Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə22/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

4. Kadrlar
(adamlar, işçilər, personal) rəhbərlər və fəhlələrdir. Kadrlar adətən 2 qrupa 
bölünür: idarəedənlər və idarə olunanlar. Menecmentin təşkilində və işlərin icrası zamanı onların 
qabiliyyətləri, inam və baxışları, təlabatları, məhsuldarlıqları, ümidləri (gözləmələri), 
qavramaları, qruplaşmaları və liderlikləri nəzərə alınmalıdır.
Hər bir müəssisədə kadrların seçilməsi, öyrədilməsi və yenidən hazırlanması prosesi gedir. 
Kadrların hazırlıq prosesi mərhələlərlə, həm fəhlələrin, həm də idarəetmə işçilərinin (əsasən 
menecerlərin) hazırlanmaları ilə bağlıdır. Personal dedikdə, ali və orta səviyyə rəhbərləri ilə 
yanaşı, texniki səviyyə rəhbərləri də nəzərdə tutulur və heç bir işçi diqqətdən kənarda qalmır. 
Çünki ali və orta səviyyədəki vəzifə sahiblərinin verdiyi qərarlar texniki səviyyə işçiləri 
tərəfindən yerinə yetirilir və onlar bilavasitə fəhlələrlə ünsiyyətdə olurlar. 
5. Texnologiya - avadanlıqların (qurğuların) və işçi qüvvəsinin tətbiqilə icra edilən elə 
proseslərdir ki, onların vasitəsilə xammaldan hazır məhsullar istehsal olunur. Texnologiya 
qarşıya qoyulan məqsədə uyğun olaraq yaradılır. Misal üçün, qarşıya qoyulmuş məqsəd neft 
emalıdırsa, təşkil edilən texnologiya neft emalına imkan verən, əgər ayaqqabı istehsalıdırsa – 
texnologiya ayaqqabı istehsalına imkan verən avadanlıqlar və qurğularla təchiz olunmalıdır. 
Texnologiya – personalın, avadanlıq və qurğuların köməyilə xammalın işlənilib hazır məhsula 
çevrilməsi prosesidir. Standartlaşdırma, mexanikləşdirmə və avtomatlaşdırma, konveyer xətti, 
eləcə də kompüter və kommunikasiya şəbəkəsi texnologiyaya öz təsirini göstərir. 
Hər bir təşkilatda daxili təsir amilləri ilə yanaşı, müəyyən xarici təsir amilləri də vardır. Ona 
görə də müəssisənin fəaliyyətinin qurulmasında və idarə olunmasında bu xarici təsir amilləri də 
mütləq nəzərə alınmalıdır. 
Xarici təsir amilləri 2 növdür: 
1) bilavasitə təsir göstərənlər və 2) dolayı təsir göstərənlər.
I. 
Bilavasitə təsir göstərən amillərə aşağıdakıları aid etmək olar: - istehsalçılar 
(təminatçılar, mal göndərənlər); -kadrlar (əmək ehtiyatları); -tələbatçılar 
(istehlakçılar); -rəqiblər; -həmkarlar ittifaqları; -qanunlar və dövlət orqanları və s.
II. 
II. Dolayı təsir amilləri isə aşağadakılardır: -iqtisadi vəziyyət; -siyasi vəziyyət; -
sosial vəziyyət; -beynəlxalq vəziyyət; -elmi-texniki tərəqqi; -mədəni amillər; -milli və 
dini amillər və s. 
Dolayı təsir göstərən amillərin bəzilərini qısaca aşağıdakı kimi şərh etmək olar: 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin