edən müəssisə istehsal etdiyi məhsulun fərdi dəyərini belə qazana bilmir. Sahədaxili rəqabət müəssisələri
elmi-texniki tərəqqinin inkişafına stimullaşdırır.' '
Sahələrarası rəqabət
- müxtəlif sahələrə daxil olan müəssisələr arasındakı rəqabəti xarakterizə edir.
Sahələrarası rəqabət inkişaf etdiyi mühitdə kapitalın aşağı mənffət normalarına malik olan sahələrin daha
yüksək mənffətə malik sahələrə axını yaranır.
Rəqabət növlərinin təsnifləşdirilməsi əmtəə istehsalının sayından s ə onların
bazarda tutduğu xüsusi
çəkisindən də asılı olur. Məhz bu baxımdan təkmil (azad) və qeyri-təkmil rəqabət növləri fərqləndirilir.
Azad (təkmil) rəqabətin əsas əlamətləri.
Bu rəqabət mühitində iştirakçıların sayı
məhdudlaşdırılmır, əmtəə istehsalçıları bazara daxil olmaq və çıxmaq baxımından mütləq mənada
sərbəstliyə malikdirlər. Azad rəqabətə misal olaraq hər bir vətəndaşın sahibkarlıq fəaliyyəti ılo
məşğul
olması və öz fəaliyyətini dayandırmaq hüququnu göstərmək olar. Bu hüququn özü belə müxtəlif
aspektləri əhatə edir. Belə ki, fəaliyyət
sahəsi müəyyənləşdirilir, ona uyğun bu və ya digər strukturlar
formalaşdırılır,
muzdlu işçilər cəlb edilir, səhmlər alınır, dövlət is- iıqıazları cəlb edilir,
investisiya
qoyuluşu təmin olunur və s. Azad rəqabət şəraitində vətəndaşların hər hansı fəaliyyət növünü seçməsi
mümkündür. Azad rəqabət sistemində istehlakçıların diskriminalının bütün formaları istisna olunur.
Azad rəqabət
şəraitində bütün növ material, əmək, maliyyə və s. resurslar mütləq mənada mobil
xarakter daşıyır, yəni daim hərəkətdə olur. Azad rəqabət mühitinin iştirakçılan öz maliyyə resurslannı
sadəcə ola- lac] yerləşdirmir, əksinə, gəlirlərin artmasına yönəldirlər. Eyni zamanda istehsal və satışın
genişlənməsi baxımından kapitalın yerinin dəyişdirilməsi də həyata keçirilir. Bu isə yalnız
o halda
mümkündür ki, həmin sahəyə əlavə resurslar cəlb edilir, qabaqcıl texnologiya tətbiq edilir.
Hər bir rəqabət iştirakçılarının tam informasiya (tələb, təklif, qiymət, mənfəət norması və s. haqqında)
əldə etməsi səhmlərin eəlb edilməsinə, məhsul satışında, tərpənməz əmlakın alınmasında ən
düzgün s ə
optimal variantların seçilməsinə imkan verir. Sonuncu halda iştirakçı dərk etməlidir ki, qoyulmuş səhmlər
ona maksimum gəlir əldə etməyə imkan verməlidir. Məhsulun müxtəlif mənada eyni adlı və yeni növlü
olması ticarət markalarının
və
məhsulun
keyfiyyətinin
digər
fərdi
xarakteristikasının
məhdudlaşdırılmasım özündə əks etdirir.
Dostları ilə paylaş: