Cədvəl 1. Damazlıq-quşçuluq müəssisələri Müəssisənin adı Damazlıq quşların sayı, min baş Damazlıq yumurta istehsalı, milyon ədəd İstehsal gücü Faktiki istehsal "Araz" Damazlıq-Quşçuiluq 138
34.5
30
"Nəzər" KTMİ 185
20.4
19
"Xəmsə" MMC 166
18.3
16
"Azərquşçuluq" MMC 190
35.2
35
"Aqropol" MMC" 296
38.5
35
"Abşeron" KTMİ 90
9.0
9
"Giləzi Quşçuluq" MMC 170
17.0
2.5
"MMZ" MMC 60
11.1
10.5
"Qaradaşlı Broyler" ASC 32
8.5
8.4
Cəmi 1327 192.3 165.4 Mənbə: [9] Damazlıq müəssisələrinin birgə ümumi tutumu 1358 min baş, faktiki yetişdirilən damazlıq quşların
sayı isə 1327 min baş təşkil edir. Damazlıq yumurta istehsal gücü ümumilikdə təqribən 192.3 milyon ədəd
olan bu müəssisələrdə 2019-cu ildə faktiki olaraq 165.4 milyon ədəd yumurta istehsal edilmişdir.
İri müəssisələrlə yanaşı ölkə ərazisində bir-neçə kiçik həcmli quşçuluq müəssisələri də damazlıq
quşçuluq sahəsində ixtisaslaşmaqdadır.
Ölkəyə genetik material kimi 2016-2019-cu illərdə orta hesabla 31 milyon ədəd damazlıq yumurta
idxal edilmiş, 2019-cu ildə isə idxal 2 dəfə azalaraq 18.2 milyon ədəd təşkil etmişdir. Bununla yanaşı,
2019-cu ildə damazlıq cücə idxalı 2016-cı ilə nisbətən 3.0 dəfə artaraq 1.6 milyon baş olmuşdur (Cədvəl 2, Qrafik 2). Başqa sözlə, ölkəyə damazlıq yumurta və birgünlük cücə formasında idxalın həcmi təqribən 20
milyon ədəd damazlıq yumurta ekvivalentindədir.
Son 5 ildə ölkədə sənaye üsulu ilə diri çəkidə orta hesabla 75 min ton ət istehsal edilmişdir. Bu isə
80% cücə çıxımı hesabı ilə təqribən 95 milyon ədəd damazlıq yumurta istehsal edilməsinə ekvivalentdir.
Həmçinin, sənaye üsulu ilə hər il orta hesabla istehsal edilən 709 milyon ədəd ərzaqlıq yumurtanın əldə
edilməsi üçün isə təqribən 5 milyon ədəd damazlıq yumurta lazımdır.
Yəni, ölkədə sənaye üsulu ilə faktiki istehsal edilən quş əti və yumurtanın əldə edilməsi üçün
təqribən 100 milyon ədəd damazlıq yumurta istifadə edilir ki, bunun da təqribən 20 milyon ədədi idxal
olunur (damazlıq yumurta və ya birgünlük cücə formasında).
Bundan başqa, ölkəyə sənaye üsulu ilə istehsal olunan quş əti və ərzaqlıq yumurtanın idxalının
əvəzedilməsi üçün də əlavə olaraq təqribən 50 milyon ədəd damazlıq yumurtaya ehtiyac vardır.