məhsul istehsalı dövründən başlamışdır. Həmin vaxtlar bir istehsalçı özünün istehsalı olan
məhsulu ilə başqasının ehtiyacını, başqasının istehsal etdiyi məhsulla isə öz ehtiyacını ödəyə
bilmişdir. Beləliklə, məhsulların dəyişdirilməsi (mübadiləsi) sahibkarlıq üçün ilkin şərt, daha
doğrusu çıxış nöqtəsi olmuş, bazar münasibətlərinə keçid isə sahibkarlıq tipli iqtisadiyyata
transformasiyanı mümkün etmişdir.
Sahibkarlıq – iqtisadi azadlığa söykənən, lakin qanunvericlik aktlarına və təsərrüfat
riskinə əsaslanmaqla, cəmiyyətin məhsul və xidmətlərə ehtiyaclarını ödəmək üçün, məqsədi gəlir
əldə etmək və əmlakını çoxaltmaq olan fəaliyyət növüdür. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin
motivi və məqsədi mürəkkəb bazar situasiyalarında, güclü rəqabət mübarizəsi şəraitində heçdə
xeyriyyəçilik etmək deyil, maddi marağı, sahibkarlıq gəliri əldə etmək istəyi ilə əlaqədardır.
Sahibkarlığın təməlində duran əmək bölgüsü, əmək kooperasiyası və əmtəə (məhsul) istehsalı və
onun mübadiləsinin baş tutması üçün 4 amilin (resursun) mövcudluğu həlledici şərtdir.
Bunlar əmək (iĢ qüvvəsi), kapital (əsas və dövriyyə), təbii resurslar və birdə
Dostları ilə paylaş: