Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o


Bundan baĢqa, sahibkar hüquqi Ģəxslərə aid olan digər hüquqlardan da istifadə edə



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə7/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

Bundan baĢqa, sahibkar hüquqi Ģəxslərə aid olan digər hüquqlardan da istifadə edə 
bilər.
- qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri 
yerinə yetirmək; 
- işçinin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş 
minimum məbləğindən az olmayan səviyyədə ödəmək; 
- qanunvericilikdə müəyyən edilmiş vergiləri, dövlət sığorta, sosial müdafiə və digər 
fondlara ayırmaları ödəmək; 
- qüvvədə olan normativ aktları rəhbər tutaraq ekoloji təhlükəsizliyin, əməyin mühafizəsinin, 
təhlükəsizlik texnikasının, istehsal gigiyenasının və sanitariyasının təmin edilməsi, arxitektura 
abidələrinin və digər tarixi abidələrin mühafizəsi sahəsində tədbirlər görmək;
- işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə uyğun əmək şəraiti yaratmaq;
- antiinhisar qanunvericiliyinə riayət etmək, haqsız rəqabət metodlarından istifadə 
olunmasına yol verməmək;
- öz fəaliyyəti haqqında dövlət, statistika əjə maliyyə orqanlarına müəyyən edilmiş formada 
hesabatlar vermək. 
Dövlət sahibkarlığın inkişafına hərtərəfli kömək göstərir. Bu məqsədlə də sahibkarlıq 
fəaliyyətinin öncül istiqamətləri və buna müvafiq olaraq güzəştlər sistemi müəyyənləşdirilir. 
Güzəştlərdə əsasən aşağıdakılar nəzərdə tutulur: informasiya, məsləhət, elm və tədris 
mərkəzlərinin, maliyyə fondlannm yaradılması, vergi ödənişləri, bank krediti, faizlər, 
amortizasiya ayırmalan üzrə güzəştli dərəcələrin tətbiq edilməsi və s. 


Mülkiyyət və təşkilat-hüquqi formalarından asılı olmayaraq sahibkarın hüquqları dövlət 
tərəfindən müdafiə olunur. Bu hüquqları pozan dövlət orqanlarının və ya digər orqanların, yaxud 
onların vəzifəli şəxslərinin, habelə sahibkar barəsində qanunvericilikdə nəzərdə tutulmuş 
vəzifələrin həmin orqanlar və ya vəzifəli şəxslər tərəfindən yarıtmaz yerinə yetirilməsi 
nəticəsində sahibkara dəyən zərərin, o cümlədən əldən çıxan gəlirlərin əvəzini mülki 
qanunvericilikdə nəzərdə tutulmuş t|aydada həmin orqanlar və vəzifəli şəxslər ödəyirlər. 
Sahibkarın əmlakı qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacları üçün alınarsa, ona müvafiq 
kompensasiya verilir. Sahibkarlıq fəaliyyəti dövlət tərəfindən müdafiə olunmaqla yanaşı, 
sahibkar qanunvericiliyin tələblərinə əməl elmədiyi, öz öhdəliklərini icra etmədiyi hallarda 
qanunvericiliyə uy- ğım olaraq mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyır. 
İqtisadi ədəbiyyatda sahibkarlıq fəaliyyətinin çox müxtəlif növləri araşdırılır. Bu 
müxtəlifliyin bir-biri ilə qarışdıniması üçün istər elmi- nəzəri və istərsə də praktik baxımdan 
sahibkarlıq fəaliyyəti müxtəlif əlamətlər üzrə təsnifləşdirilir. 

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin