Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə23/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

1). Iqtisadi vəziyyət
. Iqtisadi vəziyyət zəif və ya pis olduqda, məhsul istehsalının həcmi və səviyyəsi 
aşağı düşür və yaxud da tamamilə mümkün olmur. Əhali kasıblaşdığı üçün maddi və maliyyə imkanları 
xeyli məhdudlaşır, yeni müəssisə yaratmaq və məhsul istehsalını artırmaq imkanı olmur. Iqtisadi 
vəziyyət yaxşı olduqda isə yuxarıda deyilənlərin əksi baş verir və iqtisadi tərəqqi müəssisənin 
yüksəlişinə təkan vermiş olur. 
2). Siyasi vəziyyət
. Siyasi vəziyyətin sabit olması, həm daxili və həm də xarici sahibkarlar üçün 
əminlik yaradır, onların fəaliyyətlərini xeyli gücləndirir və iqtisadi məqsədlər üçün sərmayə qoyuluşunu 
artırır, əks halda isə hər şey tərsinə olur və sərmayə qoyuluşu da aşağı düşür. Siyasi vəziyyətin qeyri – 


sabitliyi ölkədə qeyri – müəyyənlik və inamsızlıq mühüti yaratdığı üçün, iqtisadi fəaliyyətin bütün 
sahələrində risk amilini artırır və bu da tənəzzülü gücləndirir.
3). Beynəlxalq vəziyyət.
Beynəlxalq vəziyyətin sabitliyi nəinki dövlətlərarası münasibətləri, 
həmçinin firmalararası münasibətləri də xeyli canlandırır və beynəlxalq iqtisadi əlaqələrin güclənməsinə 
şərait yaradır. Beynəlxalq vəziyyətin qeyri-sabitliyi isə bütün bunlara əks təsir göstərir. Haradasa
müharibənin başlanması nəticəsində müxtəlif ölkələrin firmaları müxtəlif cür tədbirlər görə bilərlər ki, 
bunun nəticəsi olaraq ya külli miqdarda xeyir götürsünlər, yaxud da hər şeylərini itirərək müflis olsunlar.
4). Elmi - texniki tərəqqi.
Dünyanın müxtəlif ölkələrində yaradılan və tətbiq olunan ən yeni 
texnologiyanın yayılması və ayrıayrı ölkələrdə istifadə edilməsi buraxılan məhsulun dünya standartları 
səviyyəsinə çatdırılmasına imkan yaradır. Əgər hər hansı bir ölkədə mövcud texnologiya dünya 
standartlarına cavab verə bilmirsə, onda məhsulun keyfiyyəti də aşağı olur və onun dünya bazarına
çıxarılması qeyri-mümkün olur. Texnologiyası güclü inkişaf etmiş ölkələrin firmaları ilə müəyyən 
müqavilələr (kontraktlar) bağlayıb onların avadanlıqlarından istifadə etmək yolu ilə, elmi - texniki tərəqqi 
nailiyyətlərindən istifadə etməklə dünya standartlarına cavab verən məhsullar istesalına nail olmaq 
mümkündür. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin