sahibkarlıq fəaliyyətinin özüdür. Əmək – istehsalın «baş agenti» olan iş qüvvəsi – insanların bilik (intelektual), təcrübə,
vərdiş və fiziki enerjisini sərf etmək bacarığıdır ki, məhsul (əmtəə) istehsalında onların
hamısından məcmu şəkildə istifadə edir.
Kapital – insanların özləri tərəfindən yaradılmış istehsal vasitələridir – investisiya
resurslarıdır. Bunlara əmək vasitələri (bina, maşın, avadanlıq və s.) və ilkin emaldan keçmiş
xammal, daha doğrusu materiallar, yarımfabrikatlar və s. aid edilir.
Təbii resurslar – təbiətin insanlara bəxşişidir, tövhəsidir; bunlara meşə, hava, su, tikinti
üçün meydançalar, mineral xammallar, əkin yerləri və biçənəklər və s aiddirlər. İnsanların bu
resursların yaranmasında heç bir rolları olmayıb. İnsanlar həmin resursları təbiətdən hazır şəkildə
götürüb onlarda müəyyən dəyişikliklər (fiziki, kimyəvi və s.) aparmaqla öz ehtiyacları üçün
istifadə edirlər.
Ġstehsal amillərindən biridə insanın (qrup insanların) sahibkarlıq bacarığıdır. Bu
amil istehsalın xüsusi, qeyri–maddi, maddi olmayan amilidir. Fiziki şəxsin (şəxslərin)
sahibkarlıq bacarığı bütün digər amilləri müəyyən kəmiyyət nisbətində istehsalın vahid sisteminə
çevirə bilir,onların hər birindən ayrılıqda və habelə kompleks şəkildə istifadə səmərəliliyinin
yüksəldilməsinə təminat verir. Sahibkarlığın özünə məxsus əlamətləri vardır və onlar
aşağıdakılardır:
a) TəĢəbbüskarlıq.
b) Kommersiya riski və təsərrüfatçılıq məsuliyyəti.
c) Ġstehsal amllərinin kombinələĢdirilməsi.
İstehsal amillərinin hər birindən qənaətlə istifadə etməklə istehsalın sinergetik
səmərəliliyinə nail olmaq məqsədilə onların sahibkar tərəfindən bir-birilə əvəzlənməsinin
optimal kombinələşmə variantının seçilməsidir.
d) Yenilikçilik.