Ġxtisas: MÜhasibat üÇotu fənnin adi : sahibkarliğin əsaslari fənn müƏllimii: HƏbibi həbib məMMƏd o


ġərikli birliklərin iĢtirakçıları iki qrupa bölünür



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə9/79
tarix23.11.2022
ölçüsü1,06 Mb.
#70118
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   79
Sahibkarlığın əsasları-q (Mühazirələr)

ġərikli birliklərin iĢtirakçıları iki qrupa bölünür:
tam şərikli (qeyri-məhdud səlahiyyətli) 
birliklər və kommandit şərikli birliklər (məhdud səlahiyyətli). Kommandit şərikli birliklərdə 
iştirakçıların bir hissəsi qeyri-məhdud, digər hissəsi isə məhdud səlahiyyətli ola bilər. Cəmiyyət 
təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə hüquqi şəxs olmaqla ikidən çox vətəndaşın 
qarşılıqlı razılaşma əsasında öz əmanətlərinin birləşdirməsi (natural və dəyər ifadəsində) yolu ilə 
yaradılır. Cəmiyyət üzvlərinin məhdud məsuliyyəti müəyyən öhdəliklərin yerinə yetirilməsinə 
imkan vermir. Onlar yalnız qoyulmuş əmanətlərin dəyəri çərçivəsində məsuliyyət daşıyırlar. 
Cəmiyyətlərin ən geniş yayılmış növlərindən biri kimi səhmdar cəmiyyətləri fərqləndirilir. Başqa 
təşkilat-hüquqi formalardan fərqli olaraq səhmdar cəmiyyətləri qiymətli kağızlar buraxmaq yolu 
ilə zəruri vəsaitlər cəlb etmək hüququna malikdir. Odur ki, səhmdar cəmiy
Sahibkarlıq fəaliyyətinin iştirakçılan qoyduqları səhmlərin dəyəri çərçivəsində onun 
fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşıyırlar. Birgə istehsal və təsərrüfat fəaliyyəti üçün 
bir qrup şəxslərin yaratdığı müəssisə kooperativ adlanır. Kooperativin üzvləri onun fəaliyyətində 
şəxsi əməyi və həmçinin üzvlük haqları ilə iştirak edirlər.
 Sahibkarlığın 
əsas 
təĢkilat-iqtisadi 
formalanna 
konsernlər, 
assosiasiyalar, 
konsorsiumlar, sindikatlar, kartellər, maliyyə-sənaye qruplan aiddir. 
Konsernlər
- çoxsahəli səhmdar cəmiyyətləri olub müəssisəyə iştirak sistemi vasitəsilə 
nəzarət edirlər. Konsernlər müxtəlif şirkətlərdən səhm nəzarət paketini əldə edirlər və həmin 
şirkətlər isə konsernə daxil olurlar. Öz növbəsində konsernə daxil olan şirkətlər də digər səhmdar 
şirkətlərinin nəzarət səhm paketini əldə etmiş olur. 
Assosiasiyalar
 - iqtisadi cəhətdən müstəqil müəssisələrin könüllü birliyidir. Assosiasiyalann 
tərkibinə eyni istiqamətdə ixtisasla^ritış və müəyyən ərazidə yerləşən müəssisə və təşkilatlar 
daxil olur. Assosiasiyaların yaradılmasında əsas məqsəd elmi-texniki, istehsal, iqtisadi, sosial və 
digər məsələlərin həllində birgə fəaliyyət göstərməkdən ibarətdir.
Konsersium 
- birgə iri maliyyə əməliyyatlarını həyata keçirmək məqsədilə sahibkarların 
birliyidir (məsələn, iri sənaye sahələrinə külli miqdarda investisiyaların yönəldilməsi və s.). 
Sahibkarların bu cür birliyi iri layihələrə maliyyə vəsaitləri yönəltməyə imkan verir. Elmi-texniki 
inqilab şəraitində elmi nailiyyətləri birgə tətbiq etmək məqsədilə konsersiumlar yeni sahələrdə 
yaradılır.

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin