Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə31/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Elm bütövlükdə, şərti olaraq, 3 böyük qrupa – təbiət, ictimai və texniki – bölünür. 
İctimai elmin mühüm sahələrindən biri dətədqiqat obyekti iqtisadi hadisə və proseslər, istehsal 
münasibətləri olan iqtisad elmidir. Bu elm özünün ixtisaslaşmış sahələri ilə iqtisadiyyatın bütün 
səviyyələrində mövcud olan qanun və qanunauyğunluqları həm nəzəri və həm də tətbiqi 
baxımdan təhlil və tədqiq etməklə, alınan nəticələri ümumiləşdirməklə məşğul olur. İqtisad 
elminin müstəqilləşmiş sahələrindən biri də təbii ki, özünün tədqiqat obyekti və predmeti olan – 
«Firmanın iqtisadiyyatı» elmidir. 


Əgər iqtisadiyyatın nəzəri əsaslarını «İqtisadi nəzəriyyə» elmi tədqiq edirsə, praktiki və 
ya tətbiqi cəhətlərini isə konkret iqtisad elmləri öyrənir. İqtisadiyyatın həm tədqiqi və həm də 
idarə olunması baxımındano («İqtisadi nəzəriyyə»), özünün 4 tərkib hissəsinə bölünür: «Makro» 
və «Mikro» iqtisadiyyat, «Mezoiqtisadiyyat» və «Meqoiqtisadiyyat». Makroiqtisadiyyat 
məcmuu təklif və tələbin formalaşması, milli gəlirin və ümumi milli məhsulun istehsalı 
dinamikasındakı dəyişiklikləri tədqiq etməklə, hökumətin büdcə və Mərkəzi Bankın pul 
siyasətinin iqtisadi artıma, inflyasiyaya, işsizlik problemlərinə, beynəlxalq ticarətin inkişafı və 
qiymətin səviyyələrinə təsirlərini öyrənməklə məşğul olur. 
“Firmanın iqtisadiyyatı” fənninin obyekti firma, predmeti isə firmanın istehsal, satış, 
marketinq və s. fəaliyyətlərinin məcmusudur. 
Kursun tədqiqat metodları və iqtisad kursları sistemində yeri. 
Elm özünün inkişaf tarixində həqiqətləri dərk etmək məqsədilə metodologiya, bir çox 
üsul və metod, qayda və fəndləri işləyib hazırlamış və elmi araşdırmalarda müvəffəqiyyətlə 
istifadə etmişdir. Bu metodlara sistemli yanaşma, analiz və sintez, ümumidən xüsusiyə 
(deduksiya) və xüsusidən ümumiyə (induksiya) məntiqi keçid, iqtisadi-riyazi metodları və s. aid 
etmək olar. Dərketmə metodu olan dialektika isə bu metodların köməyi ilə cəmiyyətin, təbiətin 
və idrakın inkişaf qanunauyğunluqlarını və bu inkişafdakı əlaqələri konkretləşdirir. 
«Firmanın iqtisadiyyatı» kursunun ən ümumi şəkildə vəzifəsi tələb və təklif arasındakı 
ziddiyyətlərdən törənən və bilavasitə firmanın iqtisadiyyatına aid olan məsələləri öyrənmək və 
həmin ziddiyyətlərin həlli yollarını tapmaqdır. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin