8
Rüsumla bağlı dəstək:
Çəkisi 185 qramdan çox olmayan ana və əcdad cinsi xətti ilə çoxalan damazlıq cücələr üzrə
gömrük rüsumundan azad olma müddətinin daha 3 il uzadılması;
Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da fərdi təsərrüfatlar damazlıq quş yetişdirilməsi
ilə məşğul ola bilərlər. Artıq bu sahədə kiçik həcmli quşçuluq müəssisələri tərəfindən ilk addımlar
atılmışdır.
İnkişaf etmiş ölkələrdə fərdi damazlıq təsərrüfatları genetik materialın seçilməsi, seleksiya-
damazlıq proqramlarının və yem rasionlarının hazırlanması və digər məsələlərdə ixtisaslaşmış konsaltinq
(məsləhət) mərkəzlərinin xidmətindən istifadə edirlər, əks təqdirdə belə təsərrüfatların fəaliyyət göstərməsi
qeyri-mümkündür, çünki onların elmi və maddi-texniki bazası məhduddur.
Bu sahədə dövlət tərəfindən müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi yerli
istehsalçılarda damazlıq sahəsinə marağın artmasına, ölkədə quş əti və ət məhsulları, həmçinin yumurta
istehsalının həcminin yüksəlməsinə, əhalinin yüksəkkeyfiyyətli, ucuz və sağlam quşçuluq məhsullarına
olan tələbatının tamamilə yerli istehsal hesabına ödənilməsinə, ixrac potensialının yaranması və quşçuluq
sənayesinin idxaldan asılılığının aradan qaldırılmasına təkan verəcəkdir.
Dostları ilə paylaş: