düşülür. Xüsusi sahibkarlıq firmalarında sahibkar müəssisədə öz xüsusi maraq və mənafelərini
müstəqil olaraq müəyyən edir. Bu zaman sahibkar firmanı idarə edir, mənfəət və gəlirdən istifadə
ilə bağlı sərəncam verir, təsərrüfat müstəqilliyinə malik olur. Firmanın sahibi muzdlu işçi
götürmək, işçiləri işdən azad etmək və müqavilələr bağlamaq hüqu- t|Lina malikdir. Xüsusi
sahibkarlıq formasının üstünlüyü onun təşkilati idarəetmə fəaliyyətində sərbəst olması və kifayət
qədər güclü iqtisadi motivləşməyə malik olmasıdır.
Sahibkarlığın əsasları tışmamazlığı maliyyə və maddi resursların məhdudluğu, istehsalın
daxili ixtisaslaşmasının inkişaf etmiş sisteminin olmaması və məsuliyyətin qeyri-məhdud
xarakter daşımasıdır.
Partnyorluq
- bu cür müəssisə və firmalar bir neçə şəxs tərəfindən yaradılır, birgə
sahibkarlıq xarakteri daşıyır və birgə də idarə olunur. Partnyorluğu xarakterizə edən ən mühüm
cəhətlərdən biri bütün iştirakçıların bərabər hüquqlara malik olmasıdır. Lakin bu birliyə məhdud
səlahiyyətli iştirakçı daxil olarsa, firmanın fəaliyyətinə tam məsuliyyət daşıyan əsas iştirakçı ilə
yanaşı o da qoyduğu əmanətin dəyəri qədər məsuliyyət daşıyır. Partnyorluq əsasında fəaliyyət
göstərən müəssisələrdə maliyyə məsələlərini həll etmək digər müəssisələrlə müqayisədə daha
asan olur. Burada xüsusi sahibkarlıq firmaları ilə müqayisədə əmək bölgüsü və istehsalın
ixtisaslaşdırılması faktorundan istifadə olunur. Partnyorluq əsasında fəaliyyət göstərən
müəssisələrin əsas çatışmamazlığı onunla izah edilir ki, burada funksiyaların bölgüsü və
mənafelərin birləşdirilməsi çətin olur. Bu zaman yaranan ziddiyyətlər və ya bir neçə iştirakçının
ümumi işi tərk etməsi nəticəsində partnyorluq əsasında fəaliyyət göstərən müəssisənin potensial
dağılma təhlükəsi yaranır. Korporasiya dedikdə elə müəssisə və firmaların birliyi başa düşülür
ki, onlar hüquqi şəxs olub hər bir mülkiyyətçinin məsuliyyəti müəssisəyə qoyduğu əmanətin
həcmi ilə məhdudlaşır.
Korporasiya
- payçılıq əsasında fəaliyyət göstərən cəmiyyətdir. Cəmiyyətin səhmlərini alan
ayrı-ayrı şəxslər belə korporasiyanın sahibi, mülkiyyətçisi ola bilər. Bir sözlə korporasiyanın
yaradılması zamanı çoxlu sayda iştirakçıların, istər fiziki və istərsə də hüquqi şəxslərin maliyyə
vəsaitləri cəmləşir. Səhm sahibləri dividend formasında gəlir əldə edirlər. Onlar yalnız səhmi
əldə edərkən sərf etdikləri maliyyə vəsaiti qədər risk etmiş olurlar. Korporasiya onun sahibləri
olan səhmdarlardan asılı olmayaraq fəaliyyət göstərir. Bu isə korporasiyaya nisbətən stabil
fəaliyyət göstərməyə imkan verir. Korporasiyanın fəaliyyətinin əsas çatışmayan cəhətlərindən
biri ilk növbədə burada mövcud imkanlardan sui-istifkdə edilməsidir. Bundan əlavə
korporasiyaya daxil olan xırda və orta həcmli əmanət sahibləri korporasiyanın fəaliyyətinə həqiqi
nəzarəti həyata keçirə bilmirlər.
Dostları ilə paylaş: