Nəhayət, davranma nəzəriyyəsinə görə, firma mütəhərrik bazar münasibətlərinə yalnız
uyğunlaşmamalı və həm də öz davranışı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı
bacarmalıdır; bu – firmanın sahibkarlıq (təşəbbüskarlıq) konsepsiyasıdır. Burada firma habelə
müxtəlif səviyyələrdə baş verən sahibkarlıq funksiyalarının qarşılıqlı fəaliyyəti sistem kimi
səciyyələndirilir. Belə halda əsas vəzifə həmin funksiyaların uzlaşdırılmasına nail olmaqdır,
çünki firmanın davranışı müxtəlif səviyyələrə məxsus sahibkarlığın qarşılıqlı fəaliyyəti ilə
qiymətləndirilir.
«Firma» məhfumunun mahiyyətini açıqlayan bir sıra iqtisadçılar onun (firmanın)
müəssisə olduğunu göstərməklə yanaşı, artıq qeyd edildiyi kimi, onun müəssisədən fərqli 2
cəhətini də göstərirlər: a) firma 2 və daha çox müəssisədən ibarət olur. b) firma istehsalla yanaşı,
həm də kommersiya fəaliyyəti ilə də məşğul olur. Müəssisəyə aid qalan nə əlamətlər vardırsa,
onların hamısı firma üçün səciyəvidir.
Ġstehsal firması – məqsədi mənfəət əldə etmək, bir və ya bir neçə müəssisədən ibarət
olan, məhsul istehsal edən, sənaye xarakterli iş görən və xidmətlər göstərən, məhsulunun satışını
özü həyata keçirən, innovasiya fəaliyyətini və qiymət siyasətini, bazarda rəqabət mübarizəsini
özü aparan, mənfəətin bölgüsündə iştirak edən hüquqi şəxs statuslu bazar iqtisadiyyatının ilkin
təsərrüfat subyektidir.
Ġnsan fəaliyyətinin sferalarından biri kimi, elmin funksiyası həqiqətlər haqqında obyektiv
nəzəri biliklərin işlənməsi və onların sistemləşdirilməsindən ibarətdir. XX əsrin ortalarından elm
məhsuldar qüvvələrin ünsürlərindən birinə çevrilmişdir. «Dördüncü» ünsür statusu alan elm
«muxtariyyət»də olmayıb, məhsuldar qüvvələrin «klassik» ünsürlərinin – əmək vasitəsi, əmək
predmeti və iş qüvvəsinin substansiyasına daxil olmuş və onlara yeni keyfiyyət, inqilabi vüsət
vermişdir. Elm – həqiqətlərin, hadisə və proseslərin praktiki cəhətdən dərk edilmə üsullarının
ayrılmaz tərkib hissəsi olmaqla o, həm də biliklər istehsalçısı kimi insan fəaliyyətinin spesifik
formalarındandır. Əgər maddi istehsalın həm miqyasca (kəmiyyətcə) genişləndirilməsində və
həm də səmərəliliyinin (keyfiyyətcə) yüksəldilməsində biliklər bir vasitə kimi istifadə edilirsə,
bunlara nail olmaq üçün mütərəqqi texnoloji proseslərin, maşın və avadanlıqların
layihələndirilməsi, istehsalın mükəmməl təşkili sxeminin nəzəri cəhətdən əsaslandırılması isə
elmin bilavasitə məqsədidir.