2. QuruluĢ (struktur). Şaquli və üfüqi əmək bölgüsü, fuksiyaların müəyyənləşdirilməsi və
vəzifələrin bölüşdürülməsi, bölmələrin və şöbələrin yaradılması, firmanın (müəssisənin)
strukturunu və ya quruluşunu təşkil edir.
Təşkilatın yaranması üçün zəruri olan, yuxarıda qeyd etdiyimiz 5 əsas funksiyanı onun
daxili təsir amilləri kimi dəyərləndirmək olar. Çünki idarəetmə onlardan asılıdır və onlarsız heç
təşkilat özü də yoxdur.
Obyekt, subyekt və informasiya ilə yanaşı, həm də əks əlaqənin təşkil edilməsi hesab olunur.
Burada:
Obyekt - idarə edilən təşkilat;
Subyekt - idarə edən şəxslər.
Əks əlaqə isə - informasiya və rabitə vasitələridir. Müəssisənin idarəetmə strukturu az pilləli
və çox pilləli ola bilər: Struktur pillələri nə qədər çox olarsa, idarəetmə səviyyəsində işçilərin
sayı bir o qədər artar. Müasir dövrdə bütün firmalar, idarəetmə səviyyələrini azaltmağa çalışırlar.
Çünki azpilləli idarəetmə daha səmərəli sayılır.
3. Vəzifələr (iĢlər) – müəyyən vaxt ərzində müəyyən həcmdə görüləcək işlər. Ənənəvi
olaraq təşkilatın işləri üç kateqoriyaya bölünür: adamlarla, əşyalarla (maşın, xammal, alətlər) və
informasiya ilə işləmək.
Vəzifələrin bölgüsü əmək bölgüsünə əsasən aparılır (burada ixtisasa görə və ixtisaslaşma
üzrə bölgü aparılması ilə yanaşı, eyni ixtisasın dərəcələri üzrə də bölgü aparılır).
Yuxarıda qeyd edildiyi kimi, vəzifə bölgüsündə 2 istsqamət olur: şaquli və üfiqi istiqamətlər.
Şaquli istiqamət – ali səviyyədən texniki səviyyəyə qədər vəzifə, cavabdehlik, asılılıq
münasibətlərinin qurulması işinə xidmət edir.
Üfiqi istiqamət – eyni səviyyədə olan vəzifə sahiblərinin, birbirlərindən asılı olmayan
vəzifələrdə yerləşdirilməsidir. Burada tabeçilik yoxdur, yalnız texnologiya və icra ilə bağlı
əlaqələr mövcuddur.
Şaquli və üfiqi əlaqələr idarəetmə şəbəkəsini əmələ gətirir ki, burada müəssisənin heç bir
sahəsi nəzarətdən kənarda qalmır. Vəzifələrin müəyyən edilməsi və icrası istehsalın quruluşu və
ixtisaslaşma ilə qarşılıqlı surətdə bağlıdır. Idarəetmə səviyyələrinin təşkil olunması, şaquli
əlaqələrin qurulması yolu ilə, təsərrüfatçılıq bölmələrinin yaradılması isə adətən üfüqi əlaqələrin
təşkili yolu ilə həyata keçirilir. Yəni, idarəetmənin bütün səviyyələrində (alidən texnikiyə və
tərsinə) asılılıq münasibətlərinin qurulması, eyni zamanda təsərrüfatçılıqda asılı olmayan
sahələrin və sexlərin, şöbələrin və bölmələrin yaradılması baş verir.