Bu funksiyalara aĢağıdakılar daxildir: - müəssisənin və əhalinin azad maliyyə vəsaitinin toplanması:
- iqtisadiyyatın investisiyalaşması;
- qiymətli kağızların tədavülünün kəsilməzliyinin təmin olunması.
Keçid dövriində qiymətli kağızlar bazarının özünəməxsus xüsusiyyətləri var. İstehlak
bazarında səhmlərin satılmasında çətinliklər mL-ydaııa çıxır. Belə çətinliklər, əhalidə
investisiyalışdırma ənənəsinin olması üzündən daha da dərinləşəcək. Keçid dövründə qiymətli
kağızlar bazarının prinsipial xüsusiyyətlərindən biri də əhalinin qiymətli ka- l'-ı/ların alınmasına
cəlb edilməsidir. Maliyyə institutlarının yaradılması ilə əlaqədar olaraq bu proses daha da
sürətlənmişdir.
Keçid dövründə qiymətli kağızlar bazarı bir çox çətinliklərlə qarşı- hışmışdır. Bunlardan biri
də manatın valyutaya çevrilməsi problemidir.
Maliyyə bazarının yaradılması zamanı dövlətin sosial-iqtisadi inkişafın sabitliyini təmin
etməsi prinsipial xarakter daşıyır. Dövlətin maliyyə bazarının tənzimlənməsi (xüsusilə, kredit
vəsaitləri bazarının) əsasən respublikanın qanunvericilik aktları ilə həyata keçirilir
Bütün inkişaf mərhələsində dövlət qiymətli kağızlar bazarının tənzimlənməsinə vacib bir
obyekt kimi baxmışdır. Dövlətin maliyyə siyasətinin təsiri nəticəsində bazar iqtisadiyyatın
seqmentlərindən asılı olacaqdır. Qiymətli kağızları hazırlayarkən, fəaliyyət göstərən bazar
mexanizminə mənfi təsir göstərən subyektiv amillərlə yanaşı, obyektiv çətinlikləri də aid etmək
olar. Belə bir şəraitdə, dövlət orqanlarm- tlan bazar münasibətlərinin tənzimlənməsi və
formalaşması üçün səmərəli və dəqiq fəaliyyət tələb olunur.
Dövlət tənzimlənməsi, qiymətli kağızlar bazarının fəaliyyət göstərməsi üçün əsas elementin
işlənib hazırlanmasını nəzərə alır, investorların hüquqlarının təmin olunmasına zəmanət verir.
Göründüyü kimi, dövlət,qiymətli kağızların dayağı kimi çıxış edir. Dövlət, qiymətli kağızlar
bazarına, vergi siyasəti ilə də təsir edir. Dünyanın bir çox ölkələri öz təcrübəsində sübut etmişlər
ki, qiymətli kağızlar əməliyyatına düzgün vergi sistemi qoyulduqda, investisiya formasının
inkişafını daha da genişləndirmək olar.