Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə26/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Qeyrl-təkmil rəqabət bazarı
. Bazarın bu forması özündə xalis inliisarçılığı, inhisarçı rəqabəti, 
oliqopoliyanı birləşdirir. 
Xalis (mütləq) inhisar o halda mövcud olur ki, bir firma məhsulun yeganə istehsalçısı kimi çıxış edir 
və bazarda həmin məhsul heç bir yaxın əvəzliyiciyə malik olmur. 
Xalis inhisar modeli özlüyündə 
aĢağıdakı dörd xarakterik cəhəti birləĢdirir:'
- bazarda məhsul vahid satıcı tərəfindən təklif edilir;
- realizə olunan məhsul unikal xarakter daşıyır. Mahiyyət etibarı ilə həmin məhsuldan keyfiyyətli 
məhsul və ona yaxın əvəzləyicisi yoxdur; 
- inhisarçı bazar hakimiyyətinə malik olur və qiymətlərin səviyyəsinə mütəmadi olaraq nəzarət edir;
- bazara daxil olmaq üçün inhisarçı tərəfindən müəyyən süni baryerlər yaradılır.
Təbiidir ki, birinci halda söhbət təbii inhisarçılıqdan gedir. Bu müəssisələr əsas etibarı ilə ictimai 
istifadəçilərə xidmət edir. Təbii inhisara - elektrik və qaz şirkətləri, su təchizatı, rabitə xətti və nəqliyyat 
müəssisələri aid edilir. Həqiqətən metropolitenlə rəqabət aparan hər hansı müəssisənin mövcud olduğunu 
demək olduqca çətindir. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına keçmiş ölkələrdə təbii inhisar 


müəssisələri əsas etibarı ilə dövlət mülkiyyətində saxlanılır və ya dövlətin ciddi nəzarəti altında fəaliyyət 
göstərir. Bu sahəyə süni maneələr, patentlər və lisenziyalar aid edilir. 
- ( İnhisarçı rəqabət - sırf bazar şəraitində çoxsaylı məhsul istehsalçılarının oxşar, lakin idietik (eyni) 
olmayan məhsulların təklifini nəzərdə tutur. İnhisarçı rəqabət şəraitində bazarda yüzlərlə və minlərlə 
firmanın olması tələb olunmur. Bu hal üçün onlarla firmanın mövcudluğu kifayət edir.) ^ Xalis rəqabət 
şəraitində firma standart və ya eyni tipli məhsullar, inhisarçı rəqabət şəraitində isə fərqli məhsulları 
istehsal edir./Burada differensiallaşma hər şeydən əvvəl məhsul və xidmətlərin keyfiyyətini əhatə edir. 
Bununla belə, məhsullar həm də satışdan sonrakı xidmət (uzunmüddətli istifadə olunan məhsullar üçün) 
şərtlərinə, alıcılara yaxınlaşmasına, reklamın intensivləşməsinə görə də differensiallaşdırılır. İnhisarçı 
rəqabət bazarında firma təkcə qiymət vasitəsi ilə deyil, həm də bütün mümkün yollarla rəqabət aparmaq 
qabiliyyətinə malikdir. Bu cəhət inhisarçı rəqabət bazarının ən başlıca xüsusiyyətidir. 
İnhisarçı rəqabət bazarının daha bir mühüm xarakteristikası nisbətən asan yollarla bazara daxil 
olmağın mümkünlüyüdür. İnhisarçı rəqabət bazarında fəaliyyət göstərən istehsalçı adətən çox nəhəng 
firma olmur. Ona görə də təsərrüfat fəaliyyəti üçün istehsalçıda zəruri olan ilkin kapitalın həcmi çox da 
böyük deyil. 
Bu bazarı xarakterizə edərkən belə bir sualla qarşılaşmaq mümkündür. Bu bazar modelində inhisarçı 
rəqabət nədən ibarətdir? Məhsulların differensiallaşdığı şəraitdə hər bir firma öz məhsulları üzərində 
inhisarçı hakimiyyətə malik olur. Belə ki, onlar rəqabət aparan digər firmaleınn fəaliyyətindən asılı 
olmayaraq qiyməti yüksəltmək və aşağı salmaq imkanına malikdirlər. Mövcud olan bu imkanlar yalnız 
anoloji məhsullar istehsal edən firmalann sayı ilə məhdudlaşdınla bilər. Bundan əlavə inhisarçı rəqabət 
bazarında orta və xırda firmalarla yanaşı həddən artıq iri istehsalçılar da fəaliyyət göstərir. Hazırda Qərb 
ölkələrinin müasir bazar strukturları inhisarçı rəqabət əsasında fəaliyyət göstərir. 
( Oiiqopoliya. Oliqopoliyanı xarakterizə edən ən başlıca xüsusiyyət azsaylı rəqabət iştirakçılarının 
olmasıdır. Nisbətən azsaylı (10-a qədər) firmalann müəyyən əmtəə və xidmətlər bazarında mütləq 
hegemonluğu ilə xarakterizə olunan rəqabət oiiqopoliya adlanınl^Tətbiqi iqtisadiyyatın tədqiqatçıları 
göstərir ki, müxtəlif bazarlar arasında dəqiq müəyyənləşdirilmiş sərhədlər yoxdur. Ona görə də 
oiiqopoliya modeli xalis rəqabətdən tutulmuş inhisarçı rəqabətə qədər böyük bir sahəni əhatə edir) Bazar 
təsərrüfatında klassik oiiqopoliya beşə qədər istehsalçı əsasında təşkil edilir. Məsələn, ABŞ-m avtomobil 
sənayesində “Böyük üçlük” - “General Motors”, “Ford”, “Kraysler” hegemonluq edir. 
İstehsalçılar arasında aparılan rəqabətin ən mühüm sahəsi satış bazarları və istehlakçılar hesab edilir. 
İqtisadçı alimlərin apardıqları tədqi- (|atlar göstərir ki, istehsalçı firmanın bazardakı mövqeyini və ya 
xüsusi çəkisini 10 % itirməsi mənfəət normasının öz hesabına 5-6 faiz aşağı (liişmosi deməkdir. 
İstehlakçılar uğrunda mübarizədə rəqabət aparan digər firmalann nəzərə alınmaması iri şirkətlərdə belə 
əhəmiyyətli itkilər baş verir, bəzi hallarda isə kəskin böhranlarla üzləşməli olurlar.
Məhsul satışı bazarları uğrunda mübarizə ilə yanaşı xammal, əmək resursları, kapital, elmi-texniki 
yeniliklərdən istifadə ilə bağlı rəqabət fəaliyyəti də geniş şəkildə inkişaf etmişdir. Xüsusilə son zamanlar 
əmək resursları və elmi-texniki tərəqqinin ən yeni nailiyyətləri sahəsində rəqabət mübarizəsi daha kəskin 
xarakter almağa başlamışdır. Bu isə əsas etibarı ilə istehsalın elmi tutumlu sahəsinin artması və 
mnovasiyaya olan tələbatın ödənilməsi və bu səviyyənin gücləndirilməsi ilə əlaqədardır. İnkişaf etmiş 
ölkələrdə firmaların yüksək ixtisaslı kadrlara artan tələbatının ödənilməsi heç də yüksək səviyyədə 
deyildir. Yaranmış bu problemləri həll emək üçün şirkətlər müxtəlif üsul və metodlardan istifadə edirlər. 
Belə ki, bu məqsədlə çox hallarda xüsusi li|ili yüksək ixtisas verən tədris müəssisələri yaradılır. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin