Xülasə Azərbaycanda əhalinin yüksəkkeyfiyyətli və sağlam ərzaq məhsulları ilə təmin edilməsi dövlət


İnkişaf etmiş ölkələrdə quşçuluq sahəsində damazlıq işinin təşkili



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix26.03.2023
ölçüsü1,1 Mb.
#90171
növüXülasə
1   2   3   4   5   6   7   8   9   ...   12
9 - Damazlıq quşçuluq

 
1. İnkişaf etmiş ölkələrdə quşçuluq sahəsində damazlıq işinin təşkili 
Heyvandarlığın digər sahələrində olduğu kimi quşçuluq sektorunda da damazlıq-seleksiya işləri 
zootexniki tədbirlərin vahid sistemi olmaqla damazlıq quşların elmi əsaslarla yetişdirilməsini təmin etdiyi 
üçün bu sahədə fəaliyyət göstərən müəssisələrin idxaldan asılılığının azalmasına imkan yaradır.
İnkişaf etmiş ölkələr genetik material istehsal etmək, damazlıq quşçuluq müəssisələrini 
yüksəkməhsuldar damazlıq yumurta və birgünlük cücə ilə təmin etmək üçün elmi əsaslarla idarə edilən və 
dövlət nəzarəti altında fəaliyyət göstərən ixtisaslaşmış pilləli sistemə malikdirlər. 
Damazlıq-seleksiya işinin funksiyaları və metodologiyası bu sistem çərçivəsində aşağıdakı qaydada 
reallaşdırılır [18; 19]: 

Genetika-seleksiya mərkəzləri və elmi-tədqiqat institutlarının təcrübə təsərrüfatları 
yüksəkməhsuldar quşların yeni xətt və kroslarının yaradılması, mövcud xətt və krosların 
təkmilləşdirilməsi, onların genofondunun qorunması və damazlıq işinin metodikasının 
hazırlanması da daxil olmaqla sırf seleksiya işlərinin aparılması ilə məşğul olurlar. 

Dövlət sınaq-nəzarət mərkəzləri tərəfindən yeni yaradılmış kroslar qiymətləndirilir və 
qiymətləndirmədən sonra damazlıq zavodlarına göndərilir. 

Damazlıq zavodlarında yeni yaradılmış cinslər çoxaldılaraq təkmilləşdirilir və əcdad valideyn 
(ulu valideyn) sürüləri yetişdirilərək reproduktorlara göndərilir. 

1-сi dərəcə damazlıq reproduktorlarda əcdad sürülərindən quşların valideyn sürüləri 
formalaşdırılır və onlardan alınan damazlıq yumurtalar 2-ci dərəcə reproduktorlara göndərilir. 

2-ci dərəcə damazlıq reproduktorlarda damazlıq yumurtaların inkubasiyasından alınan 
valideyn formaları çarpazlaşdırılır və onlardan əldə edilən hibrid yumurtalar quşçuluq 
müəssisələrinə (fermalara) və inkubatorlara göndərilir. 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin