6
Buna paralel olaraq yerli təmizqanlı quşların kolleksiyasının toplanması, əcdad (ulu valideyn)
sürülərinin yaradılması üçün onların xaricdən gətirilən genetik materialla çarpazlaşdırılması və özümüzə
məxsus əcdad və valideyn sürülərinin yaradılması üzrə elmi-tədqiqat işlərinin davam etdirilməsi və
tədricən bu istiqamətdə genetik mərkəzlərin formalaşdırılması müsbət nəticə əldə edilməsinə şərait
yardacaqdır. Nəzərə alınmalıdır ki, sənaye üsulu ilə belə bazanın yaradılması üçün uzun müddət tələb
edildiyindən broyler istiqamətli əcdad-valideyn sürülərinin yaradılması üçün ən azı 10-20 il və dövlətin
birbaşa müdaxiləsi tələb edilir [15].
Bu məsələnin həllinin digər variantı isə əcdad sürülərinə malik olan və dünyada genetik material
üzrə monopolist sayılan məşhur Aviagen, Cobb, Hubbard və digər şirkətlərlə broyler və yumurtlayan quşlar
üzrə müştərək iş birliyinin qurulmasıdır. Buna nail olmaq üçün həmin şirkətlərlə qarşılıqlı əlaqələrin
qurulması, iri həcmli investisiya qoyuluşu, güclü kadr potensialı və s. kimi məsələlərin həll olunması
məqsədəmüvafiq hesab edilir.
Dostları ilə paylaş: