Marketinqin strategiyasına operativ idarəetmə ilə yanaşı həmçinin digər funksiyalar, o
cümlədən bazarın tədqiqi, şəraitin qiymətləndirilməsi, vəziyyətin əvvəlcədən öyrənilməsi,
planlaşdırma, məhsulların satışı, hər bir funksiyanın yerinə yetirilməsinə nəzarət və s. daxildir.
Bazarın kompleks qaydada öyrənilməsi üçün mövcud istehlak məhsullanna olan tələbatlar və
perspektivdə onun dəyişilmə meylləri geniş təhlil edilir. Təhlilin nəticələrindən korporasiyanın
fəaliyyət proqramında və onun həyata keçirilməsində, rəqabət qabiliyyətinin yüksəldilməsində
və yüksək mənfəətin təmin olunmasında istifadə olunur.
Dostları ilə paylaş: