Müharibədən sonrakı döwdə vençur sahibkarlığınm inkişafı üç mərhələdən keçmişdir.
Birinci mərhələ 50-60-cı illəri əhatə edir. Bu vaxt müxtəlif növ elektron texnikası istehsalı ilə
ixtisaslaşmış çoxlu firmalar yaradılır, “Kseroks”, “Polyaroid” və s. bu kimi nadir kəşflərdən
istifadə olunurdu. İkinci mərhələ 1969-1978-ci illəri əhatə edir. Bu dövrün xüsusiyyəti, vençur
işgüzarlığının maliyyə imkanlarmın əhəmiyyətli dərəcədə azalmasından ibarətdir. Buna səbəb
dövlətin vergiqoyma siyasətinin vençur işgüzarlan üçün qənaətbəxş olmaması idi. Lalan buna
baxmayaraq, maliyyə yardımı olan vençurlann çoxu yeni məhsul buraxılması vasitəsilə böyük
iqtisadi müvəffəqiyyətlərə nail oldular. Bu dövrdə yaranan “İntal”, ilk super EHM yaradan
“Kray risserc”, fərdi EHM yara- danlann pioneri “EPL kompüter” və s.-ni göstərmək olar. ABŞ-
da vençur sahibkarlığının üçüncü mərhələsi 1978-ci ildən sonra başlayır ki, bu da dövlətin kiçik
elmi firmalarında vergiqoyma siyasətində apardığı dəyişikliklə izah edilir. Hazırkı vaxtda
iqtisadiyyatda yaranmış ümumi böhrana baxmayaraq, vençur işgüzarlığı sürətlə və
müvəffəqiyyətlə inkişaf edir. 1979-cu ildən 1982-ci ilə qədər vençurlar tərəfindən kənar (cəlb
edilmiş) mənbələrdən maliyyələşdirmə hesabına kapiğal qoyuluşunun həcmi 5 dəfədən çox, yəni
319 mln.-dan 1700 mln. dollara qədər artmışdır. “Qisledayn”, “Mi^osoft”, “Amerikan
mikrosistemz”, “Deyta general”, “Krey riserç”, “EPL kompüter” və s. tərəfindən təşkil olunmuş
elmi şirkətlərdə istehsalın texnila cəhətdən yeniləşdirilməsino diqqət yetirilir. 1984-cü ildə kiçik
elmi firmalara qoyulan uzunmüddətli investisiyanın həcmi 11,5 mln.dollar olmuşdur.
Vençur işgüzarlığının cəlbedici üstünlükləri nədən ibarətdir? Bu suala cavab vermək üçün
onun tərkibinin (komponentbrinin) təşkili və yaradılması prinsiplərini başa düşmək lazımdır.
Vençur kiçik innovasiya firmasıdır. Məsuliyyət formasına və təş- kilati-hüquqi vəzij^ətinə
görə, vençur-korporasiya partnyor (yoldaşlıq), yaxud vahid şirkət şəklində çıxış edə bilər.
Korporasiya - kapitalı şirkətin səhm sahiblərinin mülkiyyətində olan səhmdar firmasıdır.
Dostları ilə paylaş: