XIX-XX əsrlərdə dünya iqtisadiyyatında sahibkarlıq fəaliyyətinin
rolu və əhəmiyyəti
getdikcə daha dərindən dərk edilməyə başlandı.
Fransız iqtisadçısı Andre MarĢall ilk dəfə
olaraq istehsalın yuxarıda göstərilən üç klassik faktoruna (torpaq, kapital, əmək)
dördüncü faktoru da - təĢkilatçılıq qabiliyyətini də əlavə etdi.
Amerikan iqtisadçısı C. Klark, J. Seyin üçvalentli formulunda müəyyən dəyiĢikliklər
etdi. Onun fikrincə, istehsal prosesində dörd fakto»- iĢtirak edir. Bunlar aĢağıdakılardır:
1.Kapital; 2. Ġstehsal vasitələri və torpaq; 3. Sahibkarlıq fəaliyyəti; 4. ĠĢçi qüvvəsi.
Bu
faktorların hər biri istehsaldan əldə edilən gəlirdo özünəməxsus xüsusi çəki təşkil edir. Belə ki,
kapital kapitalistə faiz; istehsal
vasitələri və torpaq - rcnta; sahibkarlıq fəaliyyəti - mənfəət
gətirir; işçi qüvvəsi isə əmək haqqı ilə təmin edilir.
Məşhur Amerika iqtisadçısı İozef Şumpcter “İqtisadi inkişafın nəzəriyyəsi” adlı kitabında
sahibkarlıq fəaliyyətini kapitalist iqtisadiyyatında iqtisadi artımın təmin edilməsində başlıca
hərəkətverici qüvvə hesab etmişdir.
Bu problemə ingilis iqtisadçısı, 1974-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı almış F.
Xayek yenidən qayıtmış və onun fikrincə, sahibkarlığın mahiyyəti
heç də bu qeyd edilənlərlə
məhdudlaşmır. O, sahibkarlığı heç də bu və ya digər fəaliyyət növü kimi deyil, əksinə, yeni
iqtisadi imkanların axtarılması və öyrənilməsi kimi xarakterizə edirdi. Sahibkarlığı xarakterizə
edərkən onu daha çox idarəetmə fəaliyyətilə əlaqələndirirlər. Bununla yanaşı, sahibkarlığı bəzən
menecerlə də eyniləşdirirlər. Sahibkarlığın hər iki fəaliyyət növü müxtəlif funksiyaları
həyata
keçirir. Sahibkarlıq geniş mənada idarəetmə fəaliyyəti, menecment isə səmərəli idarəetmə olub
onun gündəlik fəaliyyətini təşkil edir. Onlardan biri mülkiyyətçi, digəri isə i^rə
edən olsa da,
“sahibkar” və “menecer” anlayışları çox hallarda eyni mahiyyət kəsb edir. Bir çox hallarda
mülkiyyətçilər menecer funksiyalarını da yerinə yetirirlər. Lakin təsadüfi hallarda menecerlər
istehsal vasitələrinin mülkiyyətçiləri olurlar. Sahibkarlıq dedikdə elə fəaliyyət növü başa düşülür
ki,
bu zaman xüsusi şəxslər, müəssisə və təşkilatlar məhsul istehsal etmək, xidmətlər
göstərilməklə sərfəli şərtlərlə qarşılıqlı məhsul mübadilələri həyata keçirirlər.
Dostları ilə paylaş: