istehsal edən sənaye müəssisələrinə – metallurgiya, energetika, maşınqayırma, 
kimya sənaye müəssisələri və s. aiddirlər. Bu sahələrin müəssisələri elmitexnki tərəqqi əsasında 
həm özlərinin və həm də ümumiyyətlə istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsində və 
intensivləşdirilməsində həlledici rol oynayırlar. Başqa sözlə, həmin müəssisələr elmi-texniki 
tərəqqinin maddi əsası, bələdçiləri və deməli, təminatçılarıdırlar. 
Ġstehsal etdikləri xammal və materialların xarakterinə görə hasiledici və emaledici 
sənaye müəssisələri fərqləndirilir. Hasiledici müəssisələr təbiətin vermiş olduğu sərvətləri – təbii 
sərvətləri – əldə edirlər. Bu növ müəssisələrə misal olaraq, neft, qaz, dəmir filizi və s. hasil edən 
müəssisələri göstərmək olar. Emaledici sənaye müəssisələri isə hasiledici sənayenin və kənd 
təsərrüfatının verdiyi xammalı emal edirlər. 
Ġl ərzində işləmə müddətlərinə görə müəssisələr üç qrupa ayrılır: bütün il boyu fasiləsiz 
işləyən sənaye müəssisələri (məsələn, domna sobaları, marten peçləri, neftayırma zavodları və 
s.), bütün il boyu fasiləli işləyən sənaye müəssisələri (məsələn, maşınqayırma zavodları) və 


mövsümi işləyən sənaye müəssisələri (məsələn, şəkər, konserv, pambıqtəmizləmə və s. 
zavodlar). 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin