Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə24/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

 5). Sosial vəziyyət. 
Sosial vəziyyət bilavasitə dolanışıq və həyat səviyyəsi ilə bağlı olduğu üçün bu 
amili daha başlıca və daha zəruri hesab etmək olar. Bu halda davranış, milli və dini xüsusiyyətlər də
nəzərə alınmalıdır. 
4. SAHIBKARLIQ RƏQABƏTI VƏ SAHIBKARLIQ SIRRI. 
Bazar iqtisadiyyatının ən mühüm prinsiplərindən biri əmtəə istehsalçıları arasındakı azad rəqabətin 
mövcud olmasıdır. Rəqabət - öz sahibkarlıq fəaliyyətinin nəticələrini daha da yaxınlaşdırmaq məqsədi ilə 
ən əlverişli istehsal və satış şərtləri əldə etmək uğrunda istehsalçılar, mal göndərənlər, bir sözlə, firma və 
müəssisələr arasındakı mübarizədir.)
Bazar münasibətləri sistemində rəqabətin əsas məzmunu alıcı uğrunda mübarizə vo onların 
ehtiyatlarının tam təmin edilməsidir. Bazarda daha çox pay və mövqe uğrunda mübarizə və bu sahədə 
əldə edilən müvəffəqiyyət ilk növbədə əmtəə istehsalçılarının istehsal etdikləri məhsulun keyfiyyəti və 
onun qiymətinin aşağı olmasından asılıdır. Əslində bazar münasibətləri şəraitində rəqabət sahibkarlıq 
fəaliyyətinin ən mühüm ölçü vahidi hesab edilir.
Bazar münasibətlərinin və iqtisadiyyatın inkişaf tarixi göstərir ki, rəqabət əslində əmtəə istehsalı ilə 
eyni vaxtda yaradılmışdır.' Lakin kapitalizmin inkişaf etdiyi şəraitdə o həm bazar münasibətlərinin ən 
mühüm amilinə və həm də ictimai istehsalın çevik tənzimlənməsinə çevrilmişdir. XIX əsrin ortasından 
etibarən dövlət tərəfindən tənzimlənməyən və azad rəqabətin geniş inkişaf etdiyi bazar iqtisadiyyatı 
formalaşmağa başlamışdır. Bu cür bazar əmtəə istehsalına müstəsna hallarda yalnız tələb və təklif 
mexanizmi və ona uyğun olaraq qiymətin dəyişməsi yolu ilə təsir edirdi. Təbiidir ki, bazar 
münasibətlərinin bu cür formalaşması və inkişafı əmtəə istehsalını istehlakçıların tələblərini öyrənməyə, 
istehsal etdikləri məhsulun keyfiyyətini yaxşılaşdırmağa, əmək məhsuldarlığını yüksəltməyə, istehsalı 
^nişləndirmə- yə və istehsal xərclərini aşağı salmağa məcbur edirdiv Pu dövrdə rəqabətin iki əsas forması 
- sahədaxili və sahələrarası rəqabət yaranıb inkişaf etməyə başladı.

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin