tutulur. Bunlar da ilk növbədə kapitalın mobilliyyinin yüksəldilməsinə və aktivlərin real
dəyərinin müəyyənləşdirilməsinə xidmət edir. Fond birjalarının formalaşma prinsipi tələb və
təkliflərin operativ tənzimlənməsinə əsaslanır.
ABŞ-ın təsərrüfat həyatında fond birjaları böyük əhəmiyyətə malikdir. Burada əmanətlərin
əsas sahibləri ayrı-ayrı şəxslərdir. Onlar 1989-cu ildə 482 mlrd, dollar vəsait yığmış və eyni
zamanda 284 mlrd, dollar borc vermişdir. Bu iki məbləğ arasındakı fərq (198 mlrd, dollar)
maliyyə aktivini təşkil edir. Onun da böyük bir hissəsi dövlət tərəfindən milli borcu ödəmək
üçün buraxılan qiymətli kağızların alınmasına sərf edilib. Xalis əmtəələrin məbləği xarici
investisiyaların hesabına artmışdır. Onların müsbət saldosu 68 mlrd, dollar təşkil edir.
Qiymətli kağızlar bazarının məzmunu onun əsas funksiyasına nəzər yetirdikdə aydınlaşır.
Dostları ilə paylaş: